Məhkəmə qərarları › İş №e-2(025)-1462/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1462/2025

05.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1462/2025 05.12.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsinə” dair mülki iş üzrə (Açar sözlər: doğumun qeyd edilmə faktı) Qəbələ Rayon Məhkəməsi, Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi və Ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Cənnətova (Şərifova) X7 doğumun qeyd edilmə faktının müəyyən edilməsi tələbi barədə ərizə verərək 01 iyul 1932-ci ildə Qutqaşen (indiki Qəbələ) rayonu Yenikənd kəndində anadan olub X2 və X3 törəməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçinin nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, o, 01 iyul 1932-ci ildə Qutqaşen (indiki Qəbələ) rayonu Yenikənd kəndində anadan olub X2 və X3 törəmişdir. Barəsində doğum akt qeydi aparılmadığından doğum haqqında şəhadətnamə ala bilməmiş və valideynləri ilə qohumluq faktını təsdiq edən sənəd olmadığından vərəsəlik işi ilə əlaqədar məsələni həll edə bilməmişdir. Ona görə də, doğumunun qeyd edilmə faktının müəyyən edilməsi tələbi barədə ərizə vermişdir. İşdə olan İİİ-ЖГ 485463 nömrəli “nikah haqqında şəhadatnamə”nin surətinə əsasən 01 iyul 1928-ci ildə Qutqaşen rayonu Muçux kəndində anadan olmuş X10 ilə 01 iyul 1932-ci il tarixdə Qutqaşen rayonu, Muçux kəndində anadan olmuş Ərizəçi nikahı 15 fevral 1986-cı il tarixli 3 nömrəli nikah akt qeydi ilə bağlanmışdır. Nikahın bağlanmasından sonra arvada Şərifova soyadı verilmişdir. İşdə olan AR ƏN Maraqlı şəxs tərəfindən verilmiş 03 oktyabr 2024-cü il tarixli 3-16-5/8-15/9- 242 saylı məlumata əsasən “vətəndaşlıq vəziyyəti aktlar”ının avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və arxiv məlumatlarında X4 doğum haqqında akt qeydi aşkar edilməmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli, 3-16-5/7-893/2025 nömrəli arayışa əsasən X6 12 sentyabr 1995-ci ildə vəfat etmişdir. İşdə olan AZ-İ 742986 nömrəli “ölüm haqqında şəhadatnamə”nin surətinə əsasən X10 xx.xx.2015-ci ildə Qəbələ rayonu, Yenikənd kəndində vəfat etmişdir. AR MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Ərizəçi 01 iyul 1932-ci ildə Qutqaşen (indiki Qəbələ) rayonu, Yenikənd kəndində anadan olub X1 doğulmuşdur. AR MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərbası mümkün olmasın. Məhkəmə hesab edir ki, 01 iyul 1932-ci ildə Qutqaşen (indiki Qəbələ) rayonu, Yenikənd kəndində anadan olub X1 doğulmuş Cənnətova (Şərifova) Gülnaz Şıxheybət qızının doğumunun qeyd edilmə faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə qismən təmin olunsun. Cənnətova (Şərifova) Gülnaz Şıxheybət qızının doğumunun qeyd edilmə faktı müəyyən edilsin. Doğum akt qeydi aparılarkən doğulduğu yer – Qutqaşen (indiki Qəbələ) rayonu, Yenikənd kəndi, doğum tarixi – xx.xx.1932-ci il; anası X2 qeyd olunsun. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar