Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1544/2024 16.12.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh Cavabdeh MMC-nə və üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Şəki Zaqatala regional şöbəsinə qarşı «əmək müqaviləsinə xitam verilməsi və əmək haqqının ödənilməsi» tələbinə dair mülki iş üzrə (Açar sözlər: əmək müqaviləsinə xitam verilməsi və əmək haqqının ödənilməsi) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı və üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Şəki Zaqatala regional şöbəsinin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Cavabdeh MMC-nə və üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Şəki Zaqatala regional şöbəsinəqarşı «əmək müqaviləsinə xitam verilməsi və əmək haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Cavabdeh MMC-nə qarşı «əmək müqaviləsinə xitam verilməsi və əmək haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, o və Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyət arasında imzalanmış xx.xx.2023-cü il tarixliəmək müqaviləsinə xitam verilməsi, boşdayanma müddəti ərzində (iyun 2023 – avqust 2024) ona ödənilməmiş 4900 manat əmək haqqının (14 ay x 350 manat) üçdə iki hissəsi – yəni, 3266 (üç min iki yüzaltımış altı) manat pul vəsaiti, bu müddət ərzində əmək fəaliyyəti ilə məşğul ola bilməməsinə görə pulun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işin xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında məhkəmənin təşəbbüsü ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Şəki Zaqatala regional şöbəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxslər kimi işə cəlb olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 57.1-ci maddəsinə əsasən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər. İşin faktiki halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2023-cü il il tarixdə əmək müqaviləsi əsasında Cavabdehndə “təlimçi” vəzifəsində işə başlamışdır. İşlədiyi müddət ərzində cəmi 1 ay, yəni 2023-cü ilin mart ayı üçün əmək haqqı almışdır. Sonrakı vaxtlarda şirkətin işi zəifləsə də,o, iş yerinə mütəmadi gedib-gəlirmiş. Şirkətin direktoru Nümayəndə ona “işlərin yaxşı olacağını, gələcəkdə böyük qazanclar olacağını, qalıq əmək haqqı borclarının hamısının bir yerdə ödəniləcəyini” vəd edərək həmin işdə qalmağına səbəb olmuşdur. Ona təxminən 2023cü ilin iyun ayında “işin olmadığını”, buna görə də işdən çıxmaq istədiyini bildirmişdir. O isə cavabında bildirmiş ki, “işlər düzələcək, narahat olma, sən maaşını almağa davam edəcəksən”. Lakin o görmüş ki, cavabdeh öz sözlərinin üstündə durmur və əmək haqqını ödəmək istəmir. Bundan sonra o, işdən çıxmaq qərarına gəlmişdir. Direktor Nümayəndəla üzbəüz görüşmək imkanları olmadığına görə əvvəlcə ona bu barədə telefonla məlumat vermişdir. xx.xx.2024-cü il tarixdə isə yazılı şəkildə işdən çıxmaq arzunu bildirərək poçt vasitəsi ilə göndərmişdir. Cavabdeh ona gah asan imzasını, gah da şəxsiyyət vəsiqəsini itirdiyini bəhanə edərək onun haqlı tələbini yerinə yetirməmişdir. O, israrla ondan işdən ayrılıb başqa işə keçmək istəyini bildirdikdə də isə o, şirkətin vergi borclarına görə asan imzasının işləmədiyini bildirərək ona mane olmağa davam etmişdir. 07 iyun 2024-cü il tarixdə o, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Şəki-Zaqatala regional şöbəsinə müraciət edərək kömək istəmişdir. Müfəttişliyin əməkdaşları cavabdehlə telefonla danışsalar da, Nümayəndəı yola gətirə bilməmişlər. Belə ki, o, müfəttişlik şöbəsinə gələrək məsələnin həlledilməsindən imtina etmişdir. Bundan sonra o, mediasiyaya müraciət etmişdir. Cavabdeh mediasiyaya da gəlməkdən imtina etmişdir. Yalnız bundan sonra o, məcbur qalaraq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hesab edi ki, onun hüquqları bir neçə epizod üzrə kobud surətdə pozulmuşdur. Belə ki, onun əmək müqaviləsi bu gün də qüvvədədir. Lakin, o, indiyədək yalnız bir dəfə əmək haqqı almışdır. Dəfələrlə ödənilməmiş əmək haqqlarının ödənilməsi və əmək müqaviləsinə xitam verilməsi üçün müraciət etsə də, yuxarıda qeyd etdiyi kimi heç bir irəliləyişə nail ola bilməmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı qeyd olunanlara uyğun izahat verib, əlavə olaraq izatarında göstərmişdir ki, Cavabdeh MMC-nin rəhbəri onun xalası oğludur. O, həmin şirkətdə təlimçi vəzifəsində işləmişdir. Lakin sonradan işi bağlanıb, dəfələrlə özünə, qohumlarına desə də, əvvəlcə söz verməsinə baxmayaraq onun əmək müqaviləsinə xitam vermişdir. Həmin şirkəti Qəbələ rayonu, Mıxlıqovaq kəndində qeydiyyatda olsa da, Bakı şəhərində fəaliyyət göstərmiş, müxtəlif vaxtlarda Caspian Plaza, Dəmirçi Plaza və Blue Centerdə ofisi olmuşdur. Hazırda işləmir. MMC-nin rəhbəri barədə Bakı şəhəri Xətai rayon Polis şöbəsinə şikayətlər var, həmçinin o da şikayət etmişdir. Bununla bağlı Xətai rayon Polis İdarəsində cinayət işi aparılmaqdadır. Amma hansı maddə ilə isitntaq aparılmasından xəbərsizdir. Göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Şəki Zaqatala regional şöbəsinin nümayəndəsi X5 izahatında göstərmişdir ki, İddiaçı məktubla Müfəttişliyi müraciət etmiş və onun müraciətinə cavab verilmişdir. Həmçinin Əmək Məcəlləsinin 74-cü maddəsində fiziki şəxs olan işəgötürənlə bağlanmış əmək müqaviləsinə işçinin əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqana, yəni onlara müraciəti əsasında xitam verilmiş hesab edilməsi üçün əsaslar konkret olaraq göstərilmişdir. Lakin həmin əsaslar iddiaçı tərəfindən onlara təqdim edilməmişdir. Həmçinin Əmək Məcəlləsinin 12-ci maddəsində işəgötürən hüquqları öz əksini tapmışdır. İşəgötürənin də hüquqları qorunmalıdır. Həmçinin iddiaçı onun işdən çıxarılması barədə əmrin Cavabdeh MMC tərəfindən verilməsinin mümkünsüz olmasını sübuta yetirməlidir. Müvafiq qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh MMC-nin nümayəndəsi məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının və üçüncü şəxsin nümayəndəsinin izahatlarını və çıxışlarını dinləyərək, təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. Mülki işdə olan sənədlər: İşdə olan İddiaçı tərəfindən Cavabdeh MMC-nin direktoru Nümayəndə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, onu xx.xx.2024-cü il tarixdən tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. İşdə olan “EMS çatdırma xəbərnaməsi”ndən görünür ki, İddiaçı tərəfindən Cavabdeh MMC-nin direktoru Nümayəndə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizə Nümayəndə xx.xx.2024-cü il tarixdə çatdırılmışdır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Şəki Zaqatala regional şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 27 iyun 2024-cü il tarixli məktubda göstərilmişdir ki, tərəflərindən "Əmək və Məşğulluq" altsisteminə baxış keçirilərkən xx.xx.2023-cü il tarixdən "xxxx" MMC-də təlimçi vəzifəsinə təyin edildiyi məlum olmuşdur. Daxil olmuş müraciətin araşdırılması üçün ona aid kadr və mühasibatlıq sənədlərinin təqdim edilməsi ilə bağlı tərəflərindən "xxxx" MMC-ə xx.xx.2024-cü il tarixdə 3-17- 5/2-35854/2024 nömrəli məktub ünvanlanmasına baxmayaraq bu günədək müraciətlərinə cavab verilməmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişin "Əmək və Məşğulluq" altsisteminə daxil edilməsi X7 Xidmətinin səlahiyyətləri xaricindədir. Əmək müqaviləsi bildirişinə "Əmək və Məşğulluq" altsistemində xitam Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin "h" bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmis elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydalan, amək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar"ın 3.4-cü bəndinə əsasən, əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi "Elektron hökumət" portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya "Elektron hökumət" portalında yerləşdirilmiş "Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi" xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının müvafiq olaraq xx.xx.2025-ci il tarixədək sahibkarlıq sahəsində aparılan yoxlamalar dayandırıldığından qeyd olunan halın yerində araşdırılması tərəflərindən mümkün olmamışdır. Qeyd olunanlara əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin "Əmək və məşğulluq" altsisteminə daxil edilməsi üçün işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya onun işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə X7 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilərək, əmək müqaviləsi məhkəmə tərəfindən qüvvədən salınmış hesab edilməli və əmək müqaviləsinin qüvvədən salınması ilə bağlı məlumatların "Əmək və məşğulluq" altsisteminə daxil edilməsi hüququ X7 Xidmətinə həvalə edilməlidir. İşdə olan Qəbələ 1 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli, MŞQ/MT035- 2024-574 nömrəli “X3 X6” (mediator Ə.M.Əliyev) arayışından görünür ki, əmək müqaviləsinə xitam verilməsi, əmək müqaviləsinə xitam verilmədiyi üçün kompensasiya və əmək haqqı tələbi üzrə əmək mübahisələrinə görə tərəfə xx.xx.2024-cü il tarixdə bildiriş göndərilmiş Cavabdeh MMC-nin direktoru NümayəndəX3 iştirak etməmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 3.2-ci maddəsinə əsasən ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl X3 iştirak tələb olunur. Həmin Qanunun 28.1.-ci maddəsinə əsasən ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər X3 iştirak etməlidirlər. Göründüyü kimi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən mediator X1 müraciət edilmişdir. Müvafiq olaraq “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 29.3-cü maddəsinə uyğun olaraq “X3 X6” arayış verilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 4-cü hissəsinə görə əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin; 44.3-cü maddəsinə əsasən əmək müqaviləsi iki nüsxədən az omayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. 68.2-ci maddəsinin a bəndinə görə tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarındandır. 69-cu maddəsinin 1, 2 və 3-cü bəndlərin əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqqhesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur, işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bağlanmışdır. İddiaçı Cavabdeh MMC-nin direktoruna xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət edərək xx.xx.2024-cü il tarixdən tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. Lakin işəgötürən Cavabdeh MMC tərəfindən əmək müqaviləsinə xitam verilməmiş, hazırki vaxtadək tərəflər arasında bağlanmış əmək müqaviləsi qüvvədədir. İddiaçı tərəfdən irəli sürülmüş tələbdən görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi və boşdayanma müddəti üçün əmək haqqının verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, işəgötürən əmək müqaviləsinə xitam verməli olduğu halda bunu etməmişdir. Bunun hansı səbəbdən baş verməsi ilə bağlı isə iddiaçı tərəfindən hər hansı sübut təqdim edilməmişdir. İddiaçı isə məhkəmə zamanı özüdə izahatında etiraf etmişdir ki, Cavabdeh MMC-nin barəsində Xətai rayon Polis İdarəsində cinayət işi var və cinayət işi icraat aparılmaqdadır. Həmçinin iddiaçı göstərmişdir ki, Cavabdeh MMC-nin vergi borcları vardır. Göründüyü kimi Cavabdeh MMC-nin barəsində cinayət işi olması və həmin cinayət işi yekunlaşmadan iddiaçı işdən məhkəmə qaydasında işdən azad edilə bilməz. Çünki İddiaçı də Cavabdeh MMC-nin işçici olaraq cinayət məsuliyyətinə cəlb edilə bilməsi kimi şübhələr vardır. Həmçinin Cavabdeh MMC-nin rəhbəri, yəni direktoru kimi Nümayəndə olması da məhkəmə üçün mübahisəli haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3 və 78.4-cü maddələrinin şərh edilməsinə dair 9 sentyabr 2013-cü il tarixli Konstitusiya Məhkəməsinin Plenumunun qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3-cü maddəsinin mənasına görə hüquqi şəxsin həyata keçirdiyi sahibkarlıq fəaliyyəti nəticəsində faktiki gəlirlər əldə edən, onun pul vəsaitinə, əmlakına faktiki sərəncam verən şəxs vergi ödəyicisi qismində vergi öhdəliklərini yerinə yetirən şəxs hesab edilir. Həmin şəxs Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.4-cü maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini digər şəxsin üzərinə qoya bilməz və vergidən yayınma cinayəti törətdikdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilə bilər. Bütün bu hallar isə Cavabdeh MMC barəsində olan cinayət işini yekunlaşdırmadan mümkün deyildir. Bundan əlavə İddiaçı Cavabdeh MMC-nin direktorunun onun əmək müqaviləsinə xitam verilməsinin mümkünsüz olması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı iddia tələbinin əmək müqaviləsinə xitam verilməsi hissəsi təmin edilmədiyindən və həmin tələblərin məntiqi əlaqəliliyi səbəbindən onun boşdayanma müddəti üçün pulun ödənilməsi hissəsi də təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinəəsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adıçəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübut etmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınarsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcüd olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. İş materialları ilə müəyyən olunur ki, İddiaçı iddia tələbinin əsaslandığı hallara dair mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Cavabdeh MMC-nə və üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Şəki Zaqatala regional şöbəsinə qarşı «əmək müqaviləsinə xitam verilməsi və əmək haqqının ödənilməsi» tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı cavabdeh Cavabdeh MMC-nə və üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Şəki Zaqatala regional şöbəsinə qarşı «əmək müqaviləsinə xitam verilməsi və əmək haqqının ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №e-2(025)-1544/2024
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1544/2024
16.12.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver