Məhkəmə qərarları › İş №e-2(025)-1297/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1297/2025

26.11.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1297/2025 26.11.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən azad edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq mübahisələri, torpaq sahəsinin boşaldılması) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən azad edilməsi” tələbi barədə iddia ərizəsinə dair işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən azad edilməsi” tələbi barədə iddia qaldıraraq, ona ümumi birgə mülkiyyət hüququ ilə məxsus olan **********43 reyestr nömrəli Qəbələ rayonu, Zərgərli kəndi ərizəsində yerləşən 0,59 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin zəbt edilmiş 0,28 ha hissəsinin Cavabdeh qanunsuz sahibliyindən azad edilərək ona qaytarılması və üzərində çəkilmiş tor hasarın sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı izahatında göstərmişdir ki, **********43 reyestr nömrəli Qəbələ rayonu, Zərgərli kəndi ərizəsində yerləşən 0,59 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi onunla birgə X3, X4 və X2 ümumi birgə mülkiyyət hüququ ilə məxsusdur. Lakin həmin torpaq sahəsinin 0.28 ha hissəsi uzun müddətdir ki, Cavabdeh tərəfindən zəbt edilərək qanunsuz şəkildə istifadə olunur. Ona görə də, ona ümumi birgə mülkiyyət hüququ ilə məxsus olan **********43 reyestr nömrəli Qəbələ rayonu, Zərgərli kəndi ərizəsində yerləşən 0,59 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin zəbt edilmiş 0,28 ha hissəsinin Cavabdeh qanunsuz sahibliyindən azad edilərək ona qaytarılması və üzərində çəkilmiş tor hasarın sökülməsi barədə iddia qaldırmışdır. Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Qəbələ rayonu, Zərgərli kəndində yaşayır və 0,74 ha həyətyanı torpaq sahəsindən istifadə edir. Həmin torpaq sahəsinə islahat nəticəsində ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,59 ha və bələdiyyə mülkiyyətində olan 0,25 ha zəbt olunmuş ərazi daxildir. Ona məxsus olan 0,74 ha torpaq sahəsi ilə İddiaçı məxsus olan **********43 reyestr nömrəli Qəbələ rayonu, Zərgərli kəndi ərizəsində yerləşən 0,59 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi həmsərhəd yerləşir və 1999-cu ildən bəri sərhədlər dəyişilməmişdir. Ona görə də, iddia tələbi əsasız hesab edilməlidir. İşdə olan Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətinə əsasən (reyestr nömrəsi: **********43) JN 0034C saylı Planda ölçüləri və sərhədləri göstərilən Qəbələ rayonu, Zərgərli kəndi ərazisində yerləşən 0,59 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi xx.xx.2022-ci il tarixdə İddiaçı (3/10 hissə), X3 (2/10 hissə), X4 (2/10 hissə) və X1 ( 3/10 hissə) adına ümumi birgə mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan AR İN ƏMDX DƏDKR PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-21-3-42/2-5725/2025 saylı Mütəxəssis Rəyində göstərilmişdir ki, JN-34C saylı şəhadatnamə əsasında tərtib edilmiş **********43 reysetr nömrəli çıxarış ilə İddiaçı və ailə üzvlərinin üumi birgə mülkiyyətinə verilmiş Qəbələ rayonu, Zarağan kəndi ərazisində yerləşən 0,59 hektar yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin koordinatları və yerləşmə mövqeyi yerquruluşu planlarında göstərilmişdir. İddiaçının istifadəsində olan faktiki naturada ölçülmüş 0,61 hektar olan torpaq sahəsi ilə mülkiyyətinə verilmiş **********43 reyestr nömrəli çıxarışda göstərilmiş 0,59 hektar torpaq sahəsi üst-üstə düşür və Cavabdeh istifadəsində deyil.( Torpaq sahəsinin koordinantları və yerləşmə mövqeyi yerquruluşu planında göstərilmişdir.) AR MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, İddiaçı faktiki surətdə 0,61 ha torpaq sahəsindən istifadə edir. İddiaçı mülkiyyətində olan JN 0034C saylı Planda ölçüləri və sərhədləri göstərilən Qəbələ rayonu, Zərgərli kəndi ərazisində yerləşən 0,59 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi tamamilə istifadəsində olan torpaq sahəsi ilə əhatə olunur və Cavabdeh tərəfindən istifadə olunmur. AR Mülki Məcəlləsinin 166.3-cü maddəsinə əsasən yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Həmin Məcəllənin 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. AR Torpaq Məcəlləsinin 47-ci maddəsinin 2-ci bəndinə əsasən ehtiyat fondu torpaqları bələdiyyə mülkiyyətinə aiddir. Həmin Məcəllənin 47-ci maddəsinin 5-ci bəndinə əsasən bələdiyyənin ehtiyat fondu torpaqlarına yaşayış məntəqəsinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar, hüquqi və fiziki şəxslərin istifadə və icarə hüququna xitam verilən bələdiyyə torpaqları və ehtiyat məqsədləri daşıyan digər bələdiyyə torpaqları daxildir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh istifadəsində olan Qəbələ rayonu, Zərgərli kəndi ərizəsində yerləşən 0,28 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi JN 0034C saylı Planda ölçüləri və sərhədləri göstərilən Qəbələ rayonu, Zərgərli kəndi ərazisində yerləşən 0,59 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinə daxil olmadığından İddiaçı həmin torpaq sahəsi ilə bağlı tələb hüququ yoxdur. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233,357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: İddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar