Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-428/2025 06.05.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsinə” dair mülki iş üzrə (Açar sözlər: doğumun qeyd edilmə faktı) Qəbələ Rayon Məhkəməsi, Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən edilməsi tələbi barədə ərizə verərək xx.xx.2023-cü il tarixdə vəfat etmiş X10 18 mart 1957-ci ildə Qəbələ rayonunun Böyük Pirəlli kəndində anadan olub X13 və X18 törəməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahatında göstərmişdir ki, o, xx xxxxxx 1958-ci il tarixdə Ermənistan SSR Kalinin rayonunda anadan olmuş və xx.xx.1979-cu il tarixdə xx.xx.1957-ci il tarixdə Qutqaşın rayonu Böyük Pirəlli kəndində anadan olmuş X15 ilə rəsmi nikahla evlənərək vəfat etdiyi günədək Qəbələ rayonu Böyük Pirəlli kəndində onunla birlikdə yaşamışdır. X15 xx.xx.2023-cü il tarixdə vəfat etmiş və Qəbələ rayonu Böyük Pirəlli kənd qəbirstanlığında dəfn edilmişdir. X10 doğum haqqında akt qeydi aparılmadığından vərəsəlik işi ilə əlaqədar məsələni həll etmək mümkün olmamışdır. Ona görə də, mərhum X10 doğumunun qeyd edilmə faktının müəyyən edilməsi tələbi barədə ərizə vermişdir. İş üzrə şahid X24 göstərmişdir ki, o, 01 oktyabr 1962-ci il tarixdə Qəbələ rayonu Böyük Pirəlli kəndində anadan olub X29 və X6 törəmişdir. 18 mart 1957-ci il tarixdə Qəbələ rayonu Böyük Pirəlli kəndində anadan olmuş X15 onun doğma qardaşıdır və 20 oktyabr 2023-cü il tarixdə Qəbələ rayonu Böyük Pirəlli kəndində vəfat etmişdir. İşdə olan AZ 289407 nömrəli «doğum haqqında» şəhadətnamənin surətinə əsasən xx.xx.1962-ci il tarixdə Qəbələ rayonu Böyük Pirəlli kəndində anadan olmuş X7 Vahub Nəbi oğlu və X6 törəmişdir. İşdə olan AR ƏN Maraqlı şəxs tərəfindən verilmiş 14 may 2024-cü il tarixli 3-16-5/8-xxxx/2024 nömrəli məlumata əsasən “vətəndaşlıq vəziyyəti aktlar”ının avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və arxiv məlumatlarında X10 doğum akt qeydi aşkar edilməmişdir. İşdə olan HZ ******* nömrəli Hərbi biletin surətinə əsasən X10 18 mart 1957-ci ildə Qəbələ rayonunun Böyük Pirəlli kəndində anadan olmuşdur. İşdə olan 409775 nömrəli “nikah haqqında” şəhadətnamənin surətinə əsasən xx.xx.1957-ci il tarixdə Qutqaşın rayonu Böyük Pirəlli kəndində anadan olmuş X15 ilə xx.xx.1958-ci ildə Ermənistan SSR Kalinin rayonu Qızıl Şəfəq kəndində anadan olmuş X3 nikahı xx.xx.1979-cu il tarixdə 14 saylı akt qeydi ilə bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Vahubova soyadı verilmişdir. İşdə olan AZ-İİ 378079 nömrəli “ölüm haqqında şəhadatnamə”nin surətinə əsasən X15 xx.xx.2023-cü il tarixdə, Qəbələ rayonu Vəndam qəsəbəsində ölmüşdür. İşdə olan 3-16-5/7-V-1xx-xx/2024 nömrəli arayışın surətinə əsasən X15 və X3 nikahı haqqında 24 aprel 2024-cü il tarixdə 02 №-li bərpa akt qeydi tərtib olunmuşdur. Nikah Qəbələ regional “Asan xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi tərəfindən qeydə alınmışdır. Nikah bağlandıqdan sonra arvada Vahubova soyadı verilmişdir. X2 xx.xx.2023-cü ildə ölməsi ilə bağlı xitam verilmiş və ölüm xx.xx.2023-cü ildə 412 №-li akt qeydi ilə Maraqlı şəxsndə qeydiyyatına alınmışdır. İşdə olan AZ-İ 933448 nömrəli “ölüm haqqında şəhadatnamə”nin surətinə əsasən X29 xx.xx.1982-ci il tarixdə, Qəbələ rayonu Böyük Pirəlli kəndində ölmüşdür. İşdə olan AZ-İİ 065584 nömrəli “ölüm haqqında şəhadatnamə”nin surətinə əsasən X13 xx.xx.2020-ci il tarixdə, Qəbələ rayonu Böyük Pirəlli kəndində ölmüşdür. İşdə olan Qəbələ RİHB-nin Böyük Pirəli kənd İƏD üzrə İN tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli 5-59-17/2-137-2024 nömrəli arayışda göstərilmişdir ki, Ərizəçi əri X15 xx.xx.1957-ci il tarixdə Böyük Pirəli kəndində anadan olmuş və xx.xx.2023-cü il tarixdə Böyük Pirəli kəndində vəfat etmişdir. İşdə olan ИЕ 580537 nömrəli «doğum haqqında» şəhadətnamənin surətinə əsasən X8 doğulmuş xx.xx.1925-ci il təvəllüdlü X9 Nəbi Vahub oğlundan törəmişdir. İşdə olan ИЕ 066190 nömrəli «doğum haqqında» şəhadətnamənin surətinə əsasən X4 doğulmuş xx.xx.1948-ci il təvəllüdlü X1 İsrayıl İsbəndiyar oğlundan törəmişdir. AR MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, X15 18 mart 1957-ci ildə Qəbələ rayonunun Böyük Pirəli kəndində anadan olub X29 və X6 törəmişdir. AR MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərbası mümkün olmasın. Məhkəmə hesab edir ki, 18 mart 1957-ci ildə Qəbələ rayonunun Böyük Pirəli kəndində (Qutqaşen rayonu, Böyük Pirəli kəndində) anadan olub X29 və X6 törəmiş X10 doğumunun qeyd edilmə faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. X10 doğumunun qeyd edilmə faktı müəyyən edilsin. Doğum akt qeydi aparılarkən doğulduğu yer – Qutqaşen (indiki Qəbələ) rayonu, Böyük Pirəlli kəndi; doğum tarixi – xx.xx.1957-ci il; anası X13; atası X29 qeyd olunsun. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №e-2(025)-428/2025
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-428/2025
06.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver