Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1467/2025 30.10.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsayeva Elvina Allahverdi qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “doğum faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, mərhum anası X2 10 oktyabr 1924-cu ildə Qutqaşen (indiki Qəbələ) rayonu Vəndam kəndində (qəsəbəsində) doğulması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, Ərizəçi xx xxxxxx 1968-ci il tarixdə Qəbələ rayonu Vəndam kəndində anadan olmuşdur. X1, anası X5 olmuşlar. X14 22 iyun 1998-ci il tarixdə, anası Nobat Kərimova isə 25 dekabr 1991-ci il tarixdə vəfat etmişlər. Atası və anasının birgə nikahlarından 2 oğlu və 4 qızı olmuşdur. Vərəsəliklə bağlı Notariat orqanına müraciət edərkən isə mərhum anası X2 ya doğum akt qeydinin, ya da ölüm akt qeydinin aşkar olmaması müəyyən edilmişdir. Bununla bağlı ona izah edilmişdir ki, ilk növbədə anasının doğum faktı məhkəmə qaydasında müəyyən edilməli, daha sonra isə ölüm faktı müəyyən edilməlidir. Bununla bağlı Maraqlı şəxsnə də rəsmi müraciət etmişdir. Maraqlı şəxs tərəfindən ona göndərilmiş 17 sentyabr 2025-ci il tarixli, 3-16-5/8-11-3092 nömrəli məktubda göstərilmişdir ki, mərhum anası X5 barəsində doğum akt qeydi aşkar edilməmişdir və tövsiyyə olunmuşdur ki, məhkəməyə müraciət etsin. Hansı səbəbdən anasının doğum şəhadətnaməsi olmaması ona məlum deyildir. Ərizəyə əlavə etdiyi mərhum anasına məxsus XV-ЖГ seriyalı, 534534 nömrəli “SSSR pasortu”ndan görünür ki, anası X2 doğum tarixi 1924-cü il kimi göstərilmişdir. Ərizəyə əlavə etdiyi mərhum anasına məxsus “Kolxoz üvünün Pensiya vəsiqəsi”ndən görünür ki, anası X2 doğum tarixi 1924-cü il kimi göstərilmişdir. Həmçinin ərizəyə əlavə etdiyi mərhum anasına məxsus digər sənədlərin surətlərindən görünür ki, anası X2 doğum tarixi 1924-cü il kimi göstərilmişdir. Ərizəyə əlavə etdiyi yuxarıdakı sənədlərlə anasının 1924-cü il tarixdə Qutqaşen (indiki Qəbələ) rayonu Vəndam kəndində doğulması müəyyən edilməkdədir. Ərizəyə əlavə etdiyi kifayət qədər sənədlərlə anası X2 1924-cü il tarixdə doğulması, Qəbələ rayonu Vəndam kəndində yaşaması faktı müəyyən olunmaqdadır. Lakin sözügedən sənədlərin heç birində anasının doğum tarixinin ay və günü dəqiq olaraq göstərilməmişdir. Lakin onlar analarının ad gününü hər il 10 oktyabr kimi qeyd etmişlər. Göründüyü kimi anasının doğumu 100 il bundan əvvələ təsadüf edir ki, həmin dövrdə də şəxsiyyət vəsiqələrində (pasportlarda) doğum günü və ayı qeyd edilməmişdir. Eyni zamanda mərhum anasının atasının adının Göyərçin, anasının adının isə Çimnaz olması onlara məlumdur. Lakin onların soyadları və ata adları barədə onlarda məlumat yoxdur. Nəzərə alınsa ki, mərhum anası X2 doğum tarixi 1924-cü ilə təsadüf edir və onun ata və anasının isə doğumları 1800-ci illərə düşməkdədir. Həmin dövrdən bu günə hər hansı sənədin qalması isə qeyri-mümkündür. Mərhum anası X2 doğum şəhadətnaməsi olmadan vərəsəliklə bağlı bəzi məsələləri edə bilmir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında Ərizəçi ərizədə qeyd olunanlara uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında X8 şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, ərizəçinin yeznəsidir. X5 onun qaynanası olmuşdur. Mərhum qaynanası kolxozçu olmuş, tütün becərilməsi ilə məşğul olmuşdur. Onun ad günü oktyabr ayının 10-a təsadüf edib, lakin heç vaxt qeyd edilməyib. Məhkəmə iclasında X6 şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, mərhum X5 onun anası olmuşdur. Onlar 8 uşaq olmuşlar, hazırda 6-sı yaşayır. Anası 34 il əvvəl ölmüşdür. O vaxtlar anasına heç vaxt ad günü qeyd etməyiblər, lakin doğum gününün oktyabr ayının 10da olmasın biliblər. Məhkəmə iclasında X4 şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi onun dayısı oğludur. X9 dayısı arvadı olmuşdur. O, 1924-cü il təvəllüdlü olmuşdur və 1991-ci ildə ölmüşdür. Maraqlı şəxs (hazırda Qəbələ Regional “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsi) məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəməyə gəlməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini və şahidləri dinləyib hesab edir ki, ərizə təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşdə olan XV-ЖГ № 534534 seriya nömrəli SSR Pasportundan görünür ki, X5 1924-cü ildə Azərbaycan SSR Qutqaşen (indiki Qəbələ) rayonu Vəndam kəndində doğulmuşdur. İşdə olan AC № 263510 seriya nömrəli “X11 (1941-1945) İgid Əməyə görə Medalının Vəsiqəsi”ndən görünür ki, X5 1946-cı ildə həmin medalla təltif olunmuşdur. İşdə olan “X18 Vəsiqəsi”ndən görünür ki, X5 xx.xx.1979-cu ildə həmin medalla təltif olunmuşdur. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 17 sentyabr 2025-ci il tarixli, 3-16-5/8-11- 3992 nömrəli məktubdan görünür ki, “vətəndaşlıq vəziyyəti aktları”nın avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və arxiv məlumatlarında X2 doğum akt qeydi aşkar olunmadağı üçün doğum haqqında şəhadətnamə verilməsindən imtina olunaraq, məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllənin) 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2, 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyəti təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyətli olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Beləliklə, məhkəmədə ərizəçinin ifadəsindən və işdə olan sənədlərlə müəyyən olundu ki, Ərizəçi mərhum anası X12 10 oktyabr 1924-cü ildə Qutqaşen (indiki Qəbələ) rayonu Vəndam kəndində doğulmuşdur. Atası Göyərçin, anası Çimnazdır. Lakin Ərizəçi mərhum anası X3 ev şəraitində doğulması barədə müvafiq qeyd aparılmamış və doğum haqqında şəhadətnamə alınmamışdır. Ona görə də məhkəmə hesab edir ki, ərizə əsaslı hesab edilərək, təmin olunmalı, mərhum X2 10 oktyabr 1924-cü ildə Qutqaşen (indiki Qəbələ) rayonu Vəndam kəndində doğulması, atasının Göyərçin, anasının Çimnaz olması hüquqi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-220; 233.1; 305-311ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Ərizəçi mərhum anası X2 10 oktyabr 1924-cü ildə Qutqaşen (indiki Qəbələ) rayonu Vəndam kəndində (qəsəbəsində) doğulması, atasının Göyərçin, anasının Çimnaz olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №e-2(025)-1467/2025
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1467/2025
30.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver