Məhkəmə qərarları › İş №e-2(025)-1601/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1601/2025

16.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1601/2025 16.12.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Qəbələ Regional “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsinə qarşı “doğum faktının müəyyən edilməsinə” dair mülki iş üzrə (Açar sözlər: doğumun qeyd edilmə faktı) Qəbələ Rayon Məhkəməsi, Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi “doğumun qeyd edilmə faktının müəyyən edilməsi” tələbi barədə ərizəsinə dair işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən edilməsi tələbi barədə ərizə verərək 20 noyabr 1958-ci ildə Qəbələ rayonu Məlikli kəndində anadan olub X9 və X2 törəməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahatında göstərmişdir ki, o, 20 noyabr 1958-ci ildə Qəbələ rayonu Məlikli kəndində anadan olub X9 və X2 törəmişdir. Barəsində doğum akt qeydi aparılmadığından doğum haqqında şəhadətnamə ala bilməmiş və valideynləri ilə qohumluq faktını təsdiq edən sənəd olmadığından vərəsəlik işi ilə əlaqədar məsələni həll edə bilməmişdir. Ona görə də, doğumunun qeyd edilmə faktının müəyyən edilməsi tələbi barədə ərizə vermişdir. İş üzrə şahid X4 göstərmişdir ki, o, 11 oktyabr 1973-cü il tarixdə anadan olub və Qəbələ rayonu Məlikli kəndində yaşayır. Ərizəçi onun doğma bibisidir və X5 ilə evlənərək onunla birlikdə Qəbələ rayonu Məlikli kəndində yerləşən fərdi yaşayış evində yaşamışdır. Elmira X1 və X2 törəmişdir. İş üzrə şahid X6 göstərmişdir ki, o, 12 sentyabr 1981-ci il tarixdə Qəbələ rayonu Məlikli kəndində anadan olub X5 və Ərizəçi törəmişdir. Ərizəçi onun doğma anasıdır və X5 ilə evlənərək onunla birlikdə Qəbələ rayonu Məlikli kəndində yerləşən fərdi yaşayış evində yaşamışdır. Elmira X1 və X2 törəmişdir. Onun doğum günü hər il 20 noyabrda qeyd edilmişdir. İşdə olan AZE 0******* nömrəli Ş/V-nin surətinə əsasən AR vətəndaşı Ərizəçi X.X.1958-ci ildə Qəbələ rayonu Məlikli kəndində anadan olmuşdur. İşdə olan İİ-ЖГ 259587 nömrəli “nikah haqqında şəhadatnamə”nin surətinə əsasən 10 may 1956-cı ildə Qutqaşen rayonu Məlikli kəndində anadan olmuş X5 ilə 1958-ci il tarixdə Qutqaşen rayonu, Məlikli kəndində anadan olmuş X3 nikahı 27 oktyabr 1978-ci il tarixli 24 nömrəli nikah akt qeydi ilə bağlanmışdır. Nikahın bağlanmasından sonra arvada Yediyarova soyadı verilmişdir. İşdə olan AR ƏN Qəbələ Regionl “Asan xidmət” Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş 03 oktyabr 2024-cü il tarixli 3-16-5/8-15-493/2025 saylı məlumata əsasən “vətəndaşlıq vəziyyəti aktları”nın avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və arxiv məlumatlarında Ərizəçi doğum haqqında akt qeydi aşkar edilməmişdir. İşdə olan Qəbələ RİHB-nin Qəbələ şəhər İƏD üzrə İN tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 5-59-12/2-1395/2025 nömrəli arayışa əsasən Ərizəçi ünvan 1 ünvanında yaşayır. AZ 057275 nömrəli “ölüm haqqında şəhadatnamə”nin surətinə əsasən X9 xx.xx.2000-ci ildə Qəbələ rayonu, Məlikli kəndində vəfat etmişdir. AR MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Ərizəçi 20 noyabr 1958-ci ildə Qəbələ rayonu Məlikli kəndində anadan olub X9 və Babayev Haxverdidən törəmişdir. AR MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərbası mümkün olmasın. Məhkəmə hesab edir ki, 20 noyabr 1958-ci ildə Qəbələ rayonu Məlikli kəndində anadan olub X9 və Babayev Haxverdidən törəmiş Ərizəçi doğumunun qeyd edilmə faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. Ərizəçi doğumunun qeyd edilmə faktı müəyyən edilsin. Doğum akt qeydi aparılarkən doğulduğu yer – Qəbələ rayonu, Məlikli kəndi; doğum tarixi – xx.xx.1958-ci il; anası X9; atası Babayev Haxverdi qeyd olunsun. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar