Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-282/2025 04.06.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən geri alınması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq mübahisələri) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, işdə iştirak edən şəxslər, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən geri alınması tələbi barədə iddia ərizəsinə və İddiaçı Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbi barədə qarşılıqlı iddia ərizəsinə dair açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən geri alınması tələbi barədə iddia qaldıraraq mülkiyyətində olan Qəbələ rayonu Mıxlıqovaq kəndində yerləşən JN 795 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən 795 C saylı planda yeri göstərilmiş 0,22 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi ilə bağlı mülkiyyətə qəsd edən qanunazidd hərəkətlərinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı maddi ziyanın ödənilməsi tələbi barədə iddia qaldıraraq JN 795 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən 795 C saylı planda yeri göstərilmiş Qəbələ rayonu, Mıxlıqovaq kəndində yerləşən 0,22 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin əldə edilməsinə görə ödədiyi 3300,0 manat pulun indiki bazar dəyərinin, yəni 4400,0 manat və 64,0 manat dövlət rüsumu alınıb onun xeyrinə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Qəbələ rayonu Mıxlıqovaq kəndində yaşayır. İslahat nəticəsində altı nəfərdən ibarət olan ailə üzvlərinin mülkiyyətinə Qəbələ rayonu Mıxlıqovaq kəndində cəmi 1,23 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi verilmiş və JN 795 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı ilə müvafiq qaydada dövlət qeydiyyatına alınaraq 795 A (2330,81 kv/m), 795B (999,99 kv/m), 795C (2199,98 kv/m), 795E (5854,23 kv/m) və 795 D (882,50 kv/m) saylı plan əsasında ayrı-ayrı yerlərdə təhkim edilmişdir. 2018-ci ildə 795 C saylı planda yeri göstərilən 2199,98 kv/m kənd təsərrüfat təyinatlı torpaq sahəsini dəyərini ödədikdən sonra özünküləşdirmək şərti ilə Cavabdeh istifadəsinə vermiş, Cavabdeh həmin torpaq sahəsindən indiyədək istifadə etmiş, lakin torpaq sahəsinin pulunu ödəməmiş və qaytarmaqdan imtina edərək özgə əmlakına qanunsuz yolla yiyələnmişdir. Ona görə də, mülkiyyətində olan Qəbələ rayonu Mıxlıqovaq kəndində yerləşən JN 795 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən 795 C saylı planda yeri göstərilmiş 0,22 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi ilə bağlı mülkiyyətə qəsd edən qanunazidd hərəkətlərinə son qoyulması barədə iddia qaldırmışdır. Cavabdeh izahatında göstərmişdir ki, İddiaçı ailə üzvlərinin mülkiyyətində olan Qəbələ rayonu Mıxlıqovaq kəndində yerləşən JN 795 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən 795 C saylı planda yeri göstərilmiş 0,22 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsini payçılar, İddiaçı, X13 və X3 ilə bağladığı xx.xx.2018-ci il tarixli müqavilə əsasında cəmi 3300,0 manat ödəməklə satınalma yolu ilə əldə etmişdir. Müqavilə Mıxlıqovaq bələdiyyəsinin möhürü ilə təsdiq olunmuş və 795 C saylı cızgi planın əsli ona verilmişdir. Torpaq sahəsindən indiyədək təyinatına uyğun şəkildə istifadə etmiş və əlavə xərclər hesabına məhsuldarlığı artırmışdır. Qəbələ rayonu Mıxlıqovaq kəndində yerləşən JN 795 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən 795 C saylı planda yeri göstərilmiş 0,22 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin satınalma yolu ilə əldə edilməsinə görə ödənilən 3300,0 manat məbləğində maddi vəsaitin hazırkı bazar qiymətləri ilə ölçülən ekvivalenti ödənildiyi halda torpaq sahəsinin geri verilməsinə etiraz etmir. İşdə olan JN 795saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının surətinə əsasən Qəbələ rayonu Mıxlıqovaq kəndində yerləşən 795 A saylı planda yeri göstərilən 2330,81 kv/m), 795Bsaylı planda yeri göstərilən 999,99 kv/m, 795C planda yeri göstərilən 2199,98 kv/m, 795E saylı planda yeri göstərilən 5854,23 kv/m və 795 D saylı planda yeri göstərilən 882,50 kv/m kənd təsərrüfat təyinatlı torpaq sahəsi Qəbələ rayon AİK-nın xx.xx.1997-ci il tarixli 25 saylı qərarı ilə İddiaçı, X13, X3, X5, X6 və X4 ümumi mülkiyyətinə verilmişdir. İşdə olan 1-ci tərəf, İddiaçı, X13 və X3 ilə 2-ci tərəf, Cavabdeh tərəfindən imzalanaraq Qəbələ rayonu Mıxlıqovaq bələdiyyəsinin möhürü ilə təsdiq olunmuş xx.xx.2018-ci il tarixli Müqavilənin surətinə əsasən Qəbələ rayonu Mıxlıqovaq kəndində yerləşən 0,22 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi X7 3300,0 manata satılmışdır. İşdə olan 1-ci tərəf, İddiaçı ilə 2-ci tərəf, X1 tərəfindən imzalanaraq Qəbələ rayonu Mıxlıqovaq bələdiyyəsinin möhürü ilə təsdiq olunmuş xx.xx.2018-ci il tarixli Alış Aktının surətinə əsasən Qəbələ rayonu Mıxlıqovaq kəndində yerləşən 0,22 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin əldə edilməsinə görə İddiaçı 3300,0 manat nağd ödənilmişdir. İşdə olan AR İN ƏMDX DƏDKR PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-21-3-42/2-2129/2025 saylı məlumata əsasən Qəbələ rayonu Mıxlıqovaq kəndi ərazisində yerləşən 0,01 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin orta bazar dəyəri 200,0 manat təşkil edir. AR MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, İddiaçı ailə üzvlərinin mülkiyyətində olan Qəbələ rayonu Mıxlıqovaq kəndində yerləşən JN 795 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən 795 C saylı planda yeri göstərilmiş 0,22 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsini payçılar, İddiaçı, X13 və X2 razılığı ilə Mıxlıqovaq bələdiyyəsi tərəfindən təsdiq olunmuş xx.xx.2018-ci il tarixli müqavilə əsasında X7 3300,0 manata satmış, Cavabdeh həmin məbləği özü ödəyərək torpaq sahəsinə yiyələnmişdir. AR Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. Həmin Məcəllənin 14.2.4-cü maddəsinə əsasən qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi mülki hüquqların və vəzifələrin əmələ gəlmə əsasını təşkil edir. Həmin Məcəllənin 215.5-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Həmin Məcəllənin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavlə notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb -sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqdlərdir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, JN 795 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əssən 795 C saylı planda sərhədləri göstərilən Qəbələ rayonu, Mıxlıqovaq kəndində yerləşən 0,22 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin özgəninkiləşdirilməsinə dair X11 ilə İddiaçı arasında bağlanmış Qəbələ rayonu Mıxlıqovaq bələdiyyəsinin möhürü ilə təsdiq olunmuş xx.xx.2018-ci il tarixli Alqı-satqı Aktı notariat qaydasında təsdiqlənmədiyindən etibarsızdır və əmlak əldə edilməsi üçün əsas olmadığından həmin müqavilə üzrə alınanlar geri qaytarılmalıdır. Manatın rəsmi infilyasiya nəticəsinə real dəyərini itirməsi və ötən müddətdə bazar qiymətlərində müşahidə edilən əhəmiyyətli artım nəticəsində dəyəyərinin mütənasib qaydada azalması ilə əlaqədar İddiaçı alınan pulun eyni ilə qaytarılması mümkün olmadığından əvəzində həmin məbləğin hazırkı bazar qiymətlərinə uyğun ekvivalenti ödənilməlidir. AR Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərancam vermək hüquqlarından ibarətdir. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi..... əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.6-cı madəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Məhkəmə hesab edir ki, Cavabdeh Qəbələ rayonu Mıxlıqovaq kəndində yerləşən JN 795 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əssən 795 C saylı planda sərhədləri göstərilən Qəbələ rayonu, Mıxlıqovaq kəndində yerləşən 0,22 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsindən çıxaraq ərazini qanuni sahibinə qaytarmalı, İddiaçı isə öz növbəsində torpağı geri aldığına görə Cavabdeh cəmi 4400,0 manat və 64,0 manat dövlət rüumu ödəməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən geri alınması barədə iddia tələbi təmin olunsun: JN 795 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əssən 795 C saylı planda sərhədləri göstərilən Qəbələ rayonu, Mıxlıqovaq kəndində yerləşən 0,22 ha kənd təsərrüfatı torpaq sahəsi Cavabdeh qanunsuz sahibliyindən azad edilib İddiaçı həmin torpaq sahəsindən istifadəsinə törədilən maneçilik aradan qaldırılsın. İddiaçı Cavabdeh İddiaçı qarşı maddi zərərin ödənilməsi barədə qarşılıqlı iddia tələbi təmin edilsin: İddiaçı 4400,0 (dörd min dörd yüz) manat və 64,0 manat dövlət rüsumu alınıb Cavabdeh xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №e-2(025)-282/2025
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-282/2025
04.06.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver