Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-40/2025 17.04.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “cavabdeh tərəfindən bağlanılmış gediş-gəliş yolunun açılması” tələbinə dairmülki iş üzrə (Açar sözlər: yol yerinin açılması, yol yerində olan maneələrin cavabdehin hesabına sökülməsi) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı, Cavabdeh, üçüncü şəxslər X10 və Qəbələ rayon Mıxlıqovaq bələdiyyəsinin nümayəndəsi (sədri) Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh qarşı “cavabdeh tərəfindən bağlanılmış gediş-gəliş yolunun açılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “cavabdeh tərəfindən bağlanılmış gediş-gəliş yolunun açılması” tələbinə dair məhkəmədə iddia qaldıraraq, JN-001A, kod 40614038 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə və JN-0061, kod 40614038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında ona və digər ailə üzvlərinin xüsusi mülkiyyətinə verilmiş Qəbələ rayonu, Kötüklü kəndindəki 0.09 ha həyətyanı və 7347.20 kv.m.(61N) kənd təsərrüfatı məhsulları istehsalı məqsədli torpaq sahəsinin ətrafında nəzərdə tutulmuş ümumi gediş-gəliş yolunda Cavabdeh tərəfdən qoyulmuş qapının və çəpərin sökülərək götürülməsi, zəbt olunmuş gediş-gəliş yolunun açılması və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 27 noyabr 1997-ci il tarixli, 25 saylı qərarı ilə ona və digər ailə üzvləri həyat yoldaşı X4, uşaqları X16, X24 və X17 Qəbələ rayonu Kötüklü kəndi ərazisindən 0.12 ha fərdi yaşayış evi, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsinə görə JN-001A, kod 40614038 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. Eyni zamanda Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 25 noyabr 2005-ci il tarixli 25 saylı qərarı ilə ona, digər ailə üzvləri mərhum valideynləri atası X25, anası X6, həyat yoldaşı X4, uşaqları X16 və X24 Qəbələ rayonu ərazisindən 1.23 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədli torpaq sahəsinə görə JN-0061, kod 40614038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmiş, həmin Dövlət Aktında nəzərdə tutulan 7347.20 kv.m.(61N) hissəsi 0.12 ha həyətyanı torpaq sahəsi ilə bitişik formamdadır. Hal-hazırda qeyd olunan torpaq sahələri meyvə ağaclarından ibarət bağ sahəsidir. Ona və digər ailə üzvlərinə məxsus həyətyanı və kənd təsərrüfatı məhsulları istehsalı məqsədli torpaq sahələrinə giriş-çıxış yolu mövcuddur. Lakin bir müddətdir ki, onunla qonşu olan Cavabdeh bir tərəfdən ümumi gediş-gəliş yolunu bağlayaraq həmin hissədə çəpər çəkmiş və dəmir barmaqlıqdan ibarət qapı qoyaraq yoldan istifadəni mümkünsüz etmişdir. Dəfələrlə bu barədə onların mübahisələrinin yaranmasına baxmayaraq cavabdeh şəxs ümumi gediş-gəliş yolunda olan qapını könüllü olaraq çıxararaq götürməmiş, çəpəri isə sökməmişdir. O və digər ailə üzvləri bağ sahələrinə ensiz cığır vasitəsilə gedib gəlirlər və çox vaxt yığdıqları meyvəni bağ sahələrinə nəqliyyat vasitəsi gedə bilmədiyinə görə orda qalaraq xarab və ya oğurlanır. Bütün bunlara baxmayaraq hal-hazıradək Cavabdeh qapı qoyduğu hissədə hər hansı gediş-gəliş yolunun olmadığını, həmin yol ərazisinin ona məxsus olduğunu iddia edir. Həmçinin, o, bu barədə Bələdiyyəyə, Daşınmaz əmlakın dövlət reyestr xidmətinə məlumat verməyinə baxmayaraq mübahisəni həll etmək üçün məhkəməyə müraciət etməyini bildirmişlər. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda göstərdi ki, məhkəmə tərəfindən alınmış mütəxəssis və ekspert rəylərində də cavabdehin yol yerini bağladığı, bağlanmış yol yerinin Qəbələ rayonu Mıxlıqovaq Bələdiyyəsinin mülkiyyətində olması müəyyən edilmişdir. Göstərilənlərin nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək göstərmişdir ki, iddiaçı onun uzaq qohumudur. Onun həmin ərazidə torpaq sahəsi var, təxminən 30 il əvvəl həmin torpaq sahəsi mülkiyyətinə verilib. 2-3 il də orda ev tikib yaşayıb, sonra həmin yerdən evi söküb köçüb gedib. Ekspert rəyi ilə də tanışdır. Rəydə tək etirazı olan şey ordakı qobunun yarğan yazılmasıdır. Orada eni 15-20 metr olan dərin qobu var. Oranı dağıdıb yol salmaq mümkün deyil. Həmin qobudan yeddi ailəyə su gedir. O qobu dağılsa, o ailələr sudan məhrum olar. İddiaçının yolu hardandısa, getsin ordan da işləsin. Mütəxəssislər aparatla gəlib ölçü işləri aparanda demişlər ki, iddiaçının başqa yerdən yolu var. O vaxt Cavadov Mürvət adlı şəxs ona yol yeri vermişdir, o da gedib vaxtında yolu tutmamış, sonra da başqa şəxslər o yol yerini tutmuşlar, gedib yoluna sahib çıxsın. O, 50- 60 ildir ki, əziyyət çəkib bağ salmışdır, iddiaçıya torpaq verməyəcəkdir. Oradan yol açılsa, daim mübahisə olacaq. Çünki ordan 7 ailəyə su gedir. İki il iddiaçı ailəsi ilə orda yaşayıb, yol yeri də olub. İddiaçı həmin yoldan işləməlidir. Oradan maşın yolu açmaq mümkün deyil. Əraziyə baxış keçirən mütəxəssislər də əraziyə baxış keçirərkən demişlər ki, burdan yol açmaq mümkün deyildir. Qobunun 200 yaşı var. İddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə iclasında üçüncü şəxs Qəbələ rayon Mıxlıqovaq bələdiyyəsinin nümayəndəsi (sədri) Nümayəndə izahatında göstərdi ki, mübahisəli ərazidəki bələdiyyə torpağının Alcanov Mehman və Cavabdehlə heç bir müqaviləsi yoxdur. Müqavilə olan yer fakitiki yaşadıqları torpaq sahəsinə bağlı olan təxminən 85 sot yerdir. Oranı icarəyə götürüblər. Mübahisəli 7 sotla bağlı heç bir icarə müqaviləsi olmamışdır. Bu məsələ ilə bağlı vətəndaşlarla dəfələrlə söhbət aparmışdır. Eyni zamanda həmin torpaq sahəsinə gedən yol yerinin bələdiyyənin mülkiyyətində olması ekspert rəyi ilədə müəyyən olunur və onlar bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən yol yerinin verilməsinə etiraz etmirlər. Buna görə də məhkəmədən qanuni və ədalətli qərar qəbul olunmasını xahiş edir. Məhkəmə iclasında üçüncü şəxs X18 izahatında göstərdi ki, torpaq sahəsi ona məxsusdur. Torpaq islahatı aparılan zaman ona 0,41 ha torpaq sahəsi verilib. Həmin torpadan faktiki 0,05 ha torpaq sahəsi var. Qalan torpağın ilbəil vergisini ödəyir, lakin torpaq sahəsi faktiki yoxdur. Orda onun torpağına bitişik 0,07 ha bələdiyyəyə məxsus torpaq sahəsi var. Həmin sahə hündür kollardan ibarət yer olmuş, oranın kollarını təmizləyib, istifadəyə yararlı vəziyyətə gətirmişdir. Onun özünün qanuni verilmiş torpağı yerində yoxdur, cavabdeh də deyir ki, torpaq sahəsini aç, ora açıldığı təqdirdə suları kəsiləcək, su problemi yaranacaqdır. Ora su getməsə, torpaq məhv olacaqdır. Bələdiyyənin sədri də deyir ki, ordan yol yeri var, lakin tarix boyunca həmin yerdən yol olmamışdır. 03 aprel 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında X30 şahid qismində ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin Yerquruluşunun təşkili şöbəsinin müdiri vəzifəsində işləyir. Məhkəmə qərardadına əsasən yerində araşdırma aparılmışdır. Həmin ərazidə iddiaçının 73 sot və 12 sot olmaqla mülkiyyəti var. X10 adına həmin ərazidə 5 sot, X11 adına 32 sot torpaq sahələri var. Ancaq faktiki istifadələrində 66 sot torpaq sahəsi var. İslahat aparılan zaman orada yol yeri nəzərdə tutulmamışdır. Lakin torpaqların elektron uçotu aparılan zaman yarğana qədər həmin ərazidə yol yeri nəzərdə tutulmuşdur. Yarğanın üzərindən isə yol yeri nəzərdə tutulmamışdır. Həmçinin yarğan da Qəbələ rayonu Mıxlıqovaq Bələdiyyəsinin mülkiyyətindədir. Məhkəmə tərəflərin izahatlarını, işdə olan hüquqi sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşdə olan JN-001A (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin surətindən görünür ki, Qəbələ rayon AİK-in 27 noyabr 1997-ci il tarixli 25 nömrəli qərarına əsasən İddiaçı, X7, X13, X19 və X14 ümumi birgə mülkiyyətinə JN-001A (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən verilmiş 0,12 ha həyətyanı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan JN-0061 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının surətindən görünür ki, Qəbələ rayon AİK-in 25 noyabr 2006-ci il tarixli 25 nömrəli qərarına əsasən X20, X5, İddiaçı, X3, X21 və X22 ümumi birgə mülkiyyətinə JN- 0061 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktına əsasən verilmiş 1,23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan JN-0066 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının surətindən görünür ki, Qəbələ rayon AİK-in 25 noyabr 2006-ci il tarixli 25 nömrəli qərarına əsasən X10 və X8 ümumi birgə mülkiyyətinə JN-0066 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktına əsasən verilmiş 0,41 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 24dekabr 2024-cü il tarixli, 3-21-3-42/2-6969/2024 nömrəli mütəxəssis rəyində göstərilmişdir:1. İddiaçı və cavabdehin istifadəsində olan faktiki naturada ölçülmüş 1,25 hektar və 0,66 hektar torpaq sahəsi, Qəbələ rayonu Kötüklü kənd ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə (DVG) əsasən Kötüklü kənd inzibati ərazi dairəsinin sərhədləri daxilində kənd təsərrüfat təyinatlı torpaqlarına aid, uqodiyası çoxilik əkmələr olan xüsusi mülkiyyətindədir. X12 X15 (TEKUİS) əsasən sözügedən torpaq sahəsinin kateqoriyası kənd təsərrüfat təyinatlı torpaqları, uqodiyası çoxilik əkmələr, bələdiyyə mülkiyyətdə olan ərazi kimi göstərilmişdir. İddiaçı, X7, X13, X19 və X14 ümumi birgə mülkiyyətinə verilmiş JN-001A (kod: ********) nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" şəhadatnaməyə əsasən verilmiş 0,12 həyətyanı təyinatlı torpaq sahəsinin hüdudları müəyyən edildi. 2. Mübahisəli torpaq sahəsinin daxilində yerləşən İddiaçı və ailə üzvlərinin adına tərtib edilmiş JN-61N nömrəli "Torpağa mülkiyyət hüququna dair" dövlət aktına əsasən verilmiş 0,73 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüdudları müəyyən edildi. 3. Cavabdehin istifadəsində olan torpaq sahəsinin daxilində yerləşən X10 və X8 ümumi birgə mülkiyyətinə verilmiş JN-66K nömrəli "Torpağa mülkiyyət hüququna dair" dövlət aktına əsasən verilmiş 0,05 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüdudları müəyyən edildi. 4. İddiaçının faktiki istifadəsində olan həmçinin sənəd üzrə mülkiyyətinə verilmiş JN- 1A "Torpağın mülkiyyətə verilməsinə dair" şəhadatnaməyə əsasən verilmiş 0,12 hektar həyətyanı təyinatlı torpaq sahəsinə və "Torpağa mülkiyyət hüququna dair" dövlət aktına əsasən verilmiş 0,73 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə iddia etdiyi cavabdehin istifadəsində olan torpaq sahəsi üzərindən keçməklə gediş gəliş yolu nəzərdə tutulmamışdır. İddiaçının iddia etdiyi yol yeri DWG baza məlumatlarına esasən bələdiyyə mülkiyyətidir. İddiaçının iddia etdiyi yol yeri X12 X15 (TEKUİS) əsasən isə yol yeri kimi qeyd edilmişdir. Həmin yol yeri iddiaçı ilə cavabdehə aid torpaq sahələrinin sərhədində yerləşən yarğanda bitir. 5. İddiaçının açılmasını tələb etdiyi, faktiki cavabdehin istifadəsində olan torpaq sahəsində bələdiyyə mülkiyyətinə aid torpaqlara aiddir. 6. İddiaçının açılmasını tələb etdiyi yol yeri cavabdehin istifadəsində olan bələdiyyə mülkiyyətinə aid ərazidə yerləşir. 7. İddiaçının açılmasını tələb etdiyi yol yeri cavabdehin mülkiyyətinə aid torpaq sahəsində yerləşmir. 8. İddiaçının açılmasını tələb etdiyi yol yeri cavabdeh tərəfindən metal hasarla bağlanılmışdır. İddiaçının iddia etdiyi yol yeri 0,076 hektardır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-16-16/2-10/52 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyindən görünür ki, 1. İddiaçı və cavabdehin istifadəsində olan faktiki naturada ölçülmüş 1,25 hektar və 0,66 hektar torpaq sahəsi, Qəbələ rayonu Kötüklü kənd ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə (DVG) əsasən Kötüklü kənd inzibati ərazi dairəsinin sərhədləri daxilində kənd təsərrüfat təyinatlı torpaqlarına aid, uqodiyası çoxilik əkmələr olan xüsusi mülkiyyətindədir. X12 X15 (TEKUİS) əsasən sözügedən torpaq sahəsinin kateqoriyası kənd təsərrüfat təyinatlı torpaqları, uqodiyası çoxilik əkmələr, bələdiyyə mülkiyyətdə olan ərazi kimi göstərilmişdir. İddiaçı, X7, X13, X19 və X14 ümumi birgə mülkiyyətinə verilmiş JN-001A (kod: ********) nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" şəhadatnaməyə əsasən verilmiş 0,12 həyətyanı təyinatlı torpaq sahəsinin hüdudları müəyyən edildi. 2. Mübahisəli torpaq sahəsinin daxilində yerləşən İddiaçı və ailə üzvlərinin adına tərtib edilmiş JN-61N nömrəli "Torpağa mülkiyyət hüququna dair" dövlət aktına əsasən verilmiş 0,73 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüdudları müəyyən edildi. 3. Cavabdehin istifadəsində olan torpaq sahəsinin daxilində yerləşən X10 və X8 ümumi birgə mülkiyyətinə verilmiş JN-66K nömrəli "Torpağa mülkiyyət hüququna dair" dövlət aktına əsasən verilmiş 0,05 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüdudları müəyyən edildi. 4. İddiaçının faktiki istifadəsində olan həmçinin sənəd üzrə mülkiyyətinə verilmiş JN-1A "Torpağın mülkiyyətə verilməsinə dair" şəhadatnaməyə əsasən verilmiş 0,12 hektar həyətyanı təyinatlı torpaq sahəsinə və "Torpağa mülkiyyət hüququna dair" dövlət aktına əsasən verilmiş 0,73 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə iddia etdiyi cavabdehin istifadəsində olan torpaq sahəsi üzərindən keçməklə gediş gəliş yolu nəzərdə tutulmamışdır. İddiaçının iddia etdiyi yol yeri DWG baza məlumatlarına esasən bələdiyyə mülkiyyətidir. İddiaçının iddia etdiyi yol yeri X12 X15 (TEKUİS) əsasən isə yol yeri kimi qeyd edilmişdir. Həmin yol yeri iddiaçı ilə cavabdehə aid torpaq sahələrinin sərhədində yerləşən yarğanda bitir. 5. İddiaçının açılmasını tələb etdiyi, faktiki cavabdehin istifadəsində olan torpaq sahəsində bələdiyyə mülkiyyətinə aid torpaqlara aiddir. 6. İddiaçının açılmasını tələb etdiyi yol yeri cavabdehin istifadəsində olan bələdiyyə mülkiyyətinə aid ərazidə yerləşir. 7. İddiaçının açılmasını tələb etdiyi yol yeri cavabdehin mülkiyyətinə aid torpaq sahəsində yerləşmir. 8. İddiaçının açılmasını tələb etdiyi yol yeri cavabdeh tərəfindən metal hasarla bağlanılmışdır. İddiaçının iddia etdiyi yol yeri 0,076 hektardır. İşdə olan Azərbaycan Dövlət Su X1 X29 Xidməti Publik Hüquqi X41 X2 İdarəsi tərəfindən verilmiş 11 aprel 2025-ci il tarixli, 111 nömrəli arayışda göstərilmişdir ki, Kötüklü kəndi ərazisində vətəndaşlar arasındakı mübahisə edilən ərazidə Qəbələ Su X2 idarəsinə məxsus heç bir kanal, arx mövcud deyil. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinin tələbinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. 175.1-ci maddəsinə əsasən əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o, tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir.Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilməklə birbaşa qüvvəyə malikdir. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının vəəsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinəəsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı, işin halları, təqdim olunmuş sübutlarla, tərəflərin izahatları ilə müəyyən olunmuşdur ki, JN-001A (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən İddiaçı, X7, X13, X19 və X14 ümumi birgə mülkiyyətinə verilmiş 0,12 ha həyətyanı təyinatlı torpaq sahəsi verilmişdir. Eyni zamanda JN-0061 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktına əsasənX20, X5, İddiaçı, X3, X21 və X22 ümumi birgə mülkiyyətinə 1,23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir.İddiaçı sözügedən torpaq sahələrinə gedən yol yerinin cavabdeh tərəfindən bağlandığını, bu səbəbdən yol yerinin cavabdehin hesabına sökülməsini və yol yerində olan maneələrin cavabdehin hesabına aradan qaldırılmasını tələb edir. Cavabdeh isə iddiaçının iddiaçı etdiyi yerin yol yeri olmadığını, həmin yerin neçə illərdir onun mülkiyyətində olduğunu, bu səbəbdən iddia tələbinin rədd edilməsini xahiş edir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 24 dekabr 2024-cü il tarixli, 3-21-3-42/2-6969/2024 nömrəli mütəxəssis rəyində və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-16-16/2-10/52 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyindəgöstərilmişdir ki, 1. İddiaçı və cavabdehin istifadəsində olan faktiki naturada ölçülmüş 1,25 hektar və 0,66 hektar torpaq sahəsi, Qəbələ rayonu Kötüklü kənd ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə (DVG) əsasən Kötüklü kənd inzibati ərazi dairəsinin sərhədləri daxilində kənd təsərrüfat təyinatlı torpaqlarına aid, uqodiyası çoxilik əkmələr olan xüsusi mülkiyyətindədir. X12 X15 (TEKUİS) əsasən sözügedən torpaq sahəsinin kateqoriyası kənd təsərrüfat təyinatlı torpaqları, uqodiyası çoxilik əkmələr, bələdiyyə mülkiyyətdə olan ərazi kimi göstərilmişdir. İddiaçı, X7, X13, X19 və X14 ümumi birgə mülkiyyətinə verilmiş JN-001A (kod: ********) nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" şəhadatnaməyə əsasən verilmiş 0,12 həyətyanı təyinatlı torpaq sahəsinin hüdudları müəyyən edildi. 2. Mübahisəli torpaq sahəsinin daxilində yerləşən İddiaçı və ailə üzvlərinin adına tərtib edilmiş JN-61N nömrəli "Torpağa mülkiyyət hüququna dair" dövlət aktına əsasən verilmiş 0,73 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüdudları müəyyən edildi. 3. Cavabdehin istifadəsində olan torpaq sahəsinin daxilində yerləşən X10 və X8 ümumi birgə mülkiyyətinə verilmiş JN-66K nömrəli "Torpağa mülkiyyət hüququna dair" dövlət aktına əsasən verilmiş 0,05 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüdudları müəyyən edildi. 4. İddiaçının faktiki istifadəsində olan həmçinin sənəd üzrə mülkiyyətinə verilmiş JN-1A "Torpağın mülkiyyətə verilməsinə dair" şəhadatnaməyə əsasən verilmiş 0,12 hektar həyətyanı təyinatlı torpaq sahəsinə və "Torpağa mülkiyyət hüququna dair" dövlət aktına əsasən verilmiş 0,73 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə iddia etdiyi cavabdehin istifadəsində olan torpaq sahəsi üzərindən keçməklə gediş gəliş yolu nəzərdə tutulmamışdır. İddiaçının iddia etdiyi yol yeri DWG baza məlumatlarına esasən bələdiyyə mülkiyyətidir. İddiaçının iddia etdiyi yol yeri X12 X15 (TEKUİS) əsasən isə yol yeri kimi qeyd edilmişdir. Həmin yol yeri iddiaçı ilə cavabdehə aid torpaq sahələrinin sərhədində yerləşən yarğanda bitir. 5. İddiaçının açılmasını tələb etdiyi, faktiki cavabdehin istifadəsində olan torpaq sahəsində bələdiyyə mülkiyyətinə aid torpaqlara aiddir. 6. İddiaçının açılmasını tələb etdiyi yol yeri cavabdehin istifadəsində olan bələdiyyə mülkiyyətinə aid ərazidə yerləşir. 7. İddiaçının açılmasını tələb etdiyi yol yeri cavabdehin mülkiyyətinə aid torpaq sahəsində yerləşmir. 8. İddiaçının açılmasını tələb etdiyi yol yeri cavabdeh tərəfindən metal hasarla bağlanılmışdır. İddiaçının iddia etdiyi yol yeri 0,076 hektardır. Məhkəmə qeyd edir ki, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü madəsi təşkil edir. Həmin maddənin tələbinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Qeyd edilən maddənin dispozitiv şərtlərinə görə iddia qaldırmış şəxs ya mülkiyyətçi, ya da əmlakın qanuni sahibi olmalı və onun mülkiyyətinə və ya qanuni sahibliyində olan əmlaka qəsd və ya başqa maneə mövcud olmalıdır. Hazırkı iddia tələbi üzrə ekspert rəyindən və mütəxəssis rəylərindən görünür ki, iddiaçının iddia etdiyi yol yeri DWG baza məlumatlarına əsasən bələdiyyə mülkiyyətidir. İddiaçının iddia etdiyi yol yeri X12 X15 (TEKUİS) əsasən isə yol yeri kimi qeyd edilmişdir. Həmin yol yeri iddiaçı ilə cavabdehə aid torpaq sahələrinin sərhədində yerləşən yarğanda bitir. İddiaçının açılmasını tələb etdiyi, faktiki cavabdehin istifadəsində olan torpaq sahəsində bələdiyyə mülkiyyətinə aid torpaqlara aiddir. İddiaçının açılmasını tələb etdiyi yol yeri cavabdehin istifadəsində olan bələdiyyə mülkiyyətinə aid ərazidə yerləşir. İddiaçının açılmasını tələb etdiyi yol yeri cavabdehin mülkiyyətinə aid torpaq sahəsində yerləşmir. İddiaçının açılmasını tələb etdiyi yol yeri cavabdeh tərəfindən metal hasarla bağlanılmışdır. İddiaçının iddia etdiyi yol yeri 0,076 hektardır. Göründüyü kimi ekspert rəyindən və mütəxəssis rəylərindən də müəyyən edilir ki, iddiaçının açılmasını tələb etdiyi yol yeri cavabdehin mülkiyyətində deyil, lakin cavabdeh tərəfindən bağlanmışdır. Sözügedən yol yeri iddiaçı Qəbələ rayonu Mıxlıqovaq Bələdiyyəsinin mülkiyyətindədir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının iddia etdiyi və mülkiyyətlərində olan torpaq sahələrinə gedən yol yeri ərazinin ümumi xəritəsində (X12 X15 (TEKUİS)) nəzərdə tutulmuşdur və faktiki olaraq mövcuddur. Reallıqda həmin yol yeri cavabdeh tərəfindən istifadə olunur. Cavabdeh həmin yol yerinin onun mülkiyyəti olduğunu qeyd etsə də, ekspert rəyindən göründüyü kimi həmin yol yeri cavabdehin mülkiyyətində deyil və cavabdeh bunun əksini sübut edəcək heç bir sübutu onda olmaması səbəbindən məhkəməyə təqdim etməmişdir.İddiaçıisə yol yerinin açılmasını tələb edir və ekspert və mütəxəssis rəylərinə əsasən də müəyyən olunmuşdur ki, həmin yol yeri cavabdeh tərəfindən bağlanmışdır. Bu səbəbdən Cavabdehtərəfindən Qəbələ rayonu Mıxlıqovaq Bələdiyyəsinin mülkiyyətində olan yol yeri açılmalı və həmin yol yerinə cavabdeh tərəfindən maneələrə son qoyulmalıdır. Beləliklə, Qəbələ rayon Mıxlıqovaq Bələdiyyəsinin mülkiyyətində olan yol yerinin bağlanması nəticəsində İddiaçı torpaq sahələrinə gedişgəlişi məhdudlaşdırıldığından, iddia tələbinin əsaslandığı faktiki hallar Mülki Məcəllənin 157.4-cü maddəsinin dispozitiv şərtlərinə uyğun olduğundan və iddiaçının iddia etdiyi maneə mövcud olduğundan iddia əsaslıdır və bu səbəbdən iddia tələbitəmin edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, iddia tələbi üzrə mütəxəssis və ekspert rəylərindən görünür ki, cavabdeh tərəfindən tutulmuş yol yeri Mıxlıqovaq bələdiyyəsinin mülkiyyətindədir. Lakin cavabdeh bələdiyyənin mülkiyyətində olan yol yerini qanunsuz tutmaqla, iddiaçının mülkiyyətində və qanuni sahibliyində olan torpaq sahəsindən istifadəsinə maneə yaradır. Mülki işin məhkəmə araşdırılması zamanı Qəbələ rayonu Mıxlıqovaq Bələdiyyəsinin sədri Nümayəndə verdiyi izahatında həmin ərazidən İddiaçı yol yerilməsinə etiraz etmədiyini bildirmişdir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübut etmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınarsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcüd olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. İstinad olunan milli qanunvericilik normalarından və Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi hazırkı mübahisədə iddianı sübuetmə yükü iddiaçının üzərinə düşür. İşdə olan mütəxəssis rəylərinə və ekspert rəyinə əsasən iddiaçı Qəbələ rayonu Nic Bələdiyyəsinin mülkiyyətində olan yol yeri cavabdehin faktiki istifadəsində olması və cavabdeh tərəfindən tutulmuşdur. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu səbəbdən məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə araşdırması zamanı İddiaçı tərəfindən ödənilmiş95 manat mütəxəssis xərci iddiaçıya aid edilməlidir. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 100 (bir yüz) manat məbləğində pul Cavabdeh tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X9, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabınakeçirilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara, ekspert rəyinə məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, JN-001A (Kod: ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə və JN-0061 (Kod: ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair" dövlət aktı ilə İddiaçı və onun ailə üzvlərinin mülkiyyətində olan 0,12 ha həyətyanı torpaq sahəsinə və 0,7347 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinə yol yeri (0,076 ha)(Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 24 dekabr 2024-cü il tarixli, 3- 21-3-42/2-6969/2024 nömrəli mütəxəssis rəyində göstərilmiş formada) açılmalı və yol yerində olan qapı və çəpər Cavabdeh hesabına sökülməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. JN-001A (Kod: ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə və JN-0061 (Kod: ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair" dövlət aktı ilə İddiaçı və onun ailə üzvlərinin mülkiyyətində olan 0,12 ha həyətyanı torpaq sahəsinə və 0,7347 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinə yol yeri (0,076 ha)(Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 24 dekabr 2024-cü il tarixli, 3-21-3-42/2-6969/2024 nömrəli mütəxəssis rəyində göstərilmiş formada) açılsın və yol yerində olan qapı və çəpər Cavabdeh hesabına sökülsün. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. Ödənilmiş 95 (doxsan beş) manat mütəxəssis xərci iddiaçının özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 100 (bir yüz) manat məbləğində pul Cavabdeh tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X9, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №e-2(025)-40/2025
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-40/2025
17.04.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver