Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-407/2024 21.11.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “zəbt olunaraq bağlanmış yolun açılması” tələbinə dairmülki iş üzrə (Açar sözlər: sübutetmə yükü, zəbt olunaraq bağlanmış yolun açılması) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “zəbt olunaraq bağlanmış yolun açılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “zəbt olunaraq bağlanmış yolun açılması” tələbinə dair məhkəmədə iddia qaldıraraq, Cavabdeh tərəfindən onun və digər ailə üzvlərinin mülkiyyətinə verilmiş JN - 148 A saylı şəhadətnamədə göstərilən 0.31 ha torpaq sahəsinə gedən yolun cavabdehin zəbt edilməsindən azad edilməsi və həmin yola çəkilmiş hasar və digər maneələrin cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 28 mart 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında X15, X23, X26 və X27, xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında isə Qəbələ rayonu Nic bələdiyyəsi mülki işə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 57.1-ci maddəsinə əsasən Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər. İşin faktiki halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, torpaq islahatı keçirilən zaman ona və ailə üzvülərinə Qəbələ rayonunun Nic qəsəbəsində Qəbələ rayon AİK-nin xx.xx.1999-cu il tarixli 03 saylı qərarı ilə 0.21 ha və 0.31 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahələrinin 0.21 hektarı adlarına JN - 148A saylı, 0.31 hektarı isə JN-148 B saylı kodu 40600068 olan “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə adlarına rəsmiləşdirilmişdir. Qeyd olunan torpaq sahələri üzərində tam mülkiyyət hüququna malik olsa da, oradan səmərəli istifadə edə bilmirlər. Səbəbi cavabdeh tərəfindən yolun keçdiyi ərazinin dəfələrlə cavabdeh X24 müraciət edərək bağladığı yolun açılmasını xahiş və sonda tələb etmişlər. Ancaq nəticəsi olmamışdır. Əksinə ərazidə mal tövləsi inşa etməklə yolu tamamilə bağlamışdır. Məcbur olub Nic qəsəbə inzibati ərazi nümayəndəliyinə, Nic qəsəbə bələdiyyəsinə müraciət etmişlər. Dəfələrlə onunla söhbətlər aparılmasına baxmayaraq nəticəsi olmamışdır. Yolun açılması məqsədilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdehiddia tələbini qəbul etməyərək, iddiaçıya məxsus torpaq sahəsinə gedən yol yerinin onun tərəfindən bağlamadığını, bu səbəbdən iddia tələbinin rədd edilməsini xahiş etdi. Üçüncü şəxslər X15, X23, X26, X27 və Qəbələ rayonu Nic bələdiyyəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığı aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən üçüncü şəxslər X5, X12, X16 və X17 və üçüncü şəxs Qəbələ rayonu Nic bələdiyyəsinin nümayəndəsinin iştirakları olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçı və cavabdehin izahatlarını dinləyib, işdə olan hüquqi sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Mülki işdə olan sənədlər: İşdə olan JN-148A (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 05 fevral 1999-cu il tarixli 03 nömrəli qərarına əsasən İddiaçı, X8, X12, X13 və X18 birgə mülkiyyətinə JN-148A (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən 0,21 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan JN-148B (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 05 fevral 1999-cu il tarixli 03 nömrəli qərarına əsasən İddiaçı, X8, X12, X13 və X18 birgə mülkiyyətinə JN-148B (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən 0,31 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********03 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın surətindən görünür ki, Qəbələ rayonu Nic qəsəbəsində yerləşən 0,43 ha torpaq sahəsi Cavabdeh, X14, X2, X3, X1 və X9 paylı mülkiyyətinə verilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli “Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsi”ndən görünür ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********03 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən ümumi paylı mülkiyyətdə olan 0,43 ha torpaq sahəsinin payçılarından olan X25, X6, X7, X4 və X20 öz paylarını Cavabdeh bağışlamışlar. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 13 may 2024-cü il tarixli, 3-21-3-42/2-2568/2024 nömrəli məktubunda göstərilmişdir ki, mülki işin araşdırılması məqsədi ilə "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisləri xx.xx.2024-cü il tarixdə Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən mübahisəli torpaq sahəsinə baxış keçirmişlər. JN-148A və JN-148B, kod 40600068 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnaməyə əsasən mülkiyyətə verilmiş 0,21 hektar və 0,31 hektar torpaq sahəsinin torpaq islahatına dair yerquruluşu xəritəsində (DWG) qeyd edilmiş cizgisi ilə X10 X11 (TEKUİS) göstərilmiş cizgisi arasında uyğunsuzluq olduğuna görə mülki işin araşdırılması və mütəxəssis rəyinin verilməsi mümkün olmamışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/4872 saylı məktubdan və məktuba əlavə edilmiş məlumatda göstərilmişdir ki, qərardadda ekspert qarşısında qoyulmuş sualların həlli üçün ekspert vəsatətində ƏMDX-nin mütəxəssis rəyinin mərkəzə təqdim edilməməsi səbəbindən məhkəmə tikinti-texniki ekspertizasının aparılması və rəy verilməsi mümkün olmamışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinin tələbinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. 175.1-ci maddəsinə əsasən əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o, tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir.Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilməklə birbaşa qüvvəyə malikdir. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının vəəsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinəəsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə qeyd edir ki, məhkəmədə tərəflərin izahatından, onların iş üzrə təqdim etdiyi sübutlar əsasında mülki işin materiallarından müəyyən olundu ki, Qəbələ rayon AİK-in 05 fevral 1999-cu il tarixli 03 nömrəli qərarına əsasən İddiaçı, X8, X12, X13 və X18 birgə mülkiyyətinə JN-148B (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən 0,31 ha həyətyanı torpaq sahəsi verilmişdir. İddiaçı onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş torpaq sahəsinə gedən yol yerinin cavabdeh tərəfindən bağlanıldığını, yolun cavabdehin zəbt edilməsindən azad edilməsi və həmin yola çəkilmiş hasar və digər maneələrin cavabdehin hesabına sökülməsini tələb edir. Cavabdeh isə iddiaçının mülkiyyətinə gedən yol yerini bağlamadığını, iddia tələbinin əsassız olduğunu qeyd edir. Məhkəmə tərəfindən iddianın dəlillərinə, yəni cavabdeh tərəfindən iddiaçının mülkiyyətinə gedən yol yerinin həqiqətən də bağlanıb-bağlanmasını müəyyən etmək üçün mülki iş mütəxəssis cəlb edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 13 may 2024-cü il tarixli, 3-21-3-42/2-2568/2024 nömrəli məktubunda göstərilmişdir ki, mülki işin araşdırılması məqsədi ilə "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisləri xx.xx.2024-cü il tarixdə Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən mübahisəli torpaq sahəsinə baxış keçirmişlər. JN-148A və JN-148B, kod 40600068 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnaməyə əsasən mülkiyyətə verilmiş 0,21 hektar və 0,31 hektar torpaq sahəsinin torpaq islahatına dair yerquruluşu xəritəsində (DWG) qeyd edilmiş cizgisi ilə X10 X11 (TEKUİS) göstərilmiş cizgisi arasında uyğunsuzluq olduğuna görə mülki işin araşdırılması və mütəxəssis rəyinin verilməsi mümkün olmamışdır. Bununla bağlı məhkəmə iddiaçıya müvafiq qaydada Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət edərək JN- 148A və JN-148B, kod 40600068 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamələrə əsasən mülkiyyətə verilmiş 0,21 hektar və 0,31 hektar torpaq sahəsinin torpaq islahatına dair yerquruluşu xəritəsində (DWG) qeyd edilmiş cizgisi ilə X10 X11 (TEKUİS) göstərilmiş cizgisi arasında uyğunsuzlugu aradan qaldırdıqdan sonra məhkəməyə müraciət etməsini təklif etmiş, lakin iddiaçı bununla razılaşmayaraq işə baxılmasını tələb etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı JN-148B (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən onun və ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş 0,31 ha həyətyanı torpaq sahəsinə gedən yol yerinin cavabdeh tərəfindən zəbt edildiyini və yol yerinin cavabdeh tərəfindən açılmasını tələb etsə də, yol yerinin cavabdeh tərəfindən zəbt edilib bağlanmasını müvafiq araşdırma aparılması zamanı alınan mütəxəssis rəyində və ekspertiza təhqiqatında müəyyən edilmişdir ki, JN-148A və JN-148B, kod 40600068 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnaməyə əsasən mülkiyyətə verilmiş 0,21 hektar və 0,31 hektar torpaq sahəsinin torpaq islahatına dair yerquruluşu xəritəsində (DWG) qeyd edilmiş cizgisi ilə X10 X11 (TEKUİS) göstərilmiş cizgisi arasında uyğunsuzluq olduğuna görə mülki işin araşdırılması və rəyin verilməsi mümkün olmamışdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iddiaçının və onun ailə üzvlərinin birgə mülkiyyətinə JN-148B (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə verilmiş 0,31 ha həyətyanı torpaq sahəsinin torpaq islahatına dair yerquruluşu xəritəsində (DWG) qeyd edilmiş cizgisi ilə X10 X11 (TEKUİS) göstərilmiş cizgisi arasında uyğunsuzluq olduğuna görə cavabdehdən tərəfindən sözügedən torpaq sahəsinə gedən yol yerinin bağlanıb-bağlanmamasını müəyyən etmək mümkün deyildir. Beləliklə, İddiaçı irəli sürdüyü tələblərin əsasını sübuta yetirə bilməmiş və bununla bağlı əsaslı sübut növü təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Hazırkı iş üzrə sübutetmə vəzifəsi iddiaçının üzərinə düşsədə, o, öz iddia tələbini sübuta yetirə bilməmişdir. Beləki, göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübut etmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas gösrtəricisi olduğu nəzərə alınarsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcüd olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qanunvericiliyin yuxarıda şərh olunan müddəalarını, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssis rəyini nəzərə alaraq hesab edirki, İddiaçı Cavabdeh qarşı “zəbt olunaraq bağlanmış yolun açılması” tələbinə dair iddiası əsassızdır və buna görə də, təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də iddia verilən zaman ödənilmiş 100 manat dövlət rüsumu və 95 manat mütəxəssis xərci iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh qarşı “zəbt olunaraq bağlanmış yolun açılması” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 100 manat dövlət rüsumu və 95 manat mütəxəssis xərci iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Qəbələ Rayon Məhkəməsi vasitəsiilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №e-2(025)-407/2024
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-407/2024
21.11.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver