Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № e-2(025)-1794/2025 23.12.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsayeva Elvina Allahverdi qızının katibliyi, İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-nın X3 Enerji Təchizatı və Satışı İdarəsinə qarşı “işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında məhkəmə iclasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-nın X3 Enerji Təchizatı və Satışı İdarəsinə qarşı “işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası "xxxx" ASC-nın X3 Enerji Təchizatı və Satışı idarəsinin xx.xx.2025-ci il tarixli k/25- 03962 saylı əmrinin ləğv edilməsi, onun "xxxx" ASCnınNəqliyyat və X1-Qərb regionu üzrə sürücü vəzifəsinə işinə bərpa edilməyi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 xx.xx.2025-ci il tarixdə məhkəməyə elektron qaydada ərizə ilə müraciət edərək, Qəbələ rayon Məhkəməsinin icraatında olan e-2(025)- 1794/2025 nomrəli mulki işin aidiyyəti üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəsində göstərmişdir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı işdən azad olunma barədə əmrin ləğv olunması, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı tələbinə dair iddia ərizəsi ilə Qəbələ Rayon Məhkəməsinə müraciət etmiş və e-2(025)-1794/2025 saylı iş məhkəmənin icraatındadır. Bildirir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı hazırki tələblə Qəbələ Rayon Məhkəməsinə müraciət etməsi tamamilə qanunsuz olmuş, məhkəmə və ərazi aidyyatı ilə bağlı prosessual normaları pozmuşdur. Belə ki, "xxxx" ASC hüquqi şəxs statusuna malik olan təşkilat kimi Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2015-ci il tarixli sərəncamı ilə yaradılmışdır, onun hüquqi ünvanı isə ünvan 1 şəhəri Nəsimi rayonu, Bakıxanov küçəsi olduğundan Mülki Prosessual Məcəllənin 35-ci maddəsinin tələbinə görə hazırki iddia ərizəsi onun yerləşdiyi yer üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə verilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə müvafiq qərar qəbul edilməsini məhkəmənin səlahiyyətinə buraxdığını qeyd etdi. Cavabdeh "xxxx" ASC-nın X3 Enerji Təchizatı və Satışı İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir. Ona görə də məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, cavabdehin hüquqi ünvanının iddia ərizəsində olan materiallarla birlikdə tədqiq edib belə qənaətə gəlir ki, mülki iş baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan “Elektron Məhkəmə” sistemindən çıxarışdan görünür ki, cavabdeh "xxxx" ASC ünvan 3 ünvanında yerləşir. Eyni zamanda cavabdeh tərəfindən məhkəməyə elektron qaydada göndərilmiş “Əmək müqaviləsinə xitam verilməsi barədə” xx.xx.2025-ci il tarixli, K/25-03962 saylı ******* №-li Əmrdən görünür ki, İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə "xxxx" ASC tərəfindən xitam verilmişdir. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışsa, iddia cavabdehin qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-nin 44.2.2-ci maddəsinə görə iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyat qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Məhkəmə hesab edir ki, hazırki mülki iş aidiyyatı üzrə Qəbələ Rayon Məhkəməsinə verilmiş və mülki iş məhkəmə tərəfindən icraata qəbul edilmişdir. Sonradan məhkəmə iclasında məlum olmuşdur ki, iddiaçının “Əmək müqaviləsinə xitam verilməsi barədə” xx.xx.2025-ci il tarixli, K/25-03962 saylı ******* №-li Əmr "xxxx" ASC tərəfindən verilmişdir və "xxxx" ASC-nin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu ərazisində yuxarıda qeyd edilən ünvanda yerləşir. Azərbaycan Respublikası MPM-nin 45.1-ci maddəsinə əsasən, mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində. Yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə işdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyatının dəyişdirilməsi barədə ərizə verə bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxs məhkəmə aidiyyatı ilə razılaşmamasını əsaslandırmalı və bu barədə işə mahiyyəti üzrə baxılmağa başlanana qədər bildirməlidir. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyatı haqqında məsələ qalxdıqda hakim işin aidiyyatı üzrə göndərilməsi haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə, şərh olunanlara əsasən işin ərazi aidiyyatı üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 26.1, 32, 167.2, 263-264 və 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" ASC-nın X3 Enerji Təchizatı və Satışı İdarəsinə qarşı “işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı tələbi”nə dair iddia ərizəsi üzrə e-2(025)- 1794/2025 nömrəli mülki iş baxılması üçün aidiyyatı üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №e-2(025)-1794/2025
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №e-2(025)-1794/2025
23.12.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver