Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № e-2(025)-15/2023 31.08.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “cavabdehin torpağa müdaxiləsinə qadağanın qoyulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “cavabdehin torpağa müdaxiləsinə qadağan qoyulması” tələbinə dair məhkəmədə iddia qaldıraraq, Cavabdeh Qəbələ rayonu Hacallı kəndi ərazisində yerləşən və mülkiyyət hüquqları ilə İddiaçı MMC-yə məxsus olan ümumi sahəsi 0.8515 ha təşkil edən torpaq sahəsinə girişinə və ondan istifadəyə qadağa qoyulması, ümumiyyətlə cavabdeh tərəfindən iddiaçının sahibliyində olan torpaq sahəsinə münasibətdə istənilən müdaxiləsinə son qoyulması barədə qətnamənin çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə mülki işə texniki köməklik göstərmək üçün mütəxəssis cəlb olunmuş və mütəxəssis rəyi alınanadək iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən məhkəməyə xx.xx.2022-ci il tarixdə 06 sentyabr 2022-ci il tarixli, **********54 nömrəli mütəxəssis rəyi daxil olmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 06 sentyabr 2022-ci il tarixli, **********54 nömrəli mütəxəssis rəyində göstərilmişdir: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2012ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********91 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən İddiaçı MMC-nin mülkiyyətinə verilmiş 0,8515ha torpaq sahəsinin hüdudları müəyyən edilmişdir. Qəbələ rayon AİK-in 19 yanvar 1998-ci il tarixli 13 nömrəli qərarı ilə Cavabdeh, X1, X4, X2 və X5 ümumi birgə mülkiyyətinə JN-294 (Kod: ********) nömrəli «Torpağın mülkiyyət hüququna dair» dövlət aktının 294M cizgisinə əsasən verilmiş 0,85 hektar hissəsinin hüdudları müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2012-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********91 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən İddiaçı MMC-nin mülkiyyətinə verilmiş 0,8515 ha torpaq sahəsi cavabdeh tərəfindən zəbt edilməmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti - texniki ekspertizası təyin edilmiş və ekspert rəyi alınanadək iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə xx.xx.2022-ci il tarixdə 14 dekabr 2022-ci il tarixli, 10/6661 nömrəli ekspert rəyi daxil olmuşdur. Həmin rəydə göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2012ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********91 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən İddiaçı MMC-nin mülkiyyətinə verilmiş 0,8515 ha torpaq sahəsi cavabdeh tərəfindən zəbt edilməmişdir. 18 yanvar 2023-cü il tarixdə İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə elektron qaydada iddianın dəyişdirilməsi barədə ərizə göndərərək, Cavabdeh Qəbələ rayonu Hacallı kəndi ərazisində yerləşən və mülkiyyət hüquqları ilə İddiaçı MMC-yə məxsus olan ümumi sahəsi 4.0887 ha təşkil edən torpaq sahəsinə girişinə və ondan istifadəyə qadağa qoyulması, ümumiyyətlə cavabdeh tərəfindən iddiaçının sahibliyində olan torpaq sahəsinə münasibətdə istənilən müdaxiləsinə son qoyulması barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəqiqləşdirilməsi barədə ərizəni onunla əsaslandırılmışdır ki, İddiaçı MMC Qəbələ rayon məhkəməsinə müvafiq iddia ərizəsi müraciət edərək Cavabdeh Qəbələ rayonu Hacallı kəndi ərazisində yerləşən və mülkiyyət hüquqları ilə İddiaçı MMC-yə məxsus olan ümumi sahəsi 0.8515 ha təşkil edən torpaq sahəsinə girişinə və ondan istifadəyə qadağa qoyulması, ümumiyyətlə cavabdeh tərəfindən iddiaçının sahibliyində olan torpaq sahəsinə münasibətdə istənilən müdaxiləsinə son qoyulması barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki işin ədalətli məhkəmə araşdırması gedişində məhkəmə tərəfindən təyin edilmiş və rəyləri alınmış ekspertiza və mütəxəssis rəylərinin nəticəsinə əsasən belə məlum olmuşdur ki, cavabdeh Əhmədov tərəfindən zəbt edilməsi qeyd edilən torpaq sahəsi 0.8515 ha olan çıxarışla müəyyən edilən sahə deyil, iddiaçı - İddiaçı MMC-yə məxsus Seriyası No ******* olan, reyestr nömrəsi **********03, qeydiyyat tarixi xx.xx.2012-ci il tarixli, Qeydiyyat nömrəsi ********** saylı Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışda göstərilən Qəbələ rayonu, Hacallı kəndi ərazisində yerləşən, ümumi sahəsi 4.0887 ha olan torpaq sahəsi olmuşdur. Bununla əlaqədar olaraq hesab edirlər ki, yenidən iş üzrə həm ekspert rəyi, həm də müvafiq mütəxəssis rəyi alınmalı və iddiaçı tərəfindən iddia edilən zəbt edilmə halının məhz iddiaçıya məxsus 4.0887 ha torpaq sahəsinin yerləşmə kordinatları daxilində olub-olmaması müəyyən edilməlidir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə mülki işə texniki köməklik göstərmək üçün mütəxəssis cəlb olunmuş və mütəxəssis rəyi alınanadək iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dpvlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən məhkəməyə xx.xx.2023-cü il tarixdə 03 avqust 2023-cü il tarixli, 3-21- 3-42/2-3726/2023 nömrəli mütəxəssis rəyi daxil olmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 03 avqust 2023-cü il tarixli, 3-21-3-42/2-3726/2023 nömrəli mütəxəssis rəyində göstərilmişdir: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2012-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********03 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən İddiaçı MMC-nin mülkiyyətinə verilmiş 4,0887 ha torpaq sahəsi cavabdeh tərəfindən zəbt edilməmişdir. Məhkəmə mülki işin hazırlıq iclasını xx.xx.2023-cü il tarixə təxirə salmış, həmin iclas cavabdehin iştirakı ilə keçirilərək məhkəmə baxış iclası xx.xx.2023-cü il tərixə, saat 11:30-a təyin salınmışdır. İddiaçı MMC-nə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasında iştirak etməmələrinin üzürlü hesab olunması barədə hər hansı bir sənəd məhkəməyə təqdim etməmişlər. Həmçinin əvvəlki məhkəmə iclaslarında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə 55 545 98 89, mobil telefon nömrəsinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş göndərilməklə xəbərdar olunmuşdur. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. (Mülki Prosessual Məcəllə maddə 135.7) Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh mülki işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyini, işin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirmiş, bu barədə müvafiq ərizəni məhkəməyə təqdim etmişdir. Həmçinin göstərmişdir ki, məhkəmə tərəfindən dəfələrlə ekspertiza keçirilmiş və verilmiş rəylərdə iddiaçıya məxsus torpaq sahəsini zəbt etməməyim sübuta yetirilmişdir. Bu səbəbdən də iddiaçı tərəf məhkəməyə gəlməməkdədir. Məhkəmə cavabdehin izahatını dinləyərək və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin çağırışına təkrarən gəlmədiyinə, cavabdeh isə işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyinə görə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260.1-ci maddəsinə əsasən iddia ərizəsinin baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 259.0.7-cı maddəsində göstərilir ki, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə, məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsasdır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli 03 saylı qərarının 15-ci maddəsinə əsasən, qərardadda işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölünməsi məsələsi də həll edilə bilər. Məhkəmə hesab edir ki, aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 50 (əlli) manat məbləğində pul, İddiaçı MMC-dən tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən dövlət rüsumu məhkəməyə deyil, “Mediyasiya” təşkilatının hesabına ödənilmişdir. Bu səbəbdən məhkəmə dövlət rüsumunun geri qaytarılmasına münasibət bildirmir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.7, 263-264, 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı “cavabdehin torpağa müdaxiləsinə qadağanın qoyulması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 50 (əlli) manat məbləğində pul, İddiaçı MMC-dən tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №e-2(025)-15/2023
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №e-2(025)-15/2023
31.08.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver