Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-221/2025 16.04.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər, Cavabdeh1 və qeyrilərinə qarşı “mirasdan ona düşən payın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: miras qalmış əmlakdan vərəsəlik üzrə payların müəyyən edilməsi) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, İddiaçı və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər, Cavabdeh1 və qeyrilərinə qarşı mirasdan ona düşən payın müəyyən edilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər, Cavabdeh1 və qeyrilərinə qarşı mirasdan ona düşən payın müəyyən edilməsi tələbi barədə iddia qaldıraraq xx.xx.2007-ci il tarixdə vəfat etmiş X19 və xx.xx.2008-ci il tarixdə vəfat etmiş X1 miras qalmış Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən 0,47 ha (reyestr nömrəsi: **********40), 0,46 ha (reyestr nömrəsi: **********41 və 0,03 ha (reyestr nömrəsi: **********42) həyətyanı torpaq sahəsinin 2/4 hissəsinin qanun üzrə vərəsələr arasında bölünərək ona düşən payın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, o, X19 və X1 törəmiş və ailənin digər üzvləri ilə birlikdə valideynlərinə məxsus olan Qəbələ rayonu Nohurqışlaq kəndində yerləşən fərdi yaşayış evində yaşayıb həddi buluğa çatmışdır. xx.xx.2007-ci il tarixdə X20 və xx.xx.2008-ci il tarixdə X4 vəfat etmişdir. Onların on nəfər vərəsəsi (İddiaçı, Cavabdeh1, X15, X10, Cavabdeh3, X16, Cavabdeh6, Cavabdeh5, X21 və X22) olmasına baxmayaraq miras qalmış Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən 0,47 ha (reyestr nömrəsi: **********40), 0,46 ha (reyestr nömrəsi: **********41 və 0,03 ha (reyestr nömrəsi: **********42) həyətyanı torpaq sahəsinin 2/4 hissəsinə Cavabdeh1 təkbaşına yiyələnərək digər vərəsələri mirasdan məhrum etmişdir. X22 anadan olandan bir neçə ay sonra vəfat etmişdir. X10 xx.xx.2012-ci il tarixdə, X16 xx.xx.2021-ci il tarixdə vəfat etmişlər. Mərhum bacı və qardaşının vərəsələri, o cümlədən, Cavabdeh3, X2 Alıxan Baxtı oğlu, Cavabdeh5 və X21 onun xeyrinə mirasdan imtina etmişdir. Cavabdeh1 mirasın bölünməsinə etiraz etdiyi üçün Qəbələ Regional “Asan xidmət” Mərkəzində notariat ofisi tərəfindən mirasdan ona düşən paya dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Ona görədə, xx.xx.2007-ci il tarixdə vəfat etmiş X19 və xx.xx.2008-ci il tarixdə vəfat etmiş X1 miras qalmış Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən 0,47 ha (reyestr nömrəsi: **********40), 0,46 ha (reyestr nömrəsi: **********41 və 0,03 ha (reyestr nömrəsi: **********42) həyətyanı torpaq sahəsinin 2/4 hissəsinin qanun üzrə vərəsələr arasında bölünərək ona düşən payın müəyyən edilməsi barədə qətnamə çıxarılması haqqında barədə iddia qaldırmışlar. Cavabdeh X15 izahatında göstərmişdir ki, X19 və X1 törəmiş və ailənin digər üzvləri ilə birlikdə valideynlərinə məxsus olan Qəbələ rayonu Nohurqışlaq kəndində yerləşən fərdi yaşayış evində yaşayıb həddi buluğa çatmışdır. xx.xx.2007-ci il tarixdə X19 və xx.xx.2008-ci il tarixdə X4 vəfat etmişdir. Onların on vərəsəsi (İddiaçı, Cavabdeh1, X15, X10, Cavabdeh3, X16, Cavabdeh6, Cavabdeh5, X21 və X22) olmasına baxmayaraq miras qalmış Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən 0,47 ha (reyestr nömrəsi: **********40), 0,46 ha (reyestr nömrəsi: **********41 və 0,03 ha (reyestr nömrəsi: **********42) həyətyanı torpaq sahəsinin 2/4 hissəsinə X8 təkbaşına yiyələnmişdir. X22 anadan olandan bir neçə ay sonra vəfat etmişdir. X10 xx.xx.2012-ci il tarixdə, X16 xx.xx.2021-ci il tarixdə vəfat etmişlər. Vərəsələrdən üç nəfəri (Cavabdeh3, X15 və X21) İddiaçı və Cavabdeh1 xeyrinə mirasdan imtina etmişdir. Cavabdeh1 xəstəliyi ilə əlaqədar mirasın bölünməsinə etiraz etdiyi üçün Qəbələ Regional “Asan xidmət” Mərkəzində notariat ofisi tərəfindən mirasa dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Cavabdehlər, Cavabdeh3 və X21 izahatında X7 izahatında göstərilən xüsusatları eyni ilə təsdiq etmişlər. İşdə olan «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın surətinə əsasən Qəbələ rayonu Nohurqışlaq kəndində yerləşən 0,47 ha həyətyanı torpaq sahəsi (reyestr nömrəsi: **********40; qeydiyyat nömrəsi: **********) X19 (1/4 hissə), X4(1/4 hissə) və X5 (2/4 hissə) adına ümumi paylı mülkiyyət hüququ əsasında xx.xx.2024-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın surətinə əsasən Qəbələ rayonu Nohurqışlaq kəndində yerləşən 0,46 ha həyətyanı torpaq sahəsi (reyestr nömrəsi: **********41; qeydiyyat nömrəsi: **********) X19 (1/4 hissə), X4(1/4 hissə) və X5 (2/4 hissə) adına ümumi paylı mülkiyyət hüququ əsasında xx.xx.2024-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın surətinə əsasən Qəbələ rayonu Nohurqışlaq kəndində yerləşən 0,03 ha həyətyanı torpaq sahəsi (reyestr nömrəsi: **********42; qeydiyyat nömrəsi: **********) X19 (1/4 hissə), X4(1/4 hissə), Cavabdeh5 (1/4 hissə) və Cavabdeh3 (1/4 hissə) adına ümumi paylı mülkiyyət hüququ əsasında xx.xx.2024-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan AZ- ******* nömrəli “doğum haqqında” şəhadətnamənin surətinə əsasən xx.xx.1968-ci il tarixdə Qəbələ rayonu Nohurqışlaq kəndində anadan olmuş İddiaçı X20 və X1 törəmişdir. İşdə olan AZ-İ 288854 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X4 xx.xx.2008-ci il tarixdə ölmüşdür. İşdə olan AZ-İ 232900 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X19 xx.xx.2007-ci il tarixdə ölmüşdür. İşdə olan AZ-İ 557572 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X6 xx.xx.2012-ci il tarixdə ölmüşdür İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-16-5/8-12- 1834/2023-cü saylı məlumata əsasən “Vətəndaşlıq vəziyyəti aktları”-nın avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə əsasən X19 və X3 nikahları barədə xx.xx.1947-ci il tarixli 22 nömrəli akt qeydi vardır və övladları İddiaçı, Cavabdeh1, X15, X10, Cavabdeh3, X16, Cavabdeh6, Cavabdeh5, X21 və X11r. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-16-5/8-15/H- 244/2023 saylı məlumatda göstərilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktları”-nın avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə və arxiv məlumatlarına əsasən X9 ölümü haqqında akt qeydi aşkar edilməmişdir. İşdə olan AR DİN Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 39425-23 saylı məlumatda göstərilmişdir ki, Hacıyeva Ranə (Rəna) Baxdı qızının ölkə ərazisində qeydiyyatı barədə məlumat yoxdur. İşdə olan Qəbələ rayonu Nohurqışlaq bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 01 saylı arayışa əsasən X12 məxsus olan JN 530-F-G saylı planda sərhədləri göstərilən Qəbələ rayonu Nohurqışlaq kəndində yerləşən 0,96 ha həyətyanı torpaq sahəsini onun öldüyü xx.xx.2007ci il tarixdən indiyədək İddiaçı idarə edir və istifadə edir və vergisini ödəyir. İşdə olan notarial qaydada təsdiq olunmuş ərizələrə əsasən Cavabdeh3, Cavabdeh6, Cavabdeh5 və X21 İşdə olan AR ƏN Qəbələ Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 293 saylı məlumatda göstərilmişdir ki, xx.xx.2007-ci il tarixdə ölmüş X20 və xx.xx.2008-ci il tarixdə ölmüş X4 qızından qalmış mirasa dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən ötrü xx.xx.2024-cü il tarixdə müraciət etmiş, lakin miras şərikləri arasında mübahisə olması səbəbindən vərəsəlik hüququnun rəsmiləşdirilməsindən imtina edilmişdir. AR Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olan şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilmıəsi bardə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı birinci növbədə bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir. (irsi transmissiya) Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 1301.1-ci maddəsinə əsasən əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Həmin Məcəllənin 1301.2-ci maddəsinə əsasən əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Həmin Məcəllənin 1301.3-cü maddəsinə əsasən əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında şərh edilir ki, Halbuki, Mülki Məcəllənin 1301-ci maddəsinə əsasən, əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, xx.xx.2007-ci il tarixdə vəfat etmiş X19 və xx.xx.2008-ci il tarixdə X3 vərəsələri İddiaçı, Cavabdeh1, X15, X10, Cavabdeh3, X16, Cavabdeh6, Cavabdeh5 və X13r. (X22 mirasın açıldığı vaxt sağ olmadığından vərəsə deyil). Onların hər biri qanunla (Mad:1256) müəyyən edilmiş müdətdə mirasın qəbulundan imtina etməyərək miras kütləsindən (Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən 0,47 ha (reyestr nömrəsi: **********40), 0,46 ha (reyestr nömrəsi: **********41 və 0,03 ha (reyestr nömrəsi: **********42) həyətyanı torpaq sahəsinin 2/4 hissəsindən) ona düşən payı (1/9 hissədə) qəbul etmişdir. Ona görə də, xx.xx.2007-ci il tarixdə vəfat etmiş X19 və xx.xx.2008-ci il tarixdə X1 miras qalmış Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən 0,47 ha (reyestr nömrəsi: **********40), 0,46 ha (reyestr nömrəsi: **********41 və 0,03 ha (reyestr nömrəsi: **********42) həyətyanı torpaq sahəsinin 2/4 hissəsi qanun üzrə vərəsələr arasında bərabər qaydada bölünərək İddiaçı payı 1/9 hissədə müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233,357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia tələbi təmin olunsun. xx.xx.2007-ci il tarixdə vəfat etmiş X19 və xx.xx.2008-ci il tarixdə vəfat etmiş X1 miras qalmış Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən 0,47 ha (reyestr nömrəsi: **********40), 0,46 ha ( reyestr nömrəsi: **********41 və 0,03 ha (reyestr nömrəsi: **********42) həyətyanı torpaq sahəsinin 2/4(1/2) hissəsi 1-ci növbədə vərəsələr (İddiaçı, Cavabdeh1, X15, X10, Cavabdeh3, X16, Cavabdeh6, Cavabdeh5 və X21) arasında bərabər qaydada bölünərək İddiaçı payı 1/9 hissədə müəyyən edilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №e-2(025)-221/2025
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-221/2025
16.04.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver