Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-226/2024 29.03.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Qəbələ rayonu İcra və probası̇ ya şöbəsinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə və Cavabdeh2 BOKT MMC-nə qarşı "ipotekaya xitam verilməsi" tələbinə dair mülki iş üzrə (Açar sözlər: ipotekaya xitam verilməsi) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 nümayəndəsi X2 və Cavabdeh2 BOKT MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakları ilə İddiaçı cavabdehlər Qəbələ rayonu İcra və probası̇ ya şöbəsinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə və Cavabdeh2 BOKT MMC-nə qarşı "ipotekaya xitam verilməsi" tələbinə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Qəbələ rayonu İcra və probası̇ ya şöbəsinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə və Cavabdeh2 BOKT MMC-nə qarşı "ipotekaya xitam verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 mülkiyyətində olan Qəbələ şəhəri Natəvan küçəsində 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 2 otaqlı yaşayış evinə (0.06 ha torpaq sahəsi ilə birlikdə) dair ipotekaya xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)- 246/2010 saylı, xx.xx.2010-cu il tarixli qətnaməsinə əsasən İddiaçı ilə “Kred-Aqro” Qeyri Bank Kredit Təşkilatı arasında 06 noyabr 2008-ci il tarixli CAİsm 25289/08 saylı kredit müqaviləsinə vaxtından əvvəl xitam verilmiş, həmin müqavilə üzrə 05 avqust 2010-cu il tarixə ödənilməmiş 10885.79 (on min səkkiz yüz səksən beş ABŞ dolları 79 sent) ABŞ dolları əsas borc, 1365 (min üç yüz altmış beş) ABŞ dolları faiz borcu, 475 (dörd yüz yetmiş beş) ABŞ dolları dəbbə pulu borcu və 269 (iki yüz altmış doquz) ABŞ dolları qalıq faiz borcu, cəmi 12994,79 (on iki min doqquz yüz doxsan dörd ABŞ dolları 79 sent) ABŞ dolları, o cümlədən iddia ərizəsi üçün dövlət bdcəsinə ödənilmiş 20 (iyirmi) manat və ipoteka predmetinə tutmanın yönəldilməsi bildirişinin qeydiyyata alınması üçün dövlət büdcəsinə ödənilmiş 10 (on) manat dövlət rüsumu ipotekaya qoyulmuş X5 məxsus olan ipoteka ilə yüklü edilmiş Qəbələ şəhəri Natəvan küçəsində 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 2 otaqlı yaşayış evinə (0.06 ha torpaq sahəsi ilə birlikdə) yönəldilərək hərrac yolu ilə satılması, ipoteko ilə yüklü edilmiş evin hərracda satış qiyməti 30000 (otuz min) ABŞ dolları mələğində müəyyən edilməsi, əldə olunan vəsait borc məbləğində “Cred-Aqro” Qeyri Bank Kredit Təşkilatının xeyrinə ödənilməsi qərara alınmışdır. Qəbələ rayon Məhkəməsinin 2(025)-246/2010 saylı, xx.xx.2010-cu il tarixli qətnaməsi əsasında verilmiş icra vərəqəsi icra edilməsi üçün Qəbələ Rayon Məhkəmə İcraçıları Qrupuna (Cavabdeh1nə) göndərilmiş və qrupun icra məmuru Asif Mustafayevin xx.xx.2010-cu il tarixli qərarı ilə icra vərəqəsi üzrə icraata başlanılmışdır. İcra məmuru ilkin satış qiyməti məhkəmə qərarı ilə 30000 (otuz min) ABŞ dolları müəyyən edilmiş X5 məxsus olan ipoteka ilə yüklü edilmiş Qəbələ şəhəri Natəvan küçəsində 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 2 otaqlı yaşayış evinin (0.06 ha torpaq sahəsi ilə birlikdə) hərracda satışının təşkil edilməsi üçün xx.xx.2011-ci il tarixdə "xxxx" MMC-yə sifariş vemişdir. Hərrac təşkilatının 10627 saylı, xx.xx.2011-ci il tarixli “bildiriş” məktubuna əsasən ipotek predmeti olan X5 məxsus Qəbələ şəhəri Natəvan küçəsində yerləşən fərdi yaşayış evinin satışı məqsədi ilə xx.xx.2011-ci il tarixə açıq hərrac təyin edilmişdir. Həmin hərrac baş tutmadığı üçün "xxxx" MMC-nin 11475 saylı, xx.xx.2011-ci il tarixi məktubuna əsasən 25500 manat ilkin satış qiyməti ilə xx.xx.2012-ci il tarixə yenidən hərrac təyin edilmişdir. "xxxx" MMC-nin 16129 saylı, 10.12.12-ci il tarixli məktubuna əsasən ipotek predmeti olan X5 məxsus Qəbələ şəhəri Natəvan küçəsində yerləşən fərdi yaşayış evinin hərracda satılmamışdır. İpoteka predmeti olan əmlak hərracda satılmadığı və tələbkar tərəfindən əldə edilmədiyi üçün Qəbələ Rayon Məhkəməsinin 2(025)-246/2010 saylı, xx.xx.2010-cu il tarixli icra vərəqəsi Cavabdeh1 xx.xx.2018-ci il tarixli qərarı işə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.4cü maddəsinə əsasən məhkəməyə qaytarılmışdır. Həmin qərar qanunla müəyyən edilmiş müddət ərzində tələbkar "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti tərəfindən məhkəməyə şikayət verilməmişdir. Qeyd edilən faktları təsdiq edən sənədlərin surətlərinin əldə edilməsi məqsədi ilə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 29-cumaddəsini rəhbər tutmaqla Cavabdeh1nə ərizə ilə müraciət etmiş və icraat materiallarının surətlərini əldə edərək iddiaərizəsinə əlavə etmişdir. İddiaya etiraz: xx.xx.2024-cü il tarixdə Cavabdeh2 BOKT MMC-nin nümayəndəsi Nümayəndə2 məhkəməyə elektron qaydada etiraz ərizəsi göndərərək göstərmişdir ki, hal-hazırda məhkəmənin icraatda olan e-2(025)-226/2024 saylı mülki iş üzrə "xxxx" BOKT MMC cavabdeh qısmindədir. Belə ki, İddiaçı irəli sürdüyü iddia ərizəsinə əsasən İpoteka yüklülüyündə olan Qəbələ şəhəri, Nətavan küçəsində yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində olan 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evin ipotekasına xitam verilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. Hesab edir ki, həmin iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, 06 noyabr 2008-ci il tarixdə "xxxx" BOKT MMC ilə cavabdeh İddiaçı arasında 06 noyabr 2008-ci il tarixli kredit müqaviləsi bağlanarkən, cavabdehə 20000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kreditin təminatı olaraq, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Seriya MH ******* nömrəli, xx.xx.2008-ci il tarixli çıxarışa əsasən İddiaçı Qəbələ şəhəri, Natəvan küçəsində 0.06 haş torpaq sahəsinin üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evi ipoteka ilə yüklü edərək, İddiaçı ilə oğlu ilə ipoteka müqaviləsi bağlanmışdır. Lakin cavabdeh tərəfindən kredit öhdəliyi yerinə yetirmədiyi üçün "xxxx" BOKT MMC tərəfindən məhkəməyə müraciət olunmuşdur. 05 avqust 2010-cu il tarixli Qəbələ Rayon Məhkəməsinin 2(025)-246/2010 saylı qətnaməsinə əsasən, ipoteka predmeti olan fərdi yaşayış evinin qıyməti 30000 manat məbləğində müəyyən olunaraq, cavabdeh İddiaçı "xxxx" BOKT MMC-nin xeyrinə ümumi 12994.79 ABŞ dolları məbləğində borcun qaytarılması müəyyən olunmuşdur. Qeyd etmək istəyir ki, qətnamə qanuni qüvvəsini alarkən, Qəbələ Rayon İcra və Probassiya şöbəsi vasitəsi ilə hərraca yönəldilmişdir. Beləliklə, "xxxx" BOKT MMC tərəfindən 12 dekabr 2011-ci il tarixli, 11475 nömrəli bildiriş qəbul edilərkən, həmin bildirişdə qeyd olunmuşdur ki, ilkin hərrac baş tutmamış, növbəti hərraca əmlak çıxarılarkən, əmlakın qiyməti 25500 manat məbləğində təşkil edəcəkdir və növbəti hərrac 10 yanvar 2012-ci il tarixdə keçirilməsi barədə bildirilmişdir. Lakin 10 yanvar 2012-ci il tarixdə hərrac ümumiyyətlə keçirilməmişdir. Belə ki, hərracın yekun nəticələri barədə protokol və əmlakın balansa qəbul edilməsi barədə təklif "xxxx" BOKT MMC-yə təqdim edilməmişdir və ümumiyyətlə "xxxx" BOKT MMC tərəfindən təklif və protokol rəsmi olaraq heç qəbul olunmamışdır. Bu kimi halda nəticəyə gəlmək olar ki, ümumiyyətlə hərracın yekun nəticələr barədə protokol və əmlakın balansa qəbul edilməsi barədə təklif yoxdur. Həmin hərracın keçirən Əmlak İxtisaslandırılmış Hərrac Mərkəzi MMC ləğv olunmuşdur. Azərbaycan Respublikası İpoteka Haqqında qanunun 43-48-ci maddələrə əsasən ipoteka predmeti olan daşınmaz əmlakın hərracın yekun nəticələri barədə protokol və təklif "xxxx" BOKT MMC-yə rəsmi olaraq daxil olsa idi, o zaman "xxxx" BOKT MMC tarəfindən 30 gün müddətində həmin daşınmaz əmlakı balansa qəbul edəcək idi. Halbuki, həmin protokol və təklif ümumiyyətlə "xxxx" BOKT MMC tərəfindən qəbul olunmamışdır. Cavabdeh1ndə icra işinin materiallarında həmin protokol və təklif yoxdur. Bunu da bildirir ki, hal-hazırda İddiaçı 05 avqust 2010-cu il tarixli Qəbələ Rayon Məhkəməsinin 2(025)-246/2010 saylı qətnaməsinə əsasən borcu ümumiyyətlə ödənilməmişdir və "xxxx" BOKT MMC tərəfindən həmin icra işinin bərpasına dair hüquqi tədbirlər görülməkdədir. Yuxarıda qeyd olunanlara əsasən mülki iş üzrə iddia ərizəsinin rədd edilməsi barədə qətnamənin çıxarılmasını xahiş edir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 BOKT MMC-nin nümayəndəsi Nümayəndə2 məhkəməyə təqdim etdiyi etiraz ərizəsində göstərilənlərə uyğun çıxış edib, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi X6 izahatında göstərmişdir ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)-246/2010 saylı, xx.xx.2010-cu il tarixli icra vərəqəsinə əsasən İddiaçı 10885.79 (on min səkkiz yüz səksən beş ABŞ dolları 79 sent) ABŞ dolları əsas borc, 1365 (min üç yüz altmış beş) ABŞ dolları faiz borcu, 475 (dörd yüz yetmiş beş) ABŞ dolları dəbbə pulu borcu və 269 (iki yüz altmış doquz) ABŞ dolları qalıq faiz borcu, cəmi 12994.79 (on iki min doqquz yüz doxsan dörd ABŞ dolları 79 sent) ABŞ dolları, o cümlədən iddia ərizəsi üçün dövlət bücəsinə ödənilmiş 20 (iyirmi) manat və ipoteka predmetinə tutmanın yönəldilməsi bildirişinin qeydiyyata alınması üçün dövlət büdcəsinə ödənilmiş 10 (on) manat dövlət rüsumu X5 məxsus olan ipoteka ilə yüklü edilmiş Qəbələ şəhəri Natəvan küçəsində 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 2 otaqlı yaşayış evinə (0.06 ha torpaq sahəsi ilə birlikdə) yönəldilərək hərrac yolu ilə satılmalı, ipotek ilə yüklü edilmiş evin hərracda satış qiyməti 30000 (otuz min) ABŞ dolları mələğində müəyyən edilməli, əldə olunan vəsait borc məbləğində "Cred-Aqro" Qeyri Bank Kredit Təşkilatının xeyrinə ödənilməlidir. Qəbələ rayon Məhkəməsinin 2(025)-246/2010 saylı, xx.xx.2010-cu il tarixli icra vərəqəsi icra edilməsi üçün Cavabdeh1nə (Qəbələ Rayon Məhkəmə İcraçıları Qrupuna) göndərilmiş və icra məmurunun xx.xx.2010-cu il tarixli qərarı ilə icra vərəqəsi üzrə icraata başlanılmışdır. X5 məxsus olan ipoteka ilə yüklü edilmiş Qəbələ şəhəri Natəvan küçəsində 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 2 otaqlı yaşayış evinin (0.06 ha torpaq sahəsi ilə birlikdə) hərracda satışının təşkil edilməsi üçün xx.xx.2011-ci il tarixdə "xxxx" MMC-yə sifariş verilmişdir. Hərrac təşkilatının xx.xx.2011-ci il tarixli məktubuna əsasən ipotek predmeti olan fərdi yaşayış evinin satışı məqsədi ilə xx.xx.2011-ci il tarixə açıq hərrac təyin edilmişdir. Həmin hərrac baş tutmadığı üçün "xxxx" MMC-nin xx.xx.2011-ci il tarixi bildirişinə əsasən xx.xx.2012-ci il tarixə yenidən hərrac təyin edilmişdir. X5 məxsus Qəbələ şəhəri Natəvan küçəsində yerləşən fərdi yaşayış evinin hərracda satılmamasına dair "xxxx" MMC-nin 16129 saylı, xx.xx.2012-ci il tarixli məktubu Cavabdeh1nə göndərilmiş və həmin məktub əsasında Cavabdeh1ndə Qəbələ Rayon Məhkəməsinin 2(025)-246/2010 saylı, xx.xx.2010-cu il tarixli icra vərəqəsinin "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 23.1.4-cü maddəsinə əsasən məhkəməyə qaytarılması barədə qərar qəbul edilmiş və icra vərəqəsi məhkəməyə qaytarılmışdır. Qərarı qanunla müəyyən edilmiş qaydada tərəflər mübahisələndirməmişlər. Məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi Nümayəndə1 izahatında göstərmişdir ki, icra işində hərrac keçirildikdən sonra ipoteka predmetinin tələbkara təklif edilməsinə dair heç bir sənəd yoxdur. Onlar yalnız "xxxx" MMC-nin 16129 saylı, xx.xx.2012-ci il tarixli məktubuna əsasən Cavabdeh1ndə Qəbələ Rayon Məhkəməsinin 2(025)-246/2010 saylı, xx.xx.2010-cu il tarixli icra vərəqəsinin "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 23.1.4-cü maddəsinə əsasən məhkəməyə qaytarılması barədə qərar qəbul edilmiş və icra vərəqəsi məhkəməyə qaytarılmışdır. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, bu barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatını və çıxışını dinləyib, mülki iş üzrə təqdim edilmiş sübutları araşdırıb, mülki işin materiallarını tədqiq edib hesab edir ki, iddia təmin edilməməlidir. Mülki işdə olan sənədlər: İş materiallarında olan Qəbələ Rayon Məhkəməsinin 05 avqust 2010-cu il tarixli 2(025)- 246/2010 nömrəli qətnaməsinə əsasən verilmiş icra vərəqəsinin surətindən görünür ki, cavabdeh İddiaçı ilo "Cred-Agro" Qayri Bank Kredit Təşkilatı arasında 06 noyabr 2008-ci il tarixli CAism 25289/08 saylı kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi, həmin müqavilə üzrə 05 avqust 2010-cu il tarixə ödenilməmiş 10385,79 ( on min səkkiz yüz seksən beş ABŞ dolları 79 sent) ABŞ dolları əsas borc, 1985 (min üş yüz allmış beş) ABŞ dollar falz borcu, 475 (dörd yüz yetmiş beş) ABŞ dolları dəbbə pulu borcu va 269 (iki yüz altmış doçouz) ABŞ dolları qalıq faiz borcu, cəmi 12994.78 (on iki min doqquz yüz doxsan dörd ABŞ dollan 79 sent) ABŞ dolları, o cümlədən, idda ərizəsi üçün dövlət büdcəsinə ödənilmiş 20 (iyirmi) manat və ipoteka predmetinə tutmanın yönəldilməsi bildirişin qeydiyyalda alınması üçün dövlət büdcəsinə ödəniilmis 10 (on) manat dövlət rüsumu, ipotekaya qoyulmuş İddiaçı məxsus olan ipoteka ilə yüklü edilmiş Qəbələ şəhəri, Natəvan küçəsində 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 2 otaqlı yaşayış evinə (0.06 ha torpaq sahəsi ilə birlikdə ) yönəldilərək hərrac yolu ilə satılması, ipoteka ile yüklü edilmiş evin hərracda ilkin satış qiyməti 30.000 (otuz min) ABŞ dolları məbləğində müəyyənləşdirilməsi, əldə olunan vəsait borcun məbləğində "Cred-Agro" Qeyri Bank Kredit Təşkilatının xeyrinə ödənilməsi, həmin əmlakın satışından əldə olunan vəsait yetərli olmadıqca tələb cavabdehin digər emlakına yönəldiməsi hesabına ödənilməsi, 11 noynər 2008-ci il tarixde bağlanmış CAlsm 25289/08 saylı ipoteka müqaviləsi üzre ipotekaya qoyulmuş yaşayış evində qeydiyyatda olanların yaşayanların yaşayış hüququ itirilərək, ilkin hərrac keçirilənədək qeydiyyatdan, evdən çıxarılması və həmin mənzil boşaldılması qət edilmişdir. İş materiallarında olan Qəbələ rayon İcra qrupunun icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu X4 27 sentyabr 2010-cu il tarixli “İcraata başlamaq haqqında” qərara əsasən Qəbələ Rayon Məhkəməsinin 05 avqust 2010-cu il tarixli 2(025)-246/2010 nömrəli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Qəbələ rayon İcra qrupunun icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu X7 tərəfindən "xxxx" MMC-nə ünvanlanmış Sifariş məktubundan görünür ki, Qəbələ Rayon Məhkəməsinin 05 avqust 2010-cu il tarixli 2(025)-246/2010 nömrəli icra sənədi üzrə borclu İddiaçı məxsus olan ipoteka ilə yüklü edilmiş əmlakı barədə hərracın keçirilməsi xahiş edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən Qəbələ rayon İcra Qrupuna, “KreqAqro” BOKT-nə və İddiaçı Müştaq oğluna ünvanlanmış 05 noyabr 2011-ci il tarixli, 10627 nömrəli bildirişdən görünür ki, Qəbələ şəhəri, Natəvan küçəsində yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 30000 manat müəyyən edilməklə hərracın keçirilməsi 06 dekabr 2011-ci il tarixə, saat 11:00-a təyin edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən Qəbələ rayon İcra Qrupuna, “KreqAqro” BOKT-nə və İddiaçı Müştaq oğluna ünvanlanmış 12 dekabr 2011-ci il tarixli, 11475 nömrəli bildirişdən görünür ki, Qəbələ şəhəri, Natəvan küçəsində yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 25500 manat müəyyən edilməklə hərracın keçirilməsi 10 yanvar 2012-ci il tarixə, saat 11:00-a təyin edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən Qəbələ rayon İcra Qrupuna ünvanlanmış 10 dekabr 2012-ci il tarixli, 16129 nömrəli bildirişdən görünür ki, Qəbələ şəhəri, Natəvan küçəsində yerləşən fərdi yaşayış evinin satılmadığı bildirilmişdir. İş materiallarında olan Cavabdeh1 icra məmuru Nümayəndə1 27 iyul 2018-ci il tarixli “icrası mümkün olmayan icra sənədinin məhkəməyə və digər orqana qaytarılması haqqında” qərarından görünür ki, Qəbələ Rayon Məhkəməsinin 05 avqust 2010-cu il tarixli 2(025)- 246/2010 nömrəli qətnaməsinə əsasən verilmiş icra sənədinin Qəbələ Rayon Məhkəməsinə geri qaytarılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlаk Məsələləri Dövlət Kоmitəsinin yаnındа Dаşınmаz Əmlаkın Dövlət Reyestri Xidməti tərəfindən 12 noyabr 2008-ci il tаrixdə verilmiş MH seriyаlı ******* №li Çıxаrışın surətinə görə Qəbələ şəhəri, Natəvan küçəsində mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 28.5 kv.m yaşayış sahədən ibarət fərdi yaşayış evi “CredAqro” qeyri-bank kredit təşkilatının xeyrinə ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 67 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlаk Məsələləri Dövlət Kоmitəsinin yаnındа Dаşınmаz Əmlаkın Dövlət Reyestri Xidməti tərəfindən 08 oktyabr 2008-ci il tаrixdə verilmiş MH seriyаlı ******* №li Çıxаrışın surətinə görə Qəbələ şəhəri, Natəvan küçəsində mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 28.5 kv.m yaşayış sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 67 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə araşdırması zamanı Qəbələ Rayon Məhkəməsinin 05 avqust 2010-cu il tarixli 2(025)-246/2010 nömrəli qətnaməsinə əsasən verilmiş icra vərəqəsi üzrə Qəbələ rayon İcra Qrupunda başlanımış icra işinə məhkəmədə baxış keçirilərkən və araşdırılan zaman müəyyən edilmişdir ki, icra işində "xxxx" MMC tərəfindən əmlakın balansa qəbul edilməsi barədə təklifin "xxxx" BOKT MMC-yə göndərilməsini və çatdırılmasını təsdiqləyən hər hansı sübut yoxdur. Mülki işə tətbiq edilən hüquq: “İpoteka haqqında” Qanunun: 43.4-cü maddəsinə görə ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. 43.5-ci maddəsinə görə təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. 43.7-ci maddəsinə görə bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. 43.8-ci maddəsinə görə ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 oktyabr 2014-cü il tarixli qərarı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarı Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, Qəbələ Rayon Məhkəməsinin 05 avqust 2010-cu il tarixli 2(025)-246/2010 nömrəli qətnaməsinə əsasən cavabdeh İddiaçı ilə "Cred-Agro" Qayri Bank Kredit Təşkilatı arasında 06 noyabr 2008-ci il tarixli CAism 25289/08 saylı kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi, həmin müqavilə üzrə 05 avqust 2010-cu il tarixə ödenilməmiş 10385,79 ( on min səkkiz yüz səksən beş ABŞ dolları 79 sent) ABŞ dolları əsas borc, 1985 (min üş yüz allmış beş) ABŞ dollar falz borcu, 475 (dörd yüz yetmiş beş) ABŞ dolları dəbbə pulu borcu va 269 (iki yüz altmış doçouz) ABŞ dolları qalıq faiz borcu, cəmi 12994.78 (on iki min doqquz yüz doxsan dörd ABŞ dollan 79 sent) ABŞ dolları, o cümlədən, idda ərizəsi üçün dövlət büdcəsinə ödənilmiş 20 (iyirmi) manat və ipoteka predmetinə tutmanın yönəldilməsi bildirişin qeydiyyalda alınması üçün dövlət büdcəsinə ödəniilmis 10 (on) manat dövlət rüsumu, ipotekaya qoyulmuş İddiaçı məxsus olan ipoteka ilə yüklü edilmiş Qəbələ şəhəri, Natəvan küçəsində 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 2 otaqlı yaşayış evinə (0.06 ha torpaq sahəsi ilə birlikdə ) yönəldilərək hərrac yolu ilə satılması, ipoteka ile yüklü edilmiş evin hərracda ilkin satış qiyməti 30.000 (otuz min) ABŞ dolları məbləğində müəyyənləşdirilməsi, əldə olunan vəsait borcun məbləğində "Cred-Agro" Qeyri Bank Kredit Təşkilatının xeyrinə ödənilməsi, həmin əmlakın satışından əldə olunan vəsait yetərli olmadıqca tələb cavabdehin digər emlakına yönəldiməsi hesabına ödənilməsi, 11 noynər 2008-ci il tarixde bağlanmış CAlsm 25289/08 saylı ipoteka müqaviləsi üzre ipotekaya qoyulmuş yaşayış evində qeydiyyatda olanların yaşayanların yaşayış hüququ itirilərək, ilkin hərrac keçirilənədək qeydiyyatdan, evdən çıxarılması və həmin mənzil boşaldılması qət edilmişdir. Qəbələ Rayon Məhkəməsinin 05 avqust 2010-cu il tarixli 2(025)-246/2010 nömrəli qətnaməsi əsasında verilmiş icra vərəqəsi icra edilməsi üçün Qəbələ rayon icra qrupuna (Cavabdeh1nə) göndərilmiş və qrupun icra məmuru Asif Mustafayevin xx.xx.2010-cu il tarixli qərarı ilə icra vərəqəsi üzrə icraata başlanılmışdır. Qəbələ rayon icra qrupu tərəfindən icra vərəqəsi üzrə ipoteka predmeti olan əmlakın qiymətləndirilməsi üçün xx.xx.2010-cu il tarixdə “qiymətləndiricinin dəvət edilməsi haqqında" qərar qəbul edilərək icra edilməsi üçün qiymətləndirici "xxxx" MMC-yə göndərilmişdir. "xxxx" MMC-nin 05 noyabr 2011-ci il tarixli, 10627 nömrəli "bildiriş" məktubuna əsasən Qəbələ rayon icra qrupunun sifarişi əsasında əmlakın ilkin satış qiyməti 30000 manat olmaqla satılması üçün xx.xx.2011-ci il tarixdə hərrac təyin edilmişdir. Həmin hərrac təşkilatının 12 dekabr 2011-ci il tarixli, 11475 nömrəli "bildiriş" məktubuna əsasən ipoteka predmeti olan əmlakın 25500 manata satılması üçün xx.xx.2012-ci il tarixə ikinci hərracın keçirilməsi nəzərdə tutulmuşdur. "xxxx" MMC tərəfindən Qəbələ rayon İcra Qrupuna ünvanlanmış 10 dekabr 2012-ci il tarixli, 16129 nömrəli bildirişə əsasən isə Qəbələ şəhəri, Natəvan küçəsində yerləşən fərdi yaşayış evinin satılmadığı bildirilmişdir. Göründüyü kimi iddiaçı iddia tələbinin əsası kimi, yəni ipotekaya xitam verilmə əsası kimi əmlakın tələbkar tərəfindən ikinci hərrac keçirildikdən sonra əldə edilməməsini göstərir. Lakin Cavabdeh2 BOKT MMC-nin nümayəndəsi isə göstərilən halları qəbul etmir, hərracın yekun nəticələri barədə protokol və əmlakın balansa qəbul edilməsi barədə təklifin "xxxx" BOKT MMC-yə təqdim edilmədiyini, ümumiyyətlə "xxxx" BOKT MMC tərəfindən təklif və protokolun rəsmi olaraq qəbul olunmadığını bildirir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 oktyabr 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, “İpoteka haqqında” Qanunun 43-cü maddəsinin mənasından belə nəticəyə gəlmək olar ki, bu Qanunun 42-ci maddəsində göstərilmiş qaydada cəmi iki hərracın keçirilməsi nəzərdə tutulmuşdur. Belə ki, birinci hərracın həmin Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə, yəni hərracın iştirakçısının olmamasına görə baş tutmaması nəticəsində təkrar keçirilən hərracda ipoteka predmetinin ilkin satış qiymətinin əvvəlki hərracdakı qiymətindən 15 faiz aşağı qiymətlə satılması nəzərdə tutulmuşdur. Bundan fərqli olaraq, həmin Qanunun 43.1.1, 43.1.3 və 43.1.4cü maddələrində nəzərdə tutulmuş digər səbəblərə görə (yəni hərraca iki nəfərdən az alıcı gəldikdə, hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə, hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə) hərrac baş tutmamış elan edildikdə, ilkin satış qiyməti dəyişməmiş saxlanılır. Birinci hərracdan fərqli olaraq, təkrar hərrac zamanı “İpoteka haqqında” Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal, yəni hərraca iki nəfərdən az alıcının gəlməsi hərracın baş tutmaması halı kimi nəzərdə tutulmamışdır. Belə ki, Qanunun 43.6-cı maddəsinə əsasən təkrar hərracda bir iştirakçı olduğu halda da hərrac baş tutmuş hesab olunur və həmin şəxs hərracın qalibi olur....Təkrar hərrac adı ilə üç və daha çox hərracın keçirilməsi “İpoteka haqqında” Qanunun tələblərindən irəli gəlmir və ipoteka qoyanın hüquqlarının pozulmasına səbəb olur. Belə ki, təkrar hərracın baş tutmaması ipoteka qoyan üçün ipotekaya xitam verilməsindən ibarət “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuş müəyyən hüquqi imkanların yaranması ilə nəticələnir. “İpoteka haqqında” Qanunun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi qanuna zidd hesab edilməlidir. İpoteka saxlayan tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilməməsi, ipoteka qoyan üçün mühüm olan ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququnu yaradır. Konstitusiya Məhkəməsinin Plenumu öz qərarında belə nəticəyə gəlmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. İşin hallarını nəzərə alaraq və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, İddiaçı tərəfindən irəli sürülmüş ipotekaya xitam verilməsi barədə tələblər əsassızdır. Belə ki, iş materialları ilə "xxxx" MMC tərəfindən əmlakın balansa qəbul edilməsi barədə təklifin "xxxx" BOKT MMC-yə təqdim edilməsi sübuta yetirilmir. Belə ki, ipoteka predmetinə xitam verilməsi üçün əsas məhz tələbkarın hərracların keçirildiyi vaxt və yer barədə məlumatlı olması, daha sonra hərraclar keçirildikdən sonra ipoteka predmetinin tələbkara təklif olunmasıdır. Bundan sonra isə tələbkarın qanunla nəzərdə tutulmuş müddət ərzində ipoteka predmetini əldə etməməsi vacibdir. Cavabdeh tərəf isə iddia tələbini qəbul etməyərək, hərracın yekun nəticələri barədə protokol və əmlakın balansa qəbul edilməsi barədə təklifin "xxxx" BOKT MMC-yə təqdim edilmədiyini bildirir. İddiaçı isə bunu əksini sübut edən halları məhkəməyə təqdim etməmişdir. Həmçinin iş materiallarında belə və icra işində belə bir sübuta rast gəlinməmişdir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Lakin iddiaçı ipoteka predmetinə xitam verilməsi üçün əsas olan halları, yəni sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi iddia tələbinin əsasını sübut etmə iddiaçının üzərinə düşür. Lakin iddiaçı iddia ərizəsində mülkiyyətində olan torpaq sahəsinə gedən yoldan istifadəyə cavabdeh tərəfindən tərəfindən törədilən maneələrin nədən ibarət olması barədə heç bir sübut təqdim etməmişdir. Hazırkı iş üzrə sübutetmə yükü iddiaçınn üzərinə düşsədə o, cavabdehlər tərəfindən hüquqlarının pozulduğuna dair sübutları və hüquqların pozulmasını mübahisələndirilməsini təsdiqləyən faktları məhkəməyə təqdim etməmişdir. Belə ki, göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübut etmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınarsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcüd olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. İstinad olunan milli qanunvericilik normalarından və Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi hazırkı mübahisədə iddianı sübuetmə yükü iddiaçının üzərinə düşür. İddiaçılar isə öz iddialarının haqlı olmasını mötəbər sübutlarla sübut edə bilməmişlər. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də iddia verilən zaman ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Qəbələ rayonu İcra və probası̇ ya şöbəsinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə və Cavabdeh2 BOKT MMC-nə qarşı "ipotekaya xitam verilməsi" tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Qəbələ rayonu İcra və probası̇ ya şöbəsinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə və Cavabdeh2 BOKT MMC-nə qarşı "ipotekaya xitam verilməsi" tələbinə dair iddiası təmin edilməsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №e-2(025)-226/2024
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-226/2024
29.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver