Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-33/2024 02.07.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “mülkiyyətə qəsd edən qanunazidd hərəkətlərə son qoyulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq mübahisələri) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, İddiaçı, Cavabdeh, nümayəndə Vəkil1 və Vəkil2 Bayranalı oğlunun oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mülkiyyətə qəsd edən qanunazidd hərəkətlərə son qoyulması tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı mülkiyyətə qəsd edən qanunazidd hərəkətlərə son qoyulması tələbi barədə iddia qaldıraraq mülkiyyətində olan Qəbələ rayonu Mirzəbəyli kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsindən (reyestr nömrəsi: **********24-10301) istifadəsinə yaradılan maneçiliyin aradan qaldırılması, ərazidə yetişən bitkilərin (fındıq) məhsulunun cavabdeh tərəfindən götürülməsindən ibarət qanunazidd hərəkətlərə son qoyulması və Cavabdeh 100,0 manat dövlət rüsumu, 150,0 manat hüquqi xidmət haqqı və 154,0 manat mütəxəssis haqqı tutulub xeyrinə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddaia tələbini müdafiıə edərək izahatında göstərmişdir ki, o, 2016-cı ildə X1 ilə rəsmi nikaha daxil olaraq evlənmiş, həmin nikahdan xx.xx.2016-cı il təvəllüdlü X2 adında bir uşaqları olmuş və münasibətləri pozulduğundan xx.xx.2019-cu il tarixdə boşanmışlar. xx.xx.2016-cı ildə onun adına Qəbələ rayonu Mirzəbəyli bələdiyyəsindən 0,10 ha həyətyanı torpaq sahəsi alınmış və ərazisi daş hasara alınaraq üzərində fərdi yaşayış evi tikilmişdir. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ ona, üzərində yerləşən 94,70 kv/m sahəsi olan fərdi yaşayış evi üzərində mülkiyyət hüququ isə Cavabdeh məxsusdur. Cavabdeh həmin torpaq sahəsi üzərində heç bir hüququ olmadığı halda girişdə qoyulmuş dəmir darvazanı kilidlə bağlayaraq onun torpaq sahəsinə daxil olmasını məhdudlaşdırmış və ərazidə yetişən bitkilərin (fındıq) məhsulunu hər il özü götürərək onu mülkiyyətdən qanunsuz yolla məhrum etmişdir.Ona görə də, mülkiyyətində olan Qəbələ rayonu Mirzəbəyli kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsindən (reyestr nömrəsi: **********24- 10301) istifadəsinə yaradılan maneçiliyin aradan qaldırılması, ərazidə yetişən bitkilərin (fındıq) məhsulunun cavabdeh tərəfindən götürülməsindən ibarəət qanunazidd hərəkətlərə son qoyulması və Cavabdeh 100,0 manat dövlət rüsumu, 150,0 manat hüquqi xidmət haqqı və 154,0 manat mütəxəssis haqqı tutulub xeyrinə ödənilməsi haqqında iddia qaldırmışdır. Nümayəndə Vəkil1 İddiaçı göstərdiyi xüsusatları eyni ilə təsdiq edərək iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı 2016-cı ildə X1 ilə rəsmi nikaha daxil olaraq evlənmiş, həmin nikahdan xx.xx.2016-cı il təvəllüdlü X2 adında bir uşaqları olmuş və münasibətləri pozulduğundan xx.xx.2019-cu il tarixdə boşanmışlar. xx.xx.2016-cı ildə o, Qəbələ rayonu Mirzəbəyli bələdiyysindən İddiaçı adına 0,10 ha həyətyanı torpaq sahəsi alınmış və ərazini daş hasara alaraq üzərində fərdi yaşayış evi tikmişdir. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ İddiaçı, üzərində yerləşən 94,70 kv/m sahəsi olan fərdi yaşayış evi üzərində mülkiyyət hüququ isə ona məxsusdur. O, ailə üzvləri ilə birlikdə daimi olaraq Bakı şəhərində yaşayır və il ərzində fasilələrlə Qəbələ rayonu Mirzəbəyli kəndinə gəlir. Qəbələ rayonu Mirzəbəyli kəndində yerləşən həyətyanı sahənin girişində qoyulmuş dəmir darvazanın kilidlə bağlanması mülkün qorunması məqsədi daşıyır və İddiaçı torpaq sahəsindən istifadə hüququnu məhdudlaşdırmır. X1 boşandıqdan sonar başqası ilə evləndiyindən İddiaçı onlarla eyni ünvanda yaşamaları mümkün deyil. Ona görə də, İddiaçı başqa yerdə həyətyanı torpaq sahəsi alınıb verilməklə mübahisənin həll edilməsinə tərəfdardır. İşdə olan Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətinə əsasən Qəbələ rayonu Mirzəbəyli kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi ( reyestr nömrəsi: **********24-10301) İddiaçı adına və həmin torpaq sahəsində yerləşən 94,70 kv/m sahəsi olan fərdi yaşayış evi Cavabdeh adına tam mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan AR İN ƏMDX DƏDRX PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən tərəfindən verilmiş xx.xx.2024-cü cü il tarixli 3-21-3-42/2-607/2024 saylı Mütəxəssis Rəyinə əsasən Qəbələ rayonu Mirzəbəyli kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi ( reyestr nömrəsi: **********24- 10301) bütünlüklə Cavabdeh istifadəsində olmaqla üzərində fərdi yaşayış evi və təsərrüfat tikilisi ( talvar) inşa edilmişdir; Ərazi hasara alınıb 1 nömrəli Yerquruluşu planında qeyd olunmuş 15- 6 döngə nöqtələri arasında yerləşən ərazidə darvaza qoyulmuşdur. İşdə olan AR ƏN MEM tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/2546 nömrəli ekspert rəyində göstərilmişdir ki, Qəbələ rayonu Mirzəbəyli kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi (reyestr nömrəsi: **********24-10301) bütünlüklə Cavabdeh istifadəsində olmaqla üzərində fərdi yaşayış evi və təsərrüfat tikilisi (talvar) inşa edilmişdir. AR MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, Qəbələ rayonu Mirzəbəyli kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi ( reyestr nömrəsi: **********24- 10301) bütünlüklə Cavabdeh istifadəsindədir və ərazisi daş hasara alınaraq qapısı kilidlə bağlandığından İddiaçı əraziyə daxil olmaq imkanı yoxdur. AR Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. AR Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi..... əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 238.1-ci madəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Həmin Məcəllənin 238.2-ci maddəsinə əsasən əgər qanunla ayrı qayda müəyyənləşdirilməyibsə, torpaq sahəsinə mülkiyyət hüququ həmin sahənin sərhədləri daxilində yerləşən səth (torpaq) qatına və qapalı sututarlara, meşələrə və bitkilərə də şamil edilir. Həmin Məcəllənin 238.3-cü maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Həmin Məcəllənin 239.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, İddiaçı mülkiyyətində olan Qəbələ rayonu Mirzəbəyli kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsinə (reyestr nömrəsi: **********24-10301) gedən yol ərazisində ( AR İN ƏMDX DƏDRX PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən tərəfindən verilmiş xx.xx.2024-cü cü il tarixli 3-21-3-42/2-607/2024 saylı Mütəxəssis Rəyinə əlavə edilmiş 1 nömrəli Yerquruluşu planında qeyd olunmuş 15- 16 döngə nöqtələri arasında yerləşən ərazidə) quraşdırılmış dəmir darvazanın kilidlə bağlanmasına Cavabdeh tərəfindən son qoyularaq torpaq sahəsinə sərbəst gediş- gəliş təmin edilməklə və ərazidə yerləşən bitkilərin (fındıq) məhsulunun bundan sonra Cavabdeh tərəfindən götürülməsinə son qoyulmaqla İddiaçı həmin torpaq sahəsindən təyinatına uyğun şəkildə istifadəsinə maneçilik törədən qanunazidd hərəkətlər aradan qaldırılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227,233,357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi təmin olunsun. İddiaçı mülkiyyətində olan Qəbələ rayonu Mirzəbəyli kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsinə (reyestr nömrəsi: **********24-10301) gedən yol ərazisində (AR İN ƏMDX DƏDRX PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən tərəfindən verilmiş xx.xx.2024-cü cü il tarixli 3-21-3- 42/2-607/2024 saylı Mütəxəssis Rəyinə əlavə edilmiş 1 nömrəli Yerquruluşu planında qeyd olunmuş 15- 16 döngə nöqtələri arasında yerləşən ərazidə) quraşdırılmış dəmir darvazanın kilidlə bağlanmasına Cavabdeh tərəfindən son qoyularaq torpaq sahəsinə sərbəst gediş- gəliş təmin edilməklə və ərazidə yerləşən bitkilərin ( fındıq) məhsulunun bundan sonra Cavabdeh tərəfindən götürülməsinə son qoyulmaqla İddiaçı həmin torpaq sahəsindən təyinatına uyğun şəkildə istifadəsinə maneçilik törədən qanunazidd hərəkətlər aradan qaldırılsın. Cavabdeh 100,0 manat dövlət rüsumu, 150,0 manat hüquqi xidmət haqqı və 154,0 manat mütəxəssis haqqı tutulub İddiaçı xeyrinə ödənilsin. Cavabdeh 50,0 manat ekspertiza xərci tutulub Dövlət büdcəsinə keçirilsin. Qətnamədən 1(bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №e-2(025)-33/2024
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-33/2024
02.07.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver