Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1322/2025 18.12.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər, Qəbələ Regional "Asan Xidmət" Mərkəzində notariat ofisinə, AR İN ƏMDX DƏDKR PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamələrin və daşınmaz əmlakın dövlət reyestrində edilən qeydin ləğv edilməsi, miras əmlakdan pay almaq hüququnun təsdiq olunması və mülkiyyət hüququnun tanınması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: vərəsəlik hüququ haqqında şəhadətnamələrin və daşınmaz əmlakın dövlət reyestrində edilən qeydin ləğv edilməsi, mülkiyyət hüququnun tanınması) Qəbələ Rayon Məhkəməsi hakim Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1 və üçüncü şəxs Maraqlı şəxs2 iştirakı ilə, İddiaçı cavabdehlər, Qəbələ Regional "Asan Xidmət" Mərkəzində notariat ofisinə, AR İN ƏMDX DƏDKR PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamələrin və daşınmaz əmlakın dövlət reyestrində edilən qeydin ləğv edilməsi, miras əmlakdan pay almaq hüququnun təsdiq olnması və mülkiyyət hüququnun tanınması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər, Qəbələ Regional "Asan Xidmət" Mərkəzində notariat ofisinə, AR İN ƏMDX DƏDKR PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamələrin və daşınmaz əmlakın dövlət reyestrində edilən qeydin ləğv edilməsi, miras əmlakdan pay almaq hüququnun təsdiq olnması və mülkiyyət hüququnun tanınması tələbi barədə iddia qaldıraraq Qəbələ Regional Cavabdeh1ndə notariat ofisində xx.xx.2024-cü il tarixli 2V-546, xx.xx.2024-cü il tarixli 2V-547, xx.xx.2024-cü il tarixli 2V-548, xx.xx.2024-cü il tarixli 2V-549 reyestr nömrəsi ilə Maraqlı şəxs2 adına verilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və həmin şəhadətnamələr əsasında Maraqlı şəxs2 Qəbələ şəhəri, Cavidan küçəsində yerləşən 0,16 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 341,8 kv/m olan 40 nömrəli yaşayış evi, o cümlədən Qəbələ şəhəri, Cavidan küçəsi, Giriş 38-də yerləşən 0,13 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının ləğv edilməsi, həmin reyestr nömrələri ilə qeydiyyata alınmış daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış və Texniki pasportun etibarsız hesab edilməsi, xx.xx.2008-ci il tarixdə vəfat etmiş X3 və xx.xx.2006-cı ildə vəfat etmiş X4 miras qalmış Qəbələ şəhəri, Cavidan küçəsi, Giriş 38-də yerləşən 0,13 ha torpaq sahəsinin 2/5 hissəsi və X4 miras qalmış Qəbələ şəhəri, Cavidan küçəsində yerləşən 0,16 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 341,8 kv/m olan 40 nömrəli yaşayış evinin ½ hissəsindən ona düşən payın müəyyən edilib Qəbələ şəhəri, Cavidan küçəsində yerləşən 0,16 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 341,8 kv/m olan 40 nömrəli yaşayış evinin ½ hissəsi üzərində şəxsi mülkiyyət hüququ tanınaraq miras payına əlavə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, Qəbələ şəhəri, Cavidan küçəsində yerləşən 0,16 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 341,8 kv/m olan 40 nömrəli yaşayış evi X13 və İddiaçı birgə vəsaiti 1975-ci ildə inşa edilərək ailə üzvlərinin istifadəsində olmuş və 1997-ci ildə dövlət qeydiyyata alınaraq onların adına sənədləşdirilmişdir. İslahat aparılarkən Qəbələ şəhəri, Cavidan küçəsi, Giriş 38-də yerləşən 0,13 ha torpaq sahəsi ilə birlikdə səhvən Qəbələ şəhəri, Cavidan küçəsində yerləşən 0,16 ha torpaq sahəsi də X5 beş nəfərdən ibarət ailə üzvlərinin mülkiyyətinə verilmiş və nəticədə Qəbələ şəhəri, Cavidan küçəsində yerləşən 0,16 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 341,8 kv/m olan 40 nömrəli yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində X5 adına xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır. xx.xx.2008-ci il tarixdə X3 və xx.xx.2006-cı ildə X13 vəfat etdikdən sonra Maraqlı şəxs2 onlardan qalmış mirasa təkbaşına yiyələnmiş və Qəbələ Regional Cavabdeh1ndə notariat ofisində adına verilmiş xx.xx.2024-cü il tarixli 2V-546, xx.xx.2024-cü il tarixli 2V-547, xx.xx.2024-cü il tarixli 2V-548, xx.xx.2024-cü il tarixli 2V-549 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən Qəbələ şəhəri, Cavidan küçəsi, Giriş 38-də yerləşən 0,13 ha torpaq sahəsini, o cümlədən Qəbələ şəhəri, Cavidan küçəsində yerləşən 0,16 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 341,8 kv/m olan 40 nömrəli yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində Maraqlı şəxs2 adına xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır. Halbuki, İddiaçı ümumi paylı mülkiyyətin iştirakçısı kimi valideynlərindən qalmış mirası faktiki surətdə qəbul etmiş, Qəbələ şəhərində yerləşən 0,458499ha və 0,568692 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən ona düşən paydan Maraqlı şəxs2 xeyrinə imtina etmişdir. AR Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)2520/2024 saylı qərarı ilə, islahat zamanı Qəbələ şəhəri, Cavidan küçəsində yerləşən 0,16 ha torpaq sahəsi X5 ailə üzvlərinin mülkiyyətinə verilərkən İddiaçı əsassız olaraq nəzərə alınmadığı və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 341,8 kv/m olan 40 nömrəli yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində X5 adına xüsusi mülkiyyət hüququ əsasında İddiaçı ½ hissədə payı nəzərə alınmadan qeydə alındığının düzgün olmadığı müəyyən edilərək Qəbələ şəhəri, Cavidan küçəsində yerləşən 0,16 ha torpaq sahəsinə və fərdi yaşayış evinə dair X5, 0,16 ha torpaq sahəsinə dair X3, Maraqlı şəxs2, Maraqlı şəxs3 və Maraqlı şəxs1 Əhməd qızı barədə daşınmaz əmlakın dövlət reyestrində aparılmış xx.xx.2024-cü il tarixli qeydiyyat və həmin qeydiyyat əsasında verilmiş xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış ləğv edilmişdir. Ona görə də, Qəbələ Regional Cavabdeh1ndə notariat ofisində xx.xx.2024-cü il tarixli 2V-546, xx.xx.2024-cü il tarixli 2V-547, xx.xx.2024-cü il tarixli 2V-548, xx.xx.2024-cü il tarixli 2V-549 reyestr nömrəsi ilə Maraqlı şəxs2 adına verilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr və həmin şəhadətnamələr əsasında Maraqlı şəxs2 Qəbələ şəhəri, Cavidan küçəsində yerləşən 0,16 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 341,8 kv/m olan 40 nömrəli yaşayış evi, o cümlədən Qəbələ şəhəri, Cavidan küçəsi, Giriş 38-də yerləşən 0,13 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı ləğv edilməli, həmin reyestr nömrələri ilə qeydiyyata alınmış daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış və texniki pasportun etibarsız hesab edilməli, xx.xx.2008-ci il tarixdə vəfat etmiş X3 və xx.xx.2006-cı ildə vəfat etmiş X4 miras qalmış Qəbələ şəhəri, Cavidan küçəsi, Giriş 38-də yerləşən 0,13 ha torpaq sahəsinin 2/5 hissəsi və X4 miras qalmış Qəbələ şəhəri, Cavidan küçəsində yerləşən 0,16 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 341,8 kv/m olan 40 nömrəli yaşayış evinin ½ hissəsindən İddiaçı düşən paylar müəyyən edilib Qəbələ şəhəri, Cavidan küçəsində yerləşən 0,16 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 341,8 kv/m olan 40 nömrəli yaşayış evinin ½ hissəsi üzərində İddiaçı mülkiyyət hüququ tanınaraq miras payına əlavə edilməlidir. Üçüncü şəxs Maraqlı şəxs2 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, o, X3 və X4 törəmiş və ailənin digər üzvləri (İddiaçı, X10, X6, X11 və Sadıqov, Maraqlı şəxs2) ilə birlikdə atasına məxsus olan Qəbələ şəhəri, Cavidan küçəsində yerləşən 0,16 ha torpaq sahəsində 1975-ci ildə tikilmiş ümumi sahəsi 341,8 kv/m olan 40 nömrəli yaşayış evində yaşamışdır. İddiaçı, X10, X6 və X11 həddi-buluğa çatandan sonra evlənərək X5 ailə üzvləri sırasından çıxmış və başqa yaşayış sahəsinə köçərək öz ailə üzvləri ilə birlikdə yaşamışlar. İslahat zamanı onların heç biri X5 ailə üzvləri sırasında olmadığından və onunla birgə təsərrüfat aparmadıqlarından X5 istifadəsində olan Qəbələ şəhəri, Cavidan küçəsi, Giriş 38-də yerləşən 0,13 ha və Qəbələ şəhəri, Cavidan küçəsində yerləşən 0,16 ha torpaq sahəsi Qəbələ AİK-nın xx.xx.2001-ci il tarixli 03 saylı qərarı ilə onun beş nəfərdən ibarət olan ailə üzvlərinin (X3, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs1 Əhməd qızı və X13) ümumi birgə mülkiyyətinə verilmişdir. Qəbələ şəhəri, Cavidan küçəsində yerləşən 0,16 ha torpaq sahəsində 1975-ci ildə tikilmiş 40 nömrəli fərdi yaşayış evi 1997-ci ildə 964 inventar nömrəli mülkiyyət obyekti kimi Qəbələ rayon MTİB-də X5 adına qeydiyyata alınmış, İddiaçı adı sonradan saxtakarlıq yolu ilə 964 inventar nömrəli mülkiyyət obyektinin mülkiyyətçisi sırasında qeyd olunmuşdur. xx.xx.2008-ci il tarixdə X3 və xx.xx.2006-cı ildə X13 vəfat etdikdən sonra miras təkcə onun tərəfindən qəbul edilmiş (digər vərəsələr, o cümlədən İddiaçı mirasdan onun xeyrinə imtina etmişdir) və Qəbələ Regional Cavabdeh1ndə notariat ofisində adına verilmiş xx.xx.2024-cü il tarixli 2V-546, xx.xx.2024-cü il tarixli 2V-547, xx.xx.2024-cü il tarixli 2V-548, xx.xx.2024-cü il tarixli 2V- 549 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən Qəbələ şəhəri, Cavidan küçəsi, Giriş 38-də yerləşən 0,13 ha torpaq sahəsini, o cümlədən Qəbələ şəhəri, Cavidan küçəsində yerləşən 0,16 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 341,8 kv/m olan 40 nömrəli yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində adına xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır. Qəbələ şəhəri, Cavidan küçəsində yerləşən 0,16 ha torpaq sahəsinə və fərdi yaşayış evinə dair X5, 0,16 ha torpaq sahəsinə dair X3, Maraqlı şəxs2, Maraqlı şəxs3 və Maraqlı şəxs1 Əhməd qızı barədə daşınmaz əmlakın dövlət reyestrində aparılmış xx.xx.2024-cü il tarixli qeydiyyat və həmin qeydiyyat əsasında verilmiş xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsinə dair AR Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)2520/2024 saylı qərarı və AR Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(107)117/2025 saylı qərarı qanunsuz olduğundan AR Ali Məhkəməsinə kasasiya şikayəti verilmişdir. Ona görə də, iddia tələbi əsassız hesab edilməlidir. İşdə olan «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın surətinə əsasən Qəbələ şəhəri, Cavidan küçəsi, Giriş 38-də yerləşən 0,13 ha torpaq sahəsi (reyestr nömrəsi: **********05; qeydiyyat nömrəsi:********** ) xx.xx.2024-cü il tarixdə Maraqlı şəxs2, X3, Maraqlı şəxs3, Maraqlı şəxs1 Əhməd qızı və X5 adına ümumi birgə mülkiyyət hüququ əsasında ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın surətinə əsasən Qəbələ şəhəri, Cavidan küçəsində yerləşən 0,16 ha torpaq sahəsi X3, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs1 Əhməd qızı və X5 adına ümumi birgə mülkiyyət hüququ əsasında və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 341,8 kv/m olan 40 nömrəli yaşayış evi (reyestr nömrəsi: **********04-10301; qeydiyyat nömrəsi **********) X7 adına xx.xx.2024-cü il tarixdə xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır. İşdə olan Qəbələ Regional Cavabdeh1ndə notariat ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 2V-546 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətinə əsasən Maraqlı şəxs2 xx.xx.2006-cı il tarixdə vəfat etmiş X4 miras qalmış Qəbələ şəhəri, Cavidan küçəsində yerləşən 0,16 ha torpaq sahəsinin ona düşən hissəindən (1/5 hissə) və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 341,8 kv/m olan 40 nömrəli yaşayış evindan (reyestr nömrəsi: **********04-10301; qeydiyyat nömrəsi ********** ) tam hissədə pay almışdır. İşdə olan Qəbələ Regional Cavabdeh1ndə notariat ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 2V-548 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətinə əsasən Maraqlı şəxs2 xx.xx.2008-ci il tarixdə X2 miras qalmış Qəbələ şəhəri, Cavidan küçəsində yerləşən 0,16 ha torpaq sahəsinin ona düşən hissəindən (1/5 hissə) (reyestr nömrəsi: **********04- 10301; qeydiyyat nömrəsi ********** ) tam hissədə pay almışdır. İşdə olan Qəbələ Regional Cavabdeh1ndə notariat ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 2V-549 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətinə əsasən Maraqlı şəxs2 xx.xx.2006-cı il tarixdə vəfat etmiş X4 miras qalmış Qəbələ şəhəri, Cavidan küçəsi, Giriş 38-də yerləşən 0,13 ha torpaq sahəsinin ona düşən hissəindən (1/5hissə) (reyestr nömrəsi: **********05; qeydiyyat nömrəsi **********) tam hissədə pay almışdır. İşdə olan Qəbələ Regional Cavabdeh1ndə notariat ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 2V-547 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətinə əsasən Maraqlı şəxs2 xx.xx.2008-ci il tarixdə X2 miras qalmış Qəbələ şəhəri, Cavidan küçəsi, Giriş 38-də yerləşən 0,13 ha torpaq sahəsinin ona düşən hissəindən (1/5 hissə) (reyestr nömrəsi: **********05; qeydiyyat nömrəsi **********) tam hissədə pay almışdır. İşdə olan «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın surətinə əsasən Qəbələ şəhəri, Cavidan küçəsində yerləşən 0,16 ha torpaq sahəsi Maraqlı şəxs2 (3/5 hissə) , Maraqlı şəxs3 (1/5 hissə) və Maraqlı şəxs1 Əhməd qızının ( 1/5 hissə) adına ümumi paylı mülkiyyət hüququ əsasında və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 341,8 kv/m olan 40 nömrəli yaşayış evi (reyestr nömrəsi: **********04-10301) Maraqlı şəxs2 adına xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2024-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan Qəbələ Regional Cavabdeh1ndə notariat ofisi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3713 nömrəli məlumatda göstərilmişdir ki, xx.xx.2008-ci il tarixdə vəfat etmiş X3 və xx.xx.2006-cı il tarixdə vəfat etmiş X5 vərəsələri, İddiaçı, X10, X6, Maraqlı şəxs2 və X8r; Dövlət Notariat Arxivindən əldə edilmiş sənədlərə əsasən İddiaçı və X1 İsmayıl Əhməd oğlunun xeyrinə mirasdan imtina etmiş, Qəbələ şəhərində yerləşən 0,458499ha və 0,568692 ha torpaq sahələri xx.xx.2009-cü il tarixli 2V-110 reyestr nömrəli, o cümlədən SSRİ Əmənat Bankının AR Banında saxlanılan bank əmanəti xx.xx.2012-ci il tarixli 2V-862 saylı Vərəsəlik hüququ haqqında şəhadətnamə ilə Maraqlı şəxs2 adına rəsmiləşdirilmişdir. İşdə olan AZ-İİ 344713 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X3 xx.xx.2008-ci il tarixdə ölmüşdür. İşdə olan AZ-İİ 344712 nömrəli ölüm haqqında şəhadətnamənin X13 xx.xx.2006-cı il tarixdə vəfat ölmüşdür. İşdə olan AR Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)2520/2024 saylı qərarının surətinə əsasən islahat zamanı Qəbələ şəhəri, Cavidan küçəsində yerləşən 0,16 ha torpaq sahəsi X5 ailə üzvlərinin mülkiyyətinə verilərkən İddiaçı əsassız olaraq nəzərə alınmadığı və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 341,8 kv/m olan 40 nömrəli yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində X5 adına xüsusi mülkiyyət hüququ əsasında İddiaçı ½ hissədə payı nəzərə alınmadan qeydə alındığının düzgün olmadığı müəyyən edilib Qəbələ şəhəri, Cavidan küçəsində yerləşən 0,16 ha torpaq sahəsinə və fərdi yaşayış evinə dair X5, 0,16 ha torpaq sahəsinə dair X3, Maraqlı şəxs2, Maraqlı şəxs3 və Maraqlı şəxs1 Əhməd qızı barədə daşınmaz əmlakın dövlət reyestrində aparılmış xx.xx.2024-cü il tarixli qeydiyyat və həmin qeydiyyat əsasında verilmiş xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli Çıxarış ləğv edilmişdir. AR MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, Qəbələ şəhəri, Cavidan küçəsi, Giriş 38-də yerləşən 0,13 ha torpaq sahəsi (reyestr nömrəsi: **********05; qeydiyyat nömrəsi:**********) X13, Maraqlı şəxs2, X3, Maraqlı şəxs3 və Maraqlı şəxs1 Əhməd qızına ümumi birgə mülkiyyət hüququ əsasında əsasında məxsus olmuşdur; Qəbələ şəhəri, Cavidan küçəsində yerləşən 0,16 ha torpaq sahəsi (reyestr nömrəsi: **********04-10301; qeydiyyat nömrəsi **********) X13, Maraqlı şəxs2, X3, Maraqlı şəxs3, Maraqlı şəxs1 Əhməd qızı və İddiaçı ümumi birgə mülkiyyət hüququ əsasında, həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 341,8 kv/m olan 40 nömrəli yaşayış evi X13 və İddiaçı ümumi paylı (½ hissə) mülkiyyət hüququ əsasında məxsus olmuşdur. (Əsas: AR Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2- 1(116)2520/2024 saylı qərarı) AR Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin ( miras qoyanın) əmlakı başqa şəxslərə ( vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olan şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi bardə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad ( ər), valideynlər ( övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı birinci növbədə bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 1258-ci maddəsinə əsasən kənd təsərrüfatı ilə məşğul olmayan vərəsə kənd təsərrüfatı təyinatlı torpağı, avadanlığı, əmək alətlərini, mal-qaranı qəbul etməkdən imtina edə bilər, lakin bu, ümumiyyətlə, mirasın qəbulundan imtina sayılmır. Həmin Məcəllənin 1259-cu maddəsinə əsasən əgər müxtəlif əsaslar üzrə vərəsəyə mirasdan bir neçə pay düşürsə, o, bir payı qəbul edə, digərindən imtina edə bilər, yaxud bütün paylardan imtina edə bilər. Həmin Məcəllənin 1269-cu maddəsinə əsasən vərəsə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, mirasdan imtina edilməsinə bu Məcəllənin 1256-cı maddəsində müəyyənləşdirilən müddət ərzində yol verilir. Həmin Məcəllənin 1301.1-ci maddəsinə əsasən əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Həmin Məcəllənin 1301.2-ci maddəsinə əsasən əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Həmin Məcəllənin 1301.3-cü maddəsinə əsasən əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında şərh edilir ki, Halbuki, Mülki Məcəllənin 1301-ci maddəsinə əsasən, əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, xx.xx.2008-ci il tarixdə vəfat etmiş X3 və xx.xx.2006-cı ildə vəfat etmiş X5 vərəsələri, İddiaçı, X10, X6, Maraqlı şəxs2 və X8r. İddiaçı qanunla (Mad:1256) müəyyən edilmiş müdətdə mirasın qəbulundan imtina etməyərək miras kütləsindən ona düşən payı (1/5 hissədə) qəbul etmişdir. AR Mülki Məcəlləsinin 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. «Notariat haqqında» AR Qanununun 59-cu maddəsinin 1-ci hissəsinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi üçün ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Məhkəmə hesab edir ki, Qəbələ Regional "Asan Xidmət" Mərkəzində notariat ofisi xx.xx.2008-ci il tarixdə vəfat etmiş X3 və xx.xx.2006-cı ildə vəfat etmiş X4 qalmış mirasdan İddiaçı pay almaq hüququ olmadığına dair düzgün nəticəyə gəlməmiş və mirasın tam kütləsinə dair Maraqlı şəxs2 adına xx.xx.2024-cü il tarixli 2V-546, xx.xx.2024-cü il tarixli 2V-547, xx.xx.2024-cü il tarixli 2V-548, xx.xx.2024-cü il tarixli 2V-549 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verməklə İddiaçı vərəsəlik hüququnu pozmuşdur. AR Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 149.2-ci maddəsinə əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Məhkəmə hesab edir ki, Qəbələ Regional Cavabdeh1ndə notariat ofisində xx.xx.2024-cü il tarixli 2V-546, xx.xx.2024-cü il tarixli 2V-547, xx.xx.2024-cü il tarixli 2V-548, xx.xx.2024-cü il tarixli 2V-549 reyestr nömrəsi ilə Maraqlı şəxs2 adına verilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamələr əsasında Qəbələ şəhəri, Cavidan küçəsində yerləşən 0,16 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 341,8 kv/m olan 40 nömrəli yaşayış evi, o cümlədən Qəbələ şəhəri, Cavidan küçəsi, Giriş 38-də yerləşən 0,13 ha torpaq sahəsi üzərində Maraqlı şəxs2 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatı ləğv edilməlidir; xx.xx.2008-ci il tarixdə vəfat etmiş X3 və xx.xx.2006-cı ildə vəfat etmiş X4 miras qalmış Qəbələ şəhəri, Cavidan küçəsi, Giriş 38-də yerləşən 0,13 ha torpaq sahəsinin 2/5 hissəsi, Qəbələ şəhəri, Cavidan küçəsində yerləşən 0,16 ha torpaq sahəsinin 2/6 hissəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 341,8 kv/m olan 40 nömrəli yaşayış evinin ½ hissəsindən İddiaçı qanun üzrə vərəsəlik üzrə 1/5 hissədə pay almaq hüququ təsdiq olunaraq Qəbələ şəhəri, Cavidan küçəsi, Giriş 38-də yerləşən 0,13 ha torpaq sahəsində payı 2/25 hissədə, Qəbələ şəhəri, Cavidan küçəsində yerləşən 0,16 ha torpaq sahəsində payı 7/30 hissədə və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 341,8 kv/m olan 40 nömrəli yaşayış evində payı 6/10 (3/5) hissədə müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233,357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia tələbi qismən təmin olunsun. Cavabdeh Qəbələ Regional Cavabdeh1ndə notariat ofisində xx.xx.2024-cü il tarixli 2V-546, xx.xx.2024-cü il tarixli 2V-547, xx.xx.2024-cü il tarixli 2V-548, xx.xx.2024-cü il tarixli 2V-549 reyestr nömrəsi ilə Maraqlı şəxs2 adına verilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamələr əsasında Qəbələ şəhəri, Cavidan küçəsində yerləşən 0,16 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 341,8 kv/m olan 40 nömrəli yaşayış evi, o cümlədən Qəbələ şəhəri, Cavidan küçəsi, Giriş 38-də yerləşən 0,13 ha torpaq sahəsi üzərində cavabdeh Maraqlı şəxs2 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatı ləğv edilsin; xx.xx.2008-ci il tarixdə vəfat etmiş X3 və xx.xx.2006-cı ildə vəfat etmiş X4 miras qalmış Qəbələ şəhəri, Cavidan küçəsi, Giriş 38-də yerləşən 0,13 ha torpaq sahəsinin 2/5 hissəsi, Qəbələ şəhəri, Cavidan küçəsində yerləşən 0,16 ha torpaq sahəsinin 2/6 hissəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 341,8 kv/m olan 40 nömrəli yaşayış evinin ½ hissəsindən İddiaçı qanun üzrə vərəsəlik üzrə 1/5 hissədə pay almaq hüququ təsdiq olunsun. İddiaçı Qəbələ şəhəri, Cavidan küçəsi, Giriş 38-də yerləşən 0,13 ha torpaq sahəsində payı 2/25 hissədə; Qəbələ şəhəri, Cavidan küçəsində yerləşən 0,16 ha torpaq sahəsində payı 7/30 hissədə və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 341,8 kv/m olan 40 nömrəli yaşayış evində payı 6/10 (3/5) hissədə müəyyən edilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №e-2(025)-1322/2025
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1322/2025
18.12.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver