Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1302/2023 06.10.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin 15 saylı X1rşı “işdən azad olunması barədə əmrin ləğv olunması, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı” tələbinə dair mülki iş üzrə (Açar sözlər: əmək mübahisələri, işdən azad olunması barədə əmrin ləğv olunması, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə1 və cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin 15 saylı X1rşı “işdən azad olunması barədə əmrin ləğv olunması, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin 15 saylı X1rşı “işdən azad olunması barədə əmrin ləğv olunması, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Qəbələ X22 Mərkəzinin xx.xx.2023-cü il tarixli, 097/k saylı əmrinin ləğv edilməsi, onun X34 X6 meşəbəyiliyinin 07 saylı dolayısına (9-cu dərəcə ilə) meşə gözətçisi vəzifəsinə işinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2022-ci il tarixli, 183/k saylı əmrə əsasən Ekologoya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti X34 X6 meşəbəyiliyinə meşəbəyi vəzifəsinə təyin edilmişdir. xx.xx.2023-cü il tarixli, 103/k saylı əmrlə onunla Ekologoya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti Qəbələ X22 Mərkəzi arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “ç” bəndinə uyğun olaraq (öz xahişi ilə) xitam verilmişdir. Qəbələ X22 Mərkəzinin xx.xx.2023-cü il tarixli 056/k saylı əmri ilə Daşağıl meşəbəyiliyinin 07 saylı dolayısına (9-cu dərəcə ilə) 3 (üç) ay müddətinə meşə gözətçisi vəzifəsinə təyin edilmişdir. Qəbələ X22 Mərkəzinin xx.xx.2023-cü il tarixli 097/k saylı əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmiş, əmək müqaviləsinə xitam verilməsinə əsas kimi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 27 aprel 2023-cü il tarixli, 147/ü nömrəli əmri, Qəbələ RMTM-nin Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2023-cü il tarixli 09 saylı protokolu və F.M.Musayevin razılıq ərizəsi göstərilmişdir. O, işdən azad olunmasına dair əmri qanunsuz və əsassız hesab edir. İşdən azad olunmamışdan əvvəl 08 may 2023-cü il tarixdə Qəbələ RMTM-nin X4 Qəbələ Regional MTM-nin direktorunun barəsində olan 03 may 2023-cü il tarixli, 3-14-27- 2/2-118/2023 saylı təqdimatının müzakirəsi keçirilmişdir. Müzakirə zamanı 126 nəfər təşkilat üzvündən 10 nəfər iştirak etmiş, iclas Qəbələ RMTM-nin direktorunun təzyiqi və təsiri altında keçmiş, onun hüquqlarını müdafiə etməli olan X15 nəinki onu müdaiə etməyə çalışmamamış, hətta heç bir əsas olmadan onun işdən azad olunmasına razılıq vermək əvəzinə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə qərar qəbul etmişdir. Halbuki X15 müəssisənin direktorunun təqdimatının əsaslı və ədalətli olub olmamasını diqqətlə araşdıraraq onun hüquqlarını müdafiə etmək üçün axıradək səy göstərməli idi. X15 nəinki həqiqəti üzə çıxarmaq üçün heç bir təşəbbüs və səy göstərmədən, onun əsassız olaraq işdən azad olunmasına dair qərar qəbul etmişdir. Buradan belə çıxır ki, Qəbələ RMTM-nin X3 bağlanmış əmək müqaviləsinə müdiriyyətdən 8 gün əvvəl “xitam vermişdir”. Hesab edir ki, işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə qərar qəbul etmək X5 səlahiyyətində olmadığından onun hazırkı iş üzrə 08 may 2023-cü il tarixli iclasının qərarı işdən azad olunmasına razılıq kimi nəzərə alınmamalıdır. Həmçinin bildirir ki, onun işdən azad olunmasına səbəb kimi Daşağıl meşəbəyiliyinin 7 saylı dolayısının meşə gözətçisi kimi onun (həmin dövrdə Daşağıl Meşəbəyiliyinin meşəbəyisi kimi işləmişdir) Daşağıl Meşəbəyiliyinin 8 saylı dolayısında baş vermiş kütləvi qırıntı zamanı Mərkəzə heç bir yazılı məlumat verməməsi, kəsilən ağacları vaxtında aşkar etmədiyi üçün təqsirkar bilinmişdir. Ağaclar kəsilən tarixdə o, müdiriyyətin tapşırığı ilə tamamilə başqa bir ərazidə təhvil qəbul yoxlamasında iştirak etdiyindən, eyni zamanda iki ayrı ərazidə ola bilməzmiş. Qeyd edilən meşə qırıntısı üçün meşə gözətçisi məsuliyyət daşımalı olduğu halda məsələ araşdırılmadan işdən azad edilmişdir. Onu da bildirir ki, qeyd edilən meşə qırıntısı o və mühafizə mühəndisi Elşad Qaffarov tərəfindən aşkar edilmiş və dərhal aidiyyəti üzrə Qəbələ RMTM-nin rəisinə məlumat verilmişdir. Bundan sonra müvafiq komissiya göndərilərək onun və Elşad Qaffarovun iştirakı ilə yoxlama keçirilərək aktlaşdırılmışdır. İddiaya Etiraz: xx.xx.2023-cü il tarixdə cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin 15 saylı X22 Mərkəzinin nümayəndəsi Nümayəndə2 məhkəməyə etiraz ərizəsi təqdim edərək göstərmişdir ki, İddiaçı 15 saylı X22 Mərkəzinə (əvvəlki adı Qəbələ X22 Mərkəzi) qarşı "əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqı tələbinə dair" iddiasını aşağıda göstərdikləri səbəblərə görə qəbul etmirlər. Belə ki, İddiaçı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2022-ci il tarixli 183/k nömrəli əmri ilə 15 saylı X22 Mərkəzinin (əvvəlki adı Qəbələ X22 Mərkəzi) Daşağıl meşəbəyliyinin meşəbəyisi vəzifəsinə təyin edilmiş və onunla əmək müqaviləsi bağlanmışdır. Təyinatla bağlı Daşağıl meşəbəyliyinın təhvil-təslimi zamanı tərtib olunmuş 003316 nömrəli akta əsasən 6-7 saylı meşə dolaylarında 39 (otuz doqquz) ədəd dəmirqara ağacının qanunsuz kəsildiyi müəyyən edilmişdır xx.xx.2023-cü il tarixində İddiaçı meşəbəyi olduğu 08 saylı dolayın meşə gözətçisi X8, Abşeron rayonunda keçirilmiş qəbul zamanı "mühafizə etdiyi ərazidə ağacların qanunsuz kəsilməsi, günahın qərəzli olaraq onun üzərinə atılması və bu məsələ ilə bağlı ona köməklik göstərilməsi barədə" Ekologiya və X30 müraciət etmişdir. Müraciətlə bağlı araşdırma aparılarkən, xx.xx.2023-cü il tarixli 103/k saylı əmrlə İddiaçı 15 saylı X22 Mərkəzi (əvvəlki adı Qəbələ X22 Mərkəzi) ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "ç" bəndinə əsasən (öz xahişi ilə) xitam verilmişdir. 25 yanvar 2023-cü il tarixli 013/ü nömrəli əmrə əsasən Mərkəzin direktorunun dəyişməsi ilə əlaqədar Qəbələ və Oğuz inzibati rayonları üzrə yerləşən meşəbəyliklərdə təhvilqəbul işləri aparılan zaman Daşağıl meşəbəyliyində də ərazinin təhvil-qəbulu aparılmış və 69 291 m3 (571 ədəd ağac) həcmdə qırıntı nəticəsində 3515 26 (üç min beş yüz on beş manat iyirmi altı qəpik) manat ziyanlıq müəyyən edilmişdir. Həmin ziyanlığın 1802.37 (min səkkiz yüz iki manat otuz yeddi qəpik) manatı, yəni 35.585 m3 (259 ədəd ağac) həcmdə qırıntı Daşağıl meşəbəyliyinin 08 saylı dolayında aşkar olunmuşdur. Baş vermiş qırıntılarla bağlı müvafıq aktlar tərtib olunmuş və aidiyyəti üzrə araşdırma aparılması məqsədilə hüquq mühafizə orqanlarına (2 iş Oğuz rayon polis şöbəsinə, 1 iş Oğuz rayon Prokurorluğuna və 1 iş Azərbaycan Respublikası Baş Prokurorluğuna) göndərilmişdir. Lakin İddiaçı, Daşağıl meşəbəyliyinin meşəbəyisi vəzifəsindən (əmək haqqının hesablanması 14-cü dərəcə ilə) öz xahişi ilə uzaqlaşmış və həmin meşəbəyliyinin 07 saylı dolayının meşə gözətçisi (əmək haqqının hesablanması 09-cu dərəcə ilə) kimi onunla 03 (üç) aylıq əmək muqaviləsi bağlanmışdır. Nəticədə o, məsuliyyətdən kənarda qalmamış, Ekologiya və X24 tapşırığı əsasında aparılmış yoxlamanın nəticəsi olaraq, Nazirliyin xx.xx.2023-cü il tarixli 337/ü saylı əmrinə əsasən Meşələrin İnkişafı Xidməti tərəfindən xx.xx.2023-cü il tarixli 147/ü saylı əmr imzalanmış və həmin əmrdə Mərkəzin direktoru Əkrəm Babayevə tapşırılmışdır ki, aşkar edilmiş nöqsan və çatışmamazlıqlarla bağlı, o cümlədən qarşıya qoyulmuş vəzifələrin icrasında pozuntu hallarına yol vermiş və çatışmazlıqların yaranmasının vaxtında qarşısının alınmasında fəaliyyətsizlik göstərmişdir. Daşağıl meşəbəyliyində 07 saylı dolayın meşə gözətçisi (həmin dövrdə Daşağıl meşəbəyliyinin meşəbəyisi işləmiş) İddiaçı barəsində məsuliyyət dərəcəsinə uyğun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "ç" bəndinə uyğun olaraq qanunamüvafıq tədbir görüb nəticəsi barədə Meşələrin İnkişafı Xidmətinə məlumat versin. Qeyd edilən düzünə göstərişə əsasən 15 saylı X22 Mərkəzinin (əvvəlki adı Qəbələ X22 Mərkəzi) rəhbərliyı tərəfindən xx.xx.2023-cü il tarixində İddiaçılə bağlanmış əmək müqaviləsinə xitam verilməsi məsələsinə baxılması üçün Mərkəzin X15na təqdimatla müracət olunmuşdur. X15 xx.xx.2023-cü il tarixində keçirdiyi iclasda həmin təqdımatı müzakirəyə çıxarmış və 15 saylı X22 Mərkəzinin (əvvəlki adı Qəbələ X22 Mərkəzi) Daşağıl meşəbəyliyinin 07 saylı dolayının meşə gözətçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilməsi barədə qərar qəbul etmişdir. İddiaçı 15 saylı X22 Mərkəzinə (əvvəlki adı Qəbələ X22 Mərkəzi) qarşı olan qarşı "əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqı tələbinə dair" iddiasının təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş edirlər. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı və iddiaçının vəkili və nümayəndəsi Nümayəndə1 iddia ərizəsinə uyğun izahat verib, iddianı müdafiə edərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin 15 saylı X22 Mərkəzinin nümayəndəsi Nümayəndə2məhkəməyə təqdim etdiyi etiraz ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X32 izahatında göstərmişdir ki, İddiaçı Daşağıl meşəbəyiliyinin meşəbəyisi işlədiyi müddətdə 3 yoxlama aparılmışdır. Biri 6 saylı Regional Ekologiya İdarəsi tərəfindən, ikisi onların mərkəz tərəfindən təhvil-qəbul yoxlaması aparılmışdır. Daşağıl meşəbəyiliyinin 8 saylı meşə dolayısından (Həkimova Bənövşənin mühafizə etdiyi meşə dolayısından) daxil olmuş şikayət əsasında 2910 manat ziyan hesablanmışdır. 2023-cü ilin təxminən fevral ayında Mərkəzin direktorunun dəyişməsi ilə əlaqədar yoxlama aparılmışdır. Həmin 8 saylı meşə dolayında qanunsuz qırıntı aşkar olunmuşdur. Ağaclar kəsilib aparılıb, ağaclar kəsildiyi dövrdə, ya gözətçi, ya da meşəbəyi tərəfindən Mərkəzə hər hansı məlumat verilməmişdir. Məlumatı gözətçi ya şifahi, ya da yazılı qaydada öz meşəbəyisinə verməlidir, meşəbəyi də həmin məlumatı Mərkəzə təqdim etməlidir. Ya da meşəbəyi mütəmadi olaraq nəzarət etməlidir, görəndə ki, gözətçi öz işini düzgün aparmır, ərazisinə nəzarət etmir, onda baş vermiş qanunsuz qırıntıları müəyyən etmək məqsədi ilə mütəmadi yoxlamalar aparmalıdır. İddiaçı işini düzgün təşkil etməmiş, işinə səhlənkar yanaşmışdır. Birinci yoxlamada 142, ikinci yoxlamada təxminən 56 ədəd ağac qırılmışdır. Həmin qırıntılar tərəflərindən aşkar olunana qədər meşəbəyi tərəfindən hər hansı tədbir görülməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 izahatında göstərmişdir ki, Mərkəzdə meşə uçotu və kadastr üzrə baş mühəndis vəzifəsində işləyir. Ali təhsillidir və eyni zamanda Həmkarlar İttifaqının sədridir. 2020-ci ildən bu vəzifədə işləyir. Həmkarların sədri vəzifəsində 1 il yarımdır ki, işləyir. Namus barəsində Həmkarlar İttifaqında müzakirə olunması üçün təqdimat verilmişdir. Həmkarlar iclasını keçirmiş, iclasda 10 nəfər iştirak etmiş, Namus özü də iclasda iştirak etmiş və çıxış etmişdir. İclası açıq elan etmiş, hadisə barədə məlumat vermiş, iclas iştirakçıları hadisə barədə öz fikirlərini bildirmişlər. İclasda iştirakçıların fikirlərini nəzərə alıb direktorun təqdimatı ilə bağlı protokol qərarı verilmişdir. Qərarda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən işçinin işdən çıxarılması ilə bağlı razılıq verilməli idi. Lakin orda texniki səhv olaraq, “işdən azad edilsin” sözləri yazılmışdır. Məhkəmə iş üzrə tərəflərin izahatlarını və çıxışlarını dinləyərək, təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Mülki işdə olan sənədlər: İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin xx.xx.2022-ci il tarixli 183/K nömrəli “Əmək müqaviləsinin bağlanması barədə” Əmrinin surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən X34 X6 meşəbəyliyinə meşəbəyi vəzifəsinə (13-cü dərəcə ilə) təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin Qəbələ X22 Mərkəzinin direktoru Əkrəm Babayevin 16 may 2023-cü il tarixli, 097/K nömrəli “əmək müqaviləsinə xitam verilməsi barədə” əmrinin surətindən görünür ki, Daşağıl meşəbəyliyinin 8 saylı meşə dolayında baş vermiş qanunsuz qırıntılarla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 27 aprel 2023-cü il tarixli 147/ü nömrəli əmrinə əsasən vəzifə səlahiyyətləri üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiklərinə görə Xaçmaz meşəbəyliyinin meşəbəyisi X28 ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə uyğun olaraq ləğv edilmiş və meşələrin qorunub və mühafizə olunması üzrə baş mühəndis X31 Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən xəbərdarlıq verilmişdir. Eyni zamanda Qəbələ X22 Mərkəzinin 28 fevral 2023-cü il tarixli 038/k nömrəli əmrinə əsasən Daşağıl meşəbəyliyinin 8 saylı dolayının meşə gözətçisi X8 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə uyğun olaraq xitam verilmişdir. Mərkəzin direktorunun dəyişməsi ilə əlaqədar Qəbələ və Oğuz inzibati rayonları ərazilərində yerləşən meşəbəyliklərində təhvil qəbul işlərinin aparılması məqsədi ilə 25 yanvar 2023-cü il tarixli 013/ü nömrəli əmrəsasən Daşağıl meşəbəyliyində aparılmış yoxlamalar zamanı 571 ədəd, 69.291 m3 həcmdə, 3515,26 manat dəyərində müxtəlif cinsdə və diametrdə qanunsuz ağacların kəsildiyi aşkar edilmişdir. Təhvil-qəbul yoxlaması zamanı Daşağıl meşəbəyliyinin 8 saylı meşə dolayında 259 ədəd, 35,585 m3 həcmdə, 1802,37 manat dəyərində qanunsuz qırıntı aşkar edilmişdir. Həmçinin bundan başqa Meşələrin İnkişafı Xidmətinin 27 aprel 2023-cü il tarixli 147/ü nömrəli əmrində Daşağıl meşəbəyliyinin 8 saylı meşə dolayında aşkar edilmiş nöqsan və çatışmazlıqların yaranmasının vaxtında qarşısının alınmasında fəaliyyətsizlik göstərmiş, Daşağıl meşəbəyliyinin 7 saylı dolayının meşə gözətçisi (həmin dövrdə Daşağıl meşəbəyliyinin meşəbəyisi vəzifəsində işləmiş) İddiaçı barəsində məsuliyyət dərəcəsinə uyğun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "ç" bəndinə uyğun olaraq qanunamüvafiq tədbir görülməsi Qəbələ X22 Mərkəzinə tapşırılmışdır. Bu məqsədlə Mərkəzin Həmkarlar littifaqı Komitəsi 08 may 2023-cü il tarixdə iclas keçirərək qərar vermişdir. xx.xx.2023-cü il tarixdən X34 X11 meşəbəyliyinin 07 saylı dolayının meşə gözətçisi X10 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilmişdir. İş materiallarında olan Qəbələ RMTM-nin X5 08 may 2023-cü il tarixli, 09 nömrəli Protokolundan görünür ki, Qəbələ RMTM-nin direktoru Ə.Babayevin 03 may 2023-cü il tarixli 3- 14-27-2/2-118/2023 saylı təqdimatını, Meşələrin İnkişafı Xidmətinin 27 aprel 2023-cü il tarixli 147-Ü nömrəli əmrini və İclas çıxışlarını nəzərə alaraq Qəbələ RMTM-nin Daşağıl meşəbəyliyinin 07 saylı dolayının meşə gözətçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin xx.xx.2023-cü il tarixli 103/K nömrəli Əmrinin surətindən görünür ki, X34 X6 meşəbəyliyinin meşəbəyisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən öz xahişi ilə xitam verilmişdir. Əmrin verilməsi üçün əsas İddiaçı ərizəsi olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin Qəbələ X22 Mərkəzinin direktoru Əkrəm Babayevin 15 mart 2023-cü il tarixli, 056/K nömrəli “əmək müqaviləsinin bağlanması barədə” əmrinin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdən İddiaçı X34 X12 meşəbəyliyinin 07 saylı dolayının meşə gözətçisi vəzifəsinə (9-cu dərəcə ilə) 3 (üç) ay müddətinə təyin edilmişdir. İş materiallarında olan 01 mart 2023-cü il tarixli Qəbələ RMTM-nin Daşağıl meşəbəyliyinin 07 saylı meşə dolayında təhvil-qəbul yoxlama aktından görünür ki, xx.xx.2023-cü il tarixdə direktorun imzaladığı 013/Ü nömrəli əmrə əsasən Daşağıl meşəbəyliyinin 07 saylı meşə dolayında təhvil-qəbul yoxlaması aparılmışdır və yoxlama zamanı 07 saylı meşə dolayının ərazisindən qanunsuz kəsilmiş Qovaq cinsindən 16 sm 5 ədəd, 16 sm 4 ədəd qoz cinsindən, 12 sm 3 ədəd, 16 sm 5 ədəd, 24 sm 5 ədəd quru qoz ağaclarının kəsildiyini aşkar etmişlər. Palıd cinsindən 8 sm 7 ədəd 12 sm 11 ədəd ağacların kəsildiyini aşkar etmişlər. İş materiallarında olan 28fevral 2023-cü il tarixli Qəbələ RMTM-nin Daşağıl meşəbəyliyinin 08 saylı meşə dolayında təhvil-qəbul yoxlama aktından görünür ki, xx.xx.2023-cü il tarixdə direktorun imzaladığı 013/Ü nömrəli əmrə əsasən Daşağıl meşəbəyliyinin 07 saylı meşə dolayında təhvil-qəbul yoxlaması aparılmışdır və yoxlama zamanı 08 saylı meşə dolayının ərazisindən qanunsuz kəsilmiş dəmirqara cinsindən 12 sm 5 ədəd, vələs cinsindən 8 sm 2 ədəd, 12 sm 4 ədəd, 16 sm 2 ədəd, 24 sm 2 ədəd, fısdıq cinsindən 12 sm 1 ədəd, 20 sm 1 ədəd, cəmi 17 ədəd ağacların kəsildiyini aşkar etmişlər. İş materiallarında olan “X16 X27” 21 iyul 2023-cü il tarixli arayışdan görünür ki, cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin Qəbələ X22 Mərkəzi X16 iştirak etməmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 3.2-ci maddəsinə əsasən Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl X16 iştirak tələb olunur. Həmin Qanunun 28.1.-ci maddəsinə əsasən Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər X16 iştirak etməlidirlər. Göründüyü kimi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən mediator X17 müraciət edilmişdir. Müvafiq olaraq “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 29.3-cü maddəsinə uyğun olaraq “X16 X27” arayış verilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 4-cü hissəsinə görə əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin; 44.3-cü maddəsinə əsasən əmək müqaviləsi iki nüsxədən az omayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. 70-ci maddəsinin «ç» bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddəsinin 2-ci bəndinə görə bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 71-ci maddəsinin 3-cü bəndinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 72-ci maddəsinin e bəndinə əsasən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. 80-ci maddəsinin 1-ci bəndinə əsasən Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən X5 qabaqcadan razılığı alınmaqla ləğv edilir. 80-ci maddəsinin 2-ci bəndinə əsasən Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin X15na əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. X15 bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istər işəgötürən tərəfindən, istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 84-cü maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı və soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilir. 87-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il,işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmasının əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Maddə 186. Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növləri
1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.
2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.
3. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.
4. İşəgötürənin bu maddədə nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilməsi onun işəgötürəni hesab edilən vəzifəli şəxs, müəssisənin mülkiyyətçisi, müəssisə dövlət mülkiyyətində olduqda isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. İşəgötürən inzibati və ya cinayət məsuliyyətinə qanunvericiliklə müəyyən edilmiş qaydada cəlb edilir. Maddə 187. İntizam tənbehinin verilməsi qaydaları
1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.
2. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir.
3. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir.
4. İdarə, müəssisə və ya təşkilatın korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermiş işçisi barəsində intizam tənbehini tətbiq edən idarə, müəssisə və ya təşkilat intizam tənbehinin qanunla müəyyən edilmiş hallardan irəli gəlməsini və korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumata aidiyyəti olmadığını əsaslandırmalıdır. Maddə 300. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır.
“X7” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən həmkarlar ittifaqları öz üzvləri ilə işəgötürən arasındakı fərdi əmək mübahisələrini səlahiyyətləri dairəsində həll edir, kollektiv əmək mübahisələrinə (münaqişələrə) baxılmasında iştirak edirlər.Əmək mübahisələrinin (münaqişələrinin) predmeti və həlli qaydası Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilir.
Birinci instansiya baxışının hədləri
Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi:
Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki işin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2022-ci il tarixli 183/k nömrəli əmri ilə 15 saylı Regional Meşə X6 meşəbəyliyinin meşəbəyisi vəzifəsinə təyin edilmiş və onunla əmək müqaviləsi bağlanmışdır. xx.xx.2023-cü il tarixli 103/k saylı əmrlə İddiaçı 15 saylı X22 Mərkəzi ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "ç" bəndinə əsasən (öz xahişi ilə) xitam verilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin Qəbələ X22 Mərkəzinin direktoru Əkrəm Babayevin 15 mart 2023-cü il tarixli, 056/K nömrəli “əmək müqaviləsinin bağlanması barədə” əmrinə əsasən xx.xx.2023-cü il tarixdən İddiaçı X34 X12 meşəbəyliyinin 07 saylı dolayının meşə gözətçisi vəzifəsinə (9-cu dərəcə ilə) 3 (üç) ay müddətinə təyin edilmişdir. Ekologiya və X24 tapşırığı əsasında aparılmış yoxlamanın nəticəsi olaraq, Nazirliyin xx.xx.2023-cü il tarixli 337/ü saylı əmrinə əsasən Meşələrin İnkişafı Xidməti tərəfindən xx.xx.2023-cü il tarixli 147/ü saylı əmr imzalanmış və həmin əmrdə Daşağıl meşəbəyliyində 07 saylı dolayın meşə gözətçisi (həmin dövrdə Daşağıl meşəbəyliyinin meşəbəyisi işləmiş) İddiaçı barəsində məsuliyyət dərəcəsinə uyğun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "ç" bəndinə uyğun olaraq qanunamüvafıq tədbir görüb nəticəsi barədə Meşələrin İnkişafı Xidmətinə məlumat verilməsi tapşırılmışdır. Qeyd edilən düzünə göstərişə əsasən 15 saylı X22 Mərkəzinin rəhbərliyı tərəfindən xx.xx.2023-cü il tarixində İddiaçılə bağlanmış əmək müqaviləsinə xitam verilməsi məsələsinə baxılması üçün Mərkəzin X15na təqdimatla müraciət olunmuşdur. X15 xx.xx.2023cü il tarixində keçirdiyi iclasda həmin təqdimatı müzakirəyə çıxarmış və 15 saylı X22 Daşağıl meşəbəyliyinin 07 saylı dolayının meşə gözətçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilməsi barədə qərar qəbul etmişdir. Nəticədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin Qəbələ X22 Mərkəzinin direktoru Əkrəm Babayevin 16 may 2023-cü il tarixli, 097/K nömrəli “əmək müqaviləsinə xitam verilməsi barədə” əmri ilə xx.xx.2023-cü il tarixdən X34 X11 meşəbəyliyinin 07 saylı dolayının meşə gözətçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbi ilk növbədə işə bərpa barədədir. İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla əmək müqaviləsinə xitam verilməsini qanunsuz hesab etmiş və tələbinin əsası kimi ona istinad etmişdir ki, onunla bağlanmış əmək müqaviləsinə qərəzli olaraq xitam verilib. Cavabdeh buna etiraz olaraq iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tələblərini pozmasını onunla əsaslandırılmışdır ki,İddiaçı Daşağıl meşəbəyliyinin 8 saylı dolayının meşəbəyisi vəzifəsində işləyən zaman meşə dolayında aşkar edilmiş nöqsan və çatışmazlıqların yaranmasının vaxtında qarşısının alınmasında fəaliyyətsizlik göstərmiş və bununla bağlı olaraq Meşələrin İnkişafı Xidmətinin 27 aprel 2023-cü il tarixli 147/ü nömrəli əmrində Qəbələ X22 Mərkəzinə tapşırıq verilmişdir. Məhkəmə birinci olaraq onu qeyd edir ki, Əmək Məcəlləsinin 80-ci maddəsinin tələbinə əsasən Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən X5 qabaqcadan razılığı alınmaqla ləğv edilir.Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin X15na əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. X15 bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Hazırki işdən görünür ki, Həmkarlar ittifaqı tərəfindən işəgötürənə, yəni Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin 15 saylı X22 Mərkəzinə İddiaçı əsaslandırılmış yazılı qərar verməsi iş materialları ilə sübuta yetirilmir. Cavabdeh tərəfindən yalnız iş materiallarına sübut kimi Qəbələ RMTM-nin X5 iclas protokolu əlavə edilmişdir ki, həmin protokolda Qəbələ RMTM-nin Daşağıl meşəbəyliyinin 07 saylı dolayının meşə gözətçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi qərara alınmışdır. Halbuki, Həmkarlar İttifaqı əsaslanıdırılmış qərar qəbul etmək əvəzinə, protokolla əsassız olaraq işçinən işdən azad edilməsi barədə qərar qəbul etmişdir. İkinci olaraq məhkəmə onu qeyd edir ki, Baxılan işin məhkəmə tərəfindən müəyyən olunmuş halları ondan ibarətdir ki, iddiaçının fəaliyyətinin araşdırılması 28 fevral 2023-cü il və 01 mart 2023-cü il tarixlərdə Qəbələ RMTM-nin Daşağıl meşəbəyliyinin 07 saylı və 08 saylı meşə dolayında təhvil-qəbul yoxlamaları zamanı qanunsuz ağac kəsilməsi müəyyən edilmiş və həmin dövrdə İddiaçı Daşağıl meşəbəyliyinin meşəbəyisi vəzifəsində işləmişdir. Göründüyü kimi iddiaçının işdən azad edilməsinə əsas olmuş inzitam pozuntuları (yəni qanunsuz ağac kəsimi hallarının mövcud olması) işəgötürən tərəfindən ən geci xx.xx.2023-cü il tarixdə aşkar olunmuşdur. İşçiyə onunla bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv olunması barədə intizam tənbehi isə həmin tarixdən 2 aydan artıq müddət keçdikdən sonra xx.xx.2023-cü il tarixdə verilmişdir. Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinə müvafiq olaraq intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Maddəyə əsasən işəgötürən işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən ən geci bir ay müddətində ona intizam tənbehi verə bilər. İstinad olunan normada ifadə edilmiş müddət qanunverici tərəfindən işçilərin mənafelərinin müdafiəsi üçün müəyyən edilmiş mühüm təminat olmaqla, intizam pozuntusuna yol vermiş işçilərin uzun müddət ərzində işəgötürənin iradəsindən asılı vəziyyətdə saxlanılmasına qarşı yönəlmişdir. Həmin müddət kəsici müddət olduğu üçün onun keçməsindən sonra işçinin barəsində intizam tənbehinin tətbiq olunması istisna edilir. Əmək Məcəlləsinin 187-ci maddəsinin 3-cü hissəsi nəzərdə tutur ki, intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir. Qeyd olunmalıdır ki, maddənin 3-cü hissəsində nəzərdə tutulmuş 6 aylıq və 2 illik müddətlər intizam pozuntusunun aşkar edildiyi vaxtdan deyil, intizam xətasının törədildiyi gündən hesablanır. Yəni əgər törədilmiş intizam xətası işəgötürən tərəfindən sonradan aşkar edilərsə, onun törədilməsi üzərindən artıq müvafiq olaraq 6 ay və 2 il müddət keçibsə, işçiyə intizam tənbehi verilə bilməz. Göründüyü kimi 3-cü hissədə müəyyən edilmiş müddətlər də əslində işçilər üçün əlavə təminat olmaqla, intizam xətasının törədilməsi üzərindən həmin müddətlər keçdikdən sonra işçinin intizam məsuliyyətini istisna edir. Eyni zamanda törədilmiş intizam xətası işəgötürən tərəfindən sonradan aşkar edilmişdirsə, Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinə müvafiq olaraq işəgötürən tərəfindən işçiyə intizam tənbehi hər bir halda həmin pozuntunun aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Hazırkı işdən isə müəyyən edilir ki, iddiaçının işdən azad edilməsinə əsas olmuş inzitam pozuntuları işəgötürən tərəfindən ən geci xx.xx.2023-cü il tarixdə aşkar olunmuşdur. İşçiyə onunla bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv olunması barədə intizam tənbehi isə həmin tarixdən 2 aydan artıq müddət keçdikdən sonra xx.xx.2023-cü il tarixdə verilmişdir. Bu səbəbdən də işdən çıxarılma barədə əmr qanunsuz olduğundan ləğv edilməlidir. Məhkəmə üçüncü olaraq onu qeyd edir ki, İddiaçı barəsində hansı əsasla digər, daha yüngül intizam tədbirinin deyil, məhz Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tətbiq edilməsinin zəruriliyi İşəgötürən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin müvafiq əmrinə əsasən müəyyən edilmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci mаddəsinin 1-ci bəndinə əsаsən, əmək müqаviləsinə yаlnız bu Məcəllə ilə müəyyən edilmiş əsаslаrlа və qаydаdа xitаm verilə bilər. İşçi ilə əmək müqaviləsinə qanunla müəyyən edilmiş qaydanın pozulması ilə xitam verilmişdirsə, əmək mübahisəsini həll edən məhkəmə işçinin iddiası əsasında onun işə bərpa edilməsi barədə qətnamə çıxarır (Əmək Məcəlləsinin 300-cü maddəsi). Beləliklə, hesab edir ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə cavabdehin əmri əmək qanunvericiliyinin tələbinə uyğun olmadığından, yəni həmin əmr etibarsız olduğundan ləğv edilməlidir. Belə olduğu halda iddiaçının “işə bərpa tələbinə dair” iddiası da əsaslı sayılmaqla təmin edilməlidir. Bundan başqa, məhkəmə iddia tələbinin məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqının ödənilməsi hissəsinə hüquqi qiymət verərək qeyd edir ki, məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin Qəbələ X22 Mərkəzindən tutularaq İddiaçı ödənilməlidir. Belə ki, Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin X34 X2 Namus Bəhcət oğlunun işdən azad olunması barədə 16 may 2023-cü il tarixli, 097/K nömrəli əmrinin ləğv edilməsi, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin X34 X6 meşəbəyliyinin 07 saylı dolayısına (9-cu dərəcə ilə) meşə gözətçisi vəzifəsinə bərpa olunması, məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin Qəbələ X22 Mərkəzindən tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi:
İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin X34 X2 Namus Bəhcət oğlunun işdən azad olunması barədə 16 may 2023-cü il tarixli, 097/K nömrəli əmri ləğv edilsin. İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin X34 X6 meşəbəyliyinin 07 saylı dolayısına (9-cu dərəcə ilə) meşə gözətçisi vəzifəsinə bərpa olunsun. Məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin Qəbələ X22 Mərkəzindən tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Abbas Əliyev