Məhkəmə qərarları › İş №e-2(025)-413/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-413/2025

16.07.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-413/2025 16.07.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, Qəbələ Rayon Prokurorluğunun böyük müstəntiqi, İİ dərəcəli hüquqşünas X6 və X1nun iştirakı ilə, xx.xx.1980-cı ildə Qəbələ şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Qəbələ şəhəri, Həzi Aslanov küçəsi, ev 8-də yaşayan və Azərbaycan Respublikası CM-nın 162-1.1 və 179.3.2-ci maddələri ilə təqsirləndirilən şəxs X15 barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə Qəbələ rayon prokurorluğundan daxil olmuş təqdimata toplanmış materiallarla birıikdə qapalı məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Qəbələ rayon prokuroru Nazim Babayev ********* saylı cinayət işi üzrə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında Qəbələ Rayon Prokurorluğunun müstəntiqi, ikinci dərəcəli hüquqşünas Seyfulla Bağırovun vəsatətini məhkəməyə təqdim edib AR CM-nin 162-1.1 və 179.3.2-ci maddələri ilə təqsirləndirilən şəxs X28 haqqında 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. X28 ondan ötrü təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ki, o, Vüsal Xəlilov 2023-cü ilin sonlarından 2024-cü ilin aprel ayınadək olan müddət ərzində Qəbələ rayon sakinləri: X8, X11, X29, X16 və X30 ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlamadan həmin şəxsləri Qəbələ şəhəri H.Əliyev prospektində “kənd başı” adlanan ərazidə yerləşən iki mərtəbəli həyət evinin tikintisində, həmçinin adı çəkilən şəxsləri 2024-cü ilin may ayından 2025-ci ilin fevral ayınadək olan müddətdə Qəbələ şəhəri P.Həşimov küçəsində yerləşən iki mərtəbəli həyət evinin tikintisində, eləcə də Qəbələ rayon sakinləri: X24, X18, X5, X19, X9 və X20 2024-cü ilin əvvəllərindən 2025-ci ilin fevral ayınadək olan müddət ərzində Qəbələ rayonu Həmzəlli kəndində yerləşən istirahət obyektinin tikintisində hörgü, suvaq, tavan, döşəmə tikintisi və s. tikinti işlərinə cəlb etməklə, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçiləri tikinti işlərinin yerinə yetirilməsinə cəlb etmişdir; Bundan başqa , Vüsal Xəlilov Bakı şəhər sakini X31 ilə aralarında olan şifahi razılığa əsasən, hissə-hissə olmaqla, 2021-ci ilin may ayında ondan hər birinin bazar dəyəri 25 manat olan 800, 1000 və 650 ədəd, 2021-ci ilin sentyabr ayında 1300 ədəd, 2021-ci ilin noyabr ayında 1500 və 1600 ədəd olmaqla, beton bünövrələrin tökülməsi üçün istifadə olunan, ümumilikdə 6850 ədəd teleskopik dirəyi istifadə etdikdən sonra qaytarılması şərti ilə icarəyə götürərək Bakı şəhəri ərazisində yerləşən “Dərnəgül Tikinti bazarı”ndan Qəbələ rayonu ərazisində yerləşən tikinti obyektlərinə çatdırılmasına nail olmuş, həmin dirəklərin icarə haqlarını 2021-2022-ci illərdə vaxtında ödəmiş, 2023-cü ilin əvvəllərindən başlayaraq isə həmin dirəklərin icarə haqlarının ödənilməsini dayandırmış, lakin bundan sonra həmin dirəkləri ona qaytarmamış, həmin dirəklərdən yalnız 284 ədədini 2024-cü ilin dekabr ayında ona qaytarsa da, ümumi dəyəri 164150 manat olan 6566 ədəd teleskopik dirəkləri israf etməklə, eləcə də mənimsəyib istintaqa məlum olmayan şəxslərə satmaqla, Ramal Muxtarovun ona etibar etdiyi külli miqdarda əmlakını talamışdır. Bu hərəkətləri ilə X28 Azərbaycan Respublikası CM-nin 162-1.1 və 179.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. xx.xx.2025-ci il tarixdə AR Baş prokurorunun müavini, İİ dərəcəli dövlət ədliyyə müşaviri E.H.Camalov tərəfindən fakta görə AR CM-nin 162-1.1 və 179.3.2-ci maddələri ilə cinayət işi başlanıb istintaqın aparılmasından ötrü aidiyyəti üzrə Qəbələ rayon prokurorluğuna göndərilmiş və xx.xx.2025-ci il tarixdə ********* saylı həmin cinayət işi Qəbələ rayon prokurorluğunun icraatına qəbul edilmişdir; xx.xx.2025-ci il tarixdə cinayət işi üzrə istintaq hərəkətlərinin yerinə yetirilməsi məqsədilə X15 məcburi qaydada Qəbələ rayon prokurorluğuna gətirilməsi qərara alınmış, xx.xx.2025-ci il tarixdə AR CM-nın 162-1.1 və 179.3.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittihamı elan etməkdən ötrü tutularaq istintaqa təqdim olunmasından ötrü barəsində axtarış elan edilib cinayət işi üzrə icraat dayandırılmışdır; xx.xx.2025-ci il tarixdə təqsirləndirilən şəxs X2 əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri ərazisində saxlanaraq istintaqa təhvil verilmiş, həmin tarixdə cinayət işinin icraatı təzələnmiş və o, ittiham elan olunmaqdan ötrü tutulmuşdur. Qəbələ Rayon Prokurorluğunun böyük müstəntiqi, İİ dərəcəli hüquqşünas X6 göstərmişdir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda göstərilmiş cinayət əməlinin X28 tərəfindən törədilməsi istintaq materialları ilə artıq sübuta yetirilmişdir. X28 bir sıra istintaq hərəkətləri aparılması zərurəti ilə əlaqədar dəfələrlə çağırılmasına baxmayaraq istintaq orqanına gəlməmiş, xx.xx.2025-ci il tarixdə tutularaq istintaqa təqdim olunmasından ötrü barəsində axtarış elan edilmiş, xx.xx.2025-ci il tarixdə saxlanılaraq istintaqa təhvil verilmiş və həmin tarixdə ittiham elan olunmaqdan ötrü tutulmuşdur. Əgər azadlıqda qalarsa təqsirləndirilən şəxsin yenidən cinəyət törətməsi, cinayət prosesində iştirak edən şəxslərə qanunsuz təsirlər göstərməsi və cinayət məsuliyyətinə cəlb edilməkdən və cəza çəkməkdən yayınmaq məqsədilə cinayət təqibi orqanından qaçıb gizlənməsi ertimalları vardır. Qeyd olunanlar və X15 törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsi nəzərə alınaraq barəsində “həbs” qətimkan tədbiri seçilməsi haqqında vəsatət qaldırmışdır. Təqsirləndirilən şəxs X28 göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Qəbələ şəhəri, Həzi Aslanov küçəsi, ev 8-də yaşayır və fərdi qaydada təmir-tikinti işləri ilə məşğul olaraq qazanc əldə edir. 2004-2005-ci illərdə Qəbələ rayonu ərazisində apardığı bəzi tikinti işlərində onun tapşırığı ilə X8, X11, X29, X16, X30, X24, X18, X5, X19, X9 və X30 tərəfindən müəyyən işlər görülmüş və hər birinə gördüyü işin haqqı ödənilmişdir. Həmin şəxslərin heç biri daimi işçi olmamışdır; 2021-ci ildə X12 beton bünövrələrin tökülməsi üçün istifadə olunan, ümumilikdə 6650 ədəd teleskopik dirəyi hər biri üçün ayda 1,30 manat icarə haqqı ödənilməsi və hər biri üçün birdəfəlik 35,0 manat ödənilərək əldə edilməsi şərti ilə icarəyə götürmüş və indiyədək ona cəmi 242.000,0 manat icarə haqqı ödəmişdir. Həmin dirəklər iş prosesində tədricən sıradan çıxdığından dəyərinin ödənilməsi öhdəliyi yaranmış və öhdəliyi qəbul etmişdir. xx.xx.2025-ci il tarixdə Qəbələ rayon prokurorluğuna çağırılması haqqında bildiriş ona xx.xx.2025-ci il tarixdə çatdırıldığı üçün gedə bilməmişdir. xx.xx.2025-ci il tarixdə o, Bakı şəhərində olmuş, Qəbələ Rayon Prokurorluğunun böyük müstəntiqi, İİ dərəcəli hüquqşünas X6 ilə telefonla danışarkən prokurorluğuna çağırıldığını bilmiş və çağırışa gələrkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Onun başqa yerdə yaşayış sahəsi və kirayədə qalmağa maddi imkanı olmadığından istintaqdan qaçıb gizlənmək imkanı yoxdur. Ona görə də, barəsində həbs qəimkan tədbiri seçilməsindən imtina edilməlidir. X1 göstərmişdir ki, təqsirləndirilən şəxs X28 ailə üzvləri ilə birlikdə Qəbələ şəhəri, Həzi Aslanov küçəsi, ev 8-də daimi olaraq yaşayır, himayəsində ikisi azyaşlı olmaqla dörd uşağı vardır vəailənin yeganə qazanc gətirən şəxsidir. Vüsal Xəlilov fərdi qaydada təmir-tikinti işləri ilə məşğul olan şəxsdir və 2021-ci ildə X12 beton bünövrələrin tökülməsi üçün istifadə olunan, ümumilikdə 6650 ədəd teleskopik dirəyi hər biri üçün ayda 1,30 manat icarə haqqı ödənilməsi və hər biri üçün birdəfəlik 35,0 manat ödənilərək əldə edilməsi şərti ilə icarəyə götürmüş və indiyədək cəmi 242.000,0 manat icarə haqqı ödəmişdir. Müqaviləyə əsasən Vüsal Xəlilovun uzun müddət davam edən iş prosesində sıradan çıxmış həmin əmlakın dəyərinin ödənilməsi öhdəliyi yaranmışdır və o, öhdəliyini yerinə yetirməkdən boyun qaçırmamışdır. Onun məsuliyyəti müqavilədən irəli gələn öhdəliklərinin icra edilməməsi ilə bağlı olduğundan icarədarla arasında yaranmış mübahisə mülki xarakterlidir. X28 indiyədək heç bir cinayət törətməmiş və barəsində olan hazırkı iş üzrə istintaqdan yayınmamışdır. xx.xx.2025-ci il tarixdə Qəbələ rayon prokurorluğuna çağırılması haqqında bildiriş ona vaxtında göndərilmədiyindən xx.xx.2025-ci il tarixdə çatdırılmışdır. dir. X28 araşdırılan məsələlər barəsində istintaqa hərtərəfli izahat vermiş və məlum etdiyi faktlar X17 bildirdikləri ilə üst-üstə düşmüşdür. Onun yenidən cinəyət törətməsi, cinayət prosesində iştirak edən şəxslərə qanunsuz təsirlər göstərməsi və cinayət məsuliyyətinə cəlb edilməkdən və cəza çəkməkdən yayınmaq məqsədilə cinayət təqibi orqanından qaçıb gizlənməsi ertimalları yoxdur. Ona görə də, təqsirləndirilən şəxsin barəsində həbs qəimkan tədbiri seçilməsindən imtina edilməlidir. AR CPM-nin 154.1-ci maddəsinə əsasən qətimkan tədbiri cinayət işi üzrə icraatda şübhəli və ya təqsirləndirilən şəxsin qanuna zidd davranışının qarşısını almaq və hökmün icrasını təmin etmək məqsədi ilə və bu Məcəllənin 155.1-ci maddəsində nəzərdə tutulmuş hallarda onların barəsində seçilən prosessual məcburiyyət tədbiridir. Həmin Məcəllənin 155.1-ci maddəsinə əsasən qətimkan tədbiri o hallarda tətbiq oluna bilər ki, cinayət işinin materialları təqsirləndirilən şəxs tərəfindən cinayət prosesini həyata keçirən orqandan gizlənmək, cinayət prosesində iştirak edən şəxslərə qanunsuz təsir göstərməklə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən materialları gizlətməklə və ya saxtalaşdırmaqla ibtidai istintaqın və ya məhkəmə baxışının gedişinə mane olmaq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli yenidən törətmək və ya cəmiyyət üçün təhlükə yaratmaq, cinayət prosesini həyata keçirən orqanın çağırışına gəlməmək və ya digər yolla cinayət məsuliyyətinə cəlb edilməkdən və cəza çəkməkdən boyun qaçırmaq kimi hərəkətlərin edilməsi ehtimalına kifayət qədər əsas versin. Həmin Məcəllənin 155.2-ci maddəsinə əsasən qətimkan tədbirinin zəruriliyi və onlardan hansının konkret şübhəli və ya təqsirləndirilən şəxsə tətbiq edilməsi məsələsi həll edilərkən şübhəli və ya təqsirləndirilən şəxsə istinad edilən əməlin ağırlığı, xarakteri və törədilmə şəraiti, habelə şübhəli və ya təqsirləndirilən şəxsin şəxsiyyəti, yaşı və səhhəti, məşğuliyyət növü, ailə, maddi və sosial vəziyyəti, o cümlədən himayəsində şəxslərin və daimi yaşayış yerinin olması nəzərə alınmalıdır. Həmin Məcəllənin 155.3.3-cü maddəsinə əsasən həbs qətimkan tədbiri əvvəllər seçilmiş digər qətimkan tədbirinin şərtlərini pozmuş şəxsə və ya hökmün icrasını təmin etmək məqsədilə, barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilmiş şəxsə təyin oluna bilər. “X14 Keçirilməsi Zamanı“ İnsan Hüquqlarının və X7 Haqqında” X3 və İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin Presedentlərinin Tətbiqi haqqında” AR Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 2 nömrəli qərarının 13-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt”ın 9-cu maddəsinin 3-cü bəndinə istinad edərək həbs qətimkan tədbirinin tətbiqinin ümumi təcrübəyə çevrilməsinə imkan verməsinlər. Şəxsin məhkəməyə gəlməsinə təminatların mövcud olduğu təqdirdə onun azadlıqda qalmasına üstünlük verilməlidir. Həbs qətimkan tədbirinə müstəsna tədbir kimi baxılmalı və başqa qətimkan tədbirinin tətbiqinin qeyri mümkün olduğu, son dərəcə zəruri hallarda tətbiq olunmalıdır. Məhkəmə vəsatət vermiş şəxsin, təqsirləndirilən şəxsin və müdafiəçinin izahatını dinləyib cinayət işinin materiallarını nəzərdən keçirərək hesab edir ki, istintaq nəticəsində X21 istinad edilən əməlin baş vermə halları tam olaraq aşkarlanmış və cinayət işi üzrə sübutetmə predmeti artıq müəyyən edilmişdir. Cinayət işi üzrə faktiki hallarla bağlı əlavə araşdırmaya zərurət olmadığından təqsirləndirilən şəxsin cinayət prosesində iştirak edən şəxslərə qanunsuz təsirlər göstərməsi ehtimalı yoxdur; X28 indiyədək heç bir cinayət törətmədiyindən və hazırkı iş üzrə istinad edilən əməli sahibkarlıq fəaliyyəti prosesində, o cümlədən eyni növlü məşğuliyyətlə məşğul olan X31 ilə bağlanan müqavilə çərçivəsində yol verilən qanunsuzluqlarla bağlı olduğundan onun yenidən cinəyət törətməsi ehtimalı istisna edilir. AR CPM-nin 150.1-ci maddəsinə əsasən cinayət işi üzrə toplanmış sübutlar şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsini ehtimal etməyə əsas verdikdə və bu şəxs başqa ərazidə yaşadıqda, yaxud onun olduğu yer məlum olmadıqda, müstəntiq və ya prokuror həmin şəxsin tutulması barədə qərar çıxara bilər. Cinayət prosesini həyata keçirən orqandan gizlənən və ya çağırışa gəlməkdən qəsdən boyun qaçıran şəxsə ittiham elan etmək üçün onun tutulması haqqında qərar çıxarıldıqda, müstəntiq və ya prokuror eyni vaxtda həmçinin həmin şəxsin axtarışını elan edir. Cinayət işinin materiallarına əsasən müəyyən edilir ki, X28 başqa ərazidə deyil, daimi yaşayış yeri olan Qəbələ şəhəri, Həzi Aslanov küçəsi, ev 8-də yaşamış, onun yaşayış yeri istintaq orqanına məlum olmuş və həmin ünvana xx.xx.2025-ci il tarixli ********* nömrəli çağırış vərəqəsi göndərilmişdir. Həmin çağırış vərəqəsinə əsasən X15 Qəbələ rayon prokurorluğuna çağırılma vaxtı xx.xx.2025-ci il tarixə, saat 09:30-a təyin olunmasına baxmayaraq göndəriş rabitə müəssisəsinə xx.xx.2025-ci il tarixdə verilmiş və ünvan sahibinə xx.xx.2025-ci il tarixdə çatdırılmışdır.(markalanmış zərf üzərindəki poçt ştempeli ilə təsdiq olunur) xx.xx.2025-ci il tarixdə X28 iştirakı təmin edilmədən AR CM-nın 162-1.1 və 179.3.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə AR CPM-nin 91.5.1-ci maddəsinin tələblərinə istintaq orqanı tərəfindən əməl olunmamışdır; AR CPM-nin 53.1 və 150.1-ci maddəsində nəzərdə tutulan əsaslar mövcud olmadığı halda təqsirləndirilən şəxsin CM-nın müvafiq maddələrdə nəzərdə tutulan ittihamı elan etməkdən ötrü tutulması qərara alınmış və barəsində axtarış elan edilərək cinayət işi üzrə icraat dayandırılmışdır. Məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxs X15 daimi yaşayış yeri və üzərində sərhədkeçmə məhdudiyyəti olması, o cümlədən məşğuliyyəti və ailəsinin yeganə qazanc gətinən şəxsi olması onun cəza çəkməkdən yayınmaq məqsədilə cinayət təqibi orqanından qaçıb gizlənməsi ertimallarını aradan qaldırmışdır. AR CPM-nin 155.1-ci maddəsində nəzərdə tutulan əsasların olmaması, habelə təqsirləndirilən şəxsə istinad edilən əməlin törədilmə şəraiti (sahibkarlıq fəaliyyəti prosesi ilə əlaqədar olması), təqsirləndirilən məşğuliyyəti, ailə, maddi və sosial vəziyyəti nəzərə alınaraq barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 447-448 və 452-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Təqdimat təmin olunmasın. AR CM-nin 162-1.1 və 179.3.2-ci maddələri ilə təqsirləndirilən şəxs X15 barəsində “həbs” qətimkan tədbiri seçilməsindən imtina edilsin və o, məhkəmə zalında dərhal həbsdən azad edilsin. Qərarın surəti İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, müstəntiqə, müdafiəçiyə və təqsirləndirilən şəxsə təqdim edilsin. Qərardan 3 (üç) gün müddətində Qəbələ rayon Məhkəməsi, həbsdə saxlama yerinin müdiriyyətinin vasitəsi ilə və ya bilavasitə Apellyasiya İnistansiyası Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar