Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-430/2025 06.05.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsinə” dair mülki iş üzrə (Açar sözlər: doğumun qeyd edilmə faktı) Qəbələ Rayon Məhkəməsi, Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, Ərizəçi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən edilməsi tələbi barədə ərizə verərək 01 dekabr 1972-ci ildə Qutqaşen (indiki Qəbələ) rayonunun Nohurqışlaq kəndində anadan olub X8 və X2 törəməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahatında göstərmişdir ki, o, 01 dekabr 1972-ci ildə Qutqaşen (indiki Qəbələ) rayonunun Nohurqışlaq kəndində anadan olub X11 və X2 törəmişdir. Barəsində doğum akt qeydi aparılmadığından doğum haqqında şəhadətnamə ala bilməmiş və bu səbəbdən şəxsiyyət vəsiqəsinin alınması ilə əlaqədar məsələni həll etmək mümkün olmamışdır. Ona görə də, doğumunun qeyd edilmə faktının müəyyən edilməsi tələbi barədə ərizə vermişdir. İş üzrə şahid X7 göstərmişdir ki, o, 17 dekabr 1971-ci il tarixdə Qəbələ rayonu Nohurqışlaq kəndində anadan olub X8 və X2 törəmişdir. 01 dekabr 1972-ci ildə anadan olmuş Ərizəçi onun doğma qardaşıdır və alinənin digər üzvləri ilə birlikdə valideynlərinə məxsus olan Qəbələ rayonu Nohurqışlaq kəndində yerləşən fərdi yaşayış evində yaşamışdır. İşdə olan JQ 480514 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən 01 dekabr 1972ci il tarixdə Qəbələ rayonu Nohurqışlaq kəndində anadan olmuş X1 Sədiyar Əhməd oğlu və X2 törəmişdir. İşdə olan Qəbələ RİHB-nin Nohurqışlaq kənd İƏD üzrə İN tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli 5-59-40/2-562-2024 saylı arayışa əsasən Ərizəçi Qəbələ rayonu Nohurqışlaq kəndində yaşayır. İşdə olan Qəbələ RİHB-nin Nohurqışlaq kənd İƏD üzrə İN tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli 76 nömrəli arayışda göstərilmişdir ki, X3 mərhum atası X8 həqiqətən 11 may 1982-ci ildə Qəbələ rayonu Nohurqışlaq kəndində vəfat etmiş və Nohurışlaq kənd qəbirstanlığında dəfn edilmişdir. İşdə olan AR MAİ QRİH Qəbələ raon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 125 nömrəli arxiv arayışında göstərilmişdir ki, Qəbələ rayon Dövlət Arxivində saxlanılan Tüntül kənd sovetinin Nohurqışlaq kəndinə aid 1974-1976-cı illərini əhatə edən 06 saylı Təsərrüfatbaşına kitabının 100-cü səhifəsindəki 398 saylı şəxsi hesabda ailə başçısı yazılmış X4 təsərrüfatında Ailə üzvlərinin siyahısı bölməsində xx.xx.1972-ci il təvəllüdlü Ərizəçi adı vardır. İşdə olan AR ETN Qəbələ rayonu Nohurqışlaq kənd İ.Abdulkərimov adına tam orta məktəbi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 246 nömrəli arayışa əsasən X9 1987-1988-ci tədris ilində Nohurqışlaq kənd İ.Abdulkərimov adına tam orta məktəbinin 8-ci sinfində oxumuşdur. İşdə olan AR ƏN Maraqlı şəxs tərəfindən verilmiş 16 yanvar 2020-ci il tarixli 17 nömrəli məlumata əsasən “vətəndaşlıq vəziyyəti aktlar”ının avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və arxiv məlumatlarında X5 doğum haqqında akt qeydi aşkar edilməmişdir. İşdə olan AZ-İ 634400 nömrəli “ölüm haqqında şəhadatnamə”nin surətinə əsasən X10 xx.xx.2013-cü il tarixdə, Qəbələ rayonu Nohurqışlaq kəndində ölmüşdür. İşdə olan AR ƏN Maraqlı şəxs tərəfindən verilmiş 08 fevral 2025-ci il tarixli 3-16-5/8-xxxx/2025 saylı məlumata əsasən “vətəndaşlıq vəziyyəti aktlar”ının avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və arxiv məlumatlarında Ərizəçinın doğum haqqında akt qeydi aşkar edilməmişdir. AR MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Ərizəçi 01 dekabr 1972-ci ildə Qəbələ rayonunun Nohurqışlaq kəndində anadan olub X8 və X2 törəmişdir. AR MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərbası mümkün olmasın. Məhkəmə hesab edir ki, 01 dekabr 1972-ci ildə Qəbələ rayonunun Nohurqışlaq kəndində (Qutqaşen rayonu, Nohurqışlaq kəndində) anadan olub X8 və X2 törəmiş Ərizəçi doğumunun qeyd edilmə faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. Ərizəçi doğumunun qeyd edilmə faktı müəyyən edilsin. Doğum akt qeydi aparılarkən doğulduğu yer – Qutqaşen ( Qəbələ) rayonu, Nohurqışlaq kəndi; doğum tarixi – xx.xx.1972-ci il; anası X12; atası X8 qeyd olunsun. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №e-2(025)-430/2025
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-430/2025
06.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver