Məhkəmə qərarları › İş №e-2(025)-1499/2025

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №e-2(025)-1499/2025

09.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № e-2(025)-1499/2025 09.12.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclasının katibi İsayeva Elvina Allahverdi qızının katibliyi, Ərizəçi, üçüncü şəxslər X12, X3, X13 iştirakları ilə Ərizəçi “miras əmlakının qəbul edilməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “miras əmlakının qəbul edilməsi faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu ildə vəfat etmiş anası X1 miras qalmış, Qəbələ rayonunun ərazisində yerləşən, Qəbələ rayon AİK-nın 26 fevral 2001-ci il tarixli 03 saylı qərarı ilə mülkiyyətə verilmiş, JN-486, KOD 40601004 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən 2,32 hektar pay torpaq sahəsində anasının payına düşən 0,57 hektar hissəsindən ibarət miras əmlakının bir hissəsinin onun tərəfindən qəbul edilməsi faktının məhkəmə qaydasında müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 03 noyabr 2025-ci il tarixdə Ərizəçi məhkəməyə dəftərxana vasitəsi ilə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2019-cu ildə vəfat etmiş anası X1 miras qalmış, Qəbələ rayonun ərazisində yerləşən, Qəbələ rayon AİK-nın 26 fevral 2001-ci il tarixli 03 saylı qərarı ilə mülkiyyətə verilmiş, JN-486, KOD 40601004 nömrəli Torpağa mülkiyyət hüququna dair "Dövlət Aktında göstərilən 2 32 hektar pay torpaq sahəsində anasının payına düşən 0.57 hektar hissəsindən ibərat miras əmlakının qəbulu üçün nəzərdə tutulmuş müddətin uzadılması və miras əmlakda payının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında X22, X5, X19, X20, X14 və X7 mülki işə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 57.1-ci maddəsinə əsasən Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, anası X4 xx.xx.2019-cu ildə vəfat etmişdir. X6 ailə başçısı olmaqla, anam X4, qardaşımın yoldaşı X10 və qardaşının qızı X15 olmaqla onların birgə mülkiyyətinə Qəbələ rayon AİK-nin 26 fevral 2001-ci il tarixli 03 saylı qərarı ilə 2,32 hektar kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin onların adına JN-486 , KOD 40601004 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” hazırlanaraq verilmişdir. Anası və atası sağlıqlarında həmin torpaq sahəsinin bir hissəsini ona vermişlər və özləri kömək edərək orada heyvan saxlamaq üçün tövlə tikmiş, bir hissəsində meyvə ağacları əkərək bağ salmışlar. Həmçinin həmin yerdə heyvanlara baxmaq və bağa nəzarət etmək üçün müvəqqəti qalmaq məqsədilə yardımçı tikili inşa edilmişdir. X6 xx.xx.2013cü ildə, anası X4 isə xx.xx.2019-cu ildə vəfat etmişdir. Ansı 05 mart 2013-cü il tarixdə birgə mülkiyyətdə olan 2,32 ha torpaq sahəsinin özünə düşən 0,57 ha payından Qəbələ şəhərində yerləşən 0,35 ha hissəsindən 0,10 ha hissəni ona – Ərizəçi, 0,10 ha hissəni qızı X2, 0,07 ha hissəni isə qızı X17 vəsiyyət etmiş və bu barədə Qəbələ rayon Notariat Kontorunda vəsiyyətnamə tərtib olunmuşdur. Yuxarıda göstərildiyi kimi, anasından müxtəlif yerlərdə 0,57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ona miras qalmışdır. Ona vəsiyyət edilmiş torpaq sahəsində atasının sağlığında onun köməkliyi ilə tikilmiş heyvan saxlamaq üçün tövlə, təsərrüfata xidmət üçün müvəqqəti yaşayış sahəsi və salınmış meyvə bağı mövcuddur. Halhazırkı vaxta kimi həmin ərazini miras əmlakı kimi qəbul edib idarə etmiş, əkin-becərmə işləri aparmışdır. Miras əmlakını faktiki qəbul edərək idarə etdiyi üçün şahidlər də bu faktı təsdiqləyə bilərlər. Onlar bacı-qardaşlar ailədə mehriban olmuşlar və miras əmlakı ilə bağlı aralarındda heç bir mübahisə olmamışdır. Ona görə də vərəsəlik şəhadətnamələri alaraq ata-anadan qalma əmlakı bölməyə tələsməmişlər. Hamısı razılaşmışlar ki, ata-anadan qalma əmlakda hər kəsin payı var və ondan hamı sərbəst istifadə edə bilər. O, X31 Xidmət Mərkəzində Notariat Ofisinə anasından qalan və ona vəsiyyət edilmiş torpaq sahəsinin faktiki miras əmlakı kimi qəbul edilməsinin tanınması üçün müraciət etmişdir. Lakin təqdim etdiyi sübutların yetərsizliyi səbəbilə ona imtina cavabı verilmiş və məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. Ərizənin dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, o, Qəbələ rayon Məhkəməsində cavabdeh X31 Xidmət Mərkəzinda Notariat Ofisinə garşı" xx.xx.2019-cu ildə vəfat etmiş anası X1 miras qalmış, Qəbələ rayonun ərazisində yerləşən, Qəbələ rayon AİK-nın 26 fevral 2001-ci il tarixli 03 saylı qərarı ilə mülkiyyətə verilmiş, JN-486, KOD 40601004 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən 2,32 hektar pay torpaq sahəsində anasının payına düşən 0,57 hektar hissəsindən ibarət miras əmlakının bir hissəsinin onun tərəfindən qəbul edilməsi faktının məhkəmə qaydasında müəyyən olunması haqqında" iddia qaldırmışdır. Məhkəmə araşdırılmalarından sonra iddiasının həcmini azaltmaq qərarına gəlmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsində göstərilənlərə uyğun izahat verib, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda göstərdi ki, ana-atasının sağlığında onlar hamıya 1 hektara yaxın yer ayırıb vermişdilər. O, öz payının müəyyən olunması üçün vaxtında müraciət etməməkdə səhv etmişdir. Ən az torpq sahəsi ona verilmişdir. İşin bu yerə çatacağını bilməmişdir. Kimin payı varsa bölünməsini, onun da payının müəyyən olunmasını xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs X23 anasının vəfat etdiyini, 2 bacı olduqlarının. Payına nə torpaq düşürsə onu tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında üçüncü şəxs X24 qanun çərçivəsində ona da pay düşürsə, tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında üçüncü şəxs X7 onun atası rəhmətə getdikdən sonra anasının ərizəçinin atası ilə ailə həyatı qurduğunu, o, ögey olduğuna görə ona pis davranıldığını, evə qoyulmadığını, küçələrdə böyüdüyünü, hazırda o da qanun çərçivəsində ona düşən öz payını tələb etdiyini bildirmişdir. Maraqlı şəxs Qəbələ Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin notariusu Tamerlan Qurban məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq, işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Üçüncü şəxslər X5, X19, X20, X14 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin və üçüncü şəxslərin izahatını dinləyərək və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Azərbaycan Respublikası MPM-in 259.0.10-cu maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.10-cu maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar aşkar edərsə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 306.4-cü maddəsinə əsasən xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Göründüyü kimi, Ərizəçi xx.xx.2019-cu ildə vəfat etmiş anası X1 miras qalmış, Qəbələ rayonunun ərazisində yerləşən, Qəbələ rayon AİK-nın 26 fevral 2001-ci il tarixli 03 saylı qərarı ilə mülkiyyətə verilmiş, JN-486, KOD 40601004 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən 2,32 hektar pay torpaq sahəsində anasının payına düşən 0,57 hektar hissəsindən ibarət miras əmlakının bir hissəsinin onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsini xahiş edir. Məhkəmə araşdırması zamanı işə cəlb edilmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X24, X7, X23 onlara qanun çərçivəsində düşən payın özlərinə verilməsinə xahiş edirlər. Beləliklə məhkəmə araşdırması zamanı tərəflər arasında miras əmlakı ilə bağlı mübahisə olduğu aşkar edilmişdir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cü il Qərarının 1.5-ci bəndinə əsasən hüquq haqqında mübahisə dedikdə, digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması, maddi hüquq münasibətlərinin iştirakçıları arasında iddia edilən hüquqların yalnız ona məxsus olması və ya həmin hüquqların həcmi və sair barədə yaranan fikir ayrılığı başa düşülür. Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim MPM-in 259.0.10-cu maddəsinə və 306.4-cü maddəsinə görə hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarmalı, ərizəçi və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah etməlidir. Həmin Qərarın 10-cu bəndindən görünür ki, məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsasdır. X28 Azərbaycan Respublikasının qanununun 5.1.2. ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Həmçinin məhkəmə qeyd edir ki, Ərizəçi tərəfindən cəmi 100 manat məbləğində iddia qaldırılması üçün dövlət büdcəsinə ödənilmiş pul ödənilmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Ərizəçi tərəfindən Qəbələ Rayon Məhkəməsinə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.7, 263-264, 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi miras əmlakının qəbul edilməsi faktının müəyyən edilməsi” barədə ərizəsi baxılmamış saxlanılsın. Ərizəçi ümumi əsaslarla iddia vermək hüququnun olması izah edilsin. Ərizəçi tərəfindən “Hökümət Ödəniş” portalı vasitəsilə dövlət büdcəsinə (Qəbələ Rayon Məhkəməsinə) ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardadın icrası dövlət rüsumunun Ərizəçi geri qaytarılması hissəsində icra olunması üçün Qəbələ rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar