Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-406/2025 04.12.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Abdulhəmid oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və üçüncü şəxs Qəbələ rayonu Vəndam Bələdiyyəsinə qarşı “gediş-gəliş yolunun məcburi qaydada açılması və süni maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: gediş-gəliş yolunun məcburi qaydada açılması, süni maneələrin aradan qaldırılması) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsayeva Elvina Allahverdi qızının katibliyi, İddiaçı Abdulhəmid oğlunun vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə1, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, onun etibarnamə üzrə nümayəndəsi (bacısı) Nümayəndə2 iştirakları ilə İddiaçı Abdulhəmid oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və üçüncü şəxs Qəbələ rayonu Vəndam Bələdiyyəsinə qarşı “gediş-gəliş yolunun məcburi qaydada açılması və süni maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Abdulhəmid oğlu Cavabdeh1 və üçüncü şəxs Qəbələ rayonu Vəndam Bələdiyyəsinə qarşı “gediş-gəliş yolunun məcburi qaydada açılması və süni maneələrin aradan qaldırılması” tələbinə dair məhkəmədə iddia qaldıraraq, Qəbələ rayon AİK-nın 28 oktyabr 1998-ci il tarixli 19 saylı qərarına əsasən torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən (JN-1707 A, KOD ********) mənim mülkiyyətimə verilmiş 0.09 hektar həyətyanı torpaq sahəsinin planı və sərhədlərinin ölçüsünə dair sxemdə həyətyanı sahəmə gediş-gəliş yeri kimi təsbit edilmiş yolumun məcburi qaydada açılmasına, yaradılan süni maneələrin aradan qaldırılmasına, cavabdehə və başqa şəxslərə yola süni maneələr yarada biləcək hər hansı hərəkətlərin qadağan edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. 14 mart 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh2 mülki işə cavabdeh qismində işə cəlb edilmişdir. 30 sentyabr 2025-ci il tarixdə İddiaçı Abdulhəmid oğlunun vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 məhkəməyə elektron qaydada İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə (vəsatət) göndərərək, Cavabdeh3 əlavə cavabdeh qismində cəlb edilməsini xahiş etmiş, məhkəmənin eyni tarixdə keçirilən iclasında Cavabdeh3 əlavə cavabdeh qismində işə cəlb olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında X10 və X8 mülki işə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 57.1-ci maddəsinə əsasən Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər. İşin faktiki halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli 19 saylı qərarına əsasən qanuni istifadəsində olan 0.09 hektar həyətyanı torpaq sahəsi torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən (JN-1707 A, KOD ********) onun mülkiyyətimə verilmişdir. Şəhadətnamə 12956 nömrə ilə müvafiq kitabda qeydiyyata alınmışdır. Xeyli müddətdir ki, cavabdeh mülkiyyətində olan həmin torpaq sahəsinə dair şəhadətnamədə göstərilmiş və ərazinin baş planında təsbit edilmiş qaydada müvafiq gediş-gəliş yolumdan sərbəst və maneəsiz istifadə etməyimə qanunsuz və əsassız olaraq süni maneələr yaratmışlar. Belə ki, cavabdeh torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə üzrə torpaq sahəsinin planı və sərhədlərinin ölçüsünə dair sxemdə E-dən F-ə kimi onun həyətyanı sahəsinə gediş-gəliş yeri kimi təsbit edilmiş yolunu qanunsuz və əsassız olaraq hasara almış, həmin hissədə qismən yardımçı tikili həyata keçirmişdir. Bildirir ki, onun həyətyanı torpaq sahəsinə ayrılmış gediş-gəliş yolu kimi göstərilən hissənin həmin şəxsin mülkiyyətində və ya qanuni istifadəsinə olan torpaq sahəsinə heç bir aidiyyəti yoxdur, torpaq sahəsi ümumi bələdiyyə fonduna daxil sahə hesab edilir. Gediş -gəliş yolunun açılması ilə bağlı cavabdeh şəxsə süni maneələrin qarşılıqlı razılıq əsasında həlli, gediş-gəliş yolunun könüllü şəkildə açılması ilə bağlı təklifləri, o cümlədən bələdiyyə qurumu vasitəsilə müraciətləri öz müsbət həllini tapmamış qalmışdır. Hazırkı vəziyyətdə gediş-gəliş yolunun zəbt edilməsi səbəbindən mülkkiyyətçi kimi hüquqlarım kobud şəkildə pozulmaqda davam edir, sahiblik və istifadə hüquqlarını, həmçinin torpaq sahəsində fərdi yaşayış evi tikməklə bağlı hüquqlarını gerçəkləşdirə bilmir. Odur ki, qeyd olunan məsələyə məhkəmə qaydasında baxılıb həll edilməsi üçün hazırkı iddia ilə müraciət edir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə (vəsatət) onunla əsaslandırılmışdır ki, tərəfindən Qəbələ rayonunun Vəndam qəsəbəsində yaşayan Cavabdeh1 və qeyrilərinə qarşı “gediş-gəliş yolunun məcburi qaydada açılması, süni maneələrin aradan qaldırılması və qadağan edilməsi tələbinə dair” iddia ilə məhkəməyə müraciət olunmuş və məhkəmədən Qəbələ rayon AİK-nın 28 oktyabr 1998-ci il tarixli 19 saylı qərarına əsasən torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən (JN-1707 A, KOD ********) mənim mülkiyyətimə verilmiş 0.09 hektar həyətyanı torpaq sahəsinin planı və sərhədlərinin ölçüsünə dair sxemdə həyətyanı sahəmə gediş-gəliş yeri kimi təsbit edilmiş yolumun məcburi qaydada açılmasına, yaradılan süni maneələrin aradan qaldırılmasına, cavabdehə və başqa şəxslərə yola süni maneələr yarada biləcək hər hansı hərəkətlərin qadağan edilməsinə dair qətnamə çıxarması xahiş olunmuşdur. Qəbələ rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(025)-406/2025 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti texniki ekspertizası təyin edilmişdir. DƏDKR PHŞ-nin 9 saylı Qəbələ Ərazi idarəsinin mütəxəssisi tərəfindən tərəflərin iştirakı ilə xx.xx.2025-ci il tarixdə əraziyə baxış keçirilmiş və ölçü işləri aparılmış, Qəbələ Ərazi idarəsinin məhkəməyə ünvanlanmış 22.04. 2025-ci il tarixli 3-21-3-42/2-1749/2025 saylı tələbindən dərhal sonra, xx.xx.2025-ci il tarixdə idarənin hesabına tələb olunan 95 manat xidmət haqqı ödənilməsinə baxmayaraq mütəxəssis rəyi yalnız xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Mütəxəssis rəyində nəzərdə tutulmuş 0,0323 hektar yol yerinin Cavabdeh3 istifadəsində olan kənarları bərkidilmiş bələdiyyə mülkiyyətinə aid torpaq sahəsində yerləşdiyi qeyd olunmuşdur. Qeyd olunanlara əsasən Cavabdeh3 da hazırkı mübahisə üzrə əlavə cavabdeh qismində işə cəlb edilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı Abdulhəmid oğlunun vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda göstərdi ki, işlə bağlı mütəxəssis rəyi ilə tanışdır, fikrincə rəy qənaətbəxş hesab oluna bilər. Lakin bəzi hissələrdə fərqliliklər var. İlk olaraq əlavə cavabdeh kimi işə cəlb etdikləri şəxsin özünə və yaxın qohumlarına məxsus olan torpaq sahəsi, həmçinin bələdiyyəyə aid olan torpaq sahəsində ölçülər müxtəlifdir, lakin bu iş üçün çox da əhəmiyyət kəsb etmir. Bundan başqa əvvəkli cavabdehlərin şəhadətnamələrində 0.31 ha torpaq sahəsi vardır. Lakin bəzi yerlərdə göstərilir ki, 0.27 ha torpaq sahəsi vardır, qalanı bələdiyyəyə aiddir. Birinci rəydə yol yeri üçün ayrılmış torpaq sahəsinin 0.323 ha olduğu qeyd edilmiş, lakin indiki rəydə azaldılaraq 0.252 ha göstərilmişdir.Mütəxəssis rəyinə əsasən bəllidir ki, cavabdehlərin heçbir mülkiyyət hüquqlarına toxunulmur. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək göstərmişdir ki, həmin torpaq sahəsi “Torpağın mülkiyyətə verilməsi haqqında” Şəhadətnamə əsasında qardaşı Cavabdeh2 və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Hazırda həmin torpaq sahəsindən o, istifadə edir. Mübahisəsi gedən torpaq sahəsi ölkədə torpaq islahatı aparılmamışdan öncə onların istifadəsində olmuş, təxminən 1980-ci illərdə orda hasar çəkilmişdir. Lakin islahat aparılan zaman hansısa səbəbdən həmin ərazi yol yeri kimi göstərilmişdir. İddiaçı məhkəməyə müraciət etməmişdən öncə o, istəmişdir ki, öz aralarında mübahisəni həll etsinlər, lakin razılıq əldə edə bilməmişdirlər. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək göstərmişdir ki, torpaq sahəsi onun, mərhum anasının, mərhum həyat yoldaşının və qardaşının arvadının adınadır. Faktiki olaraq həmin torpaq qardaşı Cavabdeh1 istifadəsindədir. O, iddiaçı tərəfə bildirmişdir ki, yol yerinin açılmağına razıdır, lakin iddiaçı tərəf də hasar çəkilməyi üçün yaranan xərci ödəsin. İddiaçı tərəf buna razı olmamışdır. Məhkəmə iclasında Cavabdeh3 iddia tələbini qəbul etməyərək göstərmişdir ki, Cavabdeh1 onun qonşusudur. Onunla heç vaxt aralarında narazıçılıq olmamışdır. İddia edilən yerdə onun 40 ilə yaxın yaşı olan hasarı və təxminən 1962-ci ilə tikilmiş tövləsi var. Onlar Bakıya 1965-ci ildə köçmüşlər, hal-hazırda həmin yerdə daimi yaşayan biri yoxdur, lakin qayıtmağı düşünür. İddiaçı ona bu mübahisə ilə bağlı heç vaxt müarciət etməmişdir, amma digər cavabdehlərlə aralarında problem olduğundan məlumatı olmuşdur. Məhkəmə iclasında Cavabdeh3 etibarnamə üzrə nümayəndəsi (bacısı) Nümayəndə2 iddia tələbini qəbul etməyərək göstərmişdir ki, onlar həmin həyətə onun 4 yaşı olanda köçmüşlər, həmin vaxtlarda iddiaçının valideynləri qoz yığmaq üçün cavabdehlərin həyətindən keçirmişlər. Onlar ora köçəndən sonra 35 il olarki, hörmə çəpəri söküp yerinə daşdan hasar çəkmişlər. Onlar 10 bacı olmuşuq və hamısı müəyyən müddət o evdə gedib qalmışlar, Əzizov Naiq əvvəl həmin torpaqdan yol istəyirdi və həmin yol qoyulmuşdur. 16 oktyabr 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında məhkəmə iclasında üçüncü şəxs Qəbələ rayonu Vəndam Bələdiyyəsinin nümayəndəsi Nümayəndə3 izahatında göstərdi ki, məsələni tərəflər arasında torpaq mübadiləsi vasitəsilə həll etmək kimi bir təklif var idi. İddiaçı öz torpağından cavabdehlərə bir hissə verməli və cavabdehlər də buna uyğun olaraq öz torpaqlarından yol ayırmalı idilər. Lakin sonradan tərəflər arasında razılıq əldə etmək mümkün olmamışdır. 04 noyabr 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında X19 şahid qismində ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin Yerquruluşunun təşkili şöbəsinin mütəxəssisi vəzifəsində işləyirəm. İslahat vaxtında həm iddiaçı tərəfə, həm də cavabdehlər tərəfə həyətyanı torpaq sahələri verilmiş və yol yerləri ayrılmışdır. Lakin iddiaçının yol yeri Cavabdeh3 tərəfindən hasar çəkilərək bağlanılmışdır. Həmçinin ekspertiza təyin edildikdən 2 ay sonra rəy verilmişdir çünki, həmin sənədlər elektron sistem vasitəsilə müddətli şəkildə daxil olur. Ölçü işləri aparılır, 1 aydan sonra cavab göndərirlir və smeta tutulur. Ona görə də proses uzun müddət çəkir, yəni, səbəb texnikidir. Verilən suallara cavab olaraq isə, mübahisəli ərazidə ölçü işləri aparan zaman Cavabdeh3 məxsus torpaq sahəsi ilə bağlı hər hansı sual qoyulmadığına, həmçinin Cavabdeh3 torpaq sahəsi ilə bağlı hər hansı mübahisə olmadığına görə onun torpaq sahəsində hər hansı ölçmə işlərinin aparılmadığını qeyd etmişdir. 04 dekabr 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında X19 şahid qismində ifadəsində göstərmişdir ki, rəylərdə yol yerinin ölçülərinin fərqliliyi ona görə mövcuddur li, ilk rəydə bazada yol yeri faktiki bugünkü yol yeri kimi istifadə edilən yerlə bir yerdə hesablanmışdır. Yəni ona ümumi deyilmişdi ki, bura yol yeri kimi nəzərdə tutulmuşdur. Amma hal hazırda yola düşən hissəni çıxmışlar ki, ora yoldur və qapının düz yanından, qalanın küncündən hesablamışlar. Müəyyən olunmuşdur ki, cəmi 21 kv.metr ilk cavabdehlərin torpaq sahəsinə, 2.52 isə aşağı tərəfə düşmüşdür. Həmçinin iş icra edildikdə oradakı girinti-çıxıntılar da göstəriləcəkdir. 04 dekabr 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında X18 şahid qismində ifadəsində göstərmişdir ki, tərəflərin heç bir mülkiyyət hüququna toxunulmadan rəy verilmişdir. Yol konkret ölçüdə deyildir. Müxtəlif hissələrdə müxtəlif ölçülərdədir. İş icraya yönəldikdən sonra ölçülər dəqiq şəkildə təyin ediləcəkdir. Üçüncü şəxslər Qəbələ rayonu Vəndam Bələdiyyəsinin nümayəndəsi,X10 və X8 məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi olaraq məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Belə olan halda məhkəmə iclasını üçüncü şəxslərin iştirakı olmadan keçirməyi məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını, işdə olan hüquqi sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşdə olan JN-1707A (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 28 oktyabr 1998-ci il tarixli 19 nömrəli qərarına əsasən İddiaçı Abdulhəmid oğlunun mülkiyyətinə JN-1707A (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən 0,09 ha həyətyanı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan JN-1701A (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 28 oktyabr 1998-ci il tarixli 19 nömrəli qərarına əsasən X1, X2, X4 və X3 ümumi birgə mülkiyyətinə JN-1701A (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnaməyə əsasən 0,29 ha həyətyanı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2007-ci il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli, **********00 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın surətindən görünür ki, Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən 0,15 ha yaşayış məntəqələrinin torpaqları Cavabdeh3 mülkiyyətinə verilmişdir. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********51 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın surətindən görünür ki, Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən 0,06 ha yaşayış məntəqələrinin torpaqları X6 mülkiyyətinə verilmişdir. İş materiallarından müəyyən olur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən həmin torpaq sahəsinə dair xx.xx.2023-cü il tarixdə «Torpaq sahəsinin planı və ölçüsü» tərtib edilmişdir. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********52 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın surətindən görünür ki, Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən 0,06 ha yaşayış məntəqələrinin torpaqları X5 mülkiyyətinə verilmişdir. İş materiallarından müəyyən olur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən həmin torpaq sahəsinə dair xx.xx.2023-cü il tarixdə «Torpaq sahəsinin planı və ölçüsü» tərtib edilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 19 iyun 2025-ciil tarixli, 3-21-3-42/2-2646/2025nömrəli mütəxəssis rəyində göstərilmişdir: 1. İddiaçının istifadəsində olan faktiki naturada ölçülmüş 0,19 hektar torpaq sahəsi, Qəbələ rayonu, Vəndam qəsəbəsi ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə (DWG) əsasən Qəbələ rayonu inzibati ərazi dairəsinin sərhədləri daxilində yaşayış məntəqələrinin təyinatlı torpaqlarına aid, uqodiyası tikintialtı olan, JN-1707A (KOD: ********) nömrəli Şəhadətnamə ilə İddiaçı Abdulhəmid oğlunun və ailə üzvlərinin xüsusi mülkiyyətində və JN-4332B nömrə ilə qeyd edilmiş bələdiyyə mülkiyyətində yerləşir. X11 X12 (TEKUİS) əsasən sözügedən torpaq sahəsinin kateqoriyası yaşayış məntəqəsi torpaqları, uqodiyası tikintialtı, bələdiyyə mülkiyyətində olan ərazi kimi göstərilmişdir. JN-1707 A (kod: ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İddiaçı Abdulhəmid oğlunun mülkiyyətinə verilmiş 0,09 hektar həyətyanı torpaq sahəsi ilə faktiki naturada ölçülmüş sahə arasında konfiqurasiya fərdi mövcuddur. 2. Cavabdehin istifadəsində olan faktiki naturada ölçülmüş 0,31 hektar torpaq sahəsi, Qəbələ rayonu Vəndam qəsəbəsi ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə (DWG) əsasən Qəbələ rayonu inzibati ərazi dairəsinin sərhədləri daxilində yaşayış məntəqələrinin təyinatlı torpaqlarına aid, uqodiyası tikintialtı olan, JN-1701A (KOD: ********) nömrəli Şəhadətnamə ilə X1 və ailə üzvlərinin mülkiyyətində verilmiş 0,29 hektar həyətyanı torpaq sahəsi ilə faktiki naturada ölçülmüş sahə arasında konfiqurasiya fərdi mövcuddur. 3. JN-1707A (kod: ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İddiaçı Abdulhəmid oğlunun mülkiyyətinə verilmiş 0,09 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş yolu (ictimai yol) torpaq islahatına dair yerquruluşu xəritəsində (DWG) nəzərdə tutulmuşdur. Hal-hazırda faktiki naturada mövcud deyil. 4. JN-1707A (kod: ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İddiaçı Abdulhəmid oğlunun mülkiyyətinə verilmiş 0,09 ha həyətyanı torpaq sahəsinə torpaq islahatına dair yerquruluşu xəritəsində (DWG) yol yeri nəzərdə tutulmuşdur. 5. Sözügedən torpaq sahəsinə nəzərdə tutulmuş yol Cavabdeh3 istifadəsində olan kənarları bərkidilmiş torpaq sahəsində yerləşir. 6. İddiaçının mülkiyyətində olan torpaq sahəsinə torpaq islahatına dair yerquruluşu xəritəsində (DWG) yol yeri nəzərdə tutulmuşdur. Nəzərdə tutulmuş 0,0323 hektar yol yeri bələdiyyə mülkiyyətinə aid edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/4440 saylı məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki, 1. İddiaçının istifadəsində olan faktiki naturada ölçülmüş 0,19 hektar torpaq sahəsi, Qəbələ rayonu, Vəndam qəsəbəsi ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə (DWG) əsasən Qəbələ rayonu inzibati ərazi dairəsinin sərhədləri daxilində yaşayış məntəqələrinin təyinatlı torpaqlarına aid, uqodiyası tikintialtı olan, JN-1707A (KOD: ********) nömrəli Şəhadətnamə ilə İddiaçı Abdulhəmid oğlunun və ailə üzvlərinin xüsusi mülkiyyətində və JN-4332B nömrə ilə qeyd edilmiş bələdiyyə mülkiyyətində yerləşir. X11 X12 (TEKUİS) əsasən sözügedən torpaq sahəsinin kateqoriyası yaşayış məntəqəsi torpaqları, uqodiyası tikintialtı, bələdiyyə mülkiyyətində olan ərazi kimi göstərilmişdir. JN-1707 A (kod: ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İddiaçı Abdulhəmid oğlunun mülkiyyətinə verilmiş 0,09 hektar həyətyanı torpaq sahəsi ilə faktiki naturada ölçülmüş sahə arasında konfiqurasiya fərdi mövcuddur. 2. Cavabdehin istifadəsində olan faktiki naturada ölçülmüş 0,31 hektar torpaq sahəsi, Qəbələ rayonu Vəndam qəsəbəsi ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə (DWG) əsasən Qəbələ rayonu inzibati ərazi dairəsinin sərhədləri daxilində yaşayış məntəqələrinin təyinatlı torpaqlarına aid, uqodiyası tikintialtı olan, JN-1701A (KOD: ********) nömrəli Şəhadətnamə ilə X1 və ailə üzvlərinin mülkiyyətində verilmiş 0,29 hektar həyətyanı torpaq sahəsi ilə faktiki naturada ölçülmüş sahə arasında konfiqurasiya fərdi mövcuddur. 3. JN-1707A (kod: ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İddiaçı Abdulhəmid oğlunun mülkiyyətinə verilmiş 0,09 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş yolu (ictimai yol) torpaq islahatına dair yerquruluşu xəritəsində (DWG) nəzərdə tutulmuşdur. Hal-hazırda faktiki naturada mövcud deyil. 4. JN-1707A (kod: ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İddiaçı Abdulhəmid oğlunun mülkiyyətinə verilmiş 0,09 ha həyətyanı torpaq sahəsinə torpaq islahatına dair yerquruluşu xəritəsində (DWG) yol yeri nəzərdə tutulmuşdur. 5. Sözügedən torpaq sahəsinə nəzərdə tutulmuş yol Cavabdeh3 istifadəsində olan kənarları bərkidilmiş torpaq sahəsində yerləşir. 6. İddiaçının mülkiyyətində olan torpaq sahəsinə torpaq islahatına dair yerquruluşu xəritəsində (DWG) yol yeri nəzərdə tutulmuşdur. Nəzərdə tutulmuş 0,0323 hektar yol yeri bələdiyyə mülkiyyətinə aid edilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 26 noyabr 2025-ci il tarixli, 3-21-3-42/2-5911/2025 nömrəli mütəxəssis rəyində göstərilmişdir: 1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********51 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən X6 mülkiyyətinə verilmiş Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən 0,06 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin koordinatları və yerləşmə mövqeyi yerquruluşu planında göstərilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********52 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən X5 mülkiyyətinə verilmiş Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən 0,06 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin koordinatları və yerləşmə mövqeyi yerquruluşu planında göstərilmişdir. Cavabdeh3 istifadəsində olan faktiki naturada ölçülmüş 0,40 ha torpaq sahəsi, Qəbələ rayonu Vəndam qəsəbəsi ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə (DWG) əsasən Qəbələ rayonu Vəndam qəsəbəsinin inzibati sərhədləri daxilində yaşayış məntəqələri təyinatlı torpaqlara aid, uqodiyası tikintialtı, 0,10 hektar hissəsi JN-1742A nömrəli şəhadətnamə ilə xüsusi mülkiyyətdə 0,30 hektar hissəsi 4330B nömrə ilə qeyd edilmiş bələdiyyə mülkiyyətinə aid ərazidə yerləşir. 2. İddiaçı Abdulhəmid oğlunun mülkiyyətinə verilmiş 0,09 hektar həyətyanı torpaq sahəsinə islahat xəritəsinə (DWG) əsasən nəzərdə tutulmuş 0,0273 hektar yol yeri cavabdehlər Cavabdeh1 və Cavabdeh3 istifadəsində olan torpaq sahələrinin daxilindən keçir. 3. Yol yerinin 0,252 hektar hissəsi Cavabdeh3, 0,0006 hektar və 0,0015 hektar, cəmi 0,0021 hektar hissəsi Cavabdeh1 istifadəsindədir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinin tələbinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə görə, Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 170.1-ci maddəsinə əsasən İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 175.1-ci maddəsinə əsasən əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilməklə birbaşa qüvvəyə malikdir. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının vəəsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinəəsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı, işin halları, təqdim olunmuş sübutlarla, tərəflərin izahatları ilə müəyyən olunmuşdur ki, JN-1707A (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən İddiaçı Abdulhəmid oğlunun mülkiyyətinə JN-1707A (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən 0,09 ha həyətyanı təyinatlı torpaq sahəsi verilmişdir. İddiaçı sözügedən torpaq sahəsinə gedən yol yerinin cavabdehlər tərəfindən bağlandığını, süni maneələr yaradıldığını bildirərək, yol yerinin məcburi qaydada açılmasını, yaradılan süni maeələrin aradan qaldırılmasını, cavabdehə və başqa şəxslərə yola süni maneələr yarada biləcək hər hansı hərəkətlərin qadağan edilməsini tələb edir. Cavabdehlər isə iddiaçının iddia etdiyi yerin yol yeri olmadığını, həmin yerin neçə illərdir onların mülkiyyətində olduğunu, həmin torpaq sahəsinə heç vaxt yol yeri olmadığını, lakin nə cürəsə sənədlərdə yol yerinin nəzərdə tutulduğunu, lakin torpaq islahatı aparılmamışdan əvvəl də nəzərdə tutulmuş yol yerinin onların istifadəsinə olduğunu, bu səbəbdən iddia tələbinin rədd edilməsini xahiş edirlər. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 19 iyun 2025-ci il tarixli, 3-21-3-42/2-2646/2025nömrəlimütəxəssis rəyində və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/4440 saylı məhkəmə tikinti-texniki ekspertizasının rəyindəgöstərilmişdir ki, 1. İddiaçının istifadəsində olan faktiki naturada ölçülmüş 0,19 hektar torpaq sahəsi, Qəbələ rayonu, Vəndam qəsəbəsi ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə (DWG) əsasən Qəbələ rayonu inzibati ərazi dairəsinin sərhədləri daxilində yaşayış məntəqələrinin təyinatlı torpaqlarına aid, uqodiyası tikintialtı olan, JN-1707A (KOD: ********) nömrəli Şəhadətnamə ilə İddiaçı Abdulhəmid oğlunun və ailə üzvlərinin xüsusi mülkiyyətində və JN-4332B nömrə ilə qeyd edilmiş bələdiyyə mülkiyyətində yerləşir. X11 X12 (TEKUİS) əsasən sözügedən torpaq sahəsinin kateqoriyası yaşayış məntəqəsi torpaqları, uqodiyası tikintialtı, bələdiyyə mülkiyyətində olan ərazi kimi göstərilmişdir. JN-1707 A (kod: ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İddiaçı Abdulhəmid oğlunun mülkiyyətinə verilmiş 0,09 hektar həyətyanı torpaq sahəsi ilə faktiki naturada ölçülmüş sahə arasında konfiqurasiya fərdi mövcuddur. 2. Cavabdehin istifadəsində olan faktiki naturada ölçülmüş 0,31 hektar torpaq sahəsi, Qəbələ rayonu Vəndam qəsəbəsi ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə (DWG) əsasən Qəbələ rayonu inzibati ərazi dairəsinin sərhədləri daxilində yaşayış məntəqələrinin təyinatlı torpaqlarına aid, uqodiyası tikintialtı olan, JN-1701A (KOD: ********) nömrəli Şəhadətnamə ilə X1 və ailə üzvlərinin mülkiyyətində verilmiş 0,29 hektar həyətyanı torpaq sahəsi ilə faktiki naturada ölçülmüş sahə arasında konfiqurasiya fərdi mövcuddur. 3. JN-1707A (kod: ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İddiaçı Abdulhəmid oğlunun mülkiyyətinə verilmiş 0,09 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş yolu (ictimai yol) torpaq islahatına dair yerquruluşu xəritəsində (DWG) nəzərdə tutulmuşdur. Hal-hazırda faktiki naturada mövcud deyil. 4. JN-1707A (kod: ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İddiaçı Abdulhəmid oğlunun mülkiyyətinə verilmiş 0,09 ha həyətyanı torpaq sahəsinə torpaq islahatına dair yerquruluşu xəritəsində (DWG) yol yeri nəzərdə tutulmuşdur. 5. Sözügedən torpaq sahəsinə nəzərdə tutulmuş yol Cavabdeh3 istifadəsində olan kənarları bərkidilmiş torpaq sahəsində yerləşir. 6. İddiaçının mülkiyyətində olan torpaq sahəsinə torpaq islahatına dair yerquruluşu xəritəsində (DWG) yol yeri nəzərdə tutulmuşdur. Nəzərdə tutulmuş 0,0323 hektar yol yeri bələdiyyə mülkiyyətinə aid edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 26 noyabr 2025-ci il tarixli, 3-21-3-42/2-5911/2025 nömrəli mütəxəssis rəyində göstərilmişdir ki, 1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********51 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən X6 mülkiyyətinə verilmiş Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən 0,06 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin koordinatları və yerləşmə mövqeyi yerquruluşu planında göstərilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********52 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən X5 mülkiyyətinə verilmiş Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən 0,06 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin koordinatları və yerləşmə mövqeyi yerquruluşu planında göstərilmişdir. Cavabdeh3 istifadəsində olan faktiki naturada ölçülmüş 0,40 ha torpaq sahəsi, Qəbələ rayonu Vəndam qəsəbəsi ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə (DWG) əsasən Qəbələ rayonu Vəndam qəsəbəsinin inzibati sərhədləri daxilində yaşayış məntəqələri təyinatlı torpaqlara aid, uqodiyası tikintialtı, 0,10 hektar hissəsi JN-1742A nömrəli şəhadətnamə ilə xüsusi mülkiyyətdə 0,30 hektar hissəsi 4330B nömrə ilə qeyd edilmiş bələdiyyə mülkiyyətinə aid ərazidə yerləşir. 2. İddiaçı Abdulhəmid oğlunun mülkiyyətinə verilmiş 0,09 hektar həyətyanı torpaq sahəsinə islahat xəritəsinə (DWG) əsasən nəzərdə tutulmuş 0,0273 hektar yol yeri cavabdehlər Cavabdeh1 və Cavabdeh3 istifadəsində olan torpaq sahələrinin daxilindən keçir. 3. Yol yerinin 0,252 hektar hissəsi Cavabdeh3, 0,0006 hektar və 0,0015 hektar, cəmi 0,0021 hektar hissəsi Cavabdeh1 istifadəsindədir. Məhkəmə qeyd edir ki, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü madəsi təşkil edir. Həmin maddənin tələbinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Qeyd edilən maddənin dispozitiv şərtlərinə görə iddia qaldırmış şəxs ya mülkiyyətçi, ya da əmlakın qanuni sahibi olmalı və onun mülkiyyətinə və ya qanuni sahibliyində olan əmlaka qəsd və ya başqa maneə mövcud olmalıdır. Hazırkı iddia tələbi üzrə ekspert rəyindən və mütəxəssis rəylərindən görünür ki, iddiaçının iddia etdiyi yol yeri DWG baza məlumatlarına əsasən mövcuddur. Vəndam qəsəbəsi ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsində (DWG) sözügedən torpaq sahəsinə nəzərdə tutulmuş yol yerinin 0,252 hektar hissəsi Cavabdeh3, 0,0006 hektar və 0,0015 hektar, cəmi 0,0021 hektar hissəsi Cavabdeh1 istifadəsindədir. Göründüyü kimi ekspert rəyindən və mütəxəssis rəylərindən də müəyyən edilir ki, iddiaçının açılmasını tələb etdiyi yol yeri cavabdehlərin mülkiyyətində deyil, lakin cavabdehlər tərəfindən bağlanmışdır. Həmin yol yeri DWG baza məlumatlarına əsasən mövcuddur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının iddia etdiyi və mülkiyyətlərində olan torpaq sahələrinə gedən yol yeri Qəbələ rayonu Vəndam qəsəbəsi ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsində (DWG) yol yeri nəzərdə tutulmuşdur və faktiki olaraq mövcuddur. Reallıqda həmin yol yeri cavabdehlər tərəfindən istifadə olunur. Cavabdehlər həmin yol yerinin onların mülkiyyəti olduğunu qeyd etsə də, mütəxəssis və ekspert rəylərindən göründüyü kimi həmin yol yeri cavabdehlərin mülkiyyətində deyil və cavabdehlər bunun əksini sübut edəcək heç bir sübutu onda olmaması səbəbindən məhkəməyə təqdim etməmişdir.İddiaçıisə yol yerinin açılmasını tələb edir və ekspert və mütəxəssis rəylərinə əsasən də müəyyən olunmuşdur ki, həmin yol yeri cavabdehlər tərəfindən bağlanmışdır. Bu səbəbdən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3tərəfindən yol gediş-gəliş yolu açılmalı, yaradılan süni maneələr aradan qaldırılmalıdır.Beləliklə, yol yerinin bağlanması nəticəsində İddiaçı Əbdülhəmid oğlunun torpaq sahəsinə gediş-gəlişi məhdudlaşdırıldığından, iddia tələbinin əsaslandığı faktiki hallar Mülki Məcəllənin 157.4-cü maddəsinin dispozitiv şərtlərinə uyğun olduğundan və iddiaçının iddia etdiyi maneə mövcud olduğundan iddia əsaslıdır və bu səbəbdən iddia tələbi həmin hissədə təmin edilməlidir. Məhkəmə iddiaçının iddia tələbinin “cavabdehə və başqa şəxslərə yola süni maneələr yarada biləcək hər hansı hərəkətlərin qadağan edilməsi” hissəsi ilə bağlı isə aşağıdakıları qeyd edir. Hazırkı iş üzrə iddiaçı öz iddia tələbində “cavabdeh və başqa şəxslər tərəfindən yola süni maneələr yarada biləcək hərəkətlər”in nələrdən ibarət olduğu, həmçinin “başqa şəxslər”in dairəsinin kimlərdən ibarət olduğunu əsaslandırmadığından və həmin hissədə iddia tələbi məhkəmə üçün aydın olmadığından həmin hissədə iddia təmin edilməməlidir. Belə ki, mütəxəssis və ekspert rəylərindən görünür ki, yol yeri konkret olaraq cavabdehlər tərəfindən bağlanılmışdır, həmçinin məhkəmə tərəfindən tərəflərin iştirakı ilə yerli baxış həyata keçirilən zaman nəzərdə tutulmuş yol yerində cavabdehlərin torpağının sərhədində hasar çəkildiyi, yol yerinin də həmin hasarın çəkildiyi hissədə nəzərdə tutulduğu müəyyən olunmuşdur. İddiaçı isə cavabdeh və başqa şəxslər tərəfindən yola süni maneələr yarada biləcək hərəkətlərin nədən ibarət olması, başqa şəxslərin dairəsinin kimlərdən ibarət olması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Beləliklə məhkəmə araşdırması zamanı yaradılmış maneənin kimlər tərəfindən və hansı şəkildə yaradıldığı aydın şəkildə müəyyən olunmuşdur. Həmçinin Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinə tələbinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb aydın şəkildə qeyd edilməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi “cavabdehə və başqa şəxslərə yola süni maneələr yarada biləcək hər hansı hərəkətlərin qadağan edilməsi” hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu səbəbdən məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə araşdırması zamanı İddiaçı Abdulhəmid oğlu tərəfindən ödənilmiş95 manat mütəxəssis xərci iddiaçıya aid edilməlidir. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 100 (bir yüz) manat məbləğində pul İddiaçı Abdulhəmid oğlundan və cavabdehlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X7, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara, mütəxəssis və ekspert rəylərinə məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli 19 saylı qərarı ilə İddiaçı Abdulhəmid oğlunun JN-1707A (KOD:********) “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə mülkiyyətinə verilmiş Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən 0,09 ha həyətyanı torpaq sahəsinə gedən, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən bağlanılmış gediş-gəliş yolu (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 26 noyabr 2025-ci il tarixli, 3-21-3-42/2- 5911/2025 nömrəli mütəxəssis rəyində göstərilmiş formada (torpaq islahatına dair yerquruluşu xəritəsində (DWG) nəzərdə tutulmuş və yerquruluşu planına uyğun olaraq) açılmalı, yaradılan süni maneələr aradan qaldırılmalıdır, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Qəbələ rayon Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli 19 saylı qərarı ilə İddiaçı Abdulhəmid oğlunun JN-1707A (KOD:********) “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə mülkiyyətinə verilmiş Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən 0,09 ha həyətyanı torpaq sahəsinə gedən, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən bağlanılmış gediş-gəliş yolu (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 26 noyabr 2025-ci il tarixli, 3-21-3-42/2- 5911/2025 nömrəli mütəxəssis rəyində göstərilmiş formada (torpaq islahatına dair yerquruluşu xəritəsində (DWG) nəzərdə tutulmuş və yerquruluşu planına uyğun olaraq) açılsın, yaradılan süni maneələr aradan qaldırılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 100 (bir yüz) manat məbləğində pul İddiaçı Abdulhəmid oğlundan və cavabdehlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X7, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №e-2(025)-406/2025
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-406/2025
04.12.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver