Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-16/2025 15.04.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Qəbələ rayon Mıxlıqovaq bələdiyyəsinin cavabdehlər, X2 və qeyrilərinə qarşı torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən geri alınması tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq mübahisələri) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, iddiaçı Qəbələ rayonu Mıxlıqovaq bələdiyyəsinin nümayəndəsi Nümayəndə və Cavabdeh4 iştirakı ilə, iddiaçı Qəbələ rayonu Mıxlıqovaq bələdiyyəsinin cavabdehlər, Cavabdeh4 və qeyrilərinə qarşı torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən geri alınması tələbi barədə iddia ərizəsinə dair işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Qəbələ rayonu Mıxlıqovaq bələdiyyəsi cavabdehlər, Cavabdeh4 və qeyrilərinə qarşı torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən geri alınması tələbi barədə iddia qaldıraraq cavabdehin Qəbələ rayonu Mıxlıqovaq bələdiyyəsinin mülkiyyətində olan Qəbələ rayonu Mıxlıqovaq kəndi ərazisində yerləşən 0,68 ha torpaq sahəsinin həndəvərinə çəkilmiş şifer çəpərin Cavabdeh4, Cavabdeh2, İsmayılov X5 və Cavabdeh3 Musavər oğlunun hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq bələdiyyə mülkiyyətinə qaytarılması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Qəbələ rayonu Mıxlıqovaq bələdiyyəsinin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, o, 2019-cu ilin dekabr ayında keçirilmiş bələdiyyə seçkilərində Qəbələ rayonu Mıxlıqovaq bələdiyyəsinin üzvü seçilmiş və bələdiyyə üzvlərinin səs çoxluğu ilə bələdiyyə sədri vəzifəsini tutmuşdur. Mıxlıqovaq bələdiyyəsinin yaşayış məntəqəsi torpaqlarının zəbt edilməsi ilə bağlı şikayətlər yoxlanılarkən bələdiyyə mülkiyyətində olan 0,68 ha yaşayış məntəqəsinə aid torpaq sahəsinin Cavabdeh4 ailə üzvləri tərəfindən uzun müddətdən bəri zəbt edilərək şifer çərçivələrlə çəpərə alındığı və üzərində yerləşən yarımçıq tikilidən (islahat nəticəsində bələdiyyə mülkiyyətinə verilmiş kolxozun idarə binası) çayxana kimi istifadə edildiyi müəyyən edilmişdir. Məsələ bələdiyyə şurasının iclasında müzakirə olunaraq zəbt edilmiş torpaq sahəsinin bələdiyyə mülkiyyətinə qaytarılması barədə qərar qəbul edilmiş və Cavabdeh4 zəbt etdiyi torpaq sahəsindən qanunsuz istifadəni aradan qaldıraraq ərazini tərk etməsi tələb olunmuşdur. Cavabdeh4 torpaq sahəsini bələdiyyə mülkiyyətinə qaytarmaqdan imtina edərək ərazidən qanunsuz şəkildə istifadə etməkdə davam etmişdir. Ona görə də, Qəbələ rayonu Mıxlıqovaq bələdiyyəsinin mülkiyyətində olan Qəbələ rayonu Mıxlıqovaq kəndi ərazisində yerləşən 0,68 ha torpaq sahəsinin həndəvərinə çəkilmiş şifer çəpərin Cavabdeh4, Cavabdeh2, İsmayılov X5 və Cavabdeh3 Musavər oğlunun hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq bələdiyyə mülkiyyətinə qaytarılması haqqında iddia qaldırılmışdır. Cavabdeh4 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki,o, ailə üzvləri ilə birlikdə Qəbələ rayonu Mıxlıqovaq kəndində yaşayır və fərdi qaydada təsərrüfatla məşğul olur. Qəbələ rayonu Mıxlıqovaq kəndi ərazisində yerləşən vaxtilə “Şəhriyar” kolxozuna məxsus olmuş ümumi sahəsi 150,0 kv/m olan 1 mərtəbəli idarə binası altındakı torpaq sahəsi ilə birlikdə 2001-ci ildə YAİK tərəfindən ssuda borcuna görə “Aqrarkrdit” Səhmdar Kredit Təşkilatının Şamaxı filialına verilmiş və xx.xx.2004-cü il tarixli alqı-satqı aktı ilə ona 2.000.000,0 manata satılmışdır. Həmin tikilinin ətrafında yerləşən çoxillik əkmələri olan 0,88 ha torpaq sahəsi Mıxlıqovaq bələdiyyəsinin xx.xx.2000-ci il tarixli 06 saylı qərarı ilə 15 il müddətinə icarəsinə verilmiş və həmin bələdiyyənin xx.xx.2016-cı il tarixli 12 A saylı qərarı ilə çoxillik əkmələrdən istifadə müddəti 25 il müddətinə uzadılmışdır. Hazırda Mıxlıqovaq bələdiyyəsi tərəfindən tələb olunan ərazidə yerləşən 0,03 ha torpaq sahəsini xx.xx.2007-ci il tarixli alqı-satqı aktı əsasında həmin bələdiyyədən, 0,12 ha torpaq sahəsini isə xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsi əsasında başqa şəxsdən almışdır. Qəbələ rayonu Mıxlıqovaq bələdiyyəsi mübahisəli torpaq sahəsini Mingəçevir şəhər sakininə satmaqdan ötrü ondan tələb edir. Ona görə də iddia tələbi əsassız hesab edilməlidir. İşdə olan Cavabdeh4 ilə “Aqrarkrdit” Səhmdar Kredit Təşkilatının Şamaxı filialı arasında bağlanmış xx.xx.2004-cü il tarixli Alqı-satqı aktının surətinə əsasən “Şəhriyar” adına YAİK-dan Banka olan ssuda borcu əvəzində, əmlakdan pay haqqı kimi ayrılaraq Banka girov qoyulmuş Qəbələ rayonu Mıxlıqovaq kəndi ərazisində yerləşən ümumi sahəsi 150,0 kv/m olan 1 mərtəbəli idarə binası altındakı torpaq sahəsi ilə birlikdə Cavabdeh4 2.000.000,0 manata satılmışdır. İşdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* nömrəli Çıxarışın surətinə əsasən AA 014832 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində sərhədləri göstərilən Qəbələ rayonu Mıxlıqovaq kəndi ərazisində yerləşən 0,12 ha (reyestr nömrəsi: **********25) yaşayış məntəqəsi torpaq sahəsi xx.xx.2013-cü il tarixdə Cavabdeh4 adına mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. İşdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH ******* nömrəli Çıxarışın surətinə əsasən AA 006188 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində sərhədləri göstərilən Qəbələ rayonu Mıxlıqovaq kəndi ərazisində yerləşən 0,03 ha (reyestr nömrəsi: **********84) yaşayış məntəqəsi torpaq sahəsi xx.xx.2009-cu il tarixdə Cavabdeh4 adına mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. İşdə olan Qəbələ rayonu Mıxlıqovaq bələdiyyəsinin xx.xx.2000-ci il tarixli 06 saylı qərarından çıxarışa əsasən bələdiyyə ərazisindəki idarə binasının həyətində yerləşən 0,88 ha torpaq sahəsi (Planda hüdudları göstərilir. M-1:2000) on beş il müddətinə Cavabdeh4 icarəsinə verilir. İşdə olan 12 iyun 2012-ci il tarixli «Torpaq icarəsi haqqında» müqavilənin surətinə əsasən Qəbələ rayonu Mıxlıqovaq bələdiyyəsinin xx.xx.2000-ci il tarixli 06 saylı qərarına əsasən bələdiyyə mülkiyyətində olan 0,88 ha torpaq sahəsi (üzərində ağac və yaşıllıqlar olan) bağçılığı inkişaf etməkdən ötrü on beş il müddətinə Cavabdeh4 icarəsinə verilmişdir. İşdə olan Cavabdeh4 ilə Mıxlıqovaq bələdiyyəsi arasında bağlanmış xx.xx.2016-cı il tarixli Fındıq topasının icarəyə verilməsi haqqında Müqavilənin surətinə əsasən bələdiyyənin xx.xx.2016-cı il tarixli 12 A saylı qərarı ilə 35 ədəd fındıq topası illik 35,0 manat icarə haqqı ilə 25 il müddətinə Cavabdeh4 icarəsinə verilmişdir. İşdə olan Qəbələ rayonu Mıxlıqovaq bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 01 saylı iclas protokolundan çıxarışa əsasən Mıxlıqovaq bələdiyyəsinin bələdiyyə mülkiyyətində olan 0,88 ha torpaq sahəsinin Cavabdeh4 icarəsində verilməsi haqqında xx.xx.2016-cı il tarixli qərarı və həmin qərar əsasında Cavabdeh4 ilə bağlanmış torpaq icarə müqaviləsi ləğv edilmiş və torpaq sahəsinin istifadəsi dayandırılaraq bələdiyyənin sahibliyinə qaytarılması barədə qərar qəbul edilmişdir. İşdə olan AR ƏM MEM tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 10/9660 nömrəli ekspert rəyinə əsasən Cavabdeh4 istifadəsində olan faktiki naturada ölçülmüş 0.96 ha hektar torpaq sahəsi, Qəbələ rayonu Mıxlıqovaq kənd ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə (DWG) əsasən Məxlıqovaq kənd inzibati ərazi dairəsinin sərhədləri daxilində yaşayış məntəqəsi təyinatlı torpaqlara aid, uqodiyası ictimai tikililər olmaqla Mıxlıqovaq bələdiyyəsinin mülkiyətinə aid ərazidə yerləşir. X3 X1 (TEKUİS) əsasən sözügedən torpaq sahəsinin kateqoriyası yaşayış məntəqəsi torpaqlar, uqodiyası tikinti altında olan torpaqlar (ictimai tikililər), bələdiyyə mülkiyyətində olan ərazi kimi göstərilmişdir. Faktiki naturada ölçülmüş torpaq sahəsinin üzərində 80 (səksən) ədəd fındıq ağacı (topası) mövcuddur; AA014832 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində sərhədləri göstərilən Qəbələ rayonu Mıxlıqovaq kəndi ərazisində yerləşən 0.12 ha (reyestr nömrəsi: **********25) və AA006188 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində sərhədləri göstərilən Qəbələ rayonu Mıxlıqovaq kəndi ərazisində yerləşən 0.03 ha (reyestr nömrəsi: **********84) yaşayış məntəqəsi torpaq sahəsinin Cavabdeh4 istifadəsində olan, faktiki naturada ölçülmüş 0.96 ha hektar torpaq sahəsinin hüdudları daxilində yerləşir;Cavabdeh4 istifadəsində olan yarımçıq tikili 0.96 ha hektar torpaq sahəsinin hüdudları daxilində yerləşir. AR Mülki Məcəlləsinin 706.2-ci maddəsinə əsasən torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları ilə icarəyə verilə bilər. “Torpaq icarəsi haqqında” AR Qanunun 12-ci maddəsinə əsasən torpaq sahəsi üzərində müddəti on bir aydan çox olan icarə hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır. AR Torpaq Məcəlləsinin 47-ci maddəsinin 2-ci bəndinin 2-ci abzastına əsasən ümumi istifadədə olan torpaqlar bələdiyyə mülkiyyətinə aiddir. Həmin Məcəllənin 47-ci maddəsinin 7-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Həmin Məcəllənin 56-cı maddəsinin 5-ci bəndinə əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə bələdiyyənin qərarı (müqavilə) ilə, dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar istifadəyə və icarəyə müvafiq olaraq müvafiq icra hakimiyyəti orqanının və bələdiyyənin qərarı (müqavilə) ilə verilir. Həmin Məcəllənin 65-ci maddəsinin 2-ci bəndinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Həmin Məcəllənin 65-ci maddəsinin 6-cı bəndinə əsasən torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. Həmin Məcəllənin 66-cı maddəsinin 3-cü bəndinə əsasən torpaqdan (o cümlədən icarə şərtləri ilə verilmiş torpaqdan) müvəqqəti istifadə hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən şəhadətnamə və tərəflər arasında bağlanılan icarə müqaviləsi ilə rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq sahələri üzərində hüquqlar, o cümlədən hüquqi və fiziki şəxslərin, habelə dövlət orqanlarının və bələdiyyələrin hüquqları, onları yaradan əsaslar müdafiə olunmaq məqsədilə dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində qeydiyyatdan keçməlidir. Həmin Məcəllənin 67-ci maddəsinin 2-ci bəndinə əsasən dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində torpaq sahələri üzərində mülkiyyətçilərin, istifadəçilərin və icarəçilərin hüquqları və vəzifələri barədə qeydlər əsas təsdiqedici və hüquq müəyyənedici sənəddir. Həmin Məcəllənin 67-ci maddəsinin 4-cü bəndinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, Cavabdeh4 Qəbələ rayonu Mıxlıqovaq bələdiyyəsinin mülkiyyətində olan planda hüdudları göstərilən 0,88 ha torpaq sahəsindən 12 iyun 2012-ci il tarixli müqavilə əsasında 15 il müddətinə istifadə hüququ ilə əldə etmiş və həmin torpaq sahəsinin istifadə müddəti bitmişdir; Cavabdeh4 ilə Qəbələ rayonu Mıxlıqovaq bələdiyyəsi arasında bələdiyyə mülkiyyətində olan torpaq sahəsi üzərindəki 35 ədəd fındıq topasının 25 il müddətinə icarəyə verilməsi haqqında xx.xx.2016-cı il tarixdə müqavilə bağlanmış, lakin icarə predmetini təşkil edən 35 ədəd fındıq topasının yerləşdiyi torpaq sahəsinin yeri (sərhədləri) və ölçüsü müəyyən edilməmişdir. Cavabdeh4 Qəbələ rayonu Mıxlıqovaq bələdiyyəsinin mülkiyyətində olan 0,88 ha torpaq sahəsi üzərində hüquqları dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində qeydiyyatdan keçməlidir. AR Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirilirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlmə əsasını təşkil edir. AR Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 719.1-ci maddəsinə əsasən torpaq icarə müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət qurtardıqda xitam verilir. Həmin Məcəllənin 722.1-ci maddəsinə əsasən müqavilə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü torpağı təyinatı üzrə lazımi istifadədən sonra qaytarılma məqamında uyğun gəlməli olduğu vəziyyətdə qaytarmağa borcludur. İcarəçinin icarəyə verənə qarşı tələbləri əsasında torpaq sahəsini saxlamaq hüququ yoxdur. Əgər icarəçi icarəyə götürdüyü torpağı hər hansı üçüncü şəxsin istifadəsinə vermişsə, torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəyə verən torpağın qaytarılmasını həmin üçüncü şəxsdən də tələb edə bilər. AR Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci bəndinə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Həmin Məcəllənin 111-ci maddəsinin 3-cü bəndinə əsasən torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binalar, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmədə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh4 Qəbələ rayonu Mıxlıqovaq bələdiyyəsinin mülkiyyətində olan 0,88 ha torpaq sahəsindən istifadə hüququna 12 iyun 2012-ci il tarixli «Torpaq icarəsi haqqında» müqavilə ilə müəyyən edilmiş müddət bitdiyinə görə xitam verilmişdir; Cavabdeh4 ilə Qəbələ rayonu Mıxlıqovaq bələdiyyəsi arasında bağlanmış 35 ədəd fındıq topasının 25 il müddətinə icarəyə verilməsi haqqında xx.xx.2016-cı il tarixdə müqavilə icarə predmetini təşkil edən 35 ədəd fındıq topasının yerləşdiyi torpaq sahəsinin yeri (sərhədləri) və ölçüsü müəyyən edilmədiyindən özlüyündə etibarsız olmuşdur. Ona görə də, Cavabdeh4, Cavabdeh2, İsmayılov X5 və Cavabdeh3 Musavər qanunsuz olaraq sahiblik etdikləri 0,7950 (0,96-0,12-0,03-0,015) ha ərazidə yerləşən 0,68 ha torpaq sahəsindən çıxmalı, torpaq sahəsinin həndəvərinə çəkilmiş şifer çəpəri sökərək torpaq sahəsini əvvəlki vəziyyətə qaytarmalı və bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin bundan sonra özbaşına tutulmasına yönəlmiş qanunazidd hərəkətlərdən çəkinməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia tələbi təmin olunsun. İddiaçı Qəbələ rayonu Mıxlıqovaq bələdiyyəsinin mülkiyyətində olan AR İN ƏMDX DƏDKR PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-21-3-42/2-6291/2024 saylı Mütəxəssis Rəyinə əlavə edilmiş 4 saylı planda ( M1:2000) hüdudları göstərilən Qəbələ rayonu Mıxlıqovaq kəndi ərazisində yerləşən 0,96 ha torpaq sahəsinin həndəvərinə çəkilmiş şifer çəpər ( AA 014832 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində yeri göstərilən 0,12 ha (reyestr nömrəsi: **********25) və AA 006188 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində yeri göstərilən 0,03 ha (reyestr nömrəsi: **********84) yaşayış məntəqəsi torpaq sahəsinin hüdudları ilə üst-üstə düşən hissə istisna olunmaqla) cavabdehlər, Cavabdeh4, Cavabdeh2, İsmayılov X5 və Cavabdeh3 Musavər oğlunun hesabına sökülsün; AA 014832 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində yeri göstərilən 0,12 ha, AA 006188 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində yeri göstərilən 0,03 ha, o cümlədən həmin ərazidə yerləşən ümumi sahəsi 150,0 kv/m olan yarımçıq tikililərin altındakı torpaq sahəsinin hüdudlarından kənarda qalan cəmi 0,68 ha torpaq sahəsi boşaldılaraq bələdiyyə mülkiyyətinə qaytarılsın. Cavabdehlər, Cavabdeh4, Cavabdeh2, İsmayılov X5 və Cavabdeh3 Musavər oğlundan müştərək qaydada 100,0 manat dövlət rüsumu və 50,0 manat ekspertiza xərci tutulub dövlət büdcəsinə keçirilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №e-2(025)-16/2025
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-16/2025
15.04.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver