Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1328/2024 29.10.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “doğum faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, X4 doğum akt qeydinin bərpa edilməsi, ad, soyad və ata adı qrafasında X10; doğum tarixi qrafasında 14 mart 1940-cı il, ata adı qrafasında X16, ana adı qrafasında X11 qeyd edilməsi, akt qeydinin bərpa edilməsinin Maraqlı şəxsnə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, X10 xx.xx.1940-cı il tarixdə Qəbələ Rayonunun Nohurqışlaq kəndində doğulmuşdur. 1961-ci il tarixdə X8 ilə nikaha daxil olmuşdurlar. xx.xx.2017-ci il tarixdə X10 vəfat etmişdir. X1 Qəbələ rayonu Nohurqışlaq kəndində yerləşən miras qalmış əmlakın qəbulu ilə bağlı notariat ofisinə müraciət edərkən ondan mərhumun doğum haqqında şəhadətnaməsi tələb olunmuşdur. X4 doğum haqqında şəhadətnaməsini tapmaq mümkün olmadığından onun dublikatını əldə etmək məqsədi ilə Maraqlı şəxsnə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Müraciətinə cavab olaraq Maraqlı şəxs xx.xx.2024-cü il tarixli 3-165/8-12-M-63/24 saylı məktubunda qeyd olunmuşdur ki, “Vətəndaşlıq vəziyyəti aktlar”ının avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və arxiv məlumatlarında X4 doğum haqqında akt qeydi aşkar edilməmiş və bununla bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Göründüyü kimi, onun hüquqi əhəmiyyətli olan faktı təsdiq edən sənədi alması qeyri-mümkün olmuşdur. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında Ərizəçi ərizədə qeyd olunanlara uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında X12 şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi onun qonşusudur və münasibətləri yaxşıdır. X5 qonşu kimi tanımışdır. Qonşusu Əlizadə 2017-ci il tarixdə vəfat etmişdir. Məhkəmə iclasında X13 şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi onun əmisi oğlu, mərhum X10 isə əmisi olmuşdur. Onun bir əmisi olmuşdur. X25 2017-ci il tarixdə vəfat etmiş və kənd qəbristanlığında dəfn edilmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəməyə gəlməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini və şahidləri dinləyib hesab edir ki, ərizə təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşdə olan Qəbələ regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsinin 19 dekabr 2017-ci il tarixdə verdiyi AZ-İ seriyalı, 833277 nömrəli «Ölüm haqqında şəhadətnamə»nin surətindən görünür ki, X10 16 dekabr 2017-ci il tarixdə «ürək çatmamazlığı»ndan vəfat etmişdir. İşdə olan Hərbi biletə əlavə edilmiş Forma 6 №-ilə 1965-ci il tarixdə qeydə alınmış “xidməti kart”ından görünür ki, Ərizəçi 14 mart 1940-ci ildə Qutqaşen (indiki Qəbələ) rayonu Nohurqışlaq kəndində doğulmuşdur. İşdə olan JN – 616F nömrəli (kod: ********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 26 dekabr 2002-ci il tarixli 17 nömrəli qərarına əsasən X4, X3, Ərizəçi və X9 ümumi birgə mülkiyyətinə Qəbələ rayonu Nohurqışlaq kəndində 0,28 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 16 aprel 2024-cü il tarixli, 3-16-5/8-13-M- 63/2024 nömrəli məktubdan görünür ki, “vətəndaşlıq vəziyyəti aktları”nın avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və arxiv məlumatlarında X4 doğum akt qeydi aşkar olunmadağı üçün doğum haqqında şəhadətnamə verilməsindən imtina olunaraq, məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Eyni zamanda həmin məktubda qeyd olaraq X4 ata adı “Musayev Şahmurad”, ana adı “X19” kimi göstərilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllənin) 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2, 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyəti təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyətli olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Beləliklə, məhkəmədə ərizəçinin ifadəsindən və işdə olan sənədlərlə müəyyən olundu ki, Ərizəçi mərhum atası X10 14 mart 1940-ci ildə Qutqaşen (indiki Qəbələ) rayonu Nohurqışlaq kəndində doğulmuşdur. X7, anası X6r. Lakin mərhum X4 ev şəraitində doğulması barədə müvafiq qeyd aparılmamış və doğum haqqında şəhadətnamə alınmamışdır. Ona görə də məhkəmə hesab edir ki, ərizə əsaslı hesab edilərək, təmin olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-220; 233.1; 305- 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Ərizəçi mərhum atası X4 14 mart 1940-ci ildə Qutqaşen (indiki Qəbələ) rayonu Nohurqışlaq kəndində doğulması, atasının X16, anasının X11 olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №e-2(025)-1328/2024
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1328/2024
29.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver