Məhkəmə qərarları › İş №e-2(025)-369/2024

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-369/2024

04.06.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-369/2024 04.06.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “cavabdehin uşaqları ilə birlikdə fərdi yaşayış evindən məcburi qaydada çıxarılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: fərdi yaşayış evindən məcburi qaydada çıxarılma) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 katibliyi, İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “cavabdehin uşaqları ilə birlikdə fərdi yaşayış evindən məcburi qaydada çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “cavabdehin uşaqları ilə birlikdə fərdi yaşayış evindən məcburi qaydada çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi **********99-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il olan Çıxarışa və fərdi yaşayış evinə görə verilən Texniki Pasport əsasında mülkiyyətində olan ünvan 1 ünvanındakı torpaq sahəsi və fərdi yaşayış evindən Cavabdeh 2 yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2023-cü il tarixində Qəbələ regional “ASAN xidmət” mərkəzində Notariat ofisində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********99- 10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2020-ci il olan Çıxarışa əsasən X2 məxsus ünvan 2 ünvanında yerləşən 0.0231 ha torpaq sahəsini və ümumi sahəsi 19 kv.m. olan fərdi yaşayış evini daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ümumilikdə 20.000 manata almışdır. ünvan 3 ünvanındakı daşınmaz əmlakı aldıqdan sonra adına Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi **********99- 10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il olan Çıxarışa və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən fərdi yaşayış evinə görə reyestr nömrəsi **********99-10301olan Texniki Pasport verilmişdir. Hal-hazırda Daşınmaz əmlakın keçmiş mülkiyyətçisi X1 qohumu olan Cavabdeh onun daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə əldə etdiyi ünvan 2 ünvanındakı fərdi yaşayış evində və torpaq sahəsində 2 yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə qanunsuz yaşayaraq istifadə etdiyindən mülkiyyət hüquqlarını maneəsiz, sərbəst həyata keçirə bilmir. Cavabdehə dəfələrlə torpaq sahəsindən və fərdi yaşayış evindən çıxmasını bildirib, xəbərdarlıq etməyinə baxmayaraq heç bir nəticə əldə edə bilməmişdir. Həmçinin, icra nümayəndəliyinə, şəhər bələdiyyəsinə, Qəbələ RPŞ-nə və digər müvafiq orqanlara müraciət edərək xüsusi mülkiyyətindən cavabdehi çıxarmaqla, mübahisəni həlletmələrini xahiş etsə də məhkəməyə müraciət olunması təklif olunmuşdur. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia ərizəsində göstərilənlərə uyğun izahat verib iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək verdiyi izahatında göstərmişdir ki, onun qardaşı Xəqani Məmmədov iddiaçı ilə alqı-satqı müqavləsi bağlamışdır. Həmin alqı-satqı müqaviləsi ilə razı deyildir. Çünki, evin bütün kommunal xərclərini alqı-satqı müqaviləsindən əvvəl onun adına olmuşdur. Qardaşı alqı-satqı müqaviləsi bağlanan zaman ona ev və torpaq sahəsi satıldıqdan sonra əldə edilmiş puldan 7000 manat məbləğində pul verəcəyini vəd etmişdir. Buna görə də komunalların alıcının adına keçirilməsinə razılıq vermişdir. Lakin sonradan qardaşı həmin pulu ona verməmişdir. Hal-hazırda mübahisələndirilən evdə uşaqları ilə birlikdə yaşayır. Ona vəd edilmiş 7000 manat məbləğində pulu ona ödəməsələr mübahisəli evdən və torpaqdan çıxmayacaqdır. Buna görə də iddia tələbibin təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında şahid X6 verdiyi izahatında göstərmişdir ki, o, qızının adına torpaq sahəsi almaq istəyirdi. Makler Nurlan cavabdehin əmisi oğludur. Nurlan ona demişdir ki, əmisi oğlu Xəqani torpaq sahəsini satır. Evə və torpaq sahəsinə baxmaq ğa məqsədi ilə torpağın yerləşdiyi əraziyə gedəndə orada heç kim yox idi. Xəqani ilə telefonda danışanda sonuncu ona Məhəmmədin müvəqqəti olaraq orada yaşadığını və evin satılmasına etiraz etmədiyini bildirmişdir. Ev yararsız vəziyyətdə olmuşdur. Nurlan ilə evin qiymətinin 33.000 manata razılaşmışlar. Qaz, işıq Məhəmmədin adına olmuşdur. Buna görə də Məhəmmədlə görüşərək qazı və işığı qızının adına keçirtmişdir. Bundan bir müddət ötəndən sonra Məhəmməd ona zəng edərək Xəqaninin onu aldatdığını bildirmiş və Xəqaninin ona 7000 manat məbləğində pul vermədiyi halda evdən çıxmayacağını demişdir. Qardaşlar arasında olan razılaşmanın onlara heç bir aidiyyəti yoxdur. Bu səbəbdən də polis orqanlarına müraciət etmişdir. Məhkəmə iş üzrə iddiaçının vəkilinin,cavabdehin və şahidin izahatlarını və çıxışlarını dinləyərək, təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Mülki işdə olan sənədlər: İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, daşınmaz əmlakın reyestr nömrəsi **********99- 10310 olan “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”ın surətindən görünür ki, ünvan 4 ünvanda X1 adına ümumi sahəsi 19 kv.m olan fərdi yaşayış evi və evin yerləşdiyi 0.0465 ha yaşayış məntəqələri torpaqları daşınmaz əmlakın dövlət reyestrində 43 nömrəli reyestr kitabının 23 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il il tarixdə Qəbələ regional “ASAN Xidmət” mərkəzindəki notariat ofisində 4Ə-1633 reyestr nömrəsi ilə qeydə alınmış “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin surətindən görünür ki, “Satıcı” X4 ona mülkiyyət hüququ ilə məxsus ünvan 5 ünvanda yerləşən ümumi sahəsi 19 kv.m olan fərdi yaşayış evini və 0.0231 ha yaşayış məntəqələrinin torpaqlarına aid torpaq sahəsini “Aıcı” İddiaçı ümumi dəyəri 20.000 manata qiymətləşərək satmışdır. Müqavilənin 11-ci bəndinə əsasən “Satıcı” X4 xx.xx.2023-cü il tarixinədək daşınmaz əmlakı yardımçı vasitələri ilə birlikdə “Aıcı” İddiaçı sahibliyinə verməyi öhdəsinə götermüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X7 Şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********99-10301 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın surətindən görünür ki, ünvan 4 ünvanda İddiaçı adına mülkiyyətçi olan 19 kv.m olan fərdi yaşayış evi və 0.0231 ha yaşayış məntəqələrinin torpaqlarına aid torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 55 nömrəli reyestr kitabının 73 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olanAzərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X7 Şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixdə **********99-10301 reyestr nömrəsi ilə İddiaçı adına tərtib etdiyi İnventar nömrəsi 406-1/5474 təşkil edən “Fərdi yaşayış evinin texniki Pasportu”nun surətindən görünür ki, həmin paspotrla ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin M 1:500 miqyasında planı və torpaq sahəsinə dair məlumatlar, eləcə də tikintilərin mərtəbələr üzrə M 1:100 miqyasında planı göstərilmişdir. İş materiallarında olan Qəbələ regional “ASAN Xidmət” mərkəzindəkinotariat ofisində xx.xx.2023-cü il tarixdə 8İ-10631 reyestr nömrəsi ilə qeydə alınmış Cavabdeh "xxxx" ASC-yə yazdığı ərizəsindən görünür ki, o, həmin ərizə ilə adına olan su sayğacının (**********840) abunə kodunun İddiaçı adına keçməsinə etiraz etmədiyini bildirmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə görə sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir. 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.5-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 52.2-ci maddəsinə əsasən, cavabdeh iddianın etiraf edilməsi barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəflivə tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, iddia ərizəsi üzrə mübahisənin məğzini Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə mübahisəli mənzildən çıxarılması üçün əsasların mövcud olubolmaması təşkil edir. Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki işin məhkəmə araşdırılması zamanı, işin mövcud halları ilə müəyyən olunmuşdur ki,Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin xx.xx.2020-ci il qeydiyyat tarixli, daşınmaz əmlakın reyestr nömrəsi **********99-10310 olan “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”la ünvan 6 ünvanda X1 adına ümumi sahəsi 19 kv.m olan fərdi yaşayış evi və evin yerləşdiyi 0.0465 ha yaşayış məntəqələri torpaqları daşınmaz əmlakın dövlət reyestrində 43 nömrəli reyestr kitabının 23 nömrəli vərəqində qeydiyyata alınmışdır.xx.xx.2023-cü il il tarixdə Qəbələ regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin 4Ə-1633 reyestr nömrəsi ilə qeydə alınmış “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən “Satıcı” X4 ona mülkiyyət hüququ ilə məxsus həmin ünvanda yerləşən ümumi sahəsi 19 kv.m olan fərdi yaşayış evini və 0.0231 ha yaşayış məntəqələrinin torpaqlarına aid torpaq sahəsini “Aıcı” İddiaçı ümumi dəyəri 20.000 manata qiymətləşərək satmışdır. Notariat orqanında rəsmiləşdirilmiş bu Müqavilənin 11-ci bəndinə əsasən “Satıcı” X4 xx.xx.2023-cü il tarixinədək daşınmaz əmlakı yardımçı vasitələri ilə birlikdə “Aıcı” İddiaçı sahibliyinə verməyi öhdəsinə götürmüşdür. Bundan sonra tam qanuni əsaslarla “Aıcı” İddiaçı mülkiyyətinə keçmiş fərdi yaşayış evinə və evin yerləşdiyi 0.0231 ha yaşayış məntəqələrinin torpaqlarına aid torpaq sahəsinə İddiaçı adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X7 Şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********99-10301 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” verilərək mülkiyyət sahibi kimi daşınmaz əmlakın dövlət reyestrində 55 nömrəli reyestr kitabının 73 nömrəli vərəqində qeydiyyata alınmışdır. Eləcə də xx.xx.2023-cü il tarixdə **********99-10301 reyestr nömrəsi ilə İnventar nömrəsi 406-1/5474 təşkil edən “Fərdi yaşayış evinin texniki Pasportu” tərtib edilmişdir. Buna baxmayaraq Cavabdehevin və torpaq sahəsinin alqı-satqı müqaviləsindən əldə edilmiş puldan müqavilə üzrə satıcı olan X4 tərəfindən vəd edilən 7000 manat məbləğinin ona ödənilmədiyini əsas gətirərək iddianı qəbul etməmiş və izahatında həmin pulun ona ödəniləcəyi halda yetkinlik yaşına çatmayan 2 uşaqları ilə birlikdə evdən və torpaq sahəsindən çıxacağını bildirmişdir. İddiaçının mülkiyyətindəki fərdi yaşayış evindən və torpaq sahəsindən onun iradəsi əleyhinə olaraq cavabdeh və yetkinlik yaşına çatmayan uşaqları qanunsuz istifadə edirlər. Qanunun mənasına görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilməklə birbaşa qüvvəyə malikdir. Bundan başqa, Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuşşərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «Akimova Azərbaycana qarşı» işdədə Avropa Məhkəməsi 27 sentyabr 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, «İnsan hüquqları vəəsas azadlıqların müdafiəsi haqqında»Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsindəki «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlarda «mülkiyyət» kimi qiymətləndirilə bilər. Göründüyü kimi, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin tətbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından «mülkiyyət» müstəqil məna daşıyır. «Burdov Rusiyaya qarşı» iş üzrə qərarında Avropa Məhkəməsi bir daha xatırlatmışdır ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin mənasına görə, tələb «mülkiyyət» kimi o halda başa düşülə bilər ki, bu tələbin hüquqi cəhətdən realizə edilə bilməsi kifayət qədər müəyyən olunmuş olsun. Bundan savayı, Qanunun mənasına görə həqiqətin müəyyən edilməsi məhkəmə prosesinin əsas fundamental məqsədlərindən biri hesab olunur. Həmin prosesin ətrafında bir sıra nəzərə alınmalı amillər mövcuddur ki, onlara sübutetmə ilə bağlı problemləri və sübutetmə vəzifəsinin bölüşdürülməsini də aid etmək olar. Mülki proses özü özlüyündə iştirakçıların iradə sərbəstliyi əsasında formalaşdığından sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə qoyulur. «Sübutların üstünlüyü» (ehtimallar balansı) standartının izahına gəldikdə isə təqdim edilmiş sübutlar əsasında faktın böyük ehtimalla (mümkünlüklə) baş verdiyi və baş vermədiyi qənaətinə gəlmək olarsa, onda sübutetmə vəzifəsi yerinə yetirilmiş hesab olunur. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Qanunvericiliyin şərh olunan müddəalarını və mülki işin hallarını nəzərə alan məhkəmə hesab edir ki, iddaiaçı iddia tələbinin əsaslandığı hallara dair bütün sübutları məhkəməyə təqdim etdiyi halda, Cavabdeh həmin tələbə qarşı etrizanın əsaslandığı hallara dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir.Cavabdeh iddianı qəbul etməməyini və iddiaya etirazını evin və torpaq sahəsinin alqı-satqı müqaviləsindən əldə edilmiş puldan müqavilə üzrə satıcı olanX4 tərəfindən vəd edilən 7000 manat məbləğinin ona ödənilmədiyi ilə əsaslandırmışdır. Bu hal isə iddiaçı tərəfindən tam qanuni əsaslarla əldə edilmiş və dövlət tərəfindən qorunan mülkiyyətdən onun istifadəsi və sahibliyinə cavabdehin maneələr törətməsinə və hüquqlarının məhdudlaşdırılmasına heç bir əsas vermir. Bir sözlə, iddiaçının mülkiyyətindəki fərdi yaşayış evindən onun iradəsi əleyhinə olaraq cavabdehin yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə qanunsuz istifadəsinin heç bir hüquqi əsası yoxdur. Buna görə də iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də iddia verilən zaman ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə, tərəflərin və şahid izahatlarını, işin mövcud hallarını və araşdırılmış sübutları, qanunvericiliyin şərh olunan müddəalarını sistematik olaraq və kompleks halında nəzərə alan məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi **********99-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il olan Çıxarışa və fərdi yaşayış evinə görə verilən Texniki Pasport əsasən İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanındakı torpaq sahəsi və fərdi yaşayış evindən Cavabdeh yetkinlik yaşına çatmayan 2 uşaqları ilə birlikdə məcburi qaydada çıxarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi **********99-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il olan Çıxarışa və fərdi yaşayış evinə görə verilən Texniki Pasport əsasən İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanındakı torpaq sahəsi və fərdi yaşayış evindən Cavabdeh yetkinlik yaşına çatmayan 2 uşaqları ilə birlikdə məcburi qaydada çıxarılsın. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar