Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-492/2025 20.05.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi X1, Məmmədova Gülanə Elmdar qızının katibliyi, iştirakı ilə, iddiaçı AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 15 saylı X2 Mərkəzinin nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, iddiaçı AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 15 saylı X2 Mərkəzinin Cavabdeh qarşı meşə fondu torpağının qanunsuz sahiblikdən azad edilməsi, istifadəsinə qadağa qoyulması və özbaşına tikililərin sökülərək ərazinin əvvəlki vəziyyətə gətirilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N ETD İ : İddiaçı AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 15 saylı X2 Mərkəzi Cavabdeh qarşı meşə fondu torpağının qanunsuz sahiblikdən azad edilməsi, istifadəsinə qadağa qoyulması və özbaşına tikililərin sökülərək ərazinin əvvəlki vəziyyətə gətirilməsi tələbi barədə iddia qaldıraraq 15 saylı RMTM-nin Vəndam meşəbəyliyinin 01 saylı meşə dolayının 45-ci kvadratının 15-ci bölməsində 741***-*******; 740***-*******; 740***-*******; 740***-*******; 740***-******* koordinatlarda yerləşən özbaşınalıqla zəbt edilmiş 0,50 ha meşə fondu torpağından Cavabdeh istifadəsinə qadağa qoyulması və özbaşına tikililərin sökülərək ərazinin əvvəlki vəziyyətdə 15 saylı RMTM-nə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 15 saylı X2 Mərkəzinin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, AR ETSN MİX 15 saylı X2 Mərkəzinin xx.xx.2024-cü il tarixli 028/ü saylı əmrinə əsasən meşə fondu ərazisində yerləşən istirahət rekreasiya obyektləri və aqrobağlar ilə bağlanmış müqavilələr üzrə icarə haqqlarının ödənilməsi, zəbtlər olub olmadığı aşkar edilməsi, müqavilə şərtlərinə əməl edilib edilmədiyi, müqavilədə qeyd edilən fiziki və hüquqi şəxslərin məlumatlarının düzgünlüyünün yoxlanılması və vergi orqanında qeydiyyatda olub olmadığı, o cümlədən icarə müqaviləsi olmadan fəaliyyət göstərən istirahət rekreasiya obyektləri və aqrobağların müəyyən edilməsi məqsədilə 27 mart 2024-cü il tarixdə 15 saylı RMTM-nin Vəndam meşəbəyliyinin 01 saylı meşə dolayının 45-ci kvadratının 15-ci bölməsində əməkdaşlar tərəfindən baxış keçirilərkən Qəbələ şəhər sakini Cavabdeh məxsus olan icarə müqaviləsi olmayan fəaliyyətsiz iaşə obyekti aşkar edilmiş, 0,50 ha torpaq sahəsindən qanunsuz istifadə edildiyi, ərazidə 5x2.5x2 m ölçüdə dəmir dirəklər üzərində yeri betonlanmış 5 ədəd söhbətgah, 8x4x2 m ölçüdə ağac dirəklər üzərində yeri torpaqdan 2 ədəd söhbətgah (1-nin üstü açıq), 12x2.5x2,2 m ölçüdə dəmir dirəklər üzərində divarları mişar daşı ilə hörülmüş 1 ədəd yeməkxana və ona bitişik 2x2x2m ölçüdə mişar daşı ilə hörülmüş 1 ədəd ayaqyolu, 6x2x2.8m ölçüdə çay və mişar daşı ilə hörülmüş 1 ədəd hovuz, 40x20m ölçüdə süni göl qeydə alınmış, çirkab suların axıdılması üçün şambo qurulmadığı və yanğın təhlükəsizliyini təmin edən yanğın lövhəsi qoyulmadığı müəyyən edilərək GPS əl aləti vasitəsi ilə ərazinin koordinatları götürülmüşdür. Cavabdeh özbaşına tikililəri söküb ərazidən çıxması təklif olunsa da, nəticə əldə olunmamışdır. Ona görə də, 15 saylı RMTM-nin Vəndam meşəbəyliyinin 01 saylı meşə dolayının 45-ci kvadratının 15-ci bölməsində 741***-*******; 740***-*******; 740***-*******; 740***-*******; 740***-******* koordinatlarda yerləşən özbaşınalıqla zəbt edilmiş 0,50 ha meşə fondu torpağından Cavabdeh istifadəsinə qadağa qoyulması və özbaşına tikililərin sökülərək ərazinin əvvəlki vəziyyətdə 15 saylı RMTM-nə təhvil verilməsi barədə iddia qaldırılmışdır. Cavabdeh iddia tələbini qəbul edərək izahatında göstərmişdir ki, Vəndam meşəbəyliyinin 01 saylı meşə dolayının 45-ci kvadratının 15-ci bölməsinə yerləşən 0,50 ha meşə fonduna aid torpaq sahəsi 1967-ci ildən etibarən onun ailə üzvlərinin istifadəsində olmuş, ərazidə çoxlu sayda qoz ağacları əkilmiş, hər il meyvə və ot yığılaraq on iki nəfərdən ibarət olan ailənin maddi ehtiyaclarlarının ödənilməsinə sərf edilmişdir. İslahatdan sonra həmin torpaq sahəsi onun istifadəsində olmuş, ərazidə 3 ədəd söhbətgah, mətbəx, təndirxana, hovuz və 4x12m ölçüdə quraqlıq tikərək yay mövsümündə istirahət məntəqəsi kimi istifadə etmiş və hər il 15 saylı RMTMnin hesabına 30,0 manat ot pulu ödənilmişdir. Ərazidəki süni göl axıntı sularının qarşısına bənd vurulması yolu ilə əmələ gəlmiş, torpaq qatı qazılmamış və korlanmamışdır. 15 saylı X2 Mərkəzi tərəfindən verilmiş xəbərdarlıqdan sonra ərazidə istirahət rekreasiya obyekti yaratmaq məqsədilə torpaq sahəsini icarəyə götürməkdən ötrü müraciət etmişdir. Ona görə də, ərazidə tikdiyi söhbətgah, mətbəx, quraqlıq, hovuz və təndirxananın sökülməsinin dayandırılmasını xahiş edir. İşdə olan AR ETSN 15 saylı X2 Mərkəzi üzrə tərtib edilmiş xx.xx.2024-cü il tarixli Aktda göstərilmişdir ki, meşə fondu ərazisində yerləşən istirahət rekreasiya obyektləri və aqrobağlar ilə bağlanmış müqavilələr üzrə icarə haqqlarının ödənilməsi, zəbtlər olub olmadığı aşkar edilməsi, müqavilə şərtlərinə əməl edilib edilmədiyi, müqavilədə qeyd edilən fiziki və hüquqi şəxslərin məlumatlarının düzgünlüyünün yoxlanılması və vergi orqanında qeydiyyatda olub olmadığı, o cümlədən icarə müqaviləsi olmadan fəaliyyət göstərən istirahət rekreasiya obyektləri və aqrobağların müəyyən edilməsi məqsədilə 27 mart 2024-cü il tarixdə 15 saylı RMTM-nin Vəndam meşəbəyliyinin 01 saylı meşə dolayının 45-ci kvadratının 15-ci bölməsində əməkdaşlar tərəfindən baxış keçirilərkən Qəbələ şəhər sakini Cavabdeh məxsus olan icarə müqaviləsi olmayan fəaliyyət göstərməyən iaşə obyekti aşkar edilmiş, 0,50 ha torpaq sahəsindən qanunsuz istifadə edildiyi , ərazidə 5x2.5x2 m ölçüdə dəmir dirəklər üzərində yeri betonlanmış 5 ədəd söhbətgah, 8x4x2 m ölçüdə ağac dirəklər üzərində yeri torpaqdan 2 ədəd söhbətgah (1-nin üstü açıq), 12x2.5x2,2 m ölçüdə dəmir dirəklər üzərində divarları mişar daşı ilə hörülmüş 1 ədəd yeməkxana və ona bitişik 2x2x2m ölçüdə mişar daşı ilə hörülmüş 1 ədəd ayaqyolu, 6x2x2.8m ölçüdə çay və mişar daşı ilə hörülmüş 1 ədəd hovuz, 40x20m ölçüdə süni göl qeydə alınmış, çirkab suların axıdılması üçün şambo qurulmamış, yanğın təhlükəsizliyini təmin edən yanğın lövhəsi qoyulmamışdır. GPS əl aləti vasitəsi ilə ərazinin koordinatları götürülmüşdür. İşdə olan 15 saylı RMTM-nin Vəndam meşəbəyliyinin 01 saylı meşə dolayının 45-ci kvadratında yerləşən istirahət obyektinin Məkan göstəricilərini (əraziniun döngə nöqtələrinin koordinatlarını və ölçülərini) əks etdirən ortofoto plana (Gooqle Earth vaistəsilə əldə edilmişdir) əsasən Cavabdeh tərəfindən qanunsuz şəkildə istifadə olunan 0,50 ha meşə fonduna aid torpaq sahəsi 741***-*******; 740***-*******; 740***-*******; 740***-*******; 740***-******* koordinatlarda yerləşir. AR MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, 15 saylı RMTM-nin Vəndam meşəbəyliyinin 01 saylı meşə dolayının 45-ci kvadratının 15-ci bölməsində 741***-*******; 740***-*******; 740***-*******; 740***-*******; 740***-******* koordinatlarda yerləşən 0,50 ha meşə fondu torpağı Cavabdeh istifadəsində olmaqla ərazidə 5x2.5x2 m ölçüdə dəmir dirəklər üzərində yeri betonlanmış 5 ədəd söhbətgah, 8x4x2 m ölçüdə ağac dirəklər üzərində yeri torpaqdan 2 ədəd söhbətgah (1-nin üstü açıq), 12x2.5x2,2 m ölçüdə dəmir dirəklər üzərində divarları mişar daşı ilə hörülmüş 1 ədəd yeməkxana və ona bitişik 2x2x2m ölçüdə mişar daşı ilə hörülmüş 1 ədəd ayaqyolu, 6x2x2.8m ölçüdə çay və mişar daşı ilə hörülmüş 1 ədəd hovuz tikilmiş, çirkab suların axıdılması üçün şambo qurulmamış və yanğın təhlükəsizliyini təmin edən yanğın lövhəsi qoyulmamışdır. AR Mülki Məcəlləsinin 14.1-ci i maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulmuş əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquq və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən əgər qanunla hüquqların yaranması üçün aydı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. AR Torpaq Məcəlləsinin 46-cı maddəsinin 1-ci bəndinin 4-cü abzasına əsasən meşə fondu torpaqları Dövlət mülkiyyətində olan torpaqlara daxildir. Həmin Məcəllənin 46-cı maddəsinin 4-cü bəndinə əsasən Dövlət mülkiyyətində olan torpaqlara istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirir. Həmin Məcəllənin 56-cı maddəsinin 5-ci bəndinə əsasən…., dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar istifadəyə və icarəyə müvafiq olaraq müvafiq icra hakimiyyəti orqanının və bələdiyyənin qərarı (müqavilə) ilə verilir. Həmin Məcəllənin 65-ci maddəsinin 2-ci bəndinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Həmin Məcəllənin 65-ci maddəsinin 6-cı bəndinə əsasən torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. Həmin Məcəllənin 66-cı maddəsinin 3-cü bəndinə əsasən torpaqdan (o cümlədən icarə şərtləri ilə verilmiş torpaqdan) müvəqqəti istifadə hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən şəhadətnamə və tərəflər arasında bağlanılan icarə müqaviləsi ilə rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq sahələri üzərində hüquqlar, o cümlədən hüquqi və fiziki şəxslərin, habelə dövlət orqanlarının və bələdiyyələrin hüquqları, onları yaradan əsaslar müdafiə olunmaq məqsədilə dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində qeydiyyatdan keçməlidir. Həmin Məcəllənin 67-ci maddəsinin 2-ci bəndinə əsasən dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində torpaq sahələri üzərində mülkiyyətçilərin, istifadəçilərin və icarəçilərin hüquqları və vəzifələri barədə qeydlər əsas təsdiqedici və hüquq müəyyənedici sənəddir. Həmin Məcəllənin 67-ci maddəsinin 4-cü bəndinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Məhkəmədə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, 15 saylı RMTM-nin Vəndam meşəbəyliyinin 01 saylı meşə dolayının 45-ci kvadratının 15-ci bölməsində 741***-*******; 740***- *******; 740***-*******; 740***-*******; 740***-******* koordinatlarda yerləşən Dövlət mülkiyyətində olan 0,50 ha meşə fondu torpağı heç bir əsas (müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən qərar) olmadan Cavabdeh tərəfindən qanunsuz yolla zəbt edilmiş, ərazidə özbaşınalıqla 5x2.5x2 m ölçüdə dəmir dirəklər üzərində yeri betonlanmış 5 ədəd söhbətgah, 8x4x2 m ölçüdə ağac dirəklər üzərində yeri torpaqdan 2 ədəd söhbətgah (1-nin üstü açıq), 12x2.5x2,2 m ölçüdə dəmir dirəklər üzərində divarları mişar daşı ilə hörülmüş 1 ədəd yeməkxana və ona bitişik 2x2x2m ölçüdə mişar daşı ilə hörülmüş 1 ədəd ayaqyolu, 6x2x2.8m ölçüdə çay və mişar daşı ilə hörülmüş 1 ədəd hovuz tikilmişdir. AR Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. AR Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi..... əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. AR Torpaq Məcəlləsinin 111-ci maddəsinin 2-ci bəndinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Həmin Məcəllənin 111-cı maddəsinin 3-cü bəndinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binalar, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş fiziki və hüquqi şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə hesab edir ki, 15 saylı RMTM-nin Vəndam meşəbəyliyinin 01 saylı meşə dolayının 45-ci kvadratının 15-ci bölməsində 741***-*******; 740***-*******; 740***-*******; 740***-*******; 740***- ******* koordinatlarda yerləşən 0,50 ha meşə fondu torpağında inşa edilmiş 5x2.5x2 m ölçüdə dəmir dirəklər üzərində yeri betonlanmış 5 ədəd söhbətgah, 8x4x2 m ölçüdə ağac dirəklər üzərində yeri torpaqdan 2 ədəd söhbətgah (1-nin üstü açıq), 12x2.5x2,2 m ölçüdə dəmir dirəklər üzərində divarları mişar daşı ilə hörülmüş 1 ədəd yeməkxana və ona bitişik 2x2x2m ölçüdə mişar daşı ilə hörülmüş 1 ədəd ayaqyolu, 6x2x2.8m ölçüdə çayvə mişar daşı ilə hörülmüş 1 ədəd hovuz Cavabdeh öz hesabına sökülməli və ərazi əvvəlki vəziyyətdə 15 saylı RMTM-nə təhvil verilərək torpaq sahəsindən Cavabdeh istifadəsinə son qoyulmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia tələbi təmin olunsun. İddiaçı 15 saylı RMTM-nin Vəndam meşəbəyliyinin 01 saylı meşə dolayının 45-ci kvadratının 15-ci bölməsində 741***-*******; 740***-*******; 740***-*******; 740***-*******; 740***-******* koordinatlarda yerləşən 0,50 ha meşə fondu torpağında inşa edilmiş 5x2.5x2 m ölçüdə dəmir dirəklər üzərində yeri betonlanmış 5 ədəd söhbətgah, 8x4x2 m ölçüdə ağac dirəklər üzərində yeri torpaqdan 2 ədəd söhbətgah (1-nin üstü açıq), 12x2.5x2,2 m ölçüdə dəmir dirəklər üzərində divarları mişar daşı ilə hörülmüş 1 ədəd yeməkxana və ona bitişik 2x2x2m ölçüdə mişar daşı ilə hörülmüş 1 ədəd ayaqyolu, 6x2x2.8m ölçüdə çay və mişar daşı ilə hörülmüş 1 ədəd hovuz Cavabdeh öz hesabına sökülsün və ərazi əvvəlki vəziyyətdə 15 saylı RMTM-nə təhvil verilərək torpaq sahəsindən Cavabdeh istifadəsinə qadağa qoyulsun. Cavabdeh 100,0 (bir yüz) manat dövlət rüsumu tutulub Dövlət büdcəsinə keçirilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №e-2(025)-492/2025
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-492/2025
20.05.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver