Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-461/2024 24.04.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “cavabdehin uşaqları ilə birlikdə fərdi yaşayış evindən məcburi qaydada çıxarılması və evdən istifadəsi qadağan olunması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: fərdi yaşayış evindən məcburi qaydada çıxarılma və evdən istifadəyə qadağa qoyulması) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tahirova Ləman Kamran qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “cavabdehin uşaqları ilə birlikdə fərdi yaşayış evindən məcburi qaydada çıxarılması və evdən istifadəsi qadağan olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “cavabdehin uşaqları ilə birlikdə fərdi yaşayış evindən məcburi qaydada çıxarılması və evdən istifadəsi qadağan olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 1 ünvanında yerləşən 0.03 ha torpaq sahəsi və ümumi sahəsi 128 kv.m. olan fərdi yaşayış evindən Cavabdeh uşaqlari ilə birlikdə məcburi qaydada çıxarılması və isİfadəsi qadağan olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2023-cü il tarixində Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən 0.03 ha torpaq sahəsini və ümumi sahəsi 128 kv.m. olan fərdi yaşayış evini öz aralarında alqı-satqı edərək 52.000 manata dövlət rüsumunun ödənilməsi haqqında məlumat almışdır. Öz aralarında olan ünvan 1 ünvanında yerləşən 0.03 ha torpaq sahəsini və ümumi sahəsi 128 kv.m. olan fərdi yaşayış evinin alqı-satqısını öz xətti ilə yazılmış şəxsiyyət vəsiqəsinin surətində də qeyd edərək, imzası ilə təsdiqləmişdir. Cavabdeh da xx.xx.2022-ci il tarixində Qəbələ şəhər bələdiyyəsinin qərarı və alqı-satqı müqaviləsi əsasında Qəbələ şəhər sakini X4 məxsus ünvan 1 ünvanında yerləşən 0.03 ha torpaq sahəsini və ümumi sahəsi 128 kv.m. olan fərdi yaşayış evini öz aralarında alqı-satqı edərək 40.000 manata almış və həmin vaxtdan da 2 uşağı ilə birlikdə qeyd olunan fərdi yaşayış evinə köçərək 2024-cü ilin yanvar ayına kimi orada yaşamışlar. O torpaq sahəsi və fərdi yaşayış evini öz aralarında olan razılaşmaya əsasən aldıqdan sonra bütün kommmunal (qaz, su, işıq) istifadəni öz adına rəsmiləşdirmişdir. Eyni zamanda da Qəbələ bələdiyyəsinə torpaq və əmlak vergisini ödəmişdir. Hal-hazırda onun ünvan 1 ünvanındakı 0.03 ha torpaq sahəsində olan fərdi yaşayış evində yaşamadığından istifadə edən cavabdeh şəxs 2 yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə qeyd olunan ünvana gedərək özbaşına hərəkətlərə yol verir və qanunsuz fərdi yaşayış evində qalmaqla istifadə edir. Belə olan halda o mülkiyyətindən maneəsiz, sərbəst istifadə edə bilmir. Cavabdehə də dəfələrlə torpaq sahəsindən və fərdi yaşayış evindən çıxmasını, həmin evdən istifadə etməməsi barədə xəbərdarlıq etməsinə baxmayaraq heç bir nəticə əldə edə bilməmişdir. Həmçinin, o aidiyyati orqanlara müraciət edərək cavabdehin qanunsuz hərəkətlərinə son qoyulmasını, evdən çıxarılmasını xahiş etsə də məhkəməyə müraciət olunması təklif olunmuşdur. Ona görə də məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməli olmuşlar. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X5 iddia tələbini qəbul edərək, eyni zamanda məhkəməyə ərizə təqdim edərək, iddia tələbini qəbul etdiyini və yaxın zamanlarda evi tərk edəcəyini bildirmişdir. Həmçinin izahatında bildirmişdir ki, 10 və 12 yaşda olan iki övladı var, uşaqları evin yaxınlığında hazırlığa getdiyi üçün hələ evdən çıxa bilməmişdir, lakin bu yaxınlarda evdən çıxacaqdır. Məhkəmə iş üzrə iddiaçının və cavabdehin izahatını və çıxışını dinləyərək, cavabdehin ərizəsini nəzərə alaraq, təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Mülki işdə olan sənədlər: İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilədən görünür ki, İddiaçı və “Azəriqaz” İB arasında istehlakçının yəni, İddiaçı qazla təmin edilməsi barədə müqavilə bağlanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Enerjitəchizatı müəsissəsi ilə məişət abonenti arasında elektrik enerjisinin alqı-satqısının birtipli” müqaviləsindən görünür ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış müqaviləyə əsasən istehlakçı İddiaçı elektrik enerjisi ilə təchiz olunması ilə bağlı müqavilə bağlanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair” əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan Müqaviləyə əsasən, "xxxx" ASC ilə İddiaçı arasında su təchizatı və tullantı sularının axıdılması ilə bağlı müqavilə bağlanmışdır. İş materiallarında olan 21 noyabr 2007-ci il tarixli Qəbələ rayon Qəbələ bələdiyyəsinin qərarına əsasən, X4 ev tikmək üçün 0.06 ha torpaq sahəsi satılmışdır. İş materiallarında olan 22 noyabr 2007-ci il tarixli Torpaqların alqı-satqısına dair Aktın surətindən görünür ki, X3 rayonu Qəbələ bələdiyyəsi ərazisində 0.06 ha torpaq sahəsi üçün 498 manat haqq ödəmişdir. İş materiallarında olan 248674 saylı etibarnamənin surətindən görünür ki, X1 X7, sonuncu da İddiaçı ötürmüşdür. İş materiallarında olan 20 fevral 2024-cü il tarixli, 24 saylı Qəbələ rayonu ünvan 2 ünvanında yerləşən 0,03 ha torpaq sahəsi İddiaçı istifadəsindədir. Həmin torpaq sahəsində 128 kv.metr fərdi yaşayış evi tikilmiş və İddiaçı hal-hazırda həmin ünvanda yaşayır. 20 fevral 2024-cü il tarixə kimi torpaq və əmlak vergisini ödəmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 52.2-ci maddəsinə əsasən, cavabdeh iddianın etiraf edilməsi barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəflivə tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, iddia ərizəsi üzrə mübahisənin məğzini Cavabdeh əşyaları ilə birlikdə mübahisəli mənzildən çıxarılması üçün əsasların mövcud olub-olmaması təşkil edir. Mülki işin məhkəmə araşdırılması zamanı işin halları ilə müəyyən olunmuşdur ki, 21 noyabr 2007-ci il tarixdə Qəbələ rayonu Qəbələ bələdiyyəsi ərazisindən 0.06 ha torpaq sahəsi X2. Daha sonra X6 həmin torpaq sahəsini və torpaqda tikdirdiyi 128 kv.metr fərdi yaşayış evini Cavabdeh satmışdır. xx.xx.2023-cü il tarixdə Cavabdeh həmin torpağı və fərdi yaşayış evini 52.000 manata İddiaçı satmışdır. Hal-hazırda Cavabdeh iddianı qəbul edir, fərdi yaşayış evini yaxın vaxtlarda tərk edəcəyi barədə öhdəlik götürür. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin maddənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırdığı sübutları və məhkəmınin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlilər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə cavabdeh tərəfindən iddia tələbi qəbul edildiyindən və o bu barədə məhkəməyə yazılı ərizə təqdim etdiyindən, məhkəmə iddia tələbinin təmin edilməsi ilə bağlı qətnamə qəbul etməyi məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Buna görə də iddia verilən zaman ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalı, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 0.03 ha torpaq sahəsi və ümumi sahəsi 128 kv.m olan fərdi yaşayış evindən Cavabdeh uşaqları ilə birlikdə məcburi qaydada çıxarılmalı və istifadəsi qadağan olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 0.03 ha torpaq sahəsi və ümumi sahəsi 128 kv.m olan fərdi yaşayış evindən Cavabdeh uşaqları ilə birlikdə məcburi qaydada çıxarılsın və istifadəsi qadağan olunsun. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №e-2(025)-461/2024
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-461/2024
24.04.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver