Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-4/2025 13.08.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “mülkiyyətdə olan torpaq sahəsinin ətrafına çəkilmiş metal torun sökülməsi və istifadəsinə törədilən maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq mübahisələri, torpaq sahəsinin boşaldılması) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mülkiyyətdə olan torpaq sahəsinin ətrafına çəkilmiş metal torun sökülməsi və istifadəsinə törədilən maneələrin aradan qaldırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “mülkiyyətdə olan torpaq sahəsinin ətrafına çəkilmiş metal torun sökülməsi və istifadəsinə törədilən maneələrin aradan qaldırılması” tələbi barədə iddia qaldıraraq ailə üzvlərinin ümumi mülkiyyətində olan JN–0039 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən 39 nömrəli planda sərhədləri göstərilən Qəbələ rayonu Yemişanlı kəndində yerləşən 1.12 ha torpaq sahəsinin zəbt olunmuş 0.31 ha hissəsinin ətrafına çəkilmiş metal torun sökülərək istifadəsinə törədilən maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, islahat nəticəsində İddiaçı beş nəfərdən ibarət ailə üzvlərinin (X10, İddiaçı, X8, X2 Ülfət Ramiz oğlu və X11) ümumi mülkiyyətinə Qəbələ rayonu Yemişanlı kəndi ərizəsində cəmi 1,40 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmiş və JN 0039 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında qeyd olunan 39 və 39C nömrəli plan əsasında ayrı-ayrı yerlərdə təhkim edilmişdir. Həmin torpaq sahəsinin 39 nömrəli planda sərhədləri göstərilən 1.12 ha ərazisinin 0.31 ha hissəsi Cavabdeh tərəfindən metal torla çəpərə alınaraq qalan hissədən ayrılmış və uzun müddət ərzində qanunsuz şəkildə istifadə olunmuşdur. Ona görə də, İddiaçı ailə üzvlərinin ümumi mülkiyyətində olan JN– 0039 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən 39 nömrəli planda sərhədləri göstərilən Qəbələ rayonu Yemişanlı kəndində yerləşən 1.12 ha torpaq sahəsinin zəbt olunmuş 0.31 ha hissəsinin ətrafına çəkilmiş metal torun sökülərək istifadəsinə törədilən maneələrin Cavabdeh tərəfindən aradan qaldırılması barədə iddia qaldırılmışdır. Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, X1 ailə üzvlərinə məxsus olan JN–0041 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən 41 nömrəli planda sərhədləri göstərilən Qəbələ rayonu Yemişanlı kəndində yerləşən 1.16 ha torpaq sahəsinin 0,5834 ha hissəsini xx.xx.2014-cü il tarixli 4Ə-20 nömrəli müqavilə əsasında alqı-satqı yolu ilə əldə etmiş və ərazidə fındıq bağı, qoz, şabalıd, gilas və s. meyvə ağacları yetişdirərək indiyədək təyinatı üzrə istifadə etmişdir. Həmin torpaq sahəsinin ərazi sərhədləri AR İN ƏM DX DƏDKR PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən plan əsasında yerə köçürülmüş və döngə nöqtələri təyin olunaraq AA 587273 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. İddiaçı ailə üzvlərinə məxsus olan JN–0039 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən 39 nömrəli planda sərhədləri göstərilən Qəbələ rayonu Yemişanlı kəndində yerləşən 1.12 ha torpaq sahəsinin yer üzərində döngə nöqtələri indiyədək təyin olunmamış və elektron xəritədə əks edilməmişdir. Həmin torpaq sahəsinin ərazi sərhədləri elektron kadastr məlumat bazasına daxil edilmədiyindən yer üzərinə dəqiqliklə köçürülməsi mümkün olmamış və məsələnin yaxın vaxtlarda həll ediləcəyi barədə İddiaçı bildirilmişdir. Ona görə də, iddia tələbi əsassızdır. İşdə olan JN-0039 nömrəli «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktına əsasən 39 nömrəli planda sərhədləri göstərilən Qəbələ rayonu Yemişanlı kəndində yerləşən 11191,0 kv/m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Qəbələ rayon AİK-in 25 iyun 1998-ci il tarixli 11 nömrəli qərarı ilə X10, İddiaçı, X8, X9 və X4 ümumi birgə mülkiyyətinə verilmişdir. İşdə olan JN-0041 nömrəli «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktına əsasən 41 nömrəli planda sərhədləri göstərilən Qəbələ rayonu Yemişanlı kəndində yerləşən 11668,0 kv/m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Qəbələ rayon AİK-in 25 iyun 1998-ci il tarixli 11 nömrəli qərarı ilə X3 və qeyrilərinin ümumi birgə mülkiyyətinə verilmişdir İşdə olan «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın surətinə əsasən AA 587273 saylı planda sərhədləri göstərilən Qəbələ rayonu Yemişanlı kəndində yerləşən 0.5834 ha torpaq sahəsi (reyestr nömrəsi: **********41) Cavabdeh adına xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır. İşdə olan AR İN ƏMDX DƏDKR PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-21-3-42/2-1621/2025 saylı Mütəxəssis Rəyində göstərilmişdir ki, AA 587273 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində sərhədləri göstərilən Qəbələ rayonu Yemişanlı kəndi ərazisində yerləşən 0.5834 ha (reyestr nömrəsi: **********41) kənd təsərrüfatı təyinatlı torpaq sahəsi JN 0041 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən 41 nömrəli planda sərhədləri göstərilən Qəbələ rayonu Yemişanlı kəndində yerləşən 11668.0 kv/m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri daxilində yerləşir; AA 587273 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən plan və koordinatlar JN 0041 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında göstərilən 41 nömrəli planın bir hissəsinə uyğundur, AA 587273 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində sərhədləri göstərilən Qəbələ rayonu Yemişanlı kəndi ərazisində yerləşən 0.5834 ha (5834kv.m) (reyestr nömrəsi: **********41) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin faktiki naturadakı sərhədləri JN 0039 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən 39 nömrəli planda sərhədləri göstərilən Qəbələ rayonu Yemişanlı kəndində yerləşən 11191,0 kv/m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ərazi sərhədləri ilə üst-üstə düşmür; Mübahisəli torpaq sahəsi JN 0039 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən 39 nömrəli planda sərhədləri göstərilən Qəbələ rayonu Yemişanlı kəndində yerləşən 11191.0 kv.m (1.12 hektar) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə aiddir. 11191.0 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.1757 hektar (1757 kv.m) hissəsi X5 tərəfindən, 0.33 hektar (3300 kv.m) hissəsi Cavabdeh tərəfindən istifadə olunur. 11191.0 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.6134 hektar (6134 kv.m) hissəsi İddiaçı özünün istifadəsindədir. İşdə olan AR ƏN MEM tərəfinfən verilmiş xx.xx.2025-ci il tarixli, 10/3100 nömrəli ekspert rəyində göstərilmişdir ki, AA 587273 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində sərhədləri göstərilən Qəbələ rayonu Yemişanlı kəndi ərazisində yerləşən 0.5834 ha (reyestr nömrəsi: **********41) kənd təsərrüfatı təyinatlı torpaq sahəsi JN 0041 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən 41 nömrəli planda sərhədləri göstərilən Qəbələ rayonu Yemişanlı kəndində yerləşən 11668.0 kv/m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri daxilində yerləşir; AA 587273 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən plan və koordinatlar JN 0041 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında göstərilən 41 nömrəli planın bir hissəsinə uyğundur, AA 587273 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində sərhədləri göstərilən Qəbələ rayonu Yemişanlı kəndi ərazisində yerləşən 0.5834 ha (5834kv.m) (reyestr nömrəsi: **********41) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin faktiki naturadakı sərhədləri JN 0039 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən 39 nömrəli planda sərhədləri göstərilən Qəbələ rayonu Yemişanlı kəndində yerləşən 11191,0 kv/m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ərazi sərhədləri ilə üst-üstə düşmür; Mübahisəli torpaq sahəsi JN 0039 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən 39 nömrəli planda sərhədləri göstərilən Qəbələ rayonu Yemişanlı kəndində yerləşən 11191.0 kv.m (1.12 hektar) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə aiddir. 11191.0 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.1757 hektar (1757 kv.m) hissəsi X5 tərəfindən, 0.33 hektar (3300 kv.m) hissəsi Cavabdeh tərəfindən istifadə olunur. 11191.0 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.6134 hektar (6134 kv.m) hissəsi İddiaçı özünün istifadəsindədir. AR MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, İddiaçı mülkiyyətində olan Qəbələ rayonu Yemişanlı kəndində yerləşən 1,12 hektar torpaq sahəsinin sahəsinin 0.33 hektar (3300 kv.m) hissəsinə Cavabdeh heç bir əsası olmadan yiyələnərək ərazidən faktiki surətdə istifadə edir. AR Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. AR Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərancam vermək hüquqlarından ibarətdir. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi..... əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. AR Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci bəndinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Həmin Məcəllənin 111-ci maddəsinin 3-cü bəndinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, İddiaçı ümumi birgə mülkiyyət hüququ ilə məxsus olan JN 0039 A saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən 39 nömrəli planda sərhədləri göstərilən Qəbələ rayonu, Yemişanlı kəndində yerləşən 11191.0 kv.m (1.12 hektar) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin AR İN ƏMDX DƏDKR PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-21-3-42/2-1621/2025 nömrəli Mütəxəssis Rəyinə əlavə edilmiş 5 nömrəli yerquruluşu planında qeyd olunmuş koordinatları əhatə edən 0,33 hektar hissəsi Cavabdeh qanunsuz sahibliyindən geri alınıb onun özünə qaytarılmalı və həmin torpaq sahələri üzərində çəkilmiş metal torlar sökülərək ərazi əvvəlki vəziyyətə qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: İddia tələbi təmin edilsin. İddiaçı ümumi birgə mülkiyyət hüququ ilə məxsus olan JN 0039 A saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən 39 nömrəli planda sərhədləri göstərilən Qəbələ rayonu, Yemişanlı kəndində yerləşən 11191.0 kv.m (1.12 hektar) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin AR İN ƏMDX DƏDKR PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3- 21-3-42/2-1621/2025 nömrəli Mütəxəssis Rəyinə əlavə edilmiş 5 nömrəli yerquruluşu plandında qeyd olunmuş koordinatları əhatə edən 0,33 hektar hissəsi Cavabdeh qanunsuz sahibliyindən geri alınıb onun özünə qaytarılsın və həmin torpaq sahələri üzərində çəkilmiş metal torlar sökülərək ərazi əvvəlki vəziyyətə qaytarılsın. Cavabdeh 100,0 (bir yüz) manat dövlət rüsumu, 93 (doxsan üç) manat xidmət haqqı və 50 (əlli) manat ekspertiza xərci tutulub İddiaçı xeyrinə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №e-2(025)-4/2025
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-4/2025
13.08.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver