Məhkəmə qərarları › İş №e-2(025)-399/2024

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №e-2(025)-399/2024

03.12.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № e-2(025)-399/2024 03.12.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı Qəbələ rayon Bum bələdiyyəsinin sədri Nümayəndə2, onun vəkili Nümayəndə1, cavabdehlər Cavabdeh12 və Cavabdeh7 iştirakları ilə İddiaçı Qəbələ rayon Bum bələdiyyəsinin cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, X1, Cavabdeh12, Cavabdeh13, Cavabdeh7, Cavabdeh5, Cavabdeh8, Cavabdeh9, Cavabdeh6, Cavabdeh10 və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ ərazi İdarəsinə qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Qəbələ rayon Bum bələdiyyəsi cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, X1, Cavabdeh12, Cavabdeh13, Cavabdeh7, Cavabdeh5, Cavabdeh8, Cavabdeh9, Cavabdeh6, Cavabdeh10 və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ ərazi İdarəsinə qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair məhkəmədə iddia qaldıraraq, Qəbələ rayon Bum bələdiyyəsinin mülkiyyətində təsərrüfatdaxili yolun Cavabdeh9 tərəfindən çəkilmiş mişar daşından ibarət hasarın öz hesabına sökülməsi, Cavabdeh5 tərəfindən qazılmış su arxı olan xəndəkin onun tərəfindən doldurulması, digər cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, X4, Cavabdeh12, Cavabdeh13, Cavabdeh7, Cavabdeh8, Cavabdeh6 və Cavabdeh10 tərəfindən qanunsuz olaraq ağac dirəklərə tikanli məftillərlə bağlanmış və dəmir barmaqlıqlardan ibarət hasar və qapıların öz hesablarına sökülərək-açılması və əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə, iş üzrə məhkəmə tikinti - texniki ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 sentyabr 2024-cü il tarixli, 3-16-16/2-10/738 saylı məhkəmə tikinti - texniki ekspertizasının rəyi məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olmuş və məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə icraat təzələnərək işin məhkəmə baxışı davam etdirilmişdir. Məhkəmə iclasında iddiaçı Qəbələ rayon Bum bələdiyyəsinin sədri Nümayəndə2 məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsinin baxılmamış saxlanılması, iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh12 məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında Cavabdeh7 məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirdi. Cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, X3, Cavabdeh13, Cavabdeh5, Cavabdeh8, Cavabdeh9, Cavabdeh6, Cavabdeh10 və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, X1, Cavabdeh13, Cavabdeh5, Cavabdeh8, Cavabdeh9, Cavabdeh6 və Cavabdeh10 və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərə alıb, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, ərizələr əsaslı olduğundan təmin edilməli, mülki iş baxılmamış saxlanılmalı, ərizəyə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddiaçı ərizəsinin qaytarılması barəsində ərizə verdikdə, cavabdeh isə işin mahiyyəti üzrə həll edilməsini tələb etmədikdə, iddia ərizəsi baxılmamış saxlanılır. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsasdır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli 03 saylı qərarının 15-ci maddəsinə əsasən, qərardadda işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölünməsi məsələsi də həll edilə bilər. Məhkəmə hesab edir ki, aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 50 (iki yüz) manat məbləğində pul, iddiaçı Qəbələ rayon Bum bələdiyyəsindən tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11, 263-264, 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Qəbələ rayon Bum bələdiyəsinin cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, X1, Cavabdeh12, Cavabdeh13, Cavabdeh7, Cavabdeh5, Cavabdeh8, Cavabdeh9, Cavabdeh6, Cavabdeh10 və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ ərazi İdarəsinə qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçı Qəbələ rayon Bum bələdiyyəsinə geri qaytarılsın. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 50 (iki yüz) manat məbləğində pul, iddiaçı Qəbələ rayon Bum bələdiyyəsindən tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qərardadın icrası ekspertiza xərcinin ödənilməsi hissəsində icra olunması üçün Qəbələ rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar