Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-13/2025 17.02.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər, Cavabdeh2 və Cavabdeh3 qarşı “gediş gəliş yolun açılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq mübahisələri) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, İddiaçı və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər, Cavabdeh2 və Cavabdeh3 qarşı “gediş gəliş yolun açılması” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı gediş gəliş yolunun açılması tələbi barədə iddia qaldıraraq islahat nəticəsində ailə üzvlərinin ümumi mülkiyyətinə verilmiş JN 297 F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilən Qəbələ rayonu Uludaş kəndi ərizəsində yerləşən 1,0 ha həyətyanı torpaq sahəsinə gedən gediş-gəliş yolundan istifadəyə törədilən maneələrə son qoyulması, yolun bağlanmasında istifadə olunan çaydaşı və narın qum qalaqları, o cümlədən dəmir çərçivəli qapının cavabdeh tərəfin hesabına götürülməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı izahatında göstərmişdir ki, islahat nəticəsində üç nəfərdən ibarət ailə üzvlərinin (İddiaçı, X2 və X3) ümumi mülkiyyətinə Qəbələ rayonu Uludaş kəndi ərizəsində 1,0 ha həyətyanı torpaq sahəsi verilmiş və JN 297 F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə qeyd olunan plan əsasında təhkim edilmişdir. Cavabdeh1 həmin torpaq sahəsinə gedən yeganə gediş-gəliş yolunu dəmir çərçivəli qapı ilə bağlamış və üzərinə çaydaşı və narın qum kütləsi qalaqlayaraq ərazini zəbt etmişdir. İslahat nəticəsində ailə üzvlərinin ümumi mülkiyyətinə verilmiş JN 297 F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilən Qəbələ rayonu Uludaş kəndi ərizəsində yerləşən 1,0 ha həyətyanı torpaq sahəsindən hər hansı bir şəkildə istifadə etmək imkanı olmaığından gediş-gəliş yolundan istifadəyə törədilən maneələrə son qoyulması, yolun bağlanmasında istifadə olunan çaydaşı və narın qum qalaqları, o cümlədən dəmir çərçivəli qapının götürülməsi haqqında iddia qaldırmışdır. Cavabdeh3 izahatında göstərmişdir ki, İddiaçı məxsus həyətyanı torpaq sahəsinin həndəvərində yerləşən Qəbələ rayonu Uludaş kəndi ərizəsində yerləşən təxminən 0,10 ha torpaq sahəsi ötən əsrin 40-cı illərində babası tərəfindən alınmış və çəpər daxilinə salınaraq indiyədək istifadə olunmuşdur. İddiaçı məxsus olan JN 297 F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilən Qəbələ rayonu Uludaş kəndi ərizəsində yerləşən 1,0 ha həyətyanı torpaq sahəsinə gedən gedişgəliş yolu qəbrstanlıq tərəfdən olmuş, lakin 2005-ci ildə İddiaçı əmisi oğlu tərəfindən tutulduğuna görə mübahisəli ərazidən ona müvəqqəti olaraq yol verilmişdir. İddiaçı tərəfindən mütəmadi qaydada hədələndiyinə görə Cavabdeh1 həyacan keçirtmiş və vəfat etmişdir. Ona görə də, iddia tələbi əsassız hesab edilməlidir. Cavabdeh2 izahatında göstərmişdir ki, İddiaçı məxsus həyətyanı torpaq sahəsinin həndəvərində yerləşən Qəbələ rayonu Uludaş kəndi ərizəsində yerləşən təxminən 0,10 ha torpaq sahəsi ötən əsrin 40-cı illərində çəpər daxilinə salınmış və indiyədək Cavabdeh1 ailə üzvləri tərəfindən istifadə olunmuşdur. Torpaq sahəsinin sənədləşdirilməsindən ötrü bələdiyyə orqanına müraciət olunmuş və fərdi yaşayış evi tikməkdən ötrü əraziyə çaydaşı və narın qum kütləsi tökülmüşdür. İddiaçı məxsus olan JN 297 F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilən Qəbələ rayonu Uludaş kəndi ərizəsində yerləşən 1,0 ha həyətyanı torpaq sahəsinə gedən gedişgəliş yolu qəbrstanlıq tərəfdən olmuş, lakin 2005-ci ildə İddiaçı əmisi oğlu tərəfindən tutulduğuna görə mübahisəli ərazidən ona müvəqqəti olaraq yol verilmişdir. İddiaçı tərəfindən mütəmadi qaydada hədələndiyinə görə Cavabdeh1 həyacan keçirtmiş və vəfat etmişdir. Ona görə də, iddia tələbi əsassız hesab edilməlidir. İşdə olan JN 297 F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətinə əsasən planda sərhədləri göstərilən Qəbələ rayonu Uludaş kəndi ərizəsində yerləşən 1,0 ha həyətyanı torpaq sahəsi İddiaçı, X2 və X1 ümumi mülkiyyətindədir. İşdə olan AR ƏN MEM tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 10/8922 saylı ekspert rəyində göstərilmişdir ki, Torpaq islahatına dair yerquruluşu xəritəsinə (DWG) və X4 İnformasiya Sisteminə (TEKUİS) əsasən JN – 297 F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilən 1,0 ha (fakti 0,98 ha) torpaq sahəsi Qəbələ rayonu Uludaş kəndinin ərazi sərhədləri daxilində yerləşir, yaşayış məntəqələri torpaqlarına aid olan həyətyanı uqodiyalıdır. Həmin torpaq sahəsinə Torpaq islahatına dair yerquruluşu xəritəsinə (DWG) əsasən yol yeri nəzərdə tutulmamış, X4 İnformasiya Sisteminə (TEKUİS) əsasən yol yeri (AR İN ƏMDX DƏDRX PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-21-3-42/2- 5817/2024 saylı Mütəxəssis Rəyinə əlavə edilmiş 3 nömrəli Yerquruluşu planında göy xətlərlə işarələnmiş ərazi) göstərilmişdir.; Həmin torpaq sahəsinə gediş-gəliş üçün başqa yerdən yol nəzərdə tutulmamışdır. AR MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, Qəbələ rayonu Uludaş kəndində yerləşən JN – 297 F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilən 1,0 ha həyətyanı torpaq sahəsinə gedən yol yeri Cavabdeh2 və Cavabdeh3 tərəfindən tutulmuş, üzərinə çaydaşı və narın qum qalaqları tökülmüş və çəpər daxilinə salınaraq dəmir çərçivəli qapı ilə bağlanmışdır. Əraziyə başqa yerdən yol yeri nəzərdə tutulmamışdır və faktiki olaraq heç yerdən yol yoxdur. AR Mülki Məcəlləsinin 239.1-ci maddəsinə əsasən fiziki şəxslər dövlət və bələdiyyə mülkiyyətində olan, hamının buraxılması üçün açıq torpaq sahələrində heç bir icazə almadan sərbəst ola bilər və həmin sahələrdə olan təbiət obyektlərindən qanunvericiliyin, habelə müvafiq torpaq sahəsi mülkiyyətçisinin yol verdiyi hədlərdə istifadə edə bilər. AR Torpaq Məcəlləsinin 47-ci maddəsinin 2-ci bəndinə əsasən ümumi istifadədə olan torpaqlar bələdiyyə mülkiyyətinə aiddir. Həmin Məcəllənin 47-ci maddəsinin 3-cü bəndinə əsasən ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrininküçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşəparkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. Həmin Məcəllənin 111-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması( zəbt edilməsi) qanunla qadağan olunur. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Qəbələ rayonu Uludaş kəndində yerləşən JN – 297 F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilən 1,0 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş üçün nəzərdə tutulan yol yeri Cavabdeh2 və Cavabdeh3 tərəfindən özbaşınalıq yolu ilə zəbt olunmuşdur. Əraziyə başqa yerdən yol yeri nəzərdə tutulmamışdır və faktiki olaraq heç yerdən yol yoxdur. AR Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. AR Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi..... əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 213.6-cı madəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. AR Torpaq Məcəlləsinin 111-ci maddəsinin 2-ci bəndinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Həmin Məcəllənin 111-cı maddəsinin 3-cü bəndinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binalar, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş fiziki və hüquqi şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə hesab edir ki İddiaçı ümumi paylı mülkiyyət hüququ ilə məxsus olan JN- 297F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilən Qəbələ rayonu Uludaş kəndində yerləşən 1,0 ha həyətyanı torpaq sahəsinə gedən yol üzərindən (AR İN ƏMDX DƏDRX PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-21-3-42/2-5817/2024 saylı Mütəxəssis Rəyinə əlavə edilmiş 3 nömrəli Yerquruluşu planında göy xətlərlə işarələnib yol yeri kimi göstərilmiş ərazidən ) dəmir çərçivəli qapı götürülməli və cavabdehlər, Cavabdeh2 və Cavabdeh3 hesabına ərazi çaydaşı və narın qum qalaqlarından təmizlənərək gediş -gəliş yolu açılmalı; həmin ərazidən gediş-gəliş yolu kimi istifadə edilməsinə törədilən maneçilik aradan qaldırılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi təmin olunsun. İddiaçı ümumi paylı mülkiyyət hüququ ilə məxsus olan JN-297 F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilən Qəbələ rayonu Uludaş kəndində yerləşən 1,0 ha həyətyanı torpaq sahəsinə gedən yol üzərindən (AR İN ƏMDX DƏDRX PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-21-3-42/2-5817/2024 saylı Mütəxəssis Rəyinə əlavə edilmiş 3 nömrəli Yerquruluşu planında göy xətlərlə işarələnib yol yeri kimi göstərilmiş torpaq sahəsindən) dəmir çərçivəli qapı götürülsün və cavabdehlər, Cavabdeh2 və Cavabdeh3 hesabına ərazi çaydaşı və narın qum qalaqlarından təmizlənərək gediş -gəliş yolu açılsın; həmin ərazidən gediş-gəliş yolu kimi istifadə edilməsinə törədilən maneçilik aradan qaldırılsın. Cavabdehlər, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 100,0 ( yüz) manat ekspertiza xərci tutulub Dövlət büdcəsinə keçirilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №e-2(025)-13/2025
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-13/2025
17.02.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver