Məhkəmə qərarları › İş №e-2(025)-240/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-240/2025

05.06.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-240/2025 05.06.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən azad edilməsi ” tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq mübahisələri, torpaq sahəsinin boşaldılması) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən azad edilməsi ” tələbi barədə iddia ərizəsinə dair işə açıq məhkəmə iclasında baxaraq МÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən azad edilməsi” tələbi barədə iddia qaldıraraq ona ümumi birgə mülkiyyət hüququ ilə məxsus olan JN 502 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilmiş Qəbələ rayonu, Nohurqışlaq kəndi ərazisində yerləşən 1,30 ha həyətyanı torpaq sahəsindən Cavabdeh çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, islahat nəticəsində İddiaçı beş nəfərdən ibarət ailə üzvlərinin (İddiaçı, X5, X9, X7 və X10) ümumi mülkiyyətinə Qəbələ rayonu, Nohurqışlaq kəndi ərazisində 1,30 ha həyətyanı torpaq sahəsi verilmiş və JN 502 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə qeyd olunan plan əsasında təhkim edilmişdir. İddiaçı xəstəliyi ilə əlaqədar torpaq sahəsi son vaxtlarda istifadəsiz qalmış və ərazi Cavabdeh tərəfindən özbaşınalıq yolu ilə zəbt edilərək otlaq sahəsi kimi istifadə olunmuşdur. Cavabdeh ərazidə yerquruluşu işləri aparılmasına imkan vermədiyindən torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. Ona görə də, İddiaçı ailə üzvlərinə ümumi birgə mülkiyyət hüququ ilə məxsus olan JN 502 F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilmiş Qəbələ rayonu, Nohurqışlaq kəndi ərazisində yerləşən 1,30 ha həyətyanı torpaq sahəsindən Cavabdeh çıxarılması barədə iddia qaldırmışdır. Cavabdeh izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Qəbələ rayonu Nohurqışlaq kəndində yaşayır və şəxsi təsərrüfatında mal-qara saxlamaqla əldə etdiyi gəlirlə dolanır. Qəbələ rayonu Nohurqışlaq kəndi ərazidə Vəndam çayının mühafizə zolağında yerləşən cəmi 3,0 ha torpaq sahəsi islahata getməyərək xüsusi və bələdiyyə mülkiyyətinə verilməmiş, həmin torpaq sahəsinin 1,50 ha hissəsi 1985-ci ildən onun valideynlərinin istifadəsində olmuş və islahatdan sonra onun tərəfindən çaylaq daşlardan təmizlənərək otlaq sahəsi kimi istifadə olunmuşdur. İddiaçı məxsus olan JN 502 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilmiş Qəbələ rayonu, Nohurqışlaq kəndi ərazisində yerləşən 1,30 ha həyətyanı torpaq sahəsi onun tərəfindən zəbt edilməmişdir. Ona görə də, iddia tələbi əsassız hesab edilməlidir. İşdə olan JN 502 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilmiş Qəbələ rayonu, Nohurqışlaq kəndi ərazisində yerləşən 1,30 ha həyətyanı torpaq sahəsi Qəbələ rayon AİK-nın xx.xx.2002-ci il tarixli 17 nömrəli qərarı ilə İddiaçı, X5, X9, X7 və X6 ümumi mülkiyyətindədir. İşdə olan AR İN ƏMDX DƏDKR PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-21-3-42/2-2106/2025 saylı Mütəxəssis Rəyində göstərilmişdir ki, İddiaçı iddia etdiyi, Cavabdeh istifadəsində olan faktiki naturada ölçülmüş 1,94 ha torpaq sahəsi Qəbələ rayonu Nohurqışlaq kəndi ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə (DWG) əsasən Nohurqışlaq kənd inzibatı Ərazi Dairəsinin sərhədləri daxilində kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqlar, uqodiyası ictimai tikililər (süd əmtəə ferması) olmaqla Nohurqışlaq bələdiyyəsinin mülkiyyətinə aiddir. Sözügedən 1.94 hektar torpaq sahəsinin 1.37 hektar hissəsi X2 X4 (TEKUİS) əsasən Qəbələ rayonu Nohurqışlaq kənd İnzibati Ərazi Dairəsinin sərhədləri daxilində, kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqlar, uqodiyası çoxillik əkmələr, islahat uqodiyası təhsil, səhiyyə, mədəniyyət, nəqliyyat, rabitə, digər sosial və ictimai tikinti altında olan torpaqlar, mülkiyyat növü 502 A nömrəli şəhadatnaməyə əsasən xüsusi mülkiyyət, 0,57 hektar hissəsi isə X2 X4 (TEKUİS) əsasən Qəbələ rayonu Nohurqışlaq kənd İnzibati ərazi dairəsinin sərhədləri daxilində, kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqlar uqodiyası çoxillik əkmələr, islahat uqodiyası təhsil, səhiyyə, mədəniyyət, nəqliyyat rabitə, digər sosial və ictimai tikinti altında olan torpaqlar mülkiyyət növu 506 G nömrəli şəhadətnaməyə əsasən xüsusi mülkiyyət göstərilmişdir. X2 X3 (TEKUİS) 502 A nömrəl şəhadətnaməyə əsasən 1.47 hektar torpaq sahəsi göstərilmişdir. Göstərilmiş 1,47 hektar torpaq sahəsi göstərilmişdir. Göstərilmiş 1,47 hektar torpaq sahəsinin 1,37 hektar hissəsi cavabdeh X1 istifadəsində olan 1,94 hektar torpaq sahəsi ilə üstüstə düşür. AR MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, İddiaçı, X5, X9, X7 və X6 ümumi birgə mülkiyyətində olan JN – 502 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilən Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən 1,30 ha həyətyanı torpaq sahəsinə Cavabdeh heç bir əsası olmadan yiyələnmişdir və ərazidən faktiki surətdə istifadə edir. AR Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. AR Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərancam vermək hüquqlarından ibarətdir. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi..... əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 213.6-cı madəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. AR Torpaq Məcəlləsinin 111-ci maddəsinin 2-ci bəndinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, İddiaçı ümumi birgə mülkiyyət hüququ ilə məxsus olan JN 502 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda ölçüləri göstərilmiş Qəbələ rayonu, Nohurqışlaq kəndi ərazisində yerləşən 1,30 ha həyətyanı torpaq sahəsi (AR İN ƏMDX DƏDKR PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-21-3-42/2-2106/2025 saylı Mütəxəssis Rəyinə əlavə edilmiş 4 saylı Planda göstərilmiş 1;2;3;4;5;6;7 döngə nöqtələrinin koordinatlarını əhatə edən ərazi) Cavabdeh qanunsuz sahibliyindən azad edilib onun özünə qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: İddia tələbi təmin edilsin. İddiaçı ümumi birgə mülkiyyət hüququ ilə məxsus olan JN 502 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda ölçüləri göstərilmiş Qəbələ rayonu, Nohurqışlaq kəndi ərazisində yerləşən 1,30 ha həyətyanı torpaq sahəsindən (AR İN ƏMDX DƏDKR PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-21-3-42/2-2106/2025 saylı Mütəxəssis Rəyinə əlavə edilmiş 4 saylı Planda göstərilmiş 1;2;3;4;5;6;7 döngə nöqtələrinin koordinatlarını əhatə edən ərazidən) Cavabdeh çıxarılsın. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar