Məhkəmə qərarları › İş №e-2(025)-1683/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1683/2025

10.02.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1683/2025 10.02.2026 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı "miras qalmış əmlaklardan vərəsəlik üzrə payların müəyyən edilməsi" tələbinə dair mülki iş üzrə (Açar sözlər: miras qalmış əmlaklardan vərəsəlik üzrə payların müəyyən edilməsi) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı1 etibarnamə üzrə nümayəndəsi (qızı) Nümayəndə2, iddiaçıların vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 və Cavabdeh iştirakı ilə İddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı "miras qalmış əmlaklardan vərəsəlik üzrə payların müəyyən edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı "miras qalmış əmlaklardan vərəsəlik üzrə payların müəyyən edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 26 aprel 2021-ci il tarixdə ölümü ilə ondan miras qalmış JN- 972F (kod: ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən X9 və İddiaçı2 birgə mülkiyyətinə 0,05 ha həyətyanı torpaq sahəsindən; JN-972F (kod: ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən verilmiş 0,05 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evindən; JN-224 (kod: ********) nömrəl “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən Cavabdeh, İddiaçı2 Qəhrəman qızının və X9 ümumi birgə mülkiyyətinə verilmiş 1,80 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsindən iddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı1 və İddiaçı2 vərəsə kimi mirasdan məcburi paylarının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçıların vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 xx.xx.2025-ci il tarixdə məhkəməyə elektron qaydada iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, JN-972F (kod: ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən X9 və İddiaçı2 birgə mülkiyyətinə verilmiş 0,05 ha həyətyanı torpaq sahəsi; JN-972F (kod: ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən verilmiş 0,05 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evləri və JN-224 (kod: ********) nömrəl “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən Cavabdeh, İddiaçı2 Qəhrəman qızının və X9 ümumi birgə mülkiyyətinə verilmiş 1,80 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi İddiaçı2 ilə X3 birgə nikah dövründə əldə edildiyindən X2 qalan miras əmlaklardan ilk növbədə İddiaçı2 ½ hissə birgə nikah dövründə əldə edilmiş payının müəyyən olunması; İddiaçı2 X19dan miras qalmış əmlaklardan birgə nikah dövründə əldə edilmiş ½ hissə payları çıxıldıqdan sonra isə X3 26 aprel 2021-ci il tarixdə ölümü ilə ondan miras qalmış JN-972F (kod: ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən X9 və İddiaçı2 birgə mülkiyyətinə verilmiş 0,05 ha həyətyanı torpaq sahəsdən; JN-972F (kod: ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən verilmiş 0,05 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evlərindən; JN-224 (kod: ********) nömrəl “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən Cavabdeh, İddiaçı2 Qəhrəman qızının və X9 ümumi birgə mülkiyyətinə verilmiş 1,80 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsindən iddiaçıların, yəni İddiaçı3, İddiaçı4, İddiaçı1 və İddiaçı2 vərəsə kimi mirasdan məcburi paylarının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşin faktiki halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı1 və Cavabdeh bacı və qardaşlardır. Digər İddiaçı2 isə iddiaçıların və cavabdehin analarıdır. İddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı1 və Cavabdeh ataları, İddiaçı2 isə əri X13 26 aprel 2021-ci il tarixdə Qəbələ rayonunda “durğunluq, ürək çatmamazlığı” xəstəliyindən vəfat etmişdir. X3 ölümü ilə ondan iddiaçılara və cavabdehə Qəbələ şəhərində yerləşən həyətyanı torpaq sahəsi, həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi və Qəbələ şəhəri ünvanında yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsi miras qalmışdır. Belə ki, JN-972F (kod: ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən X9 və İddiaçı2 birgə mülkiyyətinə 0,05 ha həyətyanı torpaq sahəsi verilmişdir. Bundan əlavə JN-224 (kod: ********) nömrəl “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən Cavabdeh, İddiaçı2 Qəhrəman qızının və X9 ümumi birgə mülkiyyətinə 1,80 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi verilmişdir. X3 ölümündən sonra onun birinci dərəcəli vərəsələri Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının Qəbələ şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 01 noyabr 2023-cü il tarixli, 5-59-12/2-242/2023 nömrəli arayışa əsasən aşağıdakılardır: 1. Həyat yoldaşı İddiaçı2 Qəhrəman qızı. 2. Qızı İddiaçı3. 3. X1. 4. Qızı İddiaçı4. 5. Oğlu Cavabdeh. X2 miras qalmış Qəbələ şəhərində yerləşən həyətyanı torpaq sahəsindən, həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evindən və kənd təsərrüfatlı təyinatlı torpaq sahəsindən miras payın ayrılması, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi xahişi ilə bağlı iddiaçılar Qəbələ Regional "Asan xidmət" mərkəzinin notariat ofisinə ərizə ilə müraciət etmişlər. Qəbələ Regional "Asan xidmət" mərkəzi Notariat ofisinin iddiaçılara ünvanladığı xx.xx.2025-ci il tarixli cavab məktublarında mirasın qəbulu üçün nəzərdə tutulmuş müddətin buraxıldığı, o cümlədən miras şərikləri arasında ixtilaflar olduğu əsas gətirməklə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmiş və məhkəməyə müraciət etməkləri tövsiyyə olunmuşdur. İddiaçılar JN-972F (kod: ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən verilmiş 0,05 ha həyətyanı torpaq sahəsindən, həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evindən və JN-224 (kod: ********) nömrəl “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən verilmiş 1,80 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsindən X5na aid hissədən X16 birinci dərəcəli vərəsələri olmaqla miras payın müəyyən edilməsini istəyirlər. Cavabdehlə mübahisə məhkəmədən kənar həll olunmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Həmçinin iddiaçılardan İddiaçı2 X16 həyat yoldaşı olmaqla onun ölümünə qədər bir yerdə yaşamışlar. Belə olduğu təqdirdə onun vərəsə kimi payının ayrılması üçün heç bir maneə yoxdur. Digər iddiaçılar, yəni X16 qızları İddiaçı3, İddiaçı4 və İddiaçı1 atalarının vəfatından sonra dəfn xərclərini çəkmişlər, yas mərasimlərini yola salmışlar, mirası qəbul edib idarə etməyə başlamışlar. Onlar X19dan qalmış miras əmlakları əldə etmək və almaq niyyətlərini ifadə etmişlər və bu istiqamətdə iradəvi hərəkətlər yerinə yetirmişlər ki, bu da vərəsəlik hüquqlarının itirilməsi ilə nəticələnə bilməzdi. Dəfn xərclərini, ehsan xərclərini iddiaçılar tərəfindən edilməsi işin mübahisəsiz haldır və bunu şahidlər təsdiqləyə bilərlər. X16 sağlığında da iddiaçılar ona daimi maddi və mənəvi cəhətdən köməklik etmişlər. Cavabdeh isə mərhum atası Həsən Həmidov rəhmətə gedəndən sonra anası İddiaçı2 baxa bilməyəcəyini bildirmiş, həmin tarixdən analarına İddiaçı3 baxmışdır. Həmçinin İddiaçı3 anası İddiaçı2 öz evində baxmış və baxmaqdadır. Bundan əlavə X19 sağlığında da Cavabdeh tərəfindən baxılmamış, ona hər hansı maddi yardım göstərməmişdir. Əksinə X19 cavabdehə maddi yardım göstərmişdir. Lakin iddiaçılar mərhum ataları X10 daima qulluq etmişlər və xəstəliyində də ona baxan qızları olmuşdur. Belə olduğu təqdirdə iddiaçıları vərəsəlik hüququndan məhrum etmək mümkün olmaz. X19 vəfat etdikdən bir müddət sonra hazırkı iş üzrə cavabdeh olan Cavabdeh anaları İddiaçı2 baxmaqdan imtina etmiş və hazırda İddiaçı2 qızı İddiaçı3 himayəsindədir və onunla birlikdə yaşayır. Bütün bunlar onu göstərir ki, iddiaçılar İddiaçı3, İddiaçı4 və İddiaçı1 mərhum ataları Həsən Həmidova və hal-hazırda anaları İddiaçı2 baxmaqdadırlar. Belə olduğu təqdirdə onların vərəsə kimi paylarının müəyyən edilməməsi ədalətsiz və qanunsuz olar. Bundan əlavə JN-972F (kod: ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən verilmiş 0,05 ha torpaq sahəsində 2 fərdi yaşayış evi mövcuddur. Hər iki fərdi yaşayış evi X5 tərəfindən tikilmişdir. Lakin köhnə evdə X19 öz həyat yoldaşı İddiaçı3 ilə, təzə tikilidə isə cavabdeh ailə üzvləri ilə birlikdə yaşamışdır. Digər diqqət çəkən məqam isə ondan ibarətdir ki, X5 hələ sağlığında Qəbələ şəhərində yerləşən 0,07 ha torpaq sahəsi alaraq Cavabdeh bağışlamışdır. Yəni mərhum tərəfindən hələ sağlığında cavabdehə əlavə torpaq sahəsi verilmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, mirasqoyan X13 ilə İddiaçı2 25 avqust 1964-cü il tarixdə birgə nikaha daxil olaraq evlənmişlər. Eyni zamanda iş materiallarında olan JN-972F (kod: ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədən və JN-224 (kod: ********) nömrəl “Torpağa mülkiyyət hüququna dair” dövlət aktından görünür ki, Aqrar İslahat Komissiyasının 26 fevral 2001-ci il tarixli qərarı ilə verilmişdir. Yəni Sözügedən torpaq sahələri və fərdi yaşayış evləri mirasqoyan X13 ilə İddiaçı2 birgə nikahı dövründə əldə edilmişdir. Bu səbəbdən iddia ərizəsində göstərilmiş miras əmlaklardan, yəni torpaq sahələrindən və onun üzərində yerləşən fərdi yaşayış evlərindən mirasqoyan X10 çatan ½ hissədən əvvəlcə İddiaçı2 ½ hissədə payı müəyyən olunmalı, daha sonra yerdə qalan paydan iddiaçıların və cavabdehin payı müəyyən olunmalıdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçılar İddiaçı4, İddiaçı3 və İddiaçı1 etibarnamə üzrə nümayəndəsi (qızı) Nümayəndə2 iddia ərizəsində qeyd olunanlara uyğun izahat verib, iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iddiaçıların vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, əlavə olaraq göstərdi ki, Qəbələ Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisi tərəfindən İddiaçı2 digər vərəsələrlə eyni imtina məktubu verilmiş, fərqləndirilməmişdir. Halbuki ölən gününə kimi İddiaçı2 mirasqoyanla bir yerdə yaşamışlar. Əgər müddət buraxılıbsa o zaman Cavabdeh tərəfindən də müddət buraxılmışdır. Belə ki, mərhum 2021-ci il tarixdə ölsə də, Cavabdeh tərəfindən 2023-cü il tarixdə müraciət edilmişdir. Nəticədə o da 6 aylıq müddəti buraxmışdır. Amma nədənsə ona müddəti buraxmaq barədə bildiriş verilməmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, miras qoyan Həsən Həmidovdan miras qalmış torpaq sahəsində iki fərdi yaşayış evi mövcud olmuş, həmin evlərdən birində cavabdeh, digərinin bir hissəsində isə İddiaçı2 daimi yaşamaqla mirası faktiki şəkildə qəbul etdiklərini şəksiz nümayiş etdirmişlər. Miras qoyanın qızları atalarının sağlığında daimi olaraq oraya getmişlər, atalarına və analarına baxmışlar. Evin təmizliyini həyata keçirmişlər. Kommunal xərcləri ödəmişlər. Bununla da mirası faktiki qəbul etmişlər. Göstərilənlərə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək göstərmişdir ki, hal-hazırda ailə üzvləri ilə birlikdə JN-972F (kod: ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən X9 və İddiaçı2 birgə mülkiyyətinə verilmiş 0,05 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evində yaşayır. Həmin torpaq sahəsi üzərində 2 fərdi yaşayış evi mövcuddur. Bir evdə o, ailə üzvləri ilə birlikdə yaşayır. Həyətdə yerləşən digər evdə isə anası İddiaçı2 və mərhum atası X13 yaşamışlar. Hər iki fərdi yaşayış evi valideynləri tərəfindən tikilmişdir. Lakin onun hal-hazırda yaşadığı fərdi yaşayış evi 2 otaqdan ibarət olmuş, onun tərəfindən əsaslı təmir edilərək yararlı vəziyyətə gətirilmişdir. Atası rəhmətə gedəndən sonra bacıları ona analarına yaxşı baxmadıqlarını bildirmiş, o isə anasına baxmaqları ilə razı qalmadıqları təqdirdə özlərinin yaxşı baxmasını bildirmişdir. Bundan sonra bacısı İddiaçı3 öz evinə apararaq anasına baxmışdır. O, iddiaçıların vərəsəlik üzrə payının müəyyən edilməsinə etiraz etmir. Lakin iddiaçılara təklif etmişdir ki, ona kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən düşən payla həyətyanı torpaq sahəsindən düşən payın əvəz edilməsini istəmişdir. İddiaçılar isə bununla razılaşmamışdır. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. xx.xx.2026-cı il tarixdə keçirilən məhkəmə iclasında İddiaçı2 izahatında göstərmişdir ki, həyat yoldaşı X13 vəfat etdikdən sonra ona qızları baxmışlar və qulluq etmişlər. Həyat yoldaşının sağlığında da onlara daimi olaraq qızları baxmış, onların səhhəti ilə maraqlanmış və onların qulluqlarında durmuşlar. Onların yaşadığı evdə həmişə qızları tərəfindən təmizlənmiş, evdə olan problemlər qızları tərəfindən aradan qaldırılmışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və işdə olan hüquqi sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: İş materiallarında olan JN – 972F nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin surətindən görünür ki, Qəbələ rayon AİK-in 26 fevral 2001ci il tarixli, 03 saylı qərarına əsasən X9 və X7 ümumi birgə mülkiyyətinə 0,05 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan JN – 224 nömrəli (kod:********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının surətindən görünür ki, Qəbələ rayon AİK-in 26 fevral 2001-ci il tarixli, 03 saylı qərarına əsasən X9, İddiaçı2 və Cavabdeh ümumi birgə mülkiyyətinə 1,80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 28 aprel 2021-ci il tarixli, AZ-İİ 157176 nömrəli “Ölüm haqqında” şəhadətnamənin surətindən görünür ki, X13 19 aprel 2021-ci ildə ölmüşdür və ölüm haqqında 26 aprel 2021-ci ildə 226 №-li akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının Qəbələ Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 01 noyabr 2023-cü il tarixli, 5-59-12/2- 242/2023 nömrəli Qəbələ şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin təsərrüfat kitabından çıxarışdan görünür ki, X9 xx.xx.2021-ci il tarixində vəfatından sonra miras qoyana məxsus olan fərdi yaşayış evində həyat yoldaşı İddiaçı2 Qəhrəman qızı, qızları İddiaçı3, İddiaçı4 və İddiaçı1, oğlu Cavabdeh adlı ailə üzvləri vardır. İş materiallarında olan Qəbələ regional “Asan xidmət” mərkəzi Notariat ofisi tərəfindən İddiaçı3, İddiaçı4, İddiaçı1 və İddiaçı2 ünvanlanmış 19 sentyabr 2025-ci il tarixli, 4016, 4020, 4021, 4022 və 4023 nömrəli məktublardan görünür ki, qanunvericilikdə mirasın qəbulu üçün nəzərdə tutulmuş müddətin buraxılması, o cümlədən miras şərikləri arasında ixtilaflar mövcud olduğu üçün notariat hərəkətinin aparılmasının on gün müddətinə təxirə salınması, bu müddətdə məhkəmədən təsdiq edilməli olan hüquq və ya fakt barəsində əlaqədar şəxsdən ərizə daxil olduğu haqqında məlumat alınmazsa, notariat hərəkətinin aparılmasının dayandırılmasına yol verilmədiyi göstərilmişdir. İş materiallarında olan Qutqaşen rayon Zaks şöbəsi tərəfindən verilmiş 25 avqust 1964cu il tarixli, 462008 nömrəli “Nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, X13 ilə X4 nikahları 25 aavqust 1964-cü ildə 17 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra kişiyə Həmidov, arvada Həmidova soyadı verilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1159.1.1-ci maddəsinə əsasən, ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsə sayılırlar. 1162-ci maddəsinə əsasən Sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. 1170.1-ci maddəsinə görə, vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında bərabər bölüşdürülür. 1170-ci maddəsinə əsasən, əgər vəsiyyətnamə ilə bir neçə vərəsə təyin edilmişdirsə, lakin vəsiyyətnamədə yalnız bir vərəsənin payı müəyyənləşdirilmişdirsə, digər vərəsələr qalan əmlakı bərabər alır. 1171-ci maddəsinə əsasən, əgər vəsiyyətnamə ilə bir neçə vərəsə təyin edilmişdirsə və vərəsələrdən birinə təyin edilmiş pay mirasın hamısından ibarətdirsə, vəsiyyət üzrə bütün vərəsələr bərabər paylar almalıdırlar. 1193-ci maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1262-ci maddəsinə əsasən, əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. 1273-cü maddəsinə əsasən Mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. 1274-cü maddəsinə əsasən, miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. 1282.1-ci maddəsinə əsasən, əgər kəndli təsərrüfatının yerləşdiyi kənd təsərrüfatı təyinatlı torpağın mülkiyyətçisi vəsiyyətnamə ilə onu bir neçə vərəsəyə qoymuşdursa və ya vəsiyyətnamə qoyulmamışdırsa və qanun üzrə bir neçə vərəsə vardırsa, kənd təsərrüfatı təyinatlı torpaq orada yerləşən kəndli təsərrüfatı ilə birlikdə vərəsələr arasında bölüşdürülə bilər, bu şərtlə ki, bölgü nəticəsində vərəsələrdən hər birinə keçən torpaq sahəsi həyat qabiliyyətli təsərrüfatın mövcudluğunu təmin etsin. xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Nikah və Ailə Məcəlləsi. Maddə 23. Ər-arvadın nikah müddətində qazandıqları əmlak onların ümumi birgə mülkiyyətidir. Əmlakın ər və ya arvadın qazancı (gəlirləri) hesabına əldə edilibedilməməsindən asılı olmayaraq, ər-arvad bu əmlaka bərabər sahiblik, istifadə və sərəncam hüququna malikdirlər. Ər-arvadın ikisindən biri ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduqda və ya digər üzürlü səbəbə görə onun müstəqil qazancı olmadıqda da, onlar əmlak üzərində bərabər hüquqa malikdirlər. Nikah müddətində qazanılmış əmlakın ərarvaddan birinin adına yazıldığından asılı olmayaraq, həmin əmlak üzərində onların hər ikisinin hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı, işin halları, təqdim olunmuş sübutlarla və tərəflərin izahatları ilə müəyyən olunmuşdur ki, JN–972F nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən Qəbələ rayon AİK-in 26 fevral 2001-ci il tarixli, 03 saylı qərarı ilə X9 və X7 ümumi birgə mülkiyyətinə 0,05 ha həyətyanı torpaq sahəsi verilmişdir. Eyni zamanda JN – 224 nömrəli (kod:********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktına əsasən Qəbələ rayon AİK-in 26 fevral 2001-ci il tarixli, 03 saylı qərarı ilə X9, İddiaçı2 və Cavabdeh ümumi birgə mülkiyyətinə 1,80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 28 aprel 2021-ci il tarixli, AZ-İİ 157176 nömrəli “Ölüm haqqında” şəhadətnamənin surətindən görünür ki, X13 19 aprel 2021-ci ildə ölmüşdür və ölüm haqqında 26 aprel 2021-ci ildə 226 №-li akt qeydi tərtib olunmuşdur. İddiaçılar X2 miras qalmış 0,05 ha həyətyanı torpaq sahəsindən, həmin torpaq sahəsində yerləşən 2 fərdi yaşayış evindən və 1,80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən vərəsə kimi paylarını tələb edir. Cavadeh isə iddia tələbini qəbul edir, lakin onun payına düşən kənd təsərrüfatlı torpaq sahəsi ilə həyətyanı torpaq sahəsinin əvəz edilməsini xahiş edir. Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, iddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı1 və Cavabdeh ataları, İddiaçı2 isə həyat yoldaşı X13 xx.xx.2021-ci ildə «durğunluq ürək çatmamazlığı»ndan vəfat etmişdir. X5 miras əmlaklara dair heç bir vəsiyyətnamə qoymamışdır. Miras qalmış torpaq sahələrinə vərəsəlik şəhadətnaməsinin verilməsi üçün vərəsələrdən Cavabdeh Qəbələ Regional «Asan Xidmət» mərkəzindəki notariat ofisinə müraciət etmiş, bundan sonra isə notariat ofisi tərəfindən digər vərəsələr İddiaçı3, İddiaçı4, İddiaçı1 və İddiaçı2 ünvanlanmış məktublarda 10 (on) gün müddətində məhkəməyə müraciət edilməli olmaları, əks halda vərəsəlik şəhadətnaməsinin Cavabdeh adına rəsmiləşdiriləcəyi bildirilmişdir. İddiaçılar isə 10 (on) gün müddət ərzində məhkəməyə müraciət etmişlər. Məhkəmədə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, iddiaçılar iddia tələbində miras qalmış əmlaklar, yəni 0,05 ha həyətyanı torpaq sahəsi, həmin torpaq sahəsi üzərində yerləşən 2 fərdi yaşayış evi, o cümlədən 1,80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin İddiaçı2 ilə X3 birgə nikah dövründə əldə edildiyindən X2 qalan miras əmlaklardan ilk növbədə İddiaçı2 ½ hissə birgə nikah dövründə əldə edilmiş payının müəyyən olunması tələb etmişlər. Bununla bağlı məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı iddaçı İddiaçı2, o cümlədən Cavabdeh da izahatlarından müəyyən edilmiş və sübuta yetirilmişdir ki, 0,05 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən 2 fərdi yaşayış evi İddiaçı2 ilə X3 birgə nikah dövründə əldə edilmişdir. Bu işin mübahisəsiz halıdır. Bu səbəbdən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1162-ci maddəsinə əsasən Sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. Sözügedən maddənin də tələbinə əsasən məhkəmə hesab edir ki, 0,05 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən 2 fərdi yaşayış evi İddiaçı2 ilə X3 birgə nikah dövründə əldə edildiyindən ilk növbədə fərdi yaşayış evləri üzərində İddiaçı2 ½ hissə birgə nikah dövründə əldə edilmiş payı müəyyən olunmalıdır. Əlavə olaraq onu da qeyd etməyi məhkəmə zəruri hesab edir ki, Qəbələ regional “Asan xidmət” mərkəzi Notariat ofisi tərəfindən aparılmış notariat işində X2 miras qalmış əmlakların siyahısında yalnız 1 fərdi yaşayış evindən bəhs edilsə də, işin araşdırılması zamanı 0,05 ha torpaq sahəsində 2 fərdi yaşayış evinin olması və həmin evlərinin İddiaçı2 ilə X3 birgə nikah dövründə tikilməsi sübuta yetirilmiş və Cavabdeh da bu halı etiraf etmişdir. Məhkəmə iddiaçıların 0,05 ha həyətyanı torpaq sahəsi və 1,80 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin İddiaçı2 ilə X3 birgə nikah dövründə əldə edildiyindən həmin torpaq sahələrindən ilk növbədə İddiaçı2 ½ hissə birgə nikah dövründə əldə edilmiş payının müəyyən olunması hissəsində iddia tələblərini əsaslı hesab etmir və həmin hissədə iddia tələbinin təmin edilməməsi qənaətinə gəlir. Məhkəmə bildirir ki, 0,05 ha həyətyanı torpaq sahəsi və 1,80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı2 ilə X3 birgə mülkiyyətinə Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 fevral 2001-ci il tarixli qərarı ilə verildiyindən bu əmlakların ərarvadın ümumi birgə mülkiyyəti hesab olunub-olunmadığına hazırda qüvvədə olan Ailə Məcəlləsinin normaları əsasında həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Göründüyü kimi 0,05 ha həyətyanı torpaq sahəsi və 1,80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı2 ilə X3 birgə mülkiyyətinə dövlət tərəfindən əvəssiz verilmişdir. Bu səbəbdən 0,05 ha həyətyanı torpaq sahəsi və 1,80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı2 birgə nikah dövründə əldə olunmuş əmlak kimi ½ hissə payının ayrılması yol verilməzdir və iddia həmin hissədə təmin edilməməlidir. Məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı1 və İddiaçı2 X3 miras paylarından digər vərəsənin payına mütənasib surətdə onların payına düşən hissədən vərəsə kimi payları müəyyən edilməlidir. Belə ki, məhkəmə qeyd edir ki, X5 xx.xx.2021-ci il tarixdə vəfat etməsi ilə mübahisəli hüquq münasibətləri həmin vaxtdan yarandığından, mübahisəyə 2000-ci il tarixdən qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Hazırkı iş üzrə tərəflər mərhumun qanun üzrə birinci növbə vərəsələridir. Miras əmlak barədə vəsiyyətnamə qoyulmamış və qanunla müəyyən edilmiş müddətə mirasdan imtina barədə notariat orqanına ərizə verilməmişdir. İddiaçılar tərəfindən mirasın faktiki olaraq qəbul edilmiş olması sübutlarla təsdiqini tapmışdır. Miras əmlaklar üzərində onların paylarının müəyyən olunmasını istisna edən hallar mövcud deyildir. İddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı1 və İddiaçı2 miras qoyanın birinci növbədə vərəsələri olduğu üçün, onların qeyd edilən əmlaklardan pay tələb etməsinin hüquqi əsasları vardır. Belə ki, məhkəmə qeyd edir ki, Qanun mirasın qəbulu üçün iki qayda müəyyən etmişdir: «notariat kontoruna mirasın qəbulu barədə ərizə vermək» və ya «əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaq və bununla da mirası qəbul edildiyini şəksiz nümayiş etdirmək». Eyni zamanda, mirasın qəbulu üçün müddət də müəyyən olunmuşdur. Belə ki, vərəsə mirası üç ay ərzində qəbul edə bilər, altı ay keçdikdən sonra isə mirasın qəbuluna yol verilmir. Hal-hazırkı işdən müəyyən olunur ki, nə iddiaçılar, nə də cavabdeh mərhum Cavabdeh vəfat etdikdən sonra mirasın qəbulu ilə bağlı notariat kontoruna qanunla nəzərdə tutulmuş müddət ərzində ərizə verməmişlər. Ona görə də hazırkı mübahisə ilə bağlı söhbət mirasın faktiki qəbulundan gedir. «G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Qərarında göstərilmişdir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun… Beləliklə, yuxarıda göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, miras qoyana məxsus olan və miras əmlak kütləsinə daxil olub-olmaması müəyyən olunmayan, təyinatına görə ailənin ümumi istifadəsi üçün nəzərdə tutulmuş əşyaların G.Atamovaya anası tərəfindən verilməsi məqamının apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının mirası qəbul etməsi kimi qiymətləndirilməsi Mülki Məcəllənin 1243.2, 1243.3 və 1246-cı maddələrinin müddəaları ilə uzlaşmır və mülki işin qanuni həlli baxımından qənaətbəxş hesab oluna bilməz. İşin bu qaydada həll edilməsi isə G.Qəhrəmanovanın Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş hüququnun pozulmasına səbəb olmuşdur.» Göründüyü kimi, Konstitusiya Məhkəməsinin şərhinə görə mirasın faktiki qəbulu miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək üsullarını ehtiva edir. Birinci halda vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Faktiki idarəçilikdə isə vərəsə tərəfindən adətən mülkiyyətçinin öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olduğu hərəkətlərin edilməsində ifadə olunur. Başqa sözlə, təkcə miras qoyanın ölümündən sonra nəinki miras mülkə gedibgəlmək və orada qeydiyyatda olmaq özü-özlüyündə mirasın faktik qəbulu kimi qiymətləndirilə bilməz. Əgər vərəsə mirasın faktik qəbulu üçün yuxarıda qeyd olunan aktiv hərəkətlər etməmişdirsə, onda mirasın faktik qəbulundan da söhbət gedə bilməz. Beləliklə, iddia ərizəsinə əlavə olunmuş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı2 X3 həyat yoldaşı olmaqla onun ölümünə qədər birlikdə yaşamış və miras əmlakı birlikdə idarə etmişlər. X3 qızları olan digər vərəsələr İddiaçı1, İddiaçı4 və İddiaçı3 atalarının sağlığında daimi olaraq onun yaşadığı evə getmişlər və atalarına onlar tərəfindən baxılmışdır. İddiaçılar atalarının vəfatından sonra dəfn xərclərini çəkmişlər, yas mərasimlərini yola salmışlar, mirası qəbul edib idarə etməyə başlamışlar. Onlar X19dan qalmış miras əmlakları əldə etmək və almaq niyyətlərini ifadə etmişlər və bu istiqamətdə iradəvi hərəkətlər yerinə yetirmişlər ki, bu da vərəsəlik hüquqlarının itirilməsi ilə nəticələnə bilməzdi. X16 sağlığında da iddiaçılar ona daimi maddi və mənəvi cəhətdən köməklik etmişlər. Həmçinin X3 vəfatından sonra bir müddət onun həyat yoldaşı İddiaçı2 0,05 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evində yaşamış və ona daimi olaraq qızları, hazırkı iş üzrə iddiaçılar İddiaçı1, İddiaçı4 və İddiaçı3 tərəfindən baxılmışdır. Məhkəmə bu zaman o halı da nəzərə alır ki, məhkəmə iclasında Cavabdeh göstərilən halları təkzib etməmiş və miras əmlakdan bacılarının paylarının olması ilə razılaşdığını bildirmişdir. Nəticə olaraq məhkəmə qeyd edir ki, JN-972F (kod: ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən X9 və İddiaçı2 birgə mülkiyyətinə verilmiş 0,05 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evləri İddiaçı2 ilə X3 birgə nikah dövründə əldə edildiyindən X2 qalan miras əmlaklar olan fərdi yaşayış evləri üzərində İddiaçı2 ½ hissə birgə nikah dövründə əldə edilmiş payı müəyyən olunmaqla ümumilikdə 6/10 hissə, İddiaçı3, İddiaçı4 və İddiaçı1 hər birinin vərəsə kimi mirasdan 1/10 hissədə payları müəyyən olunmalı, yerdə qalan 1/10 hissə isə cavabdehə aid edilməlidir. Bundan əlavə X3 26 aprel 2021-ci il tarixdə ölümü ilə ondan miras qalmış JN-972F (kod: ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən X9 və İddiaçı2 birgə mülkiyyətinə verilmiş 0,05 ha həyətyanı torpaq sahəsindən iddiaçılar İddiaçı2 vərəsə kimi mirasdan 6/10 hissə, İddiaçı3, İddiaçı4 və İddiaçı1 hər birinin vərəsə kimi mirasdan 1/10 hissə payları müəyyən olunmalı və yerdə qalan 1/10 hissə cavabdehə aid edilməlidir. Əlavə olaraq JN-224 (kod: ********) nömrəl “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən Cavabdeh, İddiaçı2 Qəhrəman qızının və X9 ümumi birgə mülkiyyətinə verilmiş 1,80 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsindən iddiaçılar və İddiaçı2 vərəsə kimi mirasdan 6/15 hissə, İddiaçı3, İddiaçı4, İddiaçı1 hər birinin vərəsə kimi mirasdan 1/15 hissə payları müəyyən olunmalı, yerdə qalan 6/15 hissə isə cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi, qanunvericilik məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, JN-972F (kod: ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən X9 və İddiaçı2 birgə mülkiyyətinə verilmiş 0,05 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evləri İddiaçı2 ilə X3 birgə nikah dövründə əldə edildiyindən X2 qalan miras əmlaklar olan fərdi yaşayış evləri üzərində İddiaçı2 ½ hissə birgə nikah dövründə əldə edilmiş payı müəyyən olunmaqla ümumilikdə 6/10 hissə, İddiaçı3, İddiaçı4 və İddiaçı1 hər birinin vərəsə kimi mirasdan 1/10 hissədə payları; X3 26 aprel 2021-ci il tarixdə ölümü ilə ondan miras qalmış JN-972F (kod: ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən X9 və İddiaçı2 birgə mülkiyyətinə verilmiş 0,05 ha həyətyanı torpaq sahəsindən iddiaçılar İddiaçı2 vərəsə kimi mirasdan 6/10 hissə, İddiaçı3, İddiaçı4 və İddiaçı1 hər birinin vərəsə kimi mirasdan 1/10 hissə payları; JN-224 (kod: ********) nömrəl “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən Cavabdeh, İddiaçı2 Qəhrəman qızının və X9 ümumi birgə mülkiyyətinə verilmiş 1,80 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsindən iddiaçılar və İddiaçı2 vərəsə kimi mirasdan 6/15 hissə, İddiaçı3, İddiaçı4, İddiaçı1 hər birinin vərəsə kimi mirasdan 1/15 hissə payları müəyyən olunmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. JN-972F (kod: ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən X9 və İddiaçı2 birgə mülkiyyətinə verilmiş 0,05 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evləri İddiaçı2 ilə X3 birgə nikah dövründə əldə edildiyindən X2 qalan miras əmlaklar olan fərdi yaşayış evləri üzərində İddiaçı2 ½ hissə birgə nikah dövründə əldə edilmiş payı müəyyən olunmaqla ümumilikdə 6/10 hissə, İddiaçı3, İddiaçı4 və İddiaçı1 hər birinin vərəsə kimi mirasdan 1/10 hissədə payları; X3 26 aprel 2021-ci il tarixdə ölümü ilə ondan miras qalmış JN-972F (kod: ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən X9 və İddiaçı2 birgə mülkiyyətinə verilmiş 0,05 ha həyətyanı torpaq sahəsindən iddiaçılar İddiaçı2 vərəsə kimi mirasdan 6/10 hissə, İddiaçı3, İddiaçı4 və İddiaçı1 hər birinin vərəsə kimi mirasdan 1/10 hissə payları; JN-224 (kod: ********) nömrəl “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən Cavabdeh, İddiaçı2 Qəhrəman qızının və X9 ümumi birgə mülkiyyətinə verilmiş 1,80 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsindən iddiaçılar və İddiaçı2 vərəsə kimi mirasdan 6/15 hissə, İddiaçı3, İddiaçı4, İddiaçı1 hər birinin vərəsə kimi mirasdan 1/15 hissə payları müəyyən olunsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Qəbələ Rayon Məhkəməsi vasitəsiilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar