Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1330/2024 23.10.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı «əmrin ləğv edilməsi, işə bərpa və itirilmiş əmək haqqının bərpası» tələbinə dair mülki iş üzrə (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa və itirilmiş əmək haqqının bərpası) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı, cavabdeh Qəbələ rayon Əbülfət Məmmədov adına Çuxur Qəbələ kənd tam orta məktəbin nümayəndəsi (direktoru vəzifəsini icra edən) Nümayəndə2 və üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Şəki Zaqatala regional şöbəsinin nümayəndəsi Nümayəndə3 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı «əmrin ləğv edilməsi, işə bərpa və itirilmiş əmək haqqının bərpası» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı «əmrin ləğv edilməsi, işə bərpa və itirilmiş əmək haqqının bərpası» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ rayon Əbülfət Məmmədov adına Çuxur Qəbələ kənd tam orta məktəbinin direktoru əvəzi Nümayəndə1 tərəfindən onun işdən azad edilməsi barədə verilmiş 27 iyun 2024-cü il tarixli, 147 nömrəli əmrini ləğv edərək həmin məktəbdə işlədiyi ibtidai sinif müəlliməsi vəzifəsinə bərpa edilməsi, məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi və Mediasiya Təşkilatına ödənilmiş 60 manat məbləğində mediasiya xərcinin cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 16.10. 2024-cü il tarixdə İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh qismində Qəbələ rayon Əbülfət Məmmədov adına Çuxur Qəbələ kənd tam orta məktəbini və iddia tələbinin xahiş edirəm hissəsinin isə “Qəbələ rayon Əbülfət Məmmədov adına Çuxur Qəbələ kənd tam orta məktəbi tərəfindən onun işdən azad edilməsi barədə verilmiş 27 iyun 2024-cü il tarixli, 147 nömrəli əmrini ləğv edərək həmin məktəbdə işlədiyi ibtidai sinif müəlliməsi vəzifəsinə bərpa edilməsi, məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi və Mediasiya Təşkilatına ödənilmiş 60 manat məbləğində mediasiya xərcinin cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Mülki işin xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında məhkəmənin təşəbbüsü ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Şəki Zaqatala regional şöbəsi,xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında isə Şəki-Zaqatala Regional Təhsil İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxslər kimi işə cəlb olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 57.1-ci maddəsinə əsasən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər. İşin faktiki halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o,İddiaçı xx xxxxxx 1964-cü ildə Qutqaşen(indiki Qəbələ) rayonunda anadan olmuşdur. 1981-ci il tarixində Ağdaş Pedeqoji Məktəbinə daxil olmuş və 1985-ci il tarixində “ibtidaisinif müəllimi” ixtisası üzrə tam kursu bitirmişdir. Əmək fəaliyyətinə 1986-ci il tarixindən başlamış, əvvəl Mirzəbəyli kənd orta məktəbində, sonra isə 1987-ci il tarixindən isə Çuxur Qəbələ kənd orta məktəbində pedeqoji fəaliyyətlə məşğul olmuşdur. Məktəbdə işlədiyi dövrdə fəaliyyəti ilə əlaqədar hər hansı nizam-intizam məsuliyyətinə cəlb edilməmişdir. Təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlığının yoxlanılması məqsəd ilə keçirilmiş 23 iyun 2023-cü il tarixində 1-ci imtahanda müəllimə işləyən gəlini ilə birlikdə iştirak etmişdir. Yüksək təzyiqi olduğundan imtahan zamanı özünü pis hiss etdiyindən səhhəti ilə əlaqədar imtahan zalından çıxarılmışdır. 08 iyun 2024-cü il tarixində keçirilən 2-ci imtahan zamanı isə Qəbələ Rayon Mərkəzi xəstəxanasında ciddi qadın xəstəliyindən və təzyiqi ilə əlaqədar iyun ayının 6-dan 12-nə kimimüalicə aldığından iştirak edə bilməmişvə bu barədə məktəb rəhbərliyiniməlumatlandırmışdır. Lakin xx.xx.2024-cü il tarixində Qəbələ rayon Əbülfət Məmmədov adına Çuxur Qəbələ kənd tam orta məktəbinin direktor əvəzi Nümayəndə1 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi göstərilməklə 147 saylı əmri ilə (əsas: xx.xx.2024-cü il tarixində keçirilmiş təkrar sertifikatlaşdırmanın nəticəsi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 27 iyun 2024 tarixli 3-29-69/3-2-13 F/2024 nömrəliəmri) tutduğu vəzifədən azad edilmişdir. Bildirmək istəyir ki, o, qeyd olunan əmr ilə razı deyil və hesab edir ki, xx.xx.2024-cü il tarixli, 147 saylı əmr qanunsuz və əsassızdır. Belə ki, o, üzürlü səbəbdən, yəni yuxarıda qeyd etdiyi (eyni zamanda iddia ərizəsinə xəstəliyi ilə əlaqədar ambulator kitabçadan çıxarış əlavə olunmuşdur) xəstəliyi ilə əlaqədar keçirilmiş sertifikatlaşdırma imtahanında iştirak edə bilməmişdir.Ona görə də onun işdən azad olunması qanuni hesab oluna bilməz və onun yenidən keçirilməsi nəzərdə tutulan sertifikatlaşdırma imtahanında iştirak etməsi üçün şərait yaradılmalı və xx.xx.2024-cü il tarixli Qəbələ rayon Əbülfət Məmmədov adına Çuxur Qəbələ kənd tam orta məktəbinin direktor əvəzi Nümayəndə1 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-cimaddəsinin “c” bəndi ilə işdən tutduğu vəzifədən azad olunması barədə 147 saylıəmri ləğv edilməlidir. Ona görə də, onun əmri ləğv edilməli və işinə bərpa olunması üçün ilkin olaraq qanunvericiliyin tələbinə əsasən Qəbələ 1 saylı Mediasiaya Şurasına müraciət etmiş və qarşı tərəf Qəbələ rayon Əbülfət Məmmədov adına Çuxur Qəbələ kənd orta məktəbin nümayəndəsi əmək mübahisəsi üzrə(işə bərpa) mediasiya sessiyasında iştirak etmədiyinə görə mediator Ədalət Əliyev tərəfindən ona xx.xx.2024-cü il tarixli X3 X5 Arayış təqdim olunmuşdur. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddia ərizəsində qeyd olunanlara uyğun izahat verib, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh Qəbələ rayon Əbülfət Məmmədov adına Çuxur Qəbələ kənd tam orta məktəbin nümayəndəsi (direktoru vəzifəsini icra edən) Nümayəndə2 iddia tələbini qəbul etməyərək göstərmişdir ki, o, həmin məktəbdə direktor vəzifəsini icra edir. İddiaçı 2 dəfə imtahanda iştirak etmədiyi üçün işdən çıxarılmışdır. İşdən çıxma əmrini o imzalamamışdır. Həmin vaxt o, direktor vəzifəsini icra etmirmiş, həmin vəzifəni Qəbələ rayon Təhsil şöbəsinin inspektoru Nümayəndə1 əvəz edirmiş. Lakin iddiaçı barəsində işdən çıxarılma barədə əmr verilməsinə əsas Elm və Təhsil Nazirliyinin yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət 27 iyun 2024 tarixli 3-29-69 /3-2-13 F/2024 nömrəli əmri olmuşdur. İddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Şəki Zaqatala regional şöbəsinin nümayəndəsi Nümayəndə3 izahatında göstərmişdir ki, İddiaçı işdən çıxarılması zamanı qanunazidd hallar müəyyən edilməmişdir. İş üzrə qərar çıxarılmasını məhkəmənin mülahizəsinə buraxır. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil Üzrə X9-Zaqatala Regional İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmiş, lakin Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova məhkəməyə elektron qaydada göndərdiyi ərizədə iş yükünün çoxluğu ilə bağlı nümayəndələrinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət vermək hüququ verilir. 23 oktyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil Üzrə X9-Zaqatala Regional İdarəsinin müdiri Günay Mahmudova məhkəməyə elektron qaydada ərizə göndərərək göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası"nın 5.2-ci bəndinə əsasən üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1(bir) il müddətində iş yeri saxlanılmaqla təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Həmin Qaydanın 5.3-cü bəndinə görə təkrar sertifikatlaşdırmada bu Qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Qaydanın 5.4-cü bəndinə əsasən təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi ildə yeni tədris ili başlayanadək Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "c" bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir. Yuxarıda göstərilənlərə əsasən əsassız olduğu üçün İddiaçı iddia tələbinin rədd olunmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş edirlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə görə məhkəmə işə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil Üzrə X9-Zaqatala Regional İdarəsininnümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının, cavabdehin nümayəndəsinin və üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Şəki Zaqatala regional şöbəsinin nümayəndəsinin izahatlarını və çıxışlarını dinləyərək, təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. Mülki işdə olan sənədlər: İş materiallarında olan Qəbələ rayon Əbülfət Məmmədov adına Çuxur Qəbələ kənd tam orta məktəbin direktorunun xx.xx.2024-cü il tarixli, 147 nömrəli “Əmək müqaviləsinə xitam verilməsi barədə” əmrindən görünür ki,"Qəbələ rayonu üzrə təhsil sektoru/Ümumtəhsil Müəssisələri/Tam orta Təhsil Müəssisələri/Çuxur Qəbələ kənd Əbülfət Məmmədov adına tam orta məktəb" bölməsində "İbtidai sinif" vəzifəsində işləyən İddiaçı ilə bağlanılmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə, «AR ƏM-nin 70. "c" - peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbuledildikdə» maddəsinə əsasən xx.xx.2024 tarixindən xitam verilməsi, İşçinin xx.xx.2022 tarixindən xx.xx.2024-cü il tarixinə qədər istifadə edilməmiş 56 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə şöbəsinə/departamentinə həvalə edilməsi, İşçinin əmək kitabçasında lazımi qeydlər aparılaraq özünə təhvil verilməsi əmr edilmişdir. İş materiallarında olan Qəbələ rayon Əbülfət Məmmədov adına Çuxur Qəbələ kənd tam orta məktəbin direktor vəzifəsini icra edən direktor müavini xx.xx.2024-cü il tarixli, 147 nömrəli “Əmək müqaviləsinə xitam verilməsi barədə” əmrindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası"nın 5.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "c" bəndini rəhbər tutaraq Təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə 8 iyun 2024-cü il tarixində keçirilmiş təkrar sertifikatlaşdırmada "Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası" ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən Qəbələ rayon Əbülfət Məmmədov adına Çuxur Qəbələ kənd tam orta məktəbin İbtidai sinif müəllimi İddiaçı təkrar sertifikatlaşdırmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsi 27 iyun 2024-cü il tarixdən ləğv edilməsi əmr edilmişdir. Əsas kimi isə 8 iyun 2024-cü il tarixində keçirilmiş təkrar sertifikatlaşdırmanın nəticəsi və Respublikası Elm və Təhsil Nazirliyinin yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət 27 iyun 2024 tarixli 3-29-69 /3-2-13 F/2024 nömrəli əmri göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinin 27 iyun 2024-cü il tarixli, 3-29-69/- 3-2-13F/2024 nömrəli “Təkrar sertifikatlaşdırmadan keçməyənlər barədə” əmrindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömreli Qərarı ilə təsdiq edilmiş "Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası"nın 5.4-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyul tarixli 2242 nömrəli Fərmanı ilə təsdiq edilmiş 'Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə X2"nin 5.5.11-ci yarımbəndini rəhbər tutaraq Bakı Şəhərl üzrə Təhsil İdarəsi (Nərminə Hüseynova), Abşeron-Xızı Regional Təhsil İdarəsi (İlhamə Abdullayeva), X8 Təhsil İdarəsi (Rövşən Əliyev), Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi (Anar Qədiməliyev), Qazax-Tovuz Regional Təhsil İdarəsi (Arslan Hacıyev), Qarabağ Regional Təhsil İdarəsi (Anar Məcidov), Quba-Xaçmaz Rəgional Təhsil İdarəsi (Coşqun Əliyev), Lənkəran-Astara Regional Təhsil İdarəsi (Bəhruz Mehdiyev), X10 Təhsil İdarəsi (Elçin Kərimov), Mil-Muğan Regional Təhsil İdarəsi (Rəşad Musayev), Şəki-Zaqatala Regional Təhsil İdarəsi (Gunay Mahmudova), X7 Təhsil İdarəsi (Fuad Bədəlov) və Şirvan-Salyan Regional Təhsil İdarəsinə (Sənan Mənsimli) 08 iyun 2024-cü il tarixdə keçirilən təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərin (siyahı əlavə olunur) əmək müqavilələri 2024-cü ilin 27-28 iyun tarixlərində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "c" bəndinə əsasə ləğv edilməsini və bununla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsini təmin etmələri tapşırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Naziri Emin Əmrullayevin 25 iyun 2024-cü il tarixli 3-29/3-2-439F/2024 nömrəli “Təkrar sertifikatlaşdırmanın test mərhələsinin nəticələri barədə” əmrindən görünür ki, 8 iyun 2024cü il tarixində təkrar sertifikatlaşdırmanın test mərhələsindən keçməyən təhsilverənlərin siyahısı”nın təsdiq edilməsi, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə və Peşə Təhsili üzrə Dövlət Agentliyiə tapşırılması, Təkrar sertifikatlaşdırmanın test mərhələsindən keçməyən təhsilverənlərin əmək müqaviləsinin 2024-cü ilin 27-28 iyun tarixlərində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilməsini və bununla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərinin görülməsini təmin etmələri əmr edilmişdir. İş materiallarında olan 8 iyun 2024-cü il tarixində təkrar sertifikatlaşdırmanın test mərhələsindən keçməyən təhsilverənlərin siyahısı”nından görünür ki, Qəbələ rayon Əbülfət Məmmədov adına Çuxur Qəbələ kənd tam orta məktəbin müəllimi İddiaçı qeyd edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli, MŞQ/MT035-2023-537 nömrəli “X3 X5” (mediator Ə.M.Əliyev) arayışından görünür ki, işə bərpa və əmrin ləğvi üzrə əmək mübahisələrinə görə tərəfə xx.xx.2024-cü il tarixdə bildiriş göndərilmiş cavabdeh Qəbələ rayon Əbülfət Məmmədov adına Çuxur Qəbələ kənd tam orta məktəbiX3 iştirak etməmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 3.2-ci maddəsinə əsasən Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl X3 iştirak tələb olunur. Həmin Qanunun 28.1.-ci maddəsinə əsasən Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər X3 iştirak etməlidirlər. Göründüyü kimi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən mediator X1 müraciət edilmişdir. Müvafiq olaraq “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 29.3-cü maddəsinə uyğun olaraq “X3 X5” arayış verilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 4-cü hissəsinə görə əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin; 44.3-cü maddəsinə əsasən əmək müqaviləsi iki nüsxədən az omayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. 68.2-ci maddəsinin a bəndinə görə tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarındandır. 70-ci maddəsinin «c» bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdəəmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istər işəgötürən tərəfindən, istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 83-cü maddəsinin 2-ci hissəsinə əsasən Elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir. 83-cü maddəsinin 3-cü hissəsinə əsasən Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda müvafiq əmr (sərəncam, qərar) işəgötürən tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 83-cü maddəsinin 4-cü hissəsinə əsasən Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma” QAYDASİNİN: 1.1-ci bəndinə əsasən Bu Qayda “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 36-2.2-ci və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci maddələrinə uyğun olaraq hazırlanmışdır və dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) (bundan sonra – təhsil müəssisələri) pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması prosedurunu tənzimləyir. 1.2-ci bəndinə əsasən Təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlər peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması məqsədilə 5 (beş) ildə bir dəfə ödənişsiz sertifikatlaşdırmadan keçməlidirlər. 1.4-cü bəndinə əsasən hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 (bir) ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər), ilk dəfə işə qəbul olunanlar, 3 (üç) il müddətində və azı 3 (üç) dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər sertifikatlaşdırmadan keçmirlər. 5.2-ci bəndinə əsasən üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. 5.4-cü bəndinə əsasən Təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi ildə yeni tədris ili başlayanadək Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Hazırkı mülki iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin halları ilə müəyyən olunur ki, Qəbələ rayon Əbülfət Məmmədov adına Çuxur Qəbələ kənd tam orta məktəbin direktorunun xx.xx.2024-cü il tarixli, 147 nömrəli “Əmək müqaviləsinə xitam verilməsi barədə” əmrinə əsasən Çuxur Qəbələ kənd Əbülfət Məmmədov adına tam orta məktəb" bölməsində "İbtidai sinif" vəzifəsində işləyən İddiaçı ilə bağlanılmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə «AR ƏM-nin 70. "c" - peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə» maddəsinə əsasən xx.xx.2024-cü il tarixindən xitam verilmişdir. Xitamın əsası kimi isə 8 iyun 2024-cü il tarixində keçirilmiş təkrar sertifikatlaşdırmanın nəticəsi və Respublikası Elm və Təhsil Nazirliyinin yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət 27 iyun 2024 tarixli 3-29-69 /3-2-13 F/2024 nömrəli əmri göstərilmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinin 27 iyun 2024-cü il tarixli, 3-29-69/-3-2-13F/2024 nömrəli “Təkrar sertifikatlaşdırmadan keçməyənlər barədə” əmrində isə göstərilmişdir ki, 08 iyun 2024-cü il tarixdə keçirilən təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərin (siyahı əlavə olunur) əmək müqavilələri 2024-cü ilin 27-28 iyun tarixlərində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "c" bəndinə əsasə ləğv edilməsi və bununla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsini təmin etmələri tapşırılmışdır. Məhkəmə qeyd edir ki, əmək qanunvericiliyinin mənasına görə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə (eləcə də sığorta şəhadətnaməsi) sonuncu iş günü işçiyə mütləq təqdim olunmalı, işəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. İşdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilir. Mülki işin məhkəmə araşdırılması zamanı işin halları ilə müəyyən edilmişdir ki, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi) ilə birlikdə sonuncu iş günü işçiyə təqdim olunmuşdur. İşin bu halı iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Beləliklə, əmək qanunvericiliyinin yuxarıda sadalanan normalarını və işin şərh olunan hallarını nəzərə alaraq, müqayisəli təhlil edərək məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müddətli əmək müqaviləsinə xitam verilməsinə dair Qəbələ rayon Əbülfət Məmmədov adına Çuxur Qəbələ kənd tam orta məktəbin direktorunun xx.xx.2024-cü il tarixli, 147 nömrəli “Əmək müqaviləsinə xitam verilməsi barədə” əmri (əmrdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «c» (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə) əmək qanunvericiliyinin tələblərinə uyğundur. Belə ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin c bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilir.Dövlət ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədilə 5 (beş) ildə bir dəfə ödənişsiz sertifikatlaşdırma həyata keçirilir. Sertifikatlaşdırma isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma” qaydası ilə tənzimlənməkdədir. Həmin qaydalara əsasən isə müəyyən olunur ki, Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Göründüyü kimi qaydalarda üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən şəxslər üçün 1 il müddətində təkrar iştirak etmək hüququ tanıdılmışdır. Məhkəmə araşdırması zamanı İddiaçı da izahatından müəyyən olunur ki, sonuncu birinci sertifikatlaşdırma imtahanında üzürlü səbəbdən, yəni xəstəliyi ilə əlaqədar olaraq iştirak etməmişdir. İddiaçı 1 il müddətində iş yeri saxlanılmış, ona növbəti imtahanda iştirak etmək hüququ verilmişdir. Lakin İddiaçı xəstəliyi ilə əlaqədar olaraq təkrar sertifikatlaşdırma imtahanında iştirak etmədiyini, bu səbəbdən əmrin ləğv olunmasını tələb edir. Halbuki, “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma” qaydasında birbaşa olaraq göstərilmişdir ki,Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Göründüyü kimi pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılmasını tənzimləyən normalar (yəni “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma” qaydası) yalnız bir dəfə üzürlü səbəblərdən sertifikatlaşdırma imtahanında iştirak etməməyi nəzərdə tutulmuşdur. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər isə üzürlü və üzürsüz olmasından asılı olmayaraq sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. İddiaçı isə təkrar sertifikatlaşdırma imtahanında iştirak etməmişdir. Nəticədə İddiaçı peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olması müəyyən edilməmişdir. Bu səbəbdən İddiaçı işdən çıxarılması qanuni və əsaslı olmuşdur. Bundan əlavə məhkəmə qeyd edir ki, İddiaçı məhkəmə zamanı verilən suallara cavab olaraq bildirmişdir ki, təkrar sertifikatlaşdırma imtahanında iştirak etməsə də, yenidən imtahana girə bilmək üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinə hər hansı müraciət etməmişdir. Əlavə olaraq məhkəmə qeyd edir ki, İddiaçı keçirilən məhkəmə iclaslarında onu ibtidai sinif müəllimiyinə olmasa da, məktəbdə digər texniki iş verilməklə müqavilə bağlanmasını xahiş etmişdir.Həmçinin iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Ambulator Kitabçadan (xəstəlik tarixindən) Çıxarışdan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdən Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşmişdir. Təkrar sertifikatlaşdırma imtahanının 08 iyun 2024-cü il tarixdə olması, İddiaçı isə Qəbələ rayon Mərkəzi Xəstəxanasında ambulator müayinəsinin xx.xx.2024-cü il tarixdə başlaması, yuxarıda sadalan digər hallar məhkəmədə İddiaçı həqiqətəndə təkrar sertifikatlaşdırma imtahanında bilərəkdən iştirak etməməsi və imtahandan yayınması barədə daxili inam yaradır. Əlavə olaraq məhkəmə qeyd edir ki, Qəbələ rayon Əbülfət Məmmədov adına Çuxur Qəbələ kənd tam orta məktəbin direktorunun xx.xx.2024-cü il tarixli, 147 nömrəli “Əmək müqaviləsinə xitam verilməsi barədə” əmrinin verilməsinə əsas 8 iyun 2024-cü il tarixində keçirilmiş təkrar sertifikatlaşdırmanın nəticəsi və Respublikası Elm və Təhsil Nazirliyinin yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət 27 iyun 2024 tarixli 3-29- 69 /3-2-13 F/2024 nömrəli əmri olmuşdur. Lakin iddiaçı tərəfindən Elm və Təhsil Nazirliyinin yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət 27 iyun 2024 tarixli 3-29- 69 /3-2-13 F/2024 nömrəli əmri mübahisənlədirilməmişdir. İddiaçıAzərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci bəndinə əsasən cavabdehin qanunsuz hərəkətlərinə görə məcburən buraxdığı iş günlərinin əmək haqqının ona ödənilməsini də məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının işə bərpa olunması və cavabdehin qanunsuz hərəkətlərinə görə məcburən buraxdığı iş günlərinin əmək haqqının ona ödənilməsi tələbləri mahiyyət etibarı ilə bir-birinə əlaqəli tələblər olduğundan məntiqi baxımdan işə bərpa olunması tələbi təmin olunmadığı halda sonrakı iddia tələbi də təmin olunmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinəəsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adıçəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı «əmrin ləğv edilməsi, işə bərpa və itirilmiş əmək haqqının bərpası» tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdehnə qarşı «əmrin ləğv edilməsi, işə bərpa və itirilmiş əmək haqqının bərpası» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №e-2(025)-1330/2024
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1330/2024
23.10.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver