Məhkəmə qərarları › İş №e-2(025)-1555/2024

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1555/2024

24.12.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1555/2024 24.12.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 Cavabdeh qarşı “mülkiyyətə qəsd edən qanunazidd hərəkətlərə son qoyulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq mübahisələri, torpaq sahəsinin boşaldılması) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, iddiaçılar, İddiaçı1, İddiaçı5 və İddiaçı6, Cavabdeh iştirakı ilə, iddiaçılar, İddiaçı5 və qeyrilərinin Cavabdeh qarşı mülkiyyətə qəsd edən qanunazidd hərəkətlərə son qoyulması tələbi barədə iddia ərizəsinə dair işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçılar, İddiaçı5, İddiaçı1, X6, İddiaçı3, İddiaçı4 Kamil qızı və İddiaçı6 Cavabdeh qarşı mülkiyyətə qəsd edən qanunazidd hərəkətlərə son qoyulması tələbi barədə iddia qaldıraraq islahat nəticəsində ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş JN-221 F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilmiş Qəbələ rayonu Corlu kəndində yerləşən 0.69 ha həyətyanı torpaq sahəsindən hər birinə düşən payın müəyyən edilməsi və həmin daşınmaz əmlak obyektinin dövlət qeydiyyatına alınmasından ötrü AR ƏM DK DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsi mütəxəssislərin iştirakı ilə plan - ölçü və inventarlaşma işlərinin aparılmasına törədilən maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, torpaq islahatı nəticəsində Qəbələ rayon AİK-nin xx.xx.1998-ci il tarixli 09 saylı qərarı ilə səkkiz nəfərdən ibarət olan ailə üzvlərinin ümumi birgə mülkiyyətinə Qəbələ rayonu Corlu kəndi ərazisində cəmi 0,69ha həyətyanı torpaq sahəsi verilmiş və JN-221F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Dövlət şəhadatnaməsində göstərilmiş 221F nömrəli plan əsasında yeri müəyyən edilmişdir. Cavabdeh həmin torpaq sahəsində yerləşən X1 miras qalmış fərdi yaşayış evində yaşamasından istifadə edərək ərazini uzun müddət bundan qabaq tamamilə zəbt etmiş və çəpər daxilinə salınaraq indiyədək istifadə etmişdir. xx.xx.2024-cü il tarixdə vəfat etmiş X2 qalmış mirasa dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaqdan ötrü JN-221 F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilmiş Qəbələ rayonu Corlu kəndində yerləşən 0.69 ha həyətyanı torpaq sahəsinin daşınmaz əmlak obyekti kimi dövlət qeydiyyatına alınması zərurəti yaranmış, lakin AR ƏM DK DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsi mütəxəssislərin iştirakı ilə ərazidə plan- ölçü və inventarlaşma işlərinin aparılmasına Cavabdeh tərəfindən imkan verilməmişdir. Ona görə də, islahat nəticəsində ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş JN- 221 F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilmiş Qəbələ rayonu Corlu kəndində yerləşən 0.69 ha həyətyanı torpaq sahəsindən hər birinə düşən payın müəyyən edilməsi və həmin daşınmaz əmlak obyektinin dövlət qeydiyyatına alınmasından ötrü AR ƏM DK DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsi mütəxəssislərin iştirakı ilə plan - ölçü və inventarlaşma işlərinin aparılmasına törədilən maneənin aradan qaldırılması barədə iddia qaldırılmışdır. Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki,o, ailə üzvləri ilə birlikdə Qəbələ rayonu Corlu kəndində yerləşən X1 miras qalmış fərdi yaşayış evində yaşayır və 0.65 ha həyətyanı torpaq sahəsindən istifadə edir. İddiaçı5 ailə üzvlərinin mülkiyyətinə islahat nəticəsində cəmi 1,69 ha torpaq sahəsi verilmiş və Qəbələ rayonu Corlu kəndi ərazisində “Qırşatlan” adlanan ərazidə ayrılaraq təhkim edilmişdir. İddiaçı5 həmin vaxtdan etibarən ailə üzvləri ilə birlikdə qeyd olunan ərazidə yerləşən özünə məxsus fərdi yaşayış evində yaşayır. X1 miras qalmış fərdi yaşayış evi Qəbələ rayon məhkəməsinin xx.xx.2002-ci il tarixli qətnaməsi ilə ona verildiyi üçün ərazidə yerləşən 0,65 ha torpaq sahəsindən istifadə hüququ vardır. Həmin torpaq sahəsinin islahat nəticəsində İddiaçı5 ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilməsi qanunsuz olduğu üçün JN-221 F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə etibarsız hesab edilərək ləğv edilməlidir. Ona görə də, iddia tələbi əsassız hesab edilməlidir. İşdə olan JN-221F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilmiş Qəbələ rayonu Corlu kəndində yerləşən 0.69 ha həyətyanı torpaq sahəsi Qəbələ rayon AİK-nin xx.xx.1998-ci il tarixli 09 saylı qərarı ilə İddiaçı5, İddiaçı1, X6, İddiaçı3, İddiaçı4 Kamil qızı, X3 və İddiaçı6 ümumi paylı mülkiyyətinə verilmişdir. İşdə olan AZ-İİ 381215 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X7 xx.xx.2007-ci il tarixdə ölmüşdür. İşdə olan AZ-İİ 391450 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X8 xx.xx.2024-cü il tarixdə ölmüşdür. İşdə olan AZ-İX saylı nikahın pozulması haqqında şəhadətnamənin surətinə əsasən X8 ilə X4 nikahına xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Nikahın pozulmasından sonra arvada Süleymanova soyadı verilmişdir. İşdə olan Qəbələ rayon məhkəməsinin xx.xx.2002-ci il tarixli 2-13 saylı qətnaməsinin surətinə əsasən iddiaçı X5 Cavabdeh qarşı yaşayış evindən çıxarılma tələbi barədə iddiası təmin edilməmişdir. İşdə olan AR İN ƏMDX DƏDKR PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-21-3-42/2-414/2024 saylı məlumata əsasən Qəbələ rayonu, Corlu kəndi ərazisində yerləşən torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ərazidə texniki inventarlaşdırma işləri aparılması üçün çöl-ölçmə işləri aparılmasına şərait yaradılmadığından mümkün olmamışdır. AR MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, İddiaçı5, İddiaçı1, X6, İddiaçı3, İddiaçı4 Kamil qızı, X3 və İddiaçı6 ümumi paylı mülkiyyətində olan JN-221F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilmiş Qəbələ rayonu Corlu kəndində yerləşən 0.69 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi faktiki surətdə Cavabdeh sahibliyində və istifadəsində olduğundan torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından ötrü ərazidə yerquruluşu işləri aparılması mümkün olmamışdır. AR Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. AR Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi..... əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, JN-221F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilmiş Qəbələ rayonu Corlu kəndində yerləşən 0.69 ha həyətyanı torpaq sahəsi üzərində İddiaçı5, İddiaçı1, X6, İddiaçı3, İddiaçı4 Kamil qızı və İddiaçı6 hər birinə düşən pay (1/8 hissə) məlum olduğundan həmin məsələyə yenidən baxıla bilməz. Cavabdeh Qəbələ rayonu Corlu kəndində yerləşən 0.69 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evində yaşayış sahəsindən istifadə hüququ olması onun üçün həmin torpaq sahəsi üzərində heç bir hüquq yaratmır.Ona görə də, JN-221F saylı planda sərhədləri göstərilmiş daşınmaz əmlak obyektinin (0,69 ha torpaq sahəsinin) dövlət qeydiyyatına alınmasından ötrü AR ƏM DK DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsi mütəxəssislərin iştirakı ilə plan - ölçü və inventarlaşma işlərinin aparılmasına Cavabdeh tərəfindən törədilən maneə aradan qaldırılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. JN-221F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilmiş Qəbələ rayonu Corlu kəndində yerləşən 0.69 ha həyətyanı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınmasından ötrü AR ƏM DK DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsi mütəxəssislərin iştirakı ilə plan-ölçü və inventarlaşma işlərinin aparılmasına Cavabdeh tərəfindən törədilən maneə aradan qaldırılsın. Cavabdeh 100,0 manat dövlət rüsumu tutulub İddiaçı1 xeyrinə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar