Məhkəmə qərarları › İş №e-2(025)-1774/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1774/2025

19.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1774/2025 19.12.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi üzrə mübahisələr) Qəbələ Rayon Məhkəməsinin hakimi X1 İddiaçı MMC-nin Cavabdeh oğluna qarşı borcun ödənilməsi tələbi barədə iddiasına dair mülki işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə iddia qaldıraraq xeyrinə 187.91 manat məbləğində borc və 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 217.91 manat vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı MMC ilə bağladığı abunə müqaviləsinə əsasən 512443505, 512443504, 512443516, 512443517, 512400549, 512778480, 512805214, ********* nömrədə kreditorun rabitə xidmətlərindən istifadə etmiş və nəticədə onun 187.91 ( yüz səksən bir manat doxsan bir qəpik) manat məbləğində abunə və xidmət borcu yaranmışdır. Cavabdehin öz borcunu ödəməsinin son tarixi müəyyən olunsa da müqavilənin qəbul olunan şərtlərini pozaraq borcunun ödənilməsini təmin etməmişdir. Göndərilmiş bildiriş və xəbərdarlıqlara baxmayaraq Cavabdeh adına olan qeyd olunan yuxarıda qeyd olunan nömrələrdə borc hazırkı tarixədək ödənilməmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli abunə müqaviləsinə əsasən İddiaçı MMC ilə Cavabdeh arasında abunə müqaviləsi bağlanmışdır. İşdə olan Abunə Müqaviləsinin 4.1-ci bəndinə əsasən Abunəçi xidmət haqqını, Müqavilə ilə müəyyənləşdirilən digər ödənişləri və ya hər hansı borc məbləğlərini hər faktura dövrünün sonunda müvafiq hesab-fakturada nəzərdə tutulan son ödəmə tarixinə qədər (həmin gün də daxil olmaqla) ödəməlidir. İşdə olan Abunə Müqaviləsinin 12.1-ci maddəsinə uyğun olaraq abunəçi tərəfindən bu müqavilə imzalandıqda və nömrədən istifadə başladıqda müqavilənin bütün müddəalarına və istifadə qaydalarına riayət etmək öhdəliyi qeyd-şərtsiz qəbul etmiş sayılır. İşdə olan xx.xx.2025-ci il tarixli, 19453 nömrəli bildirişin surətinə əsasən Cavabdeh abunə müqaviləsinə əsasən 187.91 manat borcu yaranmışdır. İşdə olan cədvəldən görünür ki, Cavabdeh ********* nömrəsi üzrə 20.64 manat, ********* nömrəsi üzrə 20.56 manat, ********* nömrəsi üzrə 18.13 manat, ********* nömrəsi üzrə 40.84 manat, ********* nömrəsi üzrə 33.96 manat, ********* nömrəsi üzrə 19.05 manat, ********* nömrəsi üzrə 15.97 manat, ********* nömrəsi üzrə 18.76 manat borcu yaranmışdır. İşdən görünür ki, Cavabdeh ********* nömrəsi üzrə 20.64 manat, ********* nömrəsi üzrə 20.56 manat, ********* nömrəsi üzrə 18.13 manat, ********* nömrəsi üzrə 40.84 manat, ********* nömrəsi üzrə 33.96 manat, ********* nömrəsi üzrə 19.05 manat, ********* nömrəsi üzrə 15.97 manat, ********* nömrəsi üzrə 18.76 manat olmaqla ümumilikdə 187.91 manat borc hesablanmışdır. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, İddiaçı MMC-nin xeyrinə Cavabdeh 187.91 manat borc və dövlət rüsumuna görə 30 manat tutulmalıdır. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 187.91 manat və dövlət rüsumuna görə 30 manat pul alınıb İddiaçı MMC-nin hesabına keçirilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar