Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-467/2023 25.07.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1 ədəd Sampo Rosenlew SR- 2045 markalı taxılyığan kombaynın tam bərpası üçün hesablanmış 3 060,00 (üç min altmış) manat dəymiş maddi ziyanın və 50,60 (əlli manat altmış qəpik) manat dövlət rüsumunun - cəmi 3.110,60 (üç min yüz on manat altmış qəpik) manat məbləğin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 2020-ci il 28 may tarixli 07/00162 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd Sampo Rosenlew SR-2045 markalı taxılyığan kombayn ona istifadəyə verilmişdir. Müqavilə əsasında cavabdehin istifadəsinə verilmiş Sampo Rosenlew SR-2045 markalı taxılyığan kombayn bölməyə təhvil verilərkən baxış keçirilmiş və nəticədə texnikaya 3 060,00 (üç min altmış) manat məbləğində zərərin dəydiyi müəyyən edilmişdir. Həmin kombaynın işlək vəziyyətə gətirilməsinə sərf olunacaq xərclər haqqında arayış tərtib olunmuşdur. Tərtib olunmuş arayışa əsasən texnikanın tam bərpa edilməsi üçün onlara tələb olunan ehtiyat hissələrinin dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq müəyyən edilmişdir. Belə ki, Sampo Rosenlew SR-2045 markalı taxılyığan kombaynın tam bərpası üçün3 060,00 (üç min altmış) manat dəymiş maddi ziyan hesablanmışdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X2 iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək göstərdi ki, taxılyığan kombaynı təhvil alarkən imza çəkərək təhvil almışdır. Orada avtomobili istifadə edərkən heç bir nasazlıq olmamışdır. Lakin kombayn taxıl sahəsinə daxil olarkən onda nasazlıq yaranmışdır. Bir neçə dəfə öz hesabına kombaynın remenini dəyişmişdir. Lakin sonradan başqa ehtiyyat hissəsində problem yaranmışdır. Həmin ehtiyyat hissənin dəyişdirilməsi üçün iddiaçı "xxxx" ASC-nə müraciət etmiş, ona isə cavablarında həmin ehtiyyat hissənin onlarda olmadığını, onun özünün almaqlarını bildirmişlər. O isə həmin ehtiyyat hissənin qiymətini maraqlanmış və məlum olmuşdur ki, təxminən 1800 manatdır. İmkanı olmadığından həmin ehtiyyat hissəni almamış və kombaynı təhvil vermək üçün geri qaytarmışdır. İddiaçı tərəf kombaynın mühərrik və elektrik hissəsində problem olduğunu qeyd etsə də, bu düzgün deyildir. Çünki o, kombaynı Şamaxı rayonuna sürərək aparmışdır. Kombyan sadəcə taxıl sahəsində istifadəyə yararsızdır. Həmçinin kombaynı iddiaçı təşkilata təhvil verərkən heç bir rəsmi sənədə imza atmamışdır. Kombaynı geri qaytararkən orada ancaq mühafizəçi olmuş və ona təqdim edərək geri qayıtmışdır. Bununla bağlı məhkəmə tərəfindən də ekspertiza keçirilmiş və verilmiş ekspert rəyinə əsasən də müəyyən edilmişdir ki, o, heç bir akta imza etməmiş, iddiaçı tərəfdən məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixli 02 saylı akt və xx.xx.2020-ci il tarixli Qüsur aktındakı imzalar ona aid deyildir, onun tərəfindən imzalanmamışdır. Məhkəmədən göstərilənləri nəzərə alıb iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq, iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyərək, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməməlidir. Mülki işdə olan sənədlər: İş materiallarında olan 28 may 2020-ci il tarixli 07/00162 saylı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə” Müqaviləsindən görünür ki, İstifadəyə verən kənd təsərrüfatı texnikasının mülkiyyət hüququnun istifadəçiyə keçməməsi ilə şərti ilə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər 4000 manat ödənilməsi əsası ilə istifadəyə verir. İş materiallarında olan mexanizator Cavabdeh tərəfindən İddiaçı ASC-nin sədri Nümayəndə1 verilmiş “İltizam”dan görünür ki, mexanizator Cavabdeh 28 may 2020-ci il tarixli 07/00162 saylı müqavilə əsasında müvəqqəti istifadəyə götürdüyü texnikanı təyinatı üzrə istifadə etməyi; istismar zamanı zəruri texniki qulluq işlərinin vaxtında həyata keçirməyi; istismar zamanı yaranmış nasazılığı müqavilə (istifadə) müddəti ərzində öz hesabına aradan qaldırmağı; istismar zamanı GPS avadanlığı dəstinin qorunub saxlanmasını və müqavilə (istifadə) müddəti bitdikdən sonra texnikanı saz və dəst halda təhvil verməyi; taxıl yığımı zamanı ilkin olaraq 50 ha-dan kiçik ölçülü taxıl sahələrində işləməyi, iri təsərrüfat sahələrində isə Mərkəzi Aparatın qabaqcadan razılığı ilə taxıl yığımını həyata keçirməyi və Cəmiyyət tərəfindən müəyyən edilmiş dislokasiya planına riayət etməyi; müqavilə müddəti (istifadə) bitməmişdən əvvəl təhvil verməyindən, texnikanın istismar zamanı baş vermiş nasazlıq səbəbi ilə boş dayanmalardan və texnikanın saz vəziyyətinə gətirilməsinə çəkilən xərcdən asılı olmayaraq, yuxarıdakı cədvəldə nəzərdə tutulmuş məbləği lizinq verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 07/00162 nömrəli “Texniki vəziyyət haqqında” AKT1-dən görünür ki, İddiaçı ASC-nin Qobustan RN-nin Şamaxı rayon bölməsinin istifadəsində olan texnika texniki saz vəziyyətdə mexanizator Cavabdeh təhvil verilmiş və sonuncu öz imzası ilə təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, xx-xx/00162 nömrəli “Texniki vəziyyət haqqında” AKT-da göstərilmişdir ki, İddiaçı ASC-nin Qobustan RN-nin Şamaxı rayon bölməsinin istifadəsində olan texnika texniki mexanizator Cavabdeh təhvil alınmışdır. Bu zaman yanacaq sisteminin və elektrik avadanlığının nasaz olması müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli “Qüsur” X6 operativ lizinqə verilmiş taxılyığan kombaynda “xeder qırıq vəziyyətdə”, “naklon əzik-sağ tərəf kəsik vəziyyətdə”, “variatr nasaz yeriş qayışı nazas”, “yanacaq bakı patlaq”, “naklona qoşulan qayışın şkifi qırıq”, “kombayn arxa hissəsi əzik” “arxa stoplar yoxdur, arka faralar sınıq”, “rulovoy slindirin şlanqı partlaq”, “baraban açarı yoxdur, qoşa barmaqdan 18 ədədi yoxdur, şneq barmağın 3 ədədi yoxdur” qüsurları aşkar edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli İddiaçı ASC-i tərəfindən Cavabdeh ünvanlanmış məktubun surətindən görünür ki, müqavilə üzrə öhdəlikləri yerinə yetirmədiyi üçün cəmiyyətə borcu yaranmışdır. Öhdəlikləri yerinə yetirmədiyinə görə yaranmış borcu ödəmədiyi halda ona qarşı iddia irəli sürülərək məhkəməyə müraciət olunması barədə xəbərdar edilmişdir. Məhkəmənin 16 may 2023-cü il tarixli, 2(025)-467/2023 nömrəli qərardadı ilə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 iyul 2023-cü il tarixli, 4/1034 nömrəli rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş, mülki işin 64-cü vərəqində olan xx.xx.2020-ci il tarixli, xx-xx/00162 №-li texniki vəziyyəti haqqında AKT-ın aşağı hissəsində “Təhvil verdi:” qrafasındakı imza və həmin aktın “Aktın doğruluğuna imza edirik:” qrafasında “Cavabdeh” sözlərinin qarşısındakı imza, mülki işin 65-ci vərəqində olan xx.xx.2020-ci il tarixli Qusur aktının aşağı hissəsində “Bu aktın doğru olmasını təsdiq edən komissiya üzvülərinin imzası:” qrafasındakı “Cavabdeh” sözlərinin qarşısındakı imza – X5 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 697.4-cü maddəsinə əsasən Kirayəyə verənin kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddiaları, habelə kirayəçinin xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi barədə iddiaları altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşür. Kirayəyə verənin zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun əşyanı geri aldığı andan başlanır. Kirayəçinin iddialarının müddəti kirayə hüquq münasibətlərinə xitam verildiyi andan başlanır. Kirayəyə verən əşyanın qaytarılması hüququnu müddətin keçməsinə görə itirdikdə onun zərərin əvəzinin ödənilməsi barədə iddiaları da qüvvədən düşür. 748-7.1-ci maddəsinə əsasən Lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır (748-7.1). 751-ci maddəsinə əsasən Lizinq barəsində əmlak kirayəsi müqaviləsinin bu Məcəllənin 747-750-ci maddələrinə zidd olmayan qaydaları tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, iddiaçı və cavabdeh arasında bağlanmış 28 may 2020-ci il tarixli 07/00162 saylı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə” müqavilənin müddəti xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixli, 07/00162 nömrəli “Texniki vəziyyət haqqında” AKT1-lə müəyyən edilir ki, İddiaçı ASC-nin Qobustan RN-nin Şamaxı rayon bölməsinin istifadəsində olan texnika xx.xx.2023-cü il tarixdə mexanizator Cavabdeh təhvil verilmişdir. Daha sonra müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixli, xx-xx/00162 nömrəli “Texniki vəziyyət haqqında” AKTla İddiaçı ASC-nin Qobustan RN-nin Şamaxı rayon bölməsinin istifadəsində olan texnika xx.xx.2020-ci il tarixdə yanacaq sisteminin və elektrik avadanlığının nasaz olması vəziyyətdə Cavabdeh təhvil alınmışdır. Nəticədə texnikaya 3060 (üç min altmış) manat məbləğində zərərin dəydiyi müəyyən olunmuşdur. Daha sonra müəyyən edilmişdir ki, iddiaçı ziyanla bağlı məhkəməyə müraciət etmə müddətini ötürmüşdür. Məhkəmə qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktlar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia tələbinin əsası ilə əlaqədar sübutlar təqdim edilməmişdir. Məhkəmə iddia tələbinin Cavabdeh istifadəsinə verilmiş Sampo Rosenlew SR-2045 markalı taxılyığan kombaynın tam bərpası üçün 3060 (üç min altmış) manat dəymiş maddi ziyanla bağlı aşağıdakıları qeyd edir; Mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə tərəflər arasında sübut etmə yükünü düzgün müəyyən etməli və hər bir tərəfin öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında və müqavilə müddəalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması üçün iddia tələbinin qanuni əsasını təşkil edən müqavilə və ya qanun normalarının, o cümlədən, mübahisəyə tətbiq edilməli olan digər maddi hüquq normalarının müəyyənləşdirilməsi vacib əhəmiyyətə malikdir. Eyni zamanda Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217 və 220ci maddələrinə əsasən qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Baxılan iş üzrə iddiaçı ilə cavabdeh arasında lizinq hüquq münasibətlərinin yarandığı, müqavilə bağlandıqdan sonra lizinq obyektinin cavabdehə təhvil verildiyi, habelə lizinq obyektinin xx.xx.2020-ci il tarixdə iddiaçıya təhvil verildiyi işin mübahisə olunmayan hallarıdır. Lakin lizinq obyektinin iddiaçıya zədələnmiş şəkildə verilməsi ilə işin mübahisəli halıdır. Belə ki, cavabdeh iddia tələbini qəbul etməyərək göstərmişdir ki, iddiaçı tərəf kombaynın mühərrik və elektrik hissəsində problem olduğunu qeyd etsə də, bu düzgün deyildir. Çünki o, kombaynı Şamaxı rayonuna sürərək aparmışdır. İddiaçı isə öz iddiasının haqlı tərəflərini 11 avqust 2020-ci il tarixli, xx-xx/00162 nömrəli “Texniki vəziyyət haqqında” aktla, 11 avqust 2020-ci il tarixli “Qüsur akt”ı ilə əsaslandırmağa çalışmışdır. Bununla bağlı məhkəmənin 16 may 2023-cü il tarixli, 2(025)-467/2023 nömrəli qərardadı ilə məhkəməxəttşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 iyul 2023-cü il tarixli, 4/1034 nömrəli rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş, mülki işin 64-cü vərəqində olan xx.xx.2020ci il tarixli, xx-xx/00162 №-li texniki vəziyyəti haqqında AKT-ın aşağı hissəsində “Təhvil verdi:” qrafasındakı imza və həmin aktın “Aktın doğruluğuna imza edirik:” qrafasında “Cavabdeh” sözlərinin qarşısındakı imza, mülki işin 65-ci vərəqində olan xx.xx.2020-ci il tarixli Qusur aktının aşağı hissəsində “Bu aktın doğru olmasını təsdiq edən komissiya üzvülərinin imzası:” qrafasındakı “Cavabdeh” sözlərinin qarşısındakı imza – Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Hazırkı iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşsədə o, cavabdeh tərəfindən hüquqlarının pozulduğuna dair sübutları və hüquqların pozulmasını mübahisələndirilməsini təsdiqləyən faktları məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi iddiaçı 11 avqust 2020-ci il tarixli, xx-xx/00162 nömrəli “Texniki vəziyyət haqqında” akta və 11 avqust 2020-ci il tarixli “Qüsur akt”ına əsasən Cavabdeh maddi zərəri tələb etsə də, keçirilmiş ekspertiza zamanı 11 avqust 2020-ci il tarixli, xx-xx/00162 nömrəli “Texniki vəziyyət haqqında” aktı və 11 avqust 2020-ci il tarixli “Qüsur akt”ını Cavabdeh imzalaması müəyyən olunmamış, nəticədə iddiaçının iddia tələbi ilə bağlı əsaslandırdığı faktlar ekspert rəyi ilə təkzib olunmuşdur. Beləki, göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübut etmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınarsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcüd olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. İstinad olunan milli qanunvericilik normalarından və Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi hazırkı mübahisədə iddianı sübuetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı isə öz iddiasının haqlı olmasını mötəbər sübutlarla sübut edə bilməmişdir. Əlavə olaraq məhkəmə qeyd edir ki, xx.xx.2020-ci il tarixdə Sampo Rosenlew SR-2045 markalı taxılyığan kombayn mexanizator Cavabdeh təhvil alınmışdır. Lakin iddiaçı 6 ay müddətində, yəni 2021-ci ilin fevral ayının 11-nə qədər məhkəmə müraciət etmək əvəzinə 2 il sonra, yəni xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Bununla da 6 aylıq müddəti ötürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin qeyd olunan tələbin qanuni əsasını təşkil edən 748-7.1-ci maddəsinə əsasən lizinq obyektinin zərərin bütün növlərindən qorunması (onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti) riskini lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmadığı halda lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Məzmunundan görünüyü kimi həmin norma dispozitiv normadır və tərəflər arasında bağlanmış müqavilədə ayrı qayda müəyyən edilmədiyi halda tətbiq oluna bilər. Lakin işə baxmış məhkəmə tərəflər arasında sübut etmə yükünü müəyyən etmədən və işdə olan sübutlara tətbiq edilməli hüquq normalarına, o cümlədən tərəflər arasında bağlanmış müqavilə normalarına müvafiq olaraq qiymət vermədən zərər tələbinin tam təmin olunması barədə qənaətə gəlmişdir. Bununla yanaşı, nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 751-ci maddəsi lizinq münasibətlərinə əmlak kirayəsi müqaviləsinin bu Məcəllənin 747- 750-ci maddələrinə zidd olmayan qaydalarının tətbiqini mümkün hesab edir. Bu baxımdan hazırkı mübahisə, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 697.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla həll edilməlidir. İstinad olunan maddəyə əsasən kirayəyə verənin kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddiaları, habelə kirayəçinin xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi barədə iddiaları altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşür. Kirayəyə verənin zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun əşyanı geri aldığı andan başlanır. Normada müəyyən edilmiş 6 aylıq müddət kəsici müddətdir, bu baxımdan həmin müddətin tətbiqi üçün tərəflərin ərizə verməsi tələb olunmur, bu müddət qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırılmır və kəsilmir. Məhkəmə kəsici müddətin keçməsi səbəbilə aradan qalxmış olan bir haqqın (hüququn) təmin olunmasına dair qərar çıxarda bilməz. Belə ki, kəsici müddətin ötürülməsi nəticəsində haqqın (hüququn) mövcudiyyəti də aradan qalxdığına görə, artıq məhkəmə tərəfindən təmin edilməli olan bir haqq da olmur. Halbuki mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifəsi yalnız haqların (hüquqların) təsdiq olunmaqla qorunmasını təmin etməkdir (MPM.m.2.1.). İndi bir haqqın mövcud olmadığı iş materiallarından məlum olmasına baxmayaraq, sanki belə bir haqq varmış kimi onun təmin olunmasına dair çıxarılan bir qətnamə qanuni və əsaslı ola bilməz. Buna görə də, iddia müddətlərinin ötürülmüş olmasını məhkəmələr öz-özlüyündən nəzərə ala bilmədikləri halda, heç kim irəli sürməsə də iş materiallarından kəsici müddətlərin ötürülüməsinin məlum olduğu hallarda məhkəmə bunu nəzərə almağa məcburdur. Əks halda məhkəmə olmayan bir haqqın təmin olunmasına dair əsassız qətnamə çıxarmaqla həm də cavabdeh qismində göstərilən şəxsin qanuni manafeyini hüquqa zidd bir şəkildə pozmuş olar. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də iddia verilən zaman ödənilmiş 50,60 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 110 (bir yüz on) manat məbləğində pul İddiaçı ASC-dən tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara, ekspert rəyinə məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı ASC-nin Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı ASC-nin Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 110 (bir yüz on) manat məbləğində pul İddiaçı ASC-dən tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №e-2(025)-467/2023
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-467/2023
25.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver