Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-186/2024 14.08.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən azad edilməsi və mülkiyyətə qəsd edən qanunazidd hərəkətlərə son qoyulması tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq mübahisələri) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, İddiaçı və nümayəndə X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən azad edilməsi və mülkiyyətə qəsd edən qanunazidd hərəkətlərə son qoyulması tələbi barədə iddia ərizəsinə dair açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən azad edilməsi və mülkiyyətə qəsd edən qanunazidd hərəkətlərə son qoyulması tələbi barədə iddia qaldıraraq istifadəsində olan Qəbələ rayonu Nic qəsəbəsində yerləşən sahəsi 1045,0 kv/m olan torpaq sahəsinin boşaldılması və ərazinin özbaşınalıq yolu ilə istifadəsinə yönəlmiş qanunazidd hərəkətlərə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, Qəbələ rayonu Nic qəsəbəsində, 0,11443 ha torpaq sahəsində yerləşən köməkçi sahəsi 137,0 kv/m, əsas sahəsi 908,0 kv/m, ümumi sahəsi 1045,0 kv/m olan qeyri-yaşayış binası vaxtilə Nic kolxozuna məxsus olmuş, uzun müddət ərzində camış ferması kimi istifadə olunmuş və aqrar islahatı nəticəsində özəlləşdirilərək şəxsi mülkiyyətə verilmişdir. 2002-ci ildə həmin qeyri-yaşayış binası X4 tərəfindən alqı-satqı yolu ilə alınmış, ərazidə çoban evi və yardımçı tikililər inşa edildikdən sonra heyvandarlıq təsərrüfatı yaradılaraq əmlak kompleksi kimi istifadə olunmuşdur. 2003-cü ildə həmin heyvandarlıq təsərrüfatının idarə olunması Cavabdeh həvalə edilmiş və yerinə yetirlən işlərin xarakteri ilə əlaqədar olaraq onun ailə üzvləri ilə birlikdə ferma ərazisində daimi olaraq qalmasına icazə verilmişdir. xx.xx.2016-cı il tarixdə Qəbələ rayonu Nic qəsəbəsində yerləşən ümumi sahəsi 1045,0 kv/m olan qeyri-yaşayış binası ümumilikdə 0,11443 ha ərazini əhatə edən torpaq sahəsindən istifadə hüququ ilə birlikdə onun adına mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və hüquqi statusuna dair ******* nömrəli Çıxarış verilmişdir. 2019-cu ilin mart ayında X4 vəfat etdikdən sonra Cavabdeh ona tapşırılmış mal-qaranı mənimsəyərək təsərrüfatı dağıtmış və ferma ərazisində özünə məxsus heyandarlıq təsərrüfatı yaradaraq əmlak kompleksindən indiyədək qanunsuz şəkildə istifadə etməkdə davam etmişdir. Cavabdeh hərəkətləri barədə polis orqanına şikayət olunsa da nəticəsi olmamışdır. Cavabdeh ona məxsus olan Qəbələ rayonu Nic qəsəbəsində, 0,11443 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 1045,0 kv/m olan qeyri-yaşayış binasına faktiki surətdə yiyələnməklə onu mülkiyyətindən məhrum etmişdir. Ona görə də, istifadəsində olan Qəbələ rayonu Nic qəsəbəsində yerləşən sahəsi 1045,0 kv/m olan torpaq sahəsinin boşaldılması və ərazinin özbaşınalıq yolu ilə istifadəsinə yönəlmiş qanunazidd hərəkətlərə son qoyulması barədə iddia qaldırmışdır. İddiaçının nümayəndəsi X3 izahatında İddiaçı göstərdiyi xüsusatları eyni ilə təsdiq etmişdir. İşdə olan Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX ******* nömrəli Çıxarışın surətinə əsasən 4xx-xx/1887 inventar nömrəli Texniki pasportda texniki parametrləri (yeri və ölçüləri) göstərilmiş Qəbələ rayonu Nic qəsəbəsində, istifadəsində olan 11443 kv/m bələdiyyə mülkiyyətinə aid torpaq sahəsində (tikinti altında qalan ümumi sahəni əhatə edən ərazidə) yerləşən köməkçi sahəsi 137,0 kv/m, əsas sahəsi 908,0 kv/m, ümumi sahəsi 1045,0 kv/m olan qeyri-yaşayış binası (reyestr nömrəsi: **********45-06301; Qeydiyyat nömrəsi: **********) xx.xx.2016-cı il tarixdə İddiaçı adına mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan AR İN ƏMDX DƏDKR PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli 3-21-3-42/2-3678/2024 saylı Mütəxəssis Rəyində göstərilmişdir ki, Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX ******* nömrəli Çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan 11443 kv/m bütövlükdə tiklidən ibarət olan torpaq sahəsi (tikinti altında qalan ümumi sahəni əhatə edən ərazi) Cavabdeh istifadəsindədir; 11443 kv/m torpaq sahəsinin bir hissəsi fərdi yaşayış evi, bir hissəsi isə ferma binası kimi istifadə olunur. AR MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, İddiaçı mülkiyyətində olan Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən köməkçi sahəsi 137,0 kv/m, əsas sahəsi 908,0 kv/m, ümumi sahəsi 1045,0 kv/m olan qeyri-yaşayış binası (reyestr nömrəsi: **********45-06301; Qeydiyyat nömrəsi: **********) tikinti (divarlar) altında qalan torpaq sahəsi ilə birlikdə bələdiyyə mülkiyyətində olan 11443 kv/m torpaq sahəsini əhatə edir. Həmin torpaq sahəsi üzərində İddiaçı istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına baxmayaraq ərazi faktiki surətdə Cavabdeh sahibliyində və istifadəsindədir. AR Mülki Məcəlləsinin 14.2.4-ci maddəsinə əsasən qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasıdır. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi..... əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Həmin Məcəllənin 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 166.3-cü maddəsinə əsasən yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Həmin Məcəllənin 243.1-ci maddəsinə əsasən başqa şəxsə mənsub torpaq sahəsində olan daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlakın yerləşdiyi torpaq sahəsi hissəsindən istifadə hüququna malikdir. AR Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmədə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh İddiaçı məxsus olan Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən köməkçi sahəsi 137,0 kv/m, əsas sahəsi 908,0 kv/m, ümumi sahəsi 1045,0 kv/m olan qeyri-yaşayış binasından mülkiyyətçinin iradəsi ziddinə istifadə etməklə eyni zamanda onu həmin əmlakın yerləşdiyi 11443 kv/m torpaq sahəsindən (divarlar altında qalan torpaq sahəsi ilə birlikdə) özbaşınalıq yolu ilə məhrum etmişdir. Ona görə də, Cavabdeh İddiaçı mülkiyyətində olan köməkçi sahəsi 137,0 kv/m, əsas sahəsi 908,0 kv/m, ümumi sahəsi 1045,0 kv/m olan qeyri-yaşayış binasından (reyestr nömrəsi: **********45-06301) çıxaraq həmin əmlak kompleksinin tərkibinə daxil olan AR İN ƏMDX DƏDKR PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-21-3-42/2-3678/2024 saylı Mütəxəssis Rəyinə əlavə edilmiş 2 №-li planda qeyd olunan koordinatları əhatə edən 1045 kv/m torpaq sahəsini (tikinti(divarlar) altında qalan torpaq sahəsi ilə birlikdə 0,1144 ha torpaq sahəsini) azad etməli və əmlak kompleksindən özbaşınalıq yolu ilə istifadəyə yönəlmiş qanunazidd hərəkətlərə son qoymalıdır. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220,227,233,357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. İddiaçı mülkiyyətində olan Qəbələ rayonu Nic qəsəbəsində yerləşən köməkçi sahəsi 137,0 kv/m, əsas sahəsi 908,0 kv/m, ümumi sahəsi 1045,0 kv/m olan qeyri-yaşayış binasının (reyestr nömrəsi: **********45-06301) tərkibinə daxil olan AR İN ƏMDX DƏDKR PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-21-3-42/2-3678/2024 saylı Mütəxəssis Rəyinə əlavə edilmiş 2 №-li planda qeyd olunan koordinatları əhatə edən 1045 kv/m torpaq sahəsi (tikinti (divarlar) altında qalan torpaq sahəsi ilə birlikdə 0,1144 ha torpaq sahəsi) Cavabdeh qanunsuz sahibliyindən azad edilsin və həmin əmlak kompleksinin istifadəsinə yönəlmiş qanunazidd hərəkətlərə son qoyulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №e-2(025)-186/2024
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-186/2024
14.08.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver