Məhkəmə qərarları › İş №e-2(025)-392/2023

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-392/2023

06.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-392/2023 06.04.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Bank "BTB” Açıq Səhmdar Cəmı̇ yyətinin cavabdeh Mehralıyev Rı̇ zvan Ehtı̇ bar oğluna qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr, kredit müqaviləsi üzrə mübahisələr) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi ilə, İddiaçı Bank "BTB” Açıq Səhmdar Cəmı̇ yyətinin cavabdeh Mehralıyev Rı̇ zvan Ehtı̇ bar oğluna qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İşin halları İddiaçı Bank "BTB” Açıq Səhmdar Cəmı̇ yyəti cavabdeh Mehralıyev Rı̇ zvan Ehtı̇ bar oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Mehralıyev Rı̇ zvan Ehtı̇ bar oğlundan Bank "BTB” Açıq Səhmdar Cəmı̇ yyətinin xeyrinə 217.95 manat borcun və ödənilmiş 30 AZN dövlət rüsumunun və 0.40 manat bank xidməti haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, Bank "xxxx" ASC-nin “Sənaye” filialı ilə Cavabdeh arasında 21 yanvar 2022-ci-il tarixli, BH/SF-5613-2022 saylı cari hesab və BOSS CARD ödəniş kartları üzrə xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanmışdır. Bundan sonra Cavabdeh ******************** hesabı üzrə plastik kart təqdim olunmuşdur. Cavabdeh AZ87BBTB******************** saylı blok hesabından AZ41BBTB******************** saylı kart hesabına xx.xx.2022-ci il tarixində sərəncamın ödənilməsi məqsədi ilə 218.14 azn vəsait köçürülmüşdür və sərəncam qismən icra edilmişdir, lakin eyni vaxtda cavabdeh ATM vasitəsi ilə vəsaiti kartdan nağd şəkildə məxaric etmişdir. Müştəri ilə bir neçə dəfə +**********83 nömrə ilə əlaqə saxlanılaraq yaranmış overdraft borcunun ödənilməsi üçün müraciət olunmuş və cavabdeh yaranmış borcu ödəcəyini bildirmişdir. Lakin bir neçə gündən sonra təkrar əlaqə saxlanıldıqda həmin nömrənin işləmədiyi məlum olmuşdur. Nəticədə müştərinin hesabında 217.95 AZN borc yaranmışdır. Beləliklə texniki yanlışlıq nəticəsində Cavabdeh hesabında vəsait olmadan Bank "xxxx" ASC-yə məxsus 217.95 manat vəsait hesabına əməliyyatlar etmişdir. Cavabdehə dəfələrlə şifahi, telefon bağlantısı ilə edilən xəbərdarlıqlara baxmayaraq 217.95 manat pulu banka qaytarmamışdır. Nəticədə iddiaçı məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları Bank "BTB” Açıq Səhmdar Cəmı̇ yyətinin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə baxışını onların iştirakı olmadan keçirib qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Mehralıyev Rı̇ zvan Ehtı̇ bar oğluna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəməyə ərizə ünvanlayaraq, ərizədə məhkəmə iclasını onun iştirakı olmadan və müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdeh Mehralıyev Rı̇ zvan Ehtı̇ bar oğlunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan 21 yanvar 2022-ci-il tarixli, BH/SF-5613-2022 saylı müqaviləsindən görünür ki, iddiaçı Bank "xxxx" ASC tərəfindən cavabdeh X1 ilə cari hesab və BOSS CARD ödəniş kartları üzrə xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli, Ried 2022/6102 saylı maliyyə arayışından görünür ki, Mehralıyev Rı̇ zvan Ehtı̇ bar oğlunun ******************** hesab üzrə overdraft borcu 217.95 manat təşkil edir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Mehralıyev Rı̇ zvan Ehtı̇ bar oğlu iddiaçıdan kredit məbləği almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüşdür. Borclu ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Bildiriş məktubundan görünür ki, Bank "BTB” Açıq Səhmdar Cəmı̇ yyəti kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə barəsində qanuni tədbirlərin görüləcəyi barədə borcluya xəbərdarlıq etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı Bank "BTB” Açıq Səhmdar Cəmı̇ yyətinin iddia tələbi tam əsaslıdır. Belə ki, məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür ki, 26.12.202-ci il tarixə cavabdeh Mehralıyev Rı̇ zvan Ehtı̇ bar oğlunun ******************** hesab üzə “overdraft” borcu 217.95 manat olmuşdur. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 40 (qırx) qəpik bank xidməti haqqı iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Mehralıyev Rı̇ zvan Ehtı̇ bar oğlundan 217.95 (iki yüz on yeddi manat doxsan beş qəpik) manat kredit borcu, 30 (otuz) manat dövlət rüsumu, habelə 40 (qırx) qəpik bank xidməti haqqı iddiaçı Bank "BTB” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh Mehralıyev Rı̇ zvan Ehtı̇ bar oğlundan 217.95 (iki yüz on yeddi manat doxsan beş qəpik) manat kredit borcu, 30 (otuz) manat dövlət rüsumu və 40 (qırx) qəpik bank xidməti haqqı iddiaçı Bank "BTB” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar