Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1452/2025 15.01.2026 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Yahyayev Namı̇ q Əbülfəs oğlunun cavabdehlər, Cavabdeh1 Rası̇ m oğlu və qeyrilərinə qarşı "miras əmlakda payının müəyyən edilməsi və naturada ayrılması" tələbi barədə iddia ərizəsinə və iddiaçılar, X23, X27 və Cavabdeh13 cavabdehlər, Yahyayev Namı̇ q Əbülfəs oğlu və qeyrilərinə qarşı "miras əmlakda payların müəyyən edilməsi" tələbi barədə qarşılıqlı iddia ərizəsinə dair mülki iş üzrə (Açar sözlər: miras qalmış əmlakdan vərəsəlik üzrə payların müəyyən edilməsi) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Cabbarova Səbinə Adil qızının katibliyi, iddiaçı Yahyayev Namı̇ q Əbülfəs oğlunun nümayəndəsi Nümayəndə, cavabdehlər, Cavabdeh1 Rası̇ m oğlu və Cavabdeh7 Arı̇ f qızının, qarşılıqlı iddia üzrə iddiaçılar, X23, X27, Cavabdeh13 və nümayəndələri Vəkil2 iştirakı ilə, iddiaçı Yahyayev Namı̇ q Əbülfəs oğlunun cavabdehlər, Cavabdeh1 Rası̇ m oğlu və qeyrilərinə qarşı "miras əmlakda payının müəyyən edilməsi və naturada ayrılması" tələbi barədə iddia ərizəsinə və iddiaçılar, X23, X27 və Cavabdeh13 cavabdehlər, Yahyayev Namı̇ q Əbülfəs oğlu və qeyrilərinə qarşı "miras əmlakda payların müəyyən edilməsi" tələbi barədə qarşılıqlı iddia ərizəsinə dair işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Yahyayev Namı̇ q Əbülfəs oğlu cavabdehlər, Cavabdeh1 Rası̇ m oğlu, Cavabdeh2, Cavabdeh3 Rası̇ m oğlu, Cavabdeh4, Cavabdeh5, Yahyayev Cəmaləddı̇ n Rafı̇ q oğlu, Cavabdeh7 Arı̇ f qızı, Yəhyəyev Elvı̇ n Rası̇ m oğlu, Cavabdeh9, Cavabdeh10, Cavabdeh12 Rafı̇ q oğlu, Cavabdeh13, Cavabdeh14̇ Rafı̇ q qızı, Şəfı̇ yeva Xədı̇ cə Rası̇ m qızı, Rəşı̇ dova Fərı̇ də Əbülfəs qızı və Qəbələ Regional "Asan Xidmət" mərkəzində notariat ofisinə qarşı "miras əmlakda payının müəyyən edilməsi və naturada ayrılması " tələbi barədə iddia qaldıraraq xx.xx.2013-cü il tarixdə vəfat etmiş X8 və xx.xx.2013-cü il tarixdə vəfat etmiş X2 miras qalmış JN 865 D saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilən Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən 0,07 ha, JN 865 G saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilən Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən 0,21 ha və JN 865 B saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilən Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən 0,42 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən tikililərin qanun üzrə vərəsələr arasında bölünərək ona düşən payın 21/160 hissədə müəyyən edilib naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar, X23, X27 və Cavabdeh13 cavabdehlər, Yahyayev Namı̇ q Əbülfəs oğlu, Cavabdeh2, Cavabdeh5, Rəşı̇ dova Fərı̇ də Əbülfəs qızı, Cavabdeh10, Yahyayev Cəmaləddı̇ n Rafı̇ q oğlu, Cavabdeh12 Rafı̇ q oğlu, Cavabdeh14̇ Rafı̇ q qızı, Cavabdeh7 Arı̇ f qızı, Yəhyəyev Elvı̇ n Rası̇ m oğlu, Şəfı̇ yeva Xədı̇ cə Rası̇ m qızı, Yəhyəyev Elvı̇ n Rası̇ m oğlu və Qəbələ Regional "Asan Xidmət" mərkəzində notariat ofisinə qarşı "miras əmlakda payların müəyyən edilməsi " tələbi barədə qarşılıqlı iddia qaldıraraq xx.xx.2013-cü il tarixdə vəfat etmiş X8 və xx.xx.2013-cü il tarixdə vəfat etmiş X2 miras qalmış JN 865 D saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilən Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən 0,07 ha, JN 865 G saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilən Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən 0,21 ha və JN 865 B saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilən Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən 0,42 ha həyətyanı torpaq sahəsinin vəsiyyətnamə və qanun üzrə vərəsələr arasında bölünərək hər birinə düşən payın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Yahyayev Namı̇ q Əbülfəs oğlunun nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, Yahyayev Namı̇ q Əbülfəs oğlu X8 və X2 törəmiş və qardaşbacıları (X24, X25, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh10, Rəşı̇ dova Fərı̇ də Əbülfəs qızı) ilə birlikdə valideynlərinə məxsus olan Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşayıb həddi buluğa çatmışdır. xx.xx.2013-cü il tarixdə X8 və xx.xx.2013-cü il tarixdə X7 vəfat etmiş, onlardan JN 865 D saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilən Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən 0,07 ha, JN 865 G saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilən Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən 0,21 ha və JN 865 B saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilən Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən 0,42 ha həyətyanı torpaq sahəsi, o cümlədən ərazi hüdudlarında yerləşən fərdi yaşayış evi və tikililər miras qalmışdır. X24 xx.xx.1996-cı il tarixdə vəfat etmiş, Cavabdeh2, Cavabdeh5, Cavabdeh10 və Rəşı̇ dova Fərı̇ də Əbülfəs qızı mirası qəbul etməmişdir. Yahyayev Namı̇ q Əbülfəs oğlu ailə üzvləri ilə birlikdə 0,42 ha həyətyanı torpaq sahəsində tikdiyi fərdi yaşayış evində yaşayaraq mirası faktiki surətdə qəbul etməsinə baxmayaraq Qəbələ Regional “Asan xidmət” Mərkəzində notariat ofisi tərəfindən mirasdan ona düşən paya dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Ona görə də, xx.xx.2013-cü il tarixdə X8 və xx.xx.2013-cü il tarixdə X2 qalmış mirasın (Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən 0,07 ha, 0,21 ha və 0,42 ha həyətyanı torpaq sahəsi, o cümlədən ərazi hüdudlarında yerləşən fərdi yaşayış evi və tikililər) vərəsələr arasında bölünməli və Yahyayev Namı̇ q Əbülfəs oğluna düşən pay 21/160 hissədə müəyyən edilərək naturada ayrılmalıdır. Qarşılıqlı iddia üzrə iddiaçı X23 izahatında göstərmişdir ki, o, X8 və X2 törəmiş, qardaş-bacıları (Yahyayev Namı̇ q Əbülfəs oğlu, X24, X25, Cavabdeh2, Cavabdeh5, Cavabdeh10 və Rəşı̇ dova Fərı̇ də Əbülfəs qızı) ilə birlikdə valideynlərinə məxsus olan Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşayıb həddi buluğa çatmış və evləndikdən sonra da yaşayış yerini dəyişməmişdir. xx.xx.2013-cü il tarixdə X8 və xx.xx.2013-cü il tarixdə X7 vəfat etmişdir. X8 fərdi yaşayış evini və bütün torpaq sahələrini nəvələri, X27 və Cavabdeh13 vəsiyyət etdiyi üçün valideynlərindən miras qalmış Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən 0,07 ha və 0,21 ha həyətyanı torpaq sahələri, o cümlədən həmin torpaq sahələrinin ərazi hüdudlarında yerləşən fərdi yaşayış evi və tikililər onda qalmış, 0,42 ha həyətyanı torpaq sahəsi isə X25 və X19 arasında bölünmüşdür. Yahyayev Namı̇ q Əbülfəs oğlu 0,02 ha torpaq sahəsində fərdi yaşayış evi tikmiş, 0,40 ha torpaq sahəsi isə X10 qalmışdır. X24 xx.xx.1996-cı il tarixdə vəfat etmiş, Cavabdeh2, Cavabdeh5, Cavabdeh10 və Rəşı̇ dova Fərı̇ də Əbülfəs qızı mirasdan onun xeyrinə imtina etmişlər. Ona görə də, xx.xx.2013-cü il tarixdə vəfat etmiş X8 və xx.xx.2013-cü il tarixdə vəfat etmiş X2 miras qalmış JN 865 D saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilən Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən 0,07 ha, JN 865 G saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilən Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən 0,21 ha və JN 865 B saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilən Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən 0,42 ha həyətyanı torpaq sahəsinin vəsiyyətnamə və qanun üzrə vərəsələr arasında bölünərək hər birinə (X23, Cavabdeh13 və X26) düşən payların müəyyən edilməsi barədə iddia qaldırmışlar. Qarşılıqlı iddia üzrə iddiaçılar, X27 və Cavabdeh13 X11 izahatında göstərdiyi xüsusatları eyni ilə təsdiq etmişdir. Cavabdeh X28 izahatında göstərmişdir ki, X3 Əbülfəs Cəmaləddin oğlu və X2 törəmiş və qardaşbacıları (Yahyayev Namı̇ q Əbülfəs oğlu, X24, X23, Cavabdeh2, Cavabdeh5, Cavabdeh10 və Rəşı̇ dova Fərı̇ də Əbülfəs qızı) ilə birlikdə valideynlərinə məxsus olan Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşayıb həddi buluğa çatmışdır. xx.xx.2013-cü il tarixdə X8 və xx.xx.2013-cü il tarixdə X7 vəfat etmişdir. Onlardan miras qalmış Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən 0,07 ha və 0,21 ha həyətyanı torpaq sahələri, o cümlədən həmin torpaq sahələrinin ərazi hüdudlarında yerləşən fərdi yaşayış evi və tikililər X12 qalmış, 0,42 ha həyətyanı torpaq sahəsi isə X25 və X19 arasında bölünmüşdür. Yahyayev Namı̇ q Əbülfəs oğlu 0,02 ha torpaq sahəsində fərdi yaşayış evi tikmiş, 0,40 ha torpaq sahəsi isə X10 qalmışdır. X24 xx.xx.1996-cı il tarixdə vəfat etmiş, Cavabdeh2, Cavabdeh5, Cavabdeh10 və Rəşı̇ dova Fərı̇ də Əbülfəs qızı mirası qəbul etməmişdir. Mirasa daxil olan əmlakın qeyd olunan qaydada bölünməsi miras qoyanların iradəsinə uyğun şəkildə həyata keçirilmiş və hamı tərəfindən qəbul edilmişdir. Ona görə də, mirasa daxil olan əmlakın başqa qaydada bölünməsi qəbul edilməməlidir. Cavabdeh7 Arı̇ f qızı X20 izahatında göstərdiyi xüsusatları eyni ilə təsdiq etmişdir. İşdə olan JN 865 D saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilən Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən 0,07 ha həyətyanı torpaq sahəsi X8 və X4 ümumi birgə mülkiyyətindədir. İşdə olan JN 865 G saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilən Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən 0,21 ha həyətyanı torpaq sahəsi X8 və X4 ümumi birgə mülkiyyətindədir. İşdə olan JN 865 B saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilən Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən 0,42 ha həyətyanı torpaq sahəsi X8 və X4 ümumi birgə mülkiyyətindədir. İşdə olan AZ-İİ 367827 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X7 xx.xx.2013cü il tarixdə ölmüşdür. İşdə olan AZ-İ 619869 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X8 xx.xx.2013cü il tarixdə ölmüşdür İşdə olan AZ-İ 669890 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X25 xx.xx.2013cü il tarixdə ölmüşdür. İşdə olan AR ƏN Qəbələ Regional “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-16-5/8-13-800/2025 saylı məlumata əsasən “Vətəndaşlıq vəziyyəti aktları”-nın avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi məlumatlarına əsasən X24 xx.xx.1996-cı il tarixdə RF Sankt-Peterburq şəhərində vəfat etmişdir. Ölüm barədə xx.xx.1996-cı il tarixdə RF Sankt-Peterburq şəhəri, Moskva Departamentinin 4-cü sektoru tərəfindən 2348 saylı akt qeydi vardır və xx.xx.2022-ci il tarixdə Cavabdeh6 ərizəsinə əsasən “Vətəndaşlıq vəziyyəti aktları”-nın avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmişdir. İşdə olan AZ- İİ-İE 089316 nömrəli “doğum haqqında” şəhadətnamənin surətinə əsasən xx.xx.1961-ci il tarixdə Qəbələ rayonu Bum qəsəbəsində anadan olmuş Yahyayev Namı̇ q Əbülfəs oğlu qızından X8 və X2 törəmişdir. İşdə olan AR ƏN Qəbələ Regional “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-16-5/7-12-1337/2025 saylı məlumata əsasən “Vətəndaşlıq vəziyyəti aktları”-nın avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə əsasən X8 və X4 nikahları barədə xx.xx.1995-ci il tarixli 33 nömrəli akt qeydi vardır və övladları- Yahyayev Namı̇ q Əbülfəs oğlu, X24, X25, X13, Cavabdeh4, X14, X15 və Yahyayeva Fərı̇ də Əbülfəs qızıdır. İşdə olan Qəbələ rayon Dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2009-cu il tarixli 2V- 49 nömrəli Vəsiyyətnamənin surətinə əsasən X1 rayonu Bum qəsəbəsində yerləşən yaşayış evini və bütün tikililəri, ö cümlədən bütün torpaq sahələrini X26 və Cavabdeh13 vəsiyyət etmişdir. İşdə olan Qəbələ rayon İHB-nin Bum qəsəbə İƏD üzrə İN tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 5-59-13/3-360/2025 saylı arayışa əsasən Yahyayev Namı̇ q Əbülfəs oğlunun Bum qəsəbəsi ərazisində özünə məxsus olan 200,0 kv/m yaşayış evi vardır və o, həmin evdə 2010-cu ildən etibarən ailə üzvləri ilə birlikdə yaşayır. İşdə olan AR ƏN Qəbələ Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 1754 saylı məlumatda göstərilmişdir ki, xx.xx.2013-cü il tarixdə vəfat etmiş X8 və xx.xx.2013-cü il tarixdə vəfat etmiş X2 qalmış mirasa dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən ötrü xx.xx.2025-ci il tarixdə müraciət etmiş Yahyayev Namı̇ q Əbülfəs oğlu xx.xx.2024-cü il tarixdə 1 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisində mirası qəbul etmədiyinə dair 8i-34866 və 8i-34867 nömrəli ərizələr təqdim etdiyinə görə vərəsəlik hüququnun rəsmiləşdirilməsindən imtina edilmişdir. AR Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin ( miras qoyanın) əmlakı başqa şəxslərə ( vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olan şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilmıəsi bardə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad ( ər), valideynlər ( övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı birinci növbədə bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1170.1-ci maddəsinə əsasən vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında bərabər bölüşdürülür. Həmin Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1194-cü maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Həmin Məcəllənin 1195-ci maddəsinə əsasən məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. Həmin Məcəllənin 1196-cı maddəsinə əsasən vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Həmin Məcəllənin 1226.1-ci maddəsinə əsasən mirasda olmayan əşyaya vərəsəliyə çağırmağa əsas verən vəsiyyət sərəncamı etibarsızdır. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 1259-cu maddəsinə əsasən əgər müxtəlif əsaslar üzrə vərəsəyə mirasdan bir neçə pay düşürsə, o, bir payı qəbul edə, digərindən imtina edə bilər, yaxud bütün paylardan imtina edə bilər. Həmin Məcəllənin 1269-cu maddəsinə əsasən vərəsə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, mirasdan imtina edilməsinə bu Məcəllənin 1256-cı maddəsində müəyyənləşdirilən müddət ərzində yol verilir. Həmin Məcəllənin 1301.1-ci maddəsinə əsasən əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Həmin Məcəllənin 1301.2-ci maddəsinə əsasən əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Həmin Məcəllənin 1301.3-cü maddəsinə əsasən əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında şərh edilir ki, Halbuki, Mülki Məcəllənin 1301-ci maddəsinə əsasən, əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, xx.xx.2013-cü il tarixdə vəfat etmiş X8 və xx.xx.2013-cü il tarixdə vəfat etmiş X4 hər birindən JN 865 D saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilən Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən 0,07 ha, JN 865 G saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilən Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən 0,21 ha və JN 865 B saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilən Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən 0,42 ha həyətyanı torpaq sahəsinin ½ hissəsi miras qalmışdır. X8 və X4 qanun üzrə vərəsələri-Yahyayev Namı̇ q Əbülfəs oğlu, X23, X25, Cavabdeh2, Cavabdeh5, Cavabdeh10 və Rəşı̇ dova Fərı̇ də Əbülfəs qızı (X24 mirasın açıldığı vaxt sağ olmadığından vərəsə deyil), X6 vəsiyyət üzrə vərəsələri, X27 və Cavabdeh13dur. Onların hər biri qanunla (Mad:1256) müəyyən edilmiş müdətdə mirasın qəbulundan imtina etməyərək miras kütləsindən (Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən 0,21 ha, 0,42 ha və 0,07 ha həyətyanı torpaq sahəsindən) özünə düşən payı qəbul etmişdir. Ona görə də, X4 mirası (Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən 0,21 ha, 0,42 ha və 0,07 ha həyətyanı torpaq sahəsinin ½ hissəsi) və X6 mirasının yarısı (Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən 0,21 ha, 0,42 ha və 0,07 ha həyətyanı torpaq sahəsinin ¼ hissəsi) qanun üzrə vərəsələr arasında bərabər qaydada bölünərək Yahyayev Namı̇ q Əbülfəs oğlu və X11 payı mirasın hər birində müvafiq olaraq hər bir sənəd üzrə payı ( 4/56) və (2/56) hissədə müəyyən edilməlidir; X6 mirasının yarısı (Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən 0,21 ha, 0,42 ha və 0,07 ha həyətyanı torpaq sahəsinin ¼ hissəsi) vəsiyyətnamə üzrə vərəsələr, X27 və Cavabdeh13 arasında bərabər qaydada bölünərək hər birinin payı hər bir sənəd üzrə 7/56 hissədə müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233,357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia tələbi qismən təmin olunsun. xx.xx.2013-cü il tarixdə vəfat etmiş X2 miras qalmış JN 865 D saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilən Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən 0,07 ha, JN 865 G saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilən Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən 0,21 ha və JN 865 B saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilən Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən 0,42 ha həyətyanı torpaq sahəsinin ayrı-ayrılıqda ½ hissəsi qanun üzrə 1-ci növbədə vərəsələr, İddiaçı, X23, X25, X16, X17, X15 və X14 arasında bərabər qaydada bölünərək İddiaçı hər bir sənəd üzrə payı 4/56 hissədə müəyyən edilsin. xx.xx.2013-cü il tarixdə vəfat etmiş X5 miras qalmış JN 865 D saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilən Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən 0,07 ha, JN 865 G saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilən Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən 0,21 ha və JN 865 Bsaylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilən Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən 0,42 ha həyətyanı torpaq sahəsinin ayrı-ayrılıqda 1/4 hissəsi qanun üzrə 1-ci növbədə vərəsələr,İddiaçı, X23, X25, X16, X17, X15 və X14 arasında bərabər qaydada bölünərək İddiaçı hər bir sənəd üzrə payı 2/56 hissədə müəyyən edilsin. JN 865 D saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilən Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən 0,07 ha, JN 865 G saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilən Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən 0,21 ha və JN 865 B saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilən Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən 0,42 ha həyətyanı torpaq sahəsinin hər birindən vərəsəlik üzrə İddiaçı payı ayrı-ayrılıqda 3/28 (6/56) hissədə müəyyən edilsin. Qarşılıqlı iddia tələbi qismən təmin edilsin. JN 865 D saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilən Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən 0,07 ha, JN 865 G saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilən Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən 0,21 ha və JN 865 B saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilən Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən 0,42 ha həyətyanı torpaq sahəsinin hər birindən vərəsəlik üzrə iddiaçı X11 payı ayrı-ayrılıqda 3/28 ( 6/56) hissədə müəyyən edilsin. xx.xx.2013-cü il tarixdə vəfat etmiş X5 miras qalmış JN 865 D saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilən Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən 0,07 ha, JN 865 G saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilən Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən 0,21 ha və JN 865 B saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilən Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən 0,42 ha həyətyanı torpaq sahəsinin ayrı-ayrılıqda 1/4 (14/56) hissəsi vəsiyyət üzrə vərəsələr, X27 və Cavabdeh13 arasında bərabər qaydada bölünərək hər birinin payı hər bir sənəd üzrə 7/56 hissədə müəyyən edilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №e-2(025)-1452/2025
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1452/2025
15.01.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver