Məhkəmə qərarları › İş №e-2(025)-15/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-15/2025

10.02.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-15/2025 10.02.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 qarşı “ümumi paylı mülkiyyətdə olan torpaq sahəsindən payların müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq mübahisələri, torpaq sahəsinin ayrılması) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, İddiaçı və onun nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı “ümumi paylı mülkiyyətdə olan torpaq sahəsindən payların müəyyən edilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq МÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər, İddiaçı və qeyrilərinə qarşı umumi paylı mülkiyyətdən payın naturada ayrılması tələbi barədə iddia qaldıraraq B 170971 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində sərhədləri göstərilən Qəbələ şəhəri, G.Qarayev küçəsi 43D-də yerləşən 0,1105 ha (reyestr nömrəsi: **********42) və JN 2855 F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilən Qəbələ şəhərində yerləşən 0,31 ha həyətyanı torpaq sahəsindən ona düşən payın naturada ayrılıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, torpaq islahatı aparılarkən Qəbələ şəhərində yerləşən 0,1105 ha və 0,31 ha həyətyanı torpaq sahəsi bütün ailə üzvlərinin (X3, İddiaçı, İddiaçı, Cavabdeh2 və X2) ümumi birgə mülkiyyətinə verilmiş, müvafiq olaraq JN 2855 C və JN 2855 F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrdə göstərilən plan üzrə ümumi birgə mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır. JN 2855 C saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda yeri göstərilən 0,1105 ha torpaq sahəsi B 170971 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən koordinatlar üzrə xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın Dövlət reyestrində **********42 reyestr nömrəsi ilə X3, İddiaçı, İddiaçı və X1 adına qeydiyyata alınmış və Çıxarış verilmişdir. X3 xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. Həmin torpaq sahələrinin birgə mülkiyyətin iştirakçıları arasında naturada bölünməsi ilə bağlı payçılar arasında razılıq olsa da, bölgü planı olmadığından hər birinə düşən payın naturada ayrılıb verilməsi mümkün olmamışdır. Ona görə də, B 170971 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində sərhədləri göstərilən Qəbələ şəhəri, G.Qarayev küçəsi 43D-də yerləşən 0,1105 ha (reyestr nömrəsi: **********42) və JN 2855 F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilən Qəbələ şəhərində yerləşən 0,31 ha həyətyanı torpaq sahəsindən ona düşən payın naturada ayrılıb verilməsi barədə iddia qaldırmışdır. İddiaçı nümayəndəsi Nümayəndə təmsil etdiyi şəxsin izahatında göstərilən xüsusatları eyni ilə təsdiq etmişdir. Cavabdeh1 izahatında göstərmişdir ki, ümumi paylı mülkiyyətdə olan Qəbələ şəhəri, G.Qarayev küçəsi, 43D-də yerləşən 0.1105 ha həyətyanı torpaq sahəsinin 1/4 hissə üzrə və JN 2855F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadatnaməyə əsasən planda sərhədləri göstərilən Qəbələ şəhərində yerləşən 0,31 ha həyətyanı torpaq sahəsinin 1/5 hissə üzrə naturada bölünüb İddiaçı düşən payın ayrılıb verilməsinə etiraz etmir. İşdə olan JN 2855 F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətinə əsasən planda sərhədləri göstərilən Qəbələ şəhərində yerləşən 0,31 ha həyətyanı torpaq sahəsi X3, İddiaçı, İddiaçı, Cavabdeh2 və X1 ümumi birgə mülkiyyətindədir. İşdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətinə əsasən B 170971 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində sərhədləri göstərilən Qəbələ şəhəri, G.Qarayev küçəsi 43D-də yerləşən 0,1105 ha (reyestr nömrəsi: **********42) torpaq sahəsi xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın Dövlət reyestrində ümumi birgə mülkiyyət hüququ ilə X3, İddiaçı və X1 adına qeydiyyata alınmışdır. İşdə olan AR İN ƏMDX DƏDKR PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-21-3-42/2-6117/2024 saylı Mütəxəssis rəyinə əsasən B 170971 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində sərhədləri göstərilən Qəbələ şəhəri, G.Qarayev küçəsi 43D-də yerləşən 0,1105 ha (reyestr nömrəsi: **********42) həyətyanı torpaq sahəsinin 3;4;5;6 nömrəli Yerquruluşu planında göstərilən qaydada 1/4 hissə üzrə naturada bölgüsü mümkündür; JN 2855F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadatnaməyə əsasən planda sərhədləri göstərilən Qəbələ şəhərində yerləşən 0,31 ha həyətyanı torpaq sahəsinin naturada ayrılan 4/5 hissəsinin 7;8;9;10 nömrəli Yerquruluşu planında göstərilən qaydada ¼ hissə üzrə naturada bölgüsü mümkündür. İşdə olan AR ƏN MEM tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 10/9547 saylı ekspert rəyində göstərilmişdir ki, B 170971 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində sərhədləri göstərilən Qəbələ şəhəri, G.Qarayev küçəsi 43D-də yerləşən 0,1105 ha (reyestr nömrəsi: **********42) həyətyanı torpaq sahəsinin naturada 1/4 hissədə bölgüsü mümkündür. JN 2855 F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadatnaməyə əsasən planda sərhədləri göstərilən Qəbələ şəhərində yerləşən 0,31 ha həyətyanı torpaq sahəsindən Cavabdeh2 düşən pay (620 kv.m torpaq sahəsi) artıq naturada ayrıldığı üçün qalan hissənin 1/4 hissədə naturada bölgüsü mümkündür. AR Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi..... əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Həmin Məcəllənin 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, B 170971 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində sərhədləri göstərilən Qəbələ şəhər, G.Qarayev küçəsi 43Ddə yerləşən 0,1105 ha (reyestr nömrəsi: **********42) həyətyanı torpaq sahəsinin 1/4 hissəsi (0,0276 ha) AR İN ƏMDX DƏDRX PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-21-3-42/2-6117/2024 saylı Mütəxəssis rəyinə əlavə edilmiş 3;4;5;6 nömrəli Yerquruluşu planında göstərilən qaydada və JN 2855F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadatnaməyə əsasən planda sərhədləri göstərilən Qəbələ şəhərində yerləşən 0,31 ha həyətyanı torpaq sahəsinin 1/5 hissəsi (0,0620 ha) AR İN ƏMDX DƏDRX PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-21-3-42/2-6117/2024 saylı Mütəxəssis rəyinə əlavə edilmiş 7;8;9;10 nömrəli Yerquruluşu planında göstərilən qaydada naturada ayrılıb İddiaçı şəxsi mülkiyyətinə verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q ƏT E T D İ: İddia tələbi təmin olunsun. B 170971 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində sərhədləri göstərilən Qəbələ şəhər, G.Qarayev küçəsi 43D-də yerləşən 0,1105 ha (reyestr nömrəsi: **********42) həyətyanı torpaq sahəsinin 1/4 hissəsi (0,0276 ha) AR İN ƏMDX DƏDRX PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-21-3-42/2-6117/2024 saylı Mütəxəssis rəyinə əlavə edilmiş 3;4;5;6 nömrəli Yerquruluşu planında göstərilən qaydada naturada ayrılıb İddiaçı şəxsi mülkiyyətinə verilsin; JN 2855F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadatnaməyə əsasən planda sərhədləri göstərilən Qəbələ şəhərində yerləşən 0,31 ha həyətyanı torpaq sahəsinin 1/5 hissəsi (0,0620 ha) AR İN ƏMDX DƏDRX PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-21-3-42/2-6117/2024 saylı Mütəxəssis rəyinə əlavə edilmiş 7;8;9;10 nömrəli Yerquruluşu planında göstərilən qaydada naturada ayrılıb İddiaçı şəxsi mülkiyyətinə verilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ rayon məhkəməsi vasitəsilə AR Şəki Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar