Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-363/2024 19.11.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “yol yerinin açılması, cavadehin yol yerindən çıxarılması və yol yerindən cavabdeh tərəfindən istifadəyə maneələrə son qoyulması” tələbinə dairmülki iş üzrə (Açar sözlər: yol yerinin açılması, cavadehin yol yerindən çıxarılması və yol yerindən cavabdeh tərəfindən istifadəyə maneələrə son qoyulması) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı nümayəndəsi (sədri) Nümayəndə və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “yol yerinin açılması, cavadehin yol yerindən çıxarılması və yol yerindən cavabdeh tərəfindən istifadəyə maneələrə son qoyulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “yol yerinin açılması, cavadehin yol yerindən çıxarılması və yol yerindən cavabdeh tərəfindən istifadəyə maneələrə son qoyulması” tələbinə dair məhkəmədə iddia qaldıraraq, Qəbələ rayon Nic qəsəbəsində Nic Bələdiyyəsinə məxsus ümumi istifadədə olan yolun cavabdeh tərəfindən açılaraq qapının sökülməsi, cavadehin həmin torpaq sahəsindən çıxarılması və torpaq sahəsindən cavabdeh tərəfindən istifadəyə maneələrə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, hazırda Qəbələ rayon Nic qəsəbəsində vətəndaşlar tərəfindən torpaqların qanunsuz olaraq zəbt edilməsi halları kifayət qədərdir. Belə ki, cavabdeh tərəfindən Nic qəsəbə Bələdiyyəsinin aid torpağı qanunsuz olaraq zəbt edilərək digər şəxslərin ümumi istifadəsi üçün nəzərdə tutulmuş yolu bağlamışdır. Kənd sakinlərinin sikayətlərinə baxmayaraq cavabdeh tərəfindən yolun bağlanması və torpaq sahəsinin qanunsuz zəbt edilməsi halları aradan qaldırılmamış, taxta qapı ilə bağlanmış yol ləğy edilərək əvvəlki vəziyyətinə qaytarılmamışdır. Cavabdehə məktub göndərilməsinə və kənd sakinləri ilə bərabər akt rətib edilərək qanunsuluğa son qoyulması tələb edilsə də, cavabdeh torpaq sahəsinin onun mülkiyyəti olduğuna əsaslanaraq maneələrə son qoymamışdır. Qeyd olunanlara əsasən hesab edirlər ki, cavabdehin onlara məxsus olan torpaq sahəsini hüquq əsas olmadan zəbt etməsi onun sözügedən əmlaka mülkiyyət hüququnun "şərti və qeyrisabit" xarakter almasına dəlalət edir. Cavabdehin qanunsuz müdaxiləsi nəticəsində onlar mülkiyyətçi kimi öz əmlakı üzərində faktiki sahiblik və istifadə hüquqlarından məhrum olmuşlar; buna görə də həmin torpaq sahəsinin ortasında tikilmiş dəmir hasar cavabdehin vəsaiti hesabına sökülməli, onların torpaq sahəsindən istifadə etməkləri üçün mövcud olan maneələr aradan qaldırılmalı və torpaq sahəsi onlara təhvil verilməlidir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçı İddiaçı nümayəndəsi (sədri) Nümayəndə iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda göstərdi ki, məhkəmə tərəfindən alınmış mütəxəssis və ekspert rəylərində də cavabdehin bağladığı yol yerinin İddiaçı mülkiyyətində olması müəyyən edilmişdir. Göstərilənlərin nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək göstərmişdir ki, o, heç kimin yol yerini zəbt etməmişdir. Verilmiş mütəxəssis rəyi və ekspert rəyi ilə razılaşmır. Məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə iclasında X9 şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, Cavabdeh 30 ildir onun qonşusudur. Onların mülkiyyətinə gedən yol yerini bağlayaraq əsassız olaraq öz mülkiyyəti olduğunu iddia edir. Belə olub yol yerinin açılması üçün Nic bələdiyyəsinə müraciət etmişdir. Bələdiyyə isə yerli əraziyə baxış keçirtmiş, cavabdehin bağladığı yol yerinin Nic bələdiyyəsinin mülkiyyətində olması müəyyən edilmişdir. Məhkəmə iclasında X10 şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, Cavabdeh onun qonşusudur. Cavabdeh onların mülkiyyətinə gedən yol yerini bağlamışdır. Yol yerinə bir maşın daş tökmüşdür. Mülkiyyətlərinə gedən başqa yol olmadığından həmin yol yerini açsalar da, cavabdeh maneəçilik törətməyə davam edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin şöbə müdiri X12 ifadəsində göstərmişdir ki, həm İddiaçı müraciəti, həm də məhkəmənin qərardadı əsasında mübahisəli əraziyə baxış keçirmişlər. Baxış zamanı müəyyən edilmişdir ki, iddiaçının açılmasını tələb etdiyi yol yeri İddiaçı mülkiyyətinə aid ümumi istifadə yol yeridir. İddiaçının açılmasını tələb etdiyi yol yeri İddiaçı mülkiyyətinə aid ümumi istifadə yol yeridir. Həmin yol yeri yerqurluşu planında göstərilən sahə və ölçülərdə cavabdeh tərəfindən hasarlanmışdır. Hasarlanmış sahə 0,0408 hektardır. Məhkəmə tərəflərin izahatlarını, işdə olan hüquqi sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşdə olan JN-390F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 05 fevral 1999-cu il tarixli 03 nömrəli qərarına əsasən Cavabdeh, X2, X6 və X8 mülkiyyətinə JN-390F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən 0,71 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən İddiaçınə ünvanlanmış 22 yanvar 2024-cü il tarixli, 3-21-3- 42/2-514/2024 nömrəli məktubda göstərilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsində 26 Dekabr 2023-cü il tarixli, 59 saylı ərizə araşdırılmışdır. Ərizədə Qəbələ rayonu Nic qəsəbəsinin, Nic Bələdiyyəsinə məxsus ümumi istifadəsində olan yolu Nic qəsəbə sakini Cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edərək digər şəxslərin ümumi istifadəsi üçün nəzərdə tutulmuş yolu bağlamışdır. Həmin ümumi istifadəsində olan yolun ölçü işlərinin aparılmasına və Nic Bələdiyyəsinin mülkiyyətinə aid olub-olmaması barədə yazılmış xx.xx.2023-cü il tarixli ərizə araşdırılmışdır. Bununla əlaqədar olaraq bildirirlər ki, "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən xx.xx.2024-cü il tarixdə Nic Bələdiyyəsi tərəfindən iddia olunan torpaq sahəsinin döngə nöqtələrinin koordinatları GPS aləti vasitəsi ilə təyin edilmiş, torpaq sahəsinin hansı mülkiyyətə aid olması müəyyənləşdirilmişdir. 1. Məktuba əsasən faktiki naturada ölçülmüş torpaq sahəsi 0,0408 hektardır. Kameral qaydada Mərkəzin elektron məlumat bazasına əsasən araşdırma zamanı məlum olmuşdur ki, Nic qəsəbə sakini Cavabdeh tərəfindən istifadə olunan 0,0408 ha torpaq sahəsi Qəbələ rayonu Nic qəsəbəsində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə (DVG) əsasən Nic qəsəbəsi İnzibati Ərazi Dairəsinin sərhədləri daxilində, kateqoriyası Yaşayış məntəqələri torpaqları, uqodiyası ümumi istifadədə olan (yollar və küçələr) Bələdiyyə mülkiyyətinə aid ərazidir. Sözügedən 0,0408 ha torpaq sahəsi X3 X7 (TEKUİS) əsasən, kateqoriyası Yaşayış məntəqələri torpaqları, uqodiyası ümumi istifadədə olan (yollar və küçələr) Bələdiyyə mülkiyyətinə aid ərazidir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 13 may 2024-cü il tarixli, 3-21-3-42/2-2568/2024 nömrəli mütəxəssis rəyində göstərilmişdir:1. JN-390F (Kod:********) nömrəli "Torpağın Mülkiyyətə Veriməsinə Dair Şəhadətnamə" yə əsasən Cavabdeh, X2, X6 və X8 mülkiyyətinə verilmiş 0,71 ha həyətyanı torpaq sahəsinin hüdudları müəyyən edilmişdir. 2. JN-390F (Kod:********) nömrəli "Torpağın Mülkiyyətə Veriməsinə Dair Şəhadətnamə" yə əsasən Cavabdeh, X2, X6 və X8 mülkiyyətinə verilmiş 0,71 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş yolu (ictimai yol) ərazinin ümumi xəritəsində nəzərdə tutulmuşdur. Reallıqda belə bir yol mövcuddur. 3. İddiaçının açılmasını tələb etdiyi yol yeri xəritədə nəzərdə tutulmuşdur. Həmin sahə və ölçüləri yerquruluşu planlarında göstərilmişdir. 4. İddiaçının açılmasını tələb etdiyi yol yeri İddiaçı mülkiyyətinə aid ümumi istifadə yol yeridir. 5. İddiaçının açılmasını tələb etdiyi yol yeri İddiaçı mülkiyyətinə aid ümumi istifadə yol yeridir. Həmin yol yeri yerqurluşu planında göstərilən sahə və ölçülərdə cavabdeh tərəfindən hasarlanmışdır. Hasarlanmış sahə 0,0408 hektardır. Sözügedən 0,0408 ha torpaq sahəsi X3 X7 (TEKUİS) əsasən, kateqoriyası Yaşayış məntəqələri torpaqları, uqodiyası ümumi istifadədə olan (yollar və küçələr) Bələdiyyə mülkiyyətinə aid ərazidir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 3-16-16/2-10/4872 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyindən görünür ki, JN-390F (Kod:********) nömrəli "Torpağın Mülkiyyətə Veriməsinə Dair Şəhadətnamə" yə əsasən Cavabdeh, X2, X6 və X8 mülkiyyətinə verilmiş 0,71 ha həyətyanı torpaq sahəsinin hüdudları müəyyən edilmişdir. JN-390F (Kod:********) nömrəli "Torpağın Mülkiyyətə Veriməsinə Dair Şəhadətnamə" yə əsasən Cavabdeh, X2, X6 və X8 mülkiyyətinə verilmiş 0,71 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş yolu (ictimai yol) ərazinin ümumi xəritəsində nəzərdə tutulmuşdur. Reallıqda belə bir yol mövcuddur. İddiaçının açılmasını tələb etdiyi yol yeri xəritədə nəzərdə tutulmuşdur. Həmin sahə və ölçüləri yerquruluşu planlarında göstərilmişdir. İddiaçının açılmasını tələb etdiyi yol yeri İddiaçı mülkiyyətinə aid ümumi istifadə yol yeridir. İddiaçının açılmasını tələb etdiyi yol yeri İddiaçı mülkiyyətinə aid ümumi istifadə yol yeridir. Həmin yol yeri yerqurluşu planında göstərilən sahə və ölçülərdə cavabdeh tərəfindən hasarlanmışdır. Hasarlanmış sahə 0,0408 hektardır. Sözügedən 0,0408 ha torpaq sahəsi X3 X7 (TEKUİS) əsasən, kateqoriyası Yaşayış məntəqələri torpaqları, uqodiyası ümumi istifadədə olan (yollar və küçələr) Bələdiyyə mülkiyyətinə aid ərazidir. İşdə olan Qəbələ rayon Nic qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsinin müavini X11 , Qəbələ rayon Nic bələdiyyəsinin sədri Nümayəndə və Nic bələdiyyəsinin üzvü X4 iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, X5 Nic bələdiyyəsinə etdiyi müraciətlə bağlı xx.xx.2023-cü ildə Vartanov Rafael və Nikolay Muradari birlikdə qeyd olunan əraziyə tərəflərindən baxış keçirilmiş və həqiqətində Bayramari Abrik yaşadığı evin yanından keçən ümumi istifadəsində olan yolu iki tərəfdən Cavabdeh tərəfindən kustar üsula düzəldilmiş taxta qapı ilə bağlamasını müşahidə etmişlər. Bununla bağlı Cavabdehla söhbətlər aparıb yolun bağlanmasını ümumi vəziyyəti əməl olduğunu bildirsələr də, həmin şəxs onlara bağladığı ərazisinin onun şəxsi mülkiyyəti və yol olmadığını deyib, onlara inanmadığını bildiribdir. Cavabdehla söhbət apardıqları zaman onlar həmin ərazinin ümumi istifadədə olan yol olduğunu bildirsələt də, onların sözlərinə məhəl qoymaraq və bu günə qədər həmin yolu açmamışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinin tələbinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. 175.1-ci maddəsinə əsasən əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o, tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir.Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilməklə birbaşa qüvvəyə malikdir. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının vəəsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinəəsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı, işin halları, təqdim olunmuş sübutlarla, tərəflərin izahatları ilə müəyyən olunmuşdur ki, Qəbələ rayonu Nic qəsəbə sakini Bayramari Abrik Grişayeviçİddiaçınə müraciət edərək, yaşadığı evin yanından keçən ümumi istifadəsində olan yolu iki tərəfdən Cavabdeh tərəfindən kustar üsula düzəldilmiş taxta qapı ilə bağlamasını bildirmişdir. Bununla bağlı İddiaçı sədri mübahisəli əraziyə getmiş, Bayramari Abrik yaşadığı evin yanından keçən ümumi istifadəsində olan yolu iki tərəfdən Cavabdeh tərəfindən kustar üsulla düzəldilmiş taxta qapı ilə bağlamasını müşahidə etmişlər. Bununla bağlı Cavabdehla söhbətlər aparıb yolun bağlanmasını ümumi vəziyyəti əməl olduğunu bildirsələr də, həmin şəxs onlara bağladığı ərazisinin onun şəxsi mülkiyyəti və yol olmadığını deyib, onlara inanmadığını bildirmişdir. Cavabdeh tərəfindən tutulmuş yol yerinin İddiaçı mülkiyyətində olubolmamasını müəyyənləşdirmək üçün bələdiyyə tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə ərizə ilə müraciət edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən İddiaçınə ünvanlanmış 22 yanvar 2024-cü il tarixli, 3-21-3-42/2- 514/2024 nömrəli məktubda göstərilmişdir ki,"Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən xx.xx.2024-cü il tarixdə Nic Bələdiyyəsi tərəfindən iddia olunan torpaq sahəsinin döngə nöqtələrinin koordinatları GPS aləti vasitəsi ilə təyin edilmiş, torpaq sahəsinin hansı mülkiyyətə aid olması müəyyənləşdirilmişdir. 1. Məktuba əsasən faktiki naturada ölçülmüş torpaq sahəsi 0,0408 hektardır. Kameral qaydada Mərkəzin elektron məlumat bazasına əsasən araşdırma zamanı məlum olmuşdur ki, Nic qəsəbə sakini Cavabdeh tərəfindən istifadə olunan 0,0408 ha torpaq sahəsi Qəbələ rayonu Nic qəsəbəsində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə (DVG) əsasən Nic qəsəbəsi İnzibati Ərazi Dairəsinin sərhədləri daxilində, kateqoriyası Yaşayış məntəqələri torpaqları, uqodiyası ümumi istifadədə olan (yollar və küçələr) Bələdiyyə mülkiyyətinə aid ərazidir. Sözügedən 0,0408 ha torpaq sahəsi X3 X7 (TEKUİS) əsasən, kateqoriyası Yaşayış məntəqələri torpaqları, uqodiyası ümumi istifadədə olan (yollar və küçələr) Bələdiyyə mülkiyyətinə aid ərazidir. Lakin Cavabdeh yol yerini açmadığı üçün İddiaçı məhkəməyə müraciət etmişdir. Cavabdeh isə yol yerinin onun mülkiyyətində olduğunu, heç kimə maneəçilik törətmədiyini bildirmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 13 may 2024-cü il tarixli, 3-21-3-42/2-2568/2024 nömrəli mütəxəssis rəyində və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 3-16-16/2-10/4872 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyində göstərilmişdir ki, JN-390F (Kod:********) nömrəli "Torpağın Mülkiyyətə Veriməsinə Dair Şəhadətnamə" yə əsasən Cavabdeh, X2, X6 və X8 mülkiyyətinə verilmiş 0,71 ha həyətyanı torpaq sahəsinin hüdudları müəyyən edilmişdir. JN-390F (Kod:********) nömrəli "Torpağın Mülkiyyətə Veriməsinə Dair Şəhadətnamə" yə əsasən Cavabdeh, X2, X6 və X8 mülkiyyətinə verilmiş 0,71 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş yolu (ictimai yol) ərazinin ümumi xəritəsində nəzərdə tutulmuşdur. Reallıqda belə bir yol mövcuddur. İddiaçının açılmasını tələb etdiyi yol yeri xəritədə nəzərdə tutulmuşdur. Həmin sahə və ölçüləri yerquruluşu planlarında göstərilmişdir. İddiaçının açılmasını tələb etdiyi yol yeri İddiaçı mülkiyyətinə aid ümumi istifadə yol yeridir. İddiaçının açılmasını tələb etdiyi yol yeri İddiaçı mülkiyyətinə aid ümumi istifadə yol yeridir. Həmin yol yeri yerqurluşu planında göstərilən sahə və ölçülərdə cavabdeh tərəfindən hasarlanmışdır. Hasarlanmış sahə 0,0408 hektardır. Sözügedən 0,0408 ha torpaq sahəsi X3 X7 (TEKUİS) əsasən, kateqoriyası Yaşayış məntəqələri torpaqları, uqodiyası ümumi istifadədə olan (yollar və küçələr) Bələdiyyə mülkiyyətinə aid ərazidir. Məhkəmə qeyd edir ki, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü madəsi təşkil edir. Həmin maddənin tələbinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Qeyd edilən maddənin dispozitiv şərtlərinə görə iddia qaldırmış şəxs ya mülkiyyətçi, ya da əmlakın qanuni sahibi olmalı və onun mülkiyyətinə və ya qanuni sahibliyində olan əmlaka qəsd və ya başqa maneə mövcud olmalıdır. Beləliklə, İddiaçı iddia tələbindən görünür ki, İddiaçı mülkiyyətində olan yol yerinin Cavabdeh tərəfindən bağlanmışdır. Nəticəd Qəbələ rayonu Nic qəsəbə sakinlərinə öz mülkiyyətlərinə gedən yolun istifadəsinəCavabdehtərəfindən törədilən manelərə son qoyulmasınıvə yol yerinin açılmasını İddiaçındən tələb edirlər. Hazırkı iddia tələbi üzrə ekspert rəyindən və mütəxəssis rəylərindən görünür ki, JN- 390F (Kod:********) nömrəli "Torpağın Mülkiyyətə Veriməsinə Dair Şəhadətnamə" yə əsasən Cavabdeh, X2, X6 və X8 mülkiyyətinə verilmiş 0,71 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş yolu (ictimai yol) ərazinin ümumi xəritəsində nəzərdə tutulmuşdur. Reallıqda belə bir yol mövcuddur. İddiaçının açılmasını tələb etdiyi yol yeri xəritədə nəzərdə tutulmuşdur. Həmin sahə və ölçüləri yerquruluşu planlarında göstərilmişdir. İddiaçının açılmasını tələb etdiyi yol yeri İddiaçı mülkiyyətinə aid ümumi istifadə yol yeridir. İddiaçının açılmasını tələb etdiyi yol yeri İddiaçı mülkiyyətinə aid ümumi istifadə yol yeridir. Həmin yol yeri yerqurluşu planında göstərilən sahə və ölçülərdə cavabdeh tərəfindən hasarlanmışdır. Hasarlanmış sahə 0,0408 hektardır.Göründüyü kimi ekspert rəyindən və mütəxəssis rəylərindən də müəyyən edilir ki, İddiaçıaçılmasını tələb etdiyi yol yeri cavabdehin mülkiyyətində deyil, lakin cavabdeh tərəfindən bağlanmışdır. Sözügedən yol yeri İddiaçı mülkiyyətindədir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı iddia etdiyi və mülkiyyətlərində yol yeri ərazinin ümumi xəritəsində nəzərdə tutulmuşdur və faktiki olaraq mövcuddur. Reallıqda həmin yol yeri cavabdeh tərəfindən istifadə olunur. Cavabdeh həmin yol yerinin onun mülkiyyəti olduğunu qeyd etsə də, ekspert rəyindən göründüyü kimi həmin yol yeri cavabdehin mülkiyyətində deyil və cavabdeh bunun əksini sübut edəcək heç bir sübutu onda olmaması səbəbindən məhkəməyə təqdim etməmişdir.İddiaçı isə yol yerinin açılmasını tələb edir və ekspert və mütəxəssis rəylərinə əsasən də müəyyən olunmuşdur ki, həmin yol yeri cavabdeh tərəfindən bağlanmışdır. Bu səbəbdən Qəbələ rayonu Nic qəsəbəsinin sakinlərisözügedən yol yerindən istifadə edə bilmir. Bu səbəbdən cavabdeh tərəfindən İddiaçı mülkiyyətində olan yol yeri açılmalı və həmin yol yerinə cavabdeh tərəfindən maneələrə son qoyulmalıdır. Beləliklə, iddiaçının mülkiyyətində olan yol yerinin bağlanması nəticəsində Qəbələ rayonu Nic qəsəbəsi sakinlərinin torpaq sahələrinə gediş-gəlişi məhdudlaşdırıldığından, iddia tələbinin əsaslandığı faktiki hallar Mülki Məcəllənin 157.4-cü maddəsinin dispozitiv şərtlərinə uyğun olduğundan və iddiaçının iddia etdiyi maneə mövcud olduğundan iddia əsaslıdır və bu səbəbdən iddia tələbitəmin edilməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübut etmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınarsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcüd olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. İstinad olunan milli qanunvericilik normalarından və Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi hazırkı mübahisədə iddianı sübuetmə yükü iddiaçının üzərinə düşür. İşdə olan mütəxəssis rəylərinə və ekspert rəyinə əsasən İddiaçı mülkiyyətində olan yol yeri cavabdehin faktiki istifadəsində olması və cavabdeh tərəfindən tutulmuşdur. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə qeyd edir ki, İddiaçı dövlət rüsumundan azad edildiyindən Cavabdeh 100 (bir yüz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Qəbələ rayon məhkəməsinə) ödənilməlidir. Məhkəmə araşdırması zamanı İddiaçı tərəfindən ödənilmiş95 manat mütəxəssis xərci iddiaçıya aid edilməlidir. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 50 (əlli) manat məbləğində pul Cavabdeh tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabınakeçirilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara, ekspert rəyinə məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Qəbələ rayon Nic qəsəbəsində Nic Bələdiyyəsinə məxsus ümumi istifadədə olan və cavabdeh tərəfindən hasarlanmış 0,0408 ha yol yeri (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən tərtib olunmuş 13 may 2024-cü il tarixli, 3-21-3-42/2-2568/2024 nömrəli mütəxəssis rəyində göstərilmiş formada) Cavabdeh tərəfindən açılmalı, yol yerində olan qapı cavabdehin hesabına sökülməli, cavabdeh həmin torpaq sahəsindən çıxarılmalı və torpaq sahəsindən cavabdeh tərəfindən istifadəyə maneələrə son qoyulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Qəbələ rayon Nic qəsəbəsində Nic Bələdiyyəsinə məxsus ümumi istifadədə olan və cavabdeh tərəfindən hasarlanmış 0,0408 ha yol yeri (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən tərtib olunmuş 13 may 2024-cü il tarixli, 3-21-3-42/2-2568/2024 nömrəli mütəxəssis rəyində göstərilmiş formada) Cavabdeh tərəfindən açılsın, yol yerində olan qapı cavabdehin hesabına sökülsün, cavabdeh həmin torpaq sahəsindən çıxarılsın və torpaq sahəsindən cavabdeh tərəfindən istifadəyə maneələrə son qoyulsun. Cavabdeh 100 (bir yüz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Qəbələ rayon məhkəməsinə) ödənilsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 50 (əlli) manat məbləğində pul Cavabdeh tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №e-2(025)-363/2024
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-363/2024
19.11.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver