Məhkəmə qərarları › İş №e-2(025)-1308/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1308/2025

12.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1308/2025 12.12.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçi “sağlamlıq imkanları məhdud olan şəxsə qulluq etmə faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər qulluq etmə faktının müəyyən edilməsi) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, Ərizəçi və vəkili Vəkil qızının, maraqlı şəxs AR ƏƏSMN DSMF-nin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, Ərizəçi “sağlamlıq imkanları məhdud olan şəxsə qulluq etmə faktının müəyyən edilməsi” tələbi barədə ərizəsinə dair mülki açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi sağlamlıq imkanları məhdud olan şəxsə qulluq etmə faktının müəyyən edilmə tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib “anadangəlmə spastik serebral iflic, mikrosefaliya” xəstəliyindən əziyyət çəkən xx.xx.2002-ci il təvəllüdlü X7 doğulduğu gündən öldüyü günədək olan müddətdə (xx.xx.2002-ci il tarixdən xx.xx.2012-ci il tarixədək) heç bir yerdə əmək fəaliyyəti ilə məşğul olmadan qulluq etmə faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahatında göstərmişdir ki, X10 ilə birgə nikahından doğulmuş xx.xx.2002-ci il təvəllüdlü X11 “anadangəlmə spastik serebral iflic, mikrosefaliya” xəstəliyindən əziyyət çəkmiş və xəstəliyi səbəbindən xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. Uşaq onlarla birlikdə Bakı şəhərində yaşamış və xəstəliyi ilə əlaqədar daimi qulluğa möhtac olmuşdur. X10 daxili işlər orqanlarında xidmətdə olduğu üçün uşağa özü qulluq edilmiş və bu səbəbdən əmək fəaliyyəti ilə məşğul olmaq imkanı olmamışdır. xx.xx.2002-ci il təvəllüdlü X7 qulluq etdiyi müddətin əmək pensiyası təyin edilməsi üçün nəzərə alınan sığorta stajına daxil edilməsi məqsədilə “anadangəlmə spastik serebral iflic, mikrosefaliya” xəstəliyindən əziyyət çəkən xx.xx.2002-ci il təvəllüdlü X7 doğulduğu gündən öldüyü günədək olan müddətdə (xx.xx.2002-ci il tarixdən xx.xx.2012-ci il tarixədək) heç bir yerdə əmək fəaliyyəti ilə məşğul olmadan qulluq etmə faktının müəyyən edilməsini tələb edir. İş üzrə maraqlı şəxs AR ƏƏSMN DSMF PHŞ-nin nümayəndəsi Nümayəndə3 izahatında göstərmişdir ki, Ərizəçi “anadangəlmə spastik serebral iflic, mikrosefaliya” xəstəliyindən əziyyət çəkən xx.xx.2002-ci il təvəllüdlü X7 xx.xx.2002-ci il tarixdən xx.xx.2012-ci il tarixədək qulluq etmə faktının müəyyən edilmə barədə tələbi həmin müddətin əmək pensiyası təyin edilməsi üçün nəzərə alınan sığorta stajına daxil edilməsi ilə əlaqədardır və o, pensiya yaşına çatmadığından hər bir halda hesablanmır. Ərizəçi və həyat yoldaşı X10 əmək pensiyaçısı olmadığından əlil uşağa qulluğa görə əmək pensiyasına əlavə almaq hüquqları yoxdur. AR Prezidentinin 15 aprel 2019-cu il tarixli 643 nömrəli Fərmanına əsasən “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə və ya əlilliyi olan uşaqlara qulluq edən şəxslərə AR Prezidentinin təqaüdü” təsis edilmişdir. xx.xx.2002-ci il təvəllüdlü X14 23 noyabr 2012-ci il tarixində vəfat etdiyindən ona qulluq edən şəxsə təqaüd təyin edilməsi mümkün deyil. Beləliklə, Ərizəçi sağlamlıq imkanları məhdud olan şəxsə qulluq etmə faktının müəyyən edilmə tələbi hüquqi əhəmiyyət kəsb etmir və təmin edilməməlidir. İş üzrə şahid X8 ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Qəbələ rayonu Bum qəsəbəsində yaşayır və X10 ilə qohumdur. X10 işi ilə əlaqədar daimi olaraq Bakı şəhərində yaşamasına baxmayaraq tez- tez ailə üzvləri ilə birlikdə Bum qəsəbəsinə gəlir və qonşuluqda yerləşən evində qalır. X10 ilə Ərizəçi birgə nikahından doğulmuş xx.xx.2002-ci il təvəllüdlü X11 anadangəlmə iflic olduğundan özü hərəkət edə bilməmiş və inkişafdan qalaraq xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. Uşağ daimi qulluğa möhtac olduğu üçün Ərizəçi əmək fəaliyyəti ilə məşğul olmamış və uşağa ölənədək özü qulluq etmişdir. İş üzrə şahid X2 ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Qəbələ rayonu Bum qəsəbəsində yaşayır və X10 ilə qohumdur. X10 işi ilə əlaqədar daimi olaraq Bakı şəhərində yaşamasına baxmayaraq tez- tez ailə üzvləri ilə birlikdə Bum qəsəbəsinə gəlir və qonşuluqda yerləşən evində qalır. X10 ilə Ərizəçi birgə nikahından doğulmuş xx.xx.2002-ci il təvəllüdlü X11 anadangəlmə iflic olduğundan özü hərəkət edə bilməmiş və inkişafdan qalaraq xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. Uşağ daimi qulluğa möhtac olduğu üçün Ərizəçi əmək fəaliyyəti ilə məşğul olmamış və uşağa ölənədək özü qulluq etmişdir. İşdə olan Bakı şəhəri İcra Hakimiyyəti MKTİ 114 saylı MTK tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 28 saylı arayışlara əsasən Ərizəçi Bakı şəhəri, Yeni Əhmədli qəsəbəsi, Məhəmməd Hadi küçəsi 63 saylı binanın 86-cı mənzilində yaşayır. İşdə olan AZ-İ 25286 nömrəli «doğum haqqında» şəhadətnamənin surətinə əsasən xx.xx.2002-ci il təvəllüdlü X1 Samirə Çingiz qızı və X3 törəmişdir. İşdə olan AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 01 saylı Zona Tibbi-Sosial Ekspert Komissiyası xx.xx.2007-ci il tarixli 030289 nömrəli arayışına əsasən xx.xx.2007-ci il tarixdə 34 saylı TSEK-də müayinə olunan xx.xx.2002-ci il təvəllüdlü X5 xəstəliyi AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.1994-cü il tarixli qərarı ilə təsdiq edilmiş “16 yaşa qədər uşaqlara sosial pensiya almaq hüququ” verən tibbi göstərişlərin əsas meyarlarının 3.1-ci bəndinə uyğun olduğundan ona 16 yaşa qədər pensiya almaq hüququ verilmişdir. İşdə olan AZ-İ 583265 nömrəli “ölüm haqqında” şəhadətnamənin surətinə əsasən X11 xx.xx.2012-ci il tarixdə “anadangəlmə spastik serebral iflic, mikrosefaliya” xəstəliyi səbəbindən Bakı şəhərində ölmüşdür. İşdə olan AR DİN Bakı şəhəri Yasamal RPİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 55/2- 50745 saylı Arayışa əsasən X10 xx.xx.2000-ci il tarixdən daxili işlər orqanlarında, xx.xx.2022-ci il tarixdən hal-hazırkı vaxtadək Bakı şəhəri, Yasamal RPİ TŞ-nin rəisi vəzifəsində xidmət edir. İşdə olan AR ƏƏSMN DSMF tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-17-1/2- 299305/2025 saylı məlumatda bildiriilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1 aprel 2019-cu il tarixidək qüvvədə olmuş 19.1.4-cı maddəsinə əsasən əmək pensiyaçılarına İ qrup əlillərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə qulluq üçün 11 manat məbləğində əmək pensiyasının sığorta hissəsinə əlavə hesablanmış və sonra qeyd edilən əlavə əvəzinə AR Prezidentinin 15 aprel 2019-cu il tarixli 643 nömrəli Fərmanına əsasən “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə və ya əlilliyi olan uşaqlara qulluq edən şəxslərə AR Prezidentinin təqaüdü” təsis edilmiş və hazırda məbləği 120 manat müəyyən edilmişdir.Ərizəçi və həyat yoldaşı X10 əmək pensiyaçısı olmadığından əlil uşağa qulluğa görə əmək pensiyasına əlavə almaq hüquqları olmamış, həmçinin ərizəçinin övladı 23 noyabr 2012-ci il tarixində vəfat etdiyindən ona qulluq edən şəxsə təqaüd təyin edilməsi mümkün olmamışdır. AR MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, Ərizəçi X10 ilə birgə nikahından doğulmuş “anadangəlmə spastik serebral iflic, mikrosefaliya” xəstəliyindən əziyyət çəkən 16 yaşınadək əlil uşağı, xx.xx.2002-ci il təvəllüdlü X7 doğulduğu gündən öldüyü günədək olan müddətdə (xx.xx.2002-ci il tarixdən xx.xx.2012-ci il tarixədək) qulluq etmiş və həmin müddətdə heç bir yerdə əmək fəaliyyəti ilə məşğul olmamışdır. AR MPM-nin 217-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prossesual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərbası mümkün olmasın. «Əmək pensiyaları haqqında» AR Qanunun 21.1-ci maddəsinə əsasən (xx.xx.2017-ci ilədək qüvvədə olmuş redaksiyada) qanunvericilikdə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2.4-cü maddəsinə əsasən (xx.xx.2017-ci ilədək qüvvədə olmuş redaksiyada) bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan 1-ci qrup əlilə və ya 16 yaşınadək əlil uşağa, habelə 70 yaşına çatmış qocalara qulluq edilməsi müddəti sığorta stağına daxil edilir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Ərizəçi sağlamlıq imkanları məhdud olan şəxsə qulluq etmə faktının müəyyən edilmə tələbi sığorta stajının hesablanması ilə əlaqədar olduğundan hüquqi əhəmiyyət kəsb edir. Ona görə də, onun X10 ilə birgə nikahından doğulmuş “anadangəlmə spastik serebral iflic, mikrosefaliya” xəstəliyindən əziyyət çəkən 16 yaşınadək əlil uşağı, xx.xx.2002-ci il təvəllüdlü X7 xx.xx.2002-ci il tarixdən xx.xx.2012-ci il tarixədək olan müddətdə qulluq etməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. Ərizəçi 16 yaşınadək əlil uşağı, xx.xx.2002-ci il təvəllüdlü X7 xx.xx.2002-ci il tarixdən xx.xx.2012-ci il tarixədək olan müddətdə qulluq etməsi faktı müəyyən edilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar