Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-23/2025 31.07.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh X14 qarşı “torpaq sahəsinə gediş-gəliş yolunun açılması və yoldan istifadəyə maneçilik törədilməsinə qadağa qoyulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: yol yerinin açılması, yol yerində olan maneələrin cavabdehin hesabına sökülməsi) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdeh, cavabdehin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 və üçüncü şəxs Qəbələ rayonu Vəndam Bələdiyyəsinin nümayəndəsi Nümayəndə3 iştirakları ilə İddiaçı cavabdeh X14 qarşı “torpaq sahəsinə gediş-gəliş yolunun açılması və yoldan istifadəyə maneçilik törədilməsinə qadağa qoyulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh X14 qarşı “torpaq sahəsinə gediş-gəliş yolunun açılması və yoldan istifadəyə maneçilik törədilməsinə qadağa qoyulması” tələbinə dair məhkəmədə iddia qaldıraraq, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən 01 avqust 2024-cü ildə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində **********45 reyestr nömrəsi, ********* qeydiyyat nömrəsi ilə qeydiyyata alınaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş Çıxarışa uyğun olaraq birgə mülkiyyətlərinə olan Qəbələ rayon Vəndam qəsəbəsində yerləşən 0,37 ha torpaq sahəsinə gedən, cavabdeh X16 tərəfindən zəbt edilmiş gediş-gəliş yolunun açılması və yoldan istifadəyə maneçilik edilməsinə qadağa qoyulması və iddianın verilməsi üçün ödənilmiş 100 (bir yüz) manat məblğində dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 30 yanvar 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında Qəbələ rayonu Vəndam Bələdiyyəsi mülki işə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 57.1-ci maddəsinə əsasən Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər. xx.xx.2025-ci il tarixdə İddiaçı məhkəməyə dəftərxana vasitəsi ilə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən 01 avqust 2024-cü ildə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində **********45 reyestr nömrəsi, ********* qeydiyyat nömrəsi ilə qeydiyyata alınaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş Çıxarışa uyğun olaraq birgə mülkiyyətdə olan Qəbələ rayon Vəndam qəsəbəsində yerləşən 0,37 ha torpaq sahəsinə gedən, cavabdeh X16 tərəfindən zəbt edilmiş gediş-gəliş yolunun (torpaq islahatına dair yerquruluşu xəritəsində (DWG) nəzərdə tutulmuş) açılması, həmin yolda cavabdeh tərəfindən inşa edilmiş təsərrüfat tikintisinin (beton su çəni) cavabdehin hesabına sökülməsi və yoldan istifadəyə maneçilik edilməsinə cavabdeh və ailə üzvləri tərəfindən törədilən maneələrə son qoyulması və iddianın verilməsi üçün ödənilmiş 100 (bir yüz) manat məblğində dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədəqətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşin faktiki halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Qəbələ rayon Vəndam qəsəbəsində Respublikada aparılan məlum torpaq islahatları zamanı onun və digər ailə üzvülərinin birgə mülkiyyətlərinə 0,37 ha torpaq sahəsi verilmişdir. Torpaq sahəsi ölçülüb onlara verildiyi vaxtdan icarəyə götürdüyü torpaq sahəsi onların torpaqla qonşu olan cavabdeh X16 torpaqdan istifadələrinə mane olmuş, torpaqda olan çoxillik meyvə ağaclarının bəhərini, həyətin otunu və sair məhsulları mənimsəmişdir. Onların tələblərinə əsasən 9 saylı Qəbələ Ərazi İdarəsinin əməkdaşları torpaq sahələrini yerində ölçərək sərhəd mərzlərini müəyyən etmişdir. Çox çətinliklə də olsa cavabdeh torpağın onlara məxsus olmasını etiraf etmiş, bu barədə mütəxəsislərin iştirakı ilə akt da tərtib edilmişdir. Lakin cavabdeh bələdiyyədən icarəyə götürdüyünü əsas tutmaqla həmin torpaq sahəsinə gedən yolu da zəbt edərək torpaq sahəsinə gediş-gəlişlərinə maneçilik törətməklə maneçiliyi davam etdirir və biz torpaqdan istifadə edə bilmirik. Hər dəfə torpaq sahəmizə getmək istərkən cavabdeh onlarla mübahisə edir və gediş-gəliş yolunun başqa yerdən açmaqlarını tələb edir. Ancaq torpaq sahələrinə gedən yol yalnız cavabdehin zəbt etdiyi ərazidəndir, digər yerlərdən yol salmaq mümkün deyildir. Həmin yol qədimdən mövcud olmuş, sovet təsərrüfatı illərində də yol kimi istifadə olunmuşdur. Yalnız cavabdeh həmin ərazidəki torpaqlardan istifadə etməyə başladıqdan sonra yolu zəbt etmişdir. Onlar bu məsələ ilə əlaqədar müvafiq orqanlara müraciətlər etsələr də, müsbət nəticə əldə olunmamış, cavabdeh öz qanunsuz əməllərindən əl çəkməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia tələbinin həcminin artırılması barədə ərizə onunla əsaslandırılmışdır ki, təkrar məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi zamanı məhkəmənin, 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisləri, Qəbələ rayon Vəndam bələdiyyəsinin nümayəndəsi və polislərin iştirakı ilə mübahisəli əraziyə baxış keçirilmişdir. Baxış zamanı şahid olmuşlar ki, cavabdeh bilərəkdən açılmasını tələb etdiyi yol yerində qanunsuz olaraq betondan “Su çəni” tikdirmişdir. Belə ki, bu hal onlara 09 aprel 2025-ci il tarixdə, yəni mübahisəli əraziyə baxış keçirilən zaman məlum olmuşdur. Həmçinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən məhkəməyə verilmiş mütəxəssis rəyində göstərilmişdir ki, mülkiyyətlərinolan torpaq sahəsinə Qəbələ rayonu Vəndam qəsəbəsi ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsində (DVG) yol yeri nəzərdə tutulmuşdur. Vəndam qəsəbəsi ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsində sözügedən torpaq sahəsində nəzərdə tutulmuş yol yerinin 0,0489 hektar hissəsi Cavabdeh istifadəsindədir və həmin hissədə cavabdeh tərəfindən təsərrüfat tikilisi inşa edilmişdir. Göründüyü kimi cavabdeh açılmasını tələb etdikləri yol yerində sonradan təsərrüfat tikintisi tikməsi (betondan su çəni) mütəxəssis rəyi ilə də müəyyən olunmuşdur. Bu səbəbdən iddia tələbinin artırılması zərurəti yaranmışdır. Yuxarıda qeyd etdiklərindən göründüyü kimi iddia tələbinin artırılması üçün əsaslar məhkəmə baxışı zamanı əmələ gəlmişdir. Bu səbəbdən hesab edir ki, iddia tələbinin artırlması barədə ərizəm məhkəmə tərəfindən nəzərə alınmalıdır. Əks halda məhkəmənin çıxartdığı qətnamənin heç bir hüquqi qüvvəsi olmayacaq və ona əlavə çətinliklər yaradacaqdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda göstərdi ki, mütəxəssis rəyində 3 formada yol yerinin olması göstərilmişdir. Lakin digər 2 yol yeri isə qəbirstanlıq ərazisindən keçməkdədir. Buna isə kənd camaatı ciddi şəkildə etiraz edir və oradan yol yeri verilməsinə narazıdırlar. Onlar da qəbirstanlıq ərazisindən yol yeri istəmirlər. Mütəxəssis rəyində də göstərilmişdir ki, mülkiyyətlərində olan torpaq sahəsinə Qəbələ rayonu Vəndam qəsəbəsi ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsində (DVG) yol yeri nəzərdə tutulmuşdur. Vəndam qəsəbəsi ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsində sözügedən torpaq sahəsində nəzərdə tutulmuş yol yerinin 0,0489 hektar hissəsi bələdiyyə torpağı olsada Cavabdeh istifadəsindədir və həmin hissədə cavabdeh tərəfindən təsərrüfat tikilisi inşa edilmişdir. Həmin yerdən yollarının verilməsini tələb edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək göstərdi ki, torpaq sahəsinə çıxarış aldıqdan sonra torpaq sahəsinin yerində göstərilməsinə Qəbələ rayonu Vəndam Bələdiyyəsi sədri Nümayəndə3 köməklik etmişdir. Həmin vaxt Nümayəndə3 bələdiyyə xəritəsinə əsasən həyat yoldaşının ailə üzvləri ilə birgə mülkiyyətində olan torpaq sahəsinə yol yerini göstərmişdir. Həmin yol yerinin üstündə cavabdeh tərəfindən bələdiyyə mülkiyyətində qanunsuz inşa edilmiş fərdi yaşayış evi mövcuddur. Yol yeri həmin həmin qanunsuz inşa edilmiş evin yanından keçməkdədir. Bu səbəbdən cavabdeh tərəf yol yerinin verilməsinə etiraz edir. Həmçinin bələdiyyə mülkiyyətində qanunsuz tikilmiş ev ilə bağlı da reyestr idarəsi qarşısında suallar qoyulmasına baxmayaraq, həmin sualları cavablandırmamışlar. Onların bu qanunsuzluqları ilə bağlı dövlət orqanlarına müraciət etmişdir. Məhkəmədən iddia tələbinin təmin edilərək DWG xəritəsində nəzərdə tutulmuş yol yerinin verilməsini xahiş edirlər. Məhkəmə iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək göstərmişdir ki, rəylərdə göstərilən yol yeri köhnə xəritədə nəzərdə tutulmuşdur. Yeni xəritədə isə gediş-gəliş yol yeri nəzərdə tutulmamışdır. Həmçinin iddiaçıların tələb etdikləri yol yeri evlərinin düz qarşısından keçir və bu da mənəvi cəhətdən də düzgün deyildir. Onlar iddiaçılara öz mülkiyyətlərindən yol verilməsini təklif etmişlər. Belə ki, mülkiyyətlətindən 0,03 ha torpaq sahəsi verilməklə yol yerinin verilməsi mümkündür və buna görə iddiaçılardan 15000 manat pul tələb etmişlər. Başqa formada yol yerinin verilməsinə qətiyyətlə etiraz edirlər və bu səbəbdən iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə2 izahatında göstərdiyi xüsusatları təsdiq edərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs Qəbələ rayonu Vəndam Bələdiyyəsinin nümayəndəsi Nümayəndə3 izahatında göstərdi ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinə yol yeri nəzərdə tutulmuşdur. Bələdiyyə xəritəsinə əsasən də yol yeri mövcuddur. 2018-ci ildə mövcud vəziyyətə uyğun xəritə çəkilmişdir. Həmin xəritə də isə yol yeri nəzərdə tutulmamışdır. İddiaçı və cavabdeh isə əsassız olaraq bələdiyyəni təqsirli bilirlər. Vəziyyətin belə olmasına səbəb isə iddiaçının və ailə üzvlərinin həmin torpaq sahəsindən istifadə etməmələri olmuşdur. Ona görə də təzə xəritədə yol yeri nəzərdə tutulmamışdır.Buna görə də məhkəmədən qanuni və ədalətli qərar qəbul olunmasını xahiş edir. 27 fevral 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında X17 şahid qismində ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin Yerquruluşunun təşkili şöbəsinin müdiri vəzifəsində işləyir. İslahat vaxtında həm iddiaçı tərəfə, həm də cavabdeh tərəfə həyətyanı torpaq sahələri verilmiş və yol yerləri ayrılmışdır. Lakin iddiaçının tələb etdiyi ərazidən yol yeri nəzərdə tutulmamışdır. İddiaçının mülkiyyətində olan torpaq sahəsinə gedən yol yeri bir hissəsi bələdiyyə mülkiyyətinə, bir hissəsi isə xüsusi mülkiyyətə düşür. Həmin xüsusi mülkiyyət Cavabdeh ərazisinə düşür. Başqa ərazidən isə bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən yol yeri nəzərdə tutulmuşdur. İddiaçıların mülkiyyətində olan torpaq sahəsinə tələb etdikləri yerdən deyil, başqa ərazidən nəzərdə tutulan yol yeri də cavabdehin istifadəsindədir. Məhkəmə tərəflərin izahatlarını, işdə olan hüquqi sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********45 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın surətindən görünür ki, Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən 0,37 ha yaşayış məntəqələrinin torpaqları İddiaçı, X5, X1 və X2 ümumi birgə mülkiyyətinə verilmişdir. İş materiallarından müəyyən olur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən həmin torpaq sahəsinə dair xx.xx.2024-cü il tarixdə «Torpaq sahəsinin planı və ölçüsü» tərtib edilmişdir. İşdə olan JN-087A (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 28 oktyabr 1998-ci il tarixli 19 nömrəli qərarına əsasən X11, X3, Nümayəndə2 Alik oğlunun və X12 ümumi birgə mülkiyyətinə JN- 087A (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən verilmiş 0,20 ha həyətyanı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan JN-087B (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 28 oktyabr 1998-ci il tarixli 19 nömrəli qərarına əsasən X11, X3, Nümayəndə2 Alik oğlunun və X12 ümumi birgə mülkiyyətinə JN- 087A (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən verilmiş 0,30 ha həyətyanı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 16 may 2025-ci il tarixli, 3-21-3-42/2-2134/2025 nömrəli mütəxəssis rəyində göstərilmişdir: 1. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********45 reyestr nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış"a əsasən İddiaçı, X5, X1 və X2 ümumi birgə mülkiyyətində olan 0,37 hektar həyətyanı torpaq sahəsinin hüdudları müəyyən edilmişdir. 2. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********45 reyestr nömreli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış"a əsasən İddiaçı, X5, X1 və X2 ümumi birgə mülkiyyətində olan 0,37 hektar həyətyanı torpaq sahəsinə, Qəbələ rayonu Vəndam qəsəbəsi ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsində (DWG) yol yeri nəzərdə tutulmuşdur. Sözügedən torpaq sahəsinə X7 X8 (TEKUİS) faktiki istifadə vəziyyəti nəzərə alınaraq gediş-gəliş yolu (ictimai yol) qeyd edilməmişdir. 3. Vəndam qəsəbəsi ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsində (DWG) sözügedən torpaq sahəsinə nəzərdə tutulmuş yol yerinin 0,0489 hektar hissəsi Cavabdeh istifadəsindədir. 4. İddiaçının mülkiyyətinə verilmiş 0,37 hektar torpaq sahəsinə nəzərdə tutulmuş yol yerinin cavabdehin istifadəsində olan hissəsində cavabdeh tərəfindən təsərrüfat tikilisi inşa edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/3757 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyindən görünür ki, 1. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********45 reyestr nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış"a əsasən İddiaçı, X5, X1 və X2 ümumi birgə mülkiyyətində olan 0,37 hektar həyətyanı torpaq sahəsinin hüdudları müəyyən edilmişdir. 2. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********45 reyestr nömreli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış"a əsasən İddiaçı, X5, X1 və X2 ümumi birgə mülkiyyətində olan 0,37 hektar həyətyanı torpaq sahəsinə, Qəbələ rayonu Vəndam qəsəbəsi ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsində (DWG) yol yeri nəzərdə tutulmuşdur. Sözügedən torpaq sahəsinə X7 X8 (TEKUİS) faktiki istifadə vəziyyəti nəzərə alınaraq gediş-gəliş yolu (ictimai yol) qeyd edilməmişdir. 3. Vəndam qəsəbəsi ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsində (DWG) sözügedən torpaq sahəsinə nəzərdə tutulmuş yol yerinin 0,0489 hektar hissəsi Cavabdeh istifadəsindədir. 4. İddiaçının mülkiyyətinə verilmiş 0,37 hektar torpaq sahəsinə nəzərdə tutulmuş yol yerinin cavabdehin istifadəsində olan hissəsində cavabdeh tərəfindən təsərrüfat tikilisi inşa edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinin tələbinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2-ci maddəsinə əsasən Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 175.1-ci maddəsinə əsasən əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilməklə birbaşa qüvvəyə malikdir. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı, işin halları, təqdim olunmuş sübutlarla, tərəflərin izahatları ilə müəyyən olunmuşdur ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********45 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı, X5, X1 və X2 ümumi birgə mülkiyyətinə Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən 0,37 ha yaşayış məntəqələrinin torpaqları verilmişdir. İddiaçı sözügedən torpaq sahəsinə gedən yol yerinin cavabdeh tərəfindən bağlandığını, bu səbəbdən yol yerinin cavabdehin hesabına sökülməsini və yol yerində olan maneələrin cavabdehin hesabına aradan qaldırılmasını tələb edir. Cavabdeh isə iddiaçının iddiaçı etdiyi yerin yol yeri olmadığını, həmin yerin neçə illərdir onun mülkiyyətində olduğunu və yol yerinin yeni xəritədə nəzərdə tutulmadığını, bu səbəbdən iddia tələbinin rədd edilməsini xahiş edir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 16 may 2025-ci il tarixli, 3-21-3-42/2-2134/2025 nömrəlimütəxəssis rəyində və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/3757 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyindəgöstərilmişdir ki, 1. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********45 reyestr nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış"a əsasən İddiaçı, X5, X1 və X2 ümumi birgə mülkiyyətində olan 0,37 hektar həyətyanı torpaq sahəsinin hüdudları müəyyən edilmişdir. 2. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********45 reyestr nömreli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış"a əsasən İddiaçı, X5, X1 və X2 ümumi birgə mülkiyyətində olan 0,37 hektar həyətyanı torpaq sahəsinə, Qəbələ rayonu Vəndam qəsəbəsi ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsində (DWG) yol yeri nəzərdə tutulmuşdur. Sözügedən torpaq sahəsinə X7 X8 (TEKUİS) faktiki istifadə vəziyyəti nəzərə alınaraq gediş-gəliş yolu (ictimai yol) qeyd edilməmişdir. 3. Vəndam qəsəbəsi ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsində (DWG) sözügedən torpaq sahəsinə nəzərdə tutulmuş yol yerinin 0,0489 hektar hissəsi Cavabdeh istifadəsindədir. 4. İddiaçının mülkiyyətinə verilmiş 0,37 hektar torpaq sahəsinə nəzərdə tutulmuş yol yerinin cavabdehin istifadəsində olan hissəsində cavabdeh tərəfindən təsərrüfat tikilisi inşa edilmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü madəsi təşkil edir. Həmin maddənin tələbinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Qeyd edilən maddənin dispozitiv şərtlərinə görə iddia qaldırmış şəxs ya mülkiyyətçi, ya da əmlakın qanuni sahibi olmalı və onun mülkiyyətinə və ya qanuni sahibliyində olan əmlaka qəsd və ya başqa maneə mövcud olmalıdır. Hazırkı iddia tələbi üzrə ekspert rəyindən və mütəxəssis rəylərindən görünür ki, iddiaçının iddia etdiyi yol yeri DWG baza məlumatlarına əsasən mövcuddur. İddiaçının iddia etdiyi yol yeri X7 X8 (TEKUİS) faktiki istifadə vəziyyəti nəzərə alınaraq gediş-gəliş yolu kimi qeyd edilməmişdir. Vəndam qəsəbəsi ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsində (DWG) sözügedən torpaq sahəsinə nəzərdə tutulmuş yol yerinin 0,0489 hektar hissəsi Cavabdeh istifadəsindədir. Göründüyü kimi ekspert rəyindən və mütəxəssis rəylərindən də müəyyən edilir ki, iddiaçının açılmasını tələb etdiyi yol yeri cavabdehin mülkiyyətində deyil, lakin cavabdeh tərəfindən bağlanmışdır. Həmin yol yeri DWG baza məlumatlarına əsasən mövcuddur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının iddia etdiyi və mülkiyyətlərində olan torpaq sahələrinə gedən yol yeri Qəbələ rayonu Vəndam qəsəbəsi ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsində (DWG) yol yeri nəzərdə tutulmuşdur və faktiki olaraq mövcuddur. Reallıqda həmin yol yeri cavabdeh tərəfindən istifadə olunur. Cavabdeh həmin yol yerinin onun mülkiyyəti olduğunu qeyd etsə də, ekspert rəyindən göründüyü kimi həmin yol yeri cavabdehin mülkiyyətində deyil və cavabdeh bunun əksini sübut edəcək heç bir sübutu onda olmaması səbəbindən məhkəməyə təqdim etməmişdir. İddiaçı isə yol yerinin açılmasını tələb edir və ekspert və mütəxəssis rəylərinə əsasən də müəyyən olunmuşdur ki, həmin yol yeri cavabdeh tərəfindən bağlanmışdır. Bu səbəbdən Cavabdeh tərəfindən yol yeri açılmalı və həmin yol yerinə cavabdeh tərəfindən maneələrə son qoyulmalıdır. Beləliklə, yol yerinin bağlanması nəticəsində iddiaçı X6 torpaq sahəsinə gedişgəlişi məhdudlaşdırıldığından, iddia tələbinin əsaslandığı faktiki hallar Mülki Məcəllənin 157.4cü maddəsinin dispozitiv şərtlərinə uyğun olduğundan və iddiaçının iddia etdiyi maneə mövcud olduğundan iddia əsaslıdır və bu səbəbdən iddia tələbitəmin edilməlidir. Eyni zamanda mütəxəssis və ekspert rəylərində göstərilmişdir ki, iddiaçının mülkiyyətinə verilmiş 0,37 hektar torpaq sahəsinə nəzərdə tutulmuş yol yerinin cavabdehin istifadəsinə olan hissəsində cavabdeh tərəfində təsərrüfat tikilisi inşa edilmişdir. Bu səbəbdən iddia tələbi yolda cavabdeh tərəfindən inşa edilmiş təsərrüfat tikintisinin (beton su çəninin) cavabdehin hesabına sökülməsi hissəsində də əsaslıdır. Həmçinin məhkəmə qeyd edir ki, mütəxəssis və ekspert rəylərində göstərilmişdir ki, iddiaçının iddia etdiyi torpaq sahəsinə X7 İnformasiya Sistemində (TEKUİS) faktiki istifadə vəziyyəti nəzərə alınaraq gediş-gəliş yolu qeyd edilməmişdir. Göründüyü kimi X7 İnformasiya Sistemində yol yerinin nəzərdə tutulmamasına səbəb torpaq sahəsinin faktiki vəziyyəti olmuşdur. Məhkəmə bununla bağlı qeyd edir ki, cavabdehin yol yerini faktiki olaraq bağlaması və iddiaçının və digər mülkiyyətçilərin uzun illər həmin yol yerindən istifadə etməmələri və bu səbəbdən faktiki vəziyyəti nəzərə alaraq təzə xəritədə yol yerinin nəzərdə tutulmaması iddiaçının mülkiyyətindən istifadə etməsinə maneə yarada bilməz. Əlavə olaraq məhkəmə bildirir ki, məhkəmə tərəfindən də mübahisəli əraziyə mütəxəssislərin və tərəflərin iştirakı ilə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, iddiaçının və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsinə gediş-gəliş yolunun torpaq islahatına dair yerquruluşu xəritəsində nəzərdə tutulmuş yoldan əlavə 2 formada mövcuddur ki, bu zaman da yol yeri qəbirstanlıq ərazisindən keçməkdədir. İddiaçı tərəf isə məhkəmə zamanı bildirmişdir ki, kənd əhalisi qəbirstanlıq ərazisindən yol yeri verilməsinə ciddi şəkildə etiraz edilər. Bu səbəbdən məhkəmə torpaq islahatına dair yerquruluşu xəritəsində (DWG) nəzərdə tutulmuş yol yerinin verilməsini məqsədəuyğun hesab edir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübut etmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınarsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcüd olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. İstinad olunan milli qanunvericilik normalarından və Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi hazırkı mübahisədə iddianı sübuetmə yükü iddiaçının üzərinə düşür. İşdə olan mütəxəssis rəylərinə və ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinə gedən yol yeri cavabdehin faktiki istifadəsindədir və cavabdeh tərəfindən tutulmuşdur. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu səbəbdən məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə araşdırması zamanı İddiaçı tərəfindən ödənilmiş95 manat mütəxəssis xərci iddiaçıya aid edilməlidir. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 100 (bir yüz) manat məbləğində pul Cavabdeh tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X4, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabınakeçirilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara, ekspert rəyinə məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********45 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən İddiaçı ailə üzvləri ilə mülkiyyətinə verilmiş Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən 0,37 ha torpaq sahəsinə gedən gediş-gəliş yolu (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 16 may 2025-ci il tarixli, 3-21-3-42/2-2134/2025 nömrəli mütəxəssis rəyində göstərilmiş formada (torpaq islahatına dair yerquruluşu xəritəsində (DWG) nəzərdə tutulmuş və yerquruluşu planı № 3-ə uyğun olaraq) cavabdeh X16 tərəfindən açılmalı, həmin yolda cavabdeh tərəfindən inşa edilmiş təsərrüfat tikintisi (beton su çəni) cavabdehin hesabına sökülməli və yoldan istifadəyə maneçilik edilməsinə cavabdeh və ailə üzvləri tərəfindən törədilən maneələrə son qoyulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********45 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən İddiaçı ailə üzvləri ilə mülkiyyətinə verilmiş Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən 0,37 ha torpaq sahəsinə gedən gediş-gəliş yolu (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 16 may 2025-ci il tarixli, 3-21-3-42/2-2134/2025 nömrəli mütəxəssis rəyində göstərilmiş formada (torpaq islahatına dair yerquruluşu xəritəsində (DWG) nəzərdə tutulmuş və yerquruluşu planı № 3-ə uyğun olaraq) cavabdeh X16 tərəfindən açılsın, həmin yolda cavabdeh tərəfindən inşa edilmiş təsərrüfat tikintisi (beton su çəni) cavabdehin hesabına sökülsün və yoldan istifadəyə maneçilik edilməsinə cavabdeh və ailə üzvləri tərəfindən törədilən maneələrə son qoyulsun. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 100 (bir yüz) manat məbləğində pul Cavabdeh tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X4, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №e-2(025)-23/2025
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-23/2025
31.07.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver