Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № e-2(025)-278/2025 24.02.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon MəhkəməsiQənbərov Ülvi Oktay oğlunun sərdliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi və Ərizəçi Muxtar oğlunun iştirakı ilə, Ərizəçi Muxtar oğlunun doğum haqqında akt qeydində dəyişiklik edilməsi tələbi barədə ərizəsinə dair işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Muxtar oğlu doğum haqqında akt qeydində dəyişiklik edilməsi tələbi barədə ərizə verib 02 iyun 1957-ci il ildə Qəbələ şəhərində anadan olmasına dair Maraqlı şəxs xx.xx.1960-cı il tarixli 446 nömrəli doğum haqqında akt qeydinin düzgün olmadığı faktı müəyyən edilərək doğum tarixi xx.xx.1957-ci il qeyd olunmaqla dəyişdirilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. AR NK xx.xx.2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasının 1.4-cü bəndinə əsasən Qeydiyyat şöbəsi və konsulluq idarəsi fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi (bundan sonra – Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemi) vasitəsilə doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. «İnzibati icraat haqqında» AR Qanununun 2.0.6-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən edilmiş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət inzibati icraat qaydasında aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətlərinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Məhkəmə hesab edir ki, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsinin Qeydiyyat şöbəsi tərəfindən yerinə yetirlməsi nəzərdə tutulduğundan Ərizəçi Muxtar oğlu haqqında Maraqlı şəxsndə tərtib edilmiş xx.xx.1960-cı il tarixli 446 nömrəli doğum akt qeydində dəyişiklik edilməsi məsələsinə inzibati icraat qaydasında baxılmalıdır. AR MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254,255, 261.0.1- 261.0.3 və 261.0.6-161.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. Məhkəmə hesab edir ki, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsinə dair ərizələrə məhkəmədə baxılmadığından Ərizəçi Muxtar oğlunun doğum haqqında akt qeydində dəyişiklik edilməsi tələbi barədə ərizəsinə dair iş üzrə icraata xitam verilməli və ona həmin tələblə Qəbələ rayon Qeyddiyyat şöbəsinə müraciət etmək hüququ izah edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 170.1, 263, 264, 266, 267 və 268-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Ərizəçi Muxtar oğlunun doğum haqqında akt qeydində dəyişiklik edilməsi tələbi barədə ərizəsinə dair iş üzrə icraata xitam verilsin və ona həmin tələblə Qəbələ rayon Qeyddiyyat şöbəsinə müraciət etmək hüququ izah edilsin. Ərizəçi Muxtar oğlu tərəfindən Qəbələ Rayon Məhkəməsində iddia qaldırmaq üçün X1 hesabına ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim : Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №e-2(025)-278/2025
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №e-2(025)-278/2025
24.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver