Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-493/2025 20.05.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi X1, Məmmədova Gülanə Elmdar qızının katibliyi, iştirakı ilə, iddiaçı AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 15 saylı X3 Mərkəzinin nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, iddiaçı AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 15 saylı X3 Mərkəzinin Cavabdeh qarşı meşə fondu torpağının qanunsuz sahiblikdən azad edilməsi, istifadəsinə qadağa qoyulması və özbaşına tikililərin sökülərək ərazinin əvvəlki vəziyyətə gətirilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N ETD İ : İddiaçı AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 15 saylı X3 Mərkəzi Cavabdeh qarşı meşə fondu torpağının qanunsuz sahiblikdən azad edilməsi, istifadəsinə qadağa qoyulması və özbaşına tikililərin sökülərək ərazinin əvvəlki vəziyyətə gətirilməsi tələbi barədə iddia qaldıraraq 15 saylı RMTM-nin Yenikənd meşəbəyliyinin 06 saylı meşə dolayının 24-cü kvadratında 741***-*******; 741***-*******; 741***-*******; 741***-******* koordinatlarda yerləşən özbaşınalıqla zəbt edilmiş 1,0 ha meşə fondu torpağından Cavabdeh istifadəsinə qadağa qoyulması və özbaşına tikililərin sökülərək ərazinin əvvəlki vəziyyətdə 15 saylı RMTM-nə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 15 saylı X3 Mərkəzinin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, AR ETSN MİX 15 saylı X3 Mərkəzinin xx.xx.2024-cü il tarixli 028/ü saylı əmrinə əsasən meşə fondu ərazisində yerləşən istirahət rekreasiya obyektləri və aqrobağlar ilə bağlanmış müqavilələr üzrə icarə haqqlarının ödənilməsi, zəbtlər olub olmadığı aşkar edilməsi, müqavilə şərtlərinə əməl edilib edilmədiyi, müqavilədə qeyd edilən fiziki və hüquqi şəxslərin məlumatlarının düzgünlüyünün yoxlanılması və vergi orqanında qeydiyyatda olub olmadığı, o cümlədən icarə müqaviləsi olmadan fəaliyyət göstərən istirahət rekreasiya obyektləri və aqrobağların müəyyən edilməsi məqsədilə 04 mart 2024-cü il tarixdə 15 saylı RMTM-nin Yenikənd meşəbəyliyinin 06 saylı meşə dolayının 24-cü kvadratına əməkdaşlar tərəfindən baxış keçirilərkən Qəbələ rayonu Tüntül kənd sakini Cavabdeh məxsus olan icarə müqaviləsi olmayan iaşə obyekti (Qazi kafe) aşkar edilmiş, 1,0 ha torpaq sahəsindən qanunsuz istifadə edildiyi , ərazidə 6x8x2,2 m ölçüdə dəmir dirəklər üzərində kənarları plyonka ilə örtülü 1 ədəd sökülməkdə olan söhbətgah, 6x8x2,2 m ölçüdə dəmir dirəklər üzərində 4 ədəd söhbətgah, 3x4x2,2 m ölçüdə 1 ədəd qutabxana, 6x4x3m ölçüdə mişar daşı üzərində 1 ədəd daşınan dəmir kotec, 1,20x1,20x2m ölçüdə dəmir quyu üzərində 1 ədəd ayaqyolu, 15x3x0,5m ölçüdə balıq saxlamaq üçün nəzərdə tutulan süni göl aşkar edilmiş və zibil yığılması üçün dəmir qablardan istifadə edildiyi müəyyən edilərək GPS əl aləti vasitəsi ilə ərazinin koordinatları götürülmüşdür. Cavabdeh özbaşına tikililəri söküb ərazidən çıxması təklif olunsa da, nəticə əldə olunmamışdır. Ona görə də, 15 saylı RMTM-nin Yenikənd meşəbəyliyinin 06 saylı meşə dolayının 24-cü kvadratında 741***-*******; 741***-*******; 741***-*******; 741***-******* koordinatlarda yerləşən özbaşınalıqla zəbt edilmiş 1,0 ha meşə fondu torpağından Cavabdeh istifadəsinə qadağa qoyulması və özbaşına tikililərin sökülərək ərazinin əvvəlki vəziyyətdə 15 saylı RMTM-nə təhvil verilməsi barədə iddia qaldırılmışdır.. Cavabdeh X2 iddia tələbini qəbul edərək izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Qəbələ rayonu Tüntül kəndində yaşayır. 2020-ci ildə 2-ci Qarabağ müharibəsində iştirak etmiş və qayıtdıqdan sonra işə düzələ bilməyərək Rusiya Federasiyasına getmişdir. 2024-cü ildə Qəbələyə qayıtmış və Qəbələ rayonu Tüntü kəndi ilə Yenicə kəndi ətrafında yerləşən 1,0 ha meşə fonduna aid torpaq sahəsini metal torla çəpərləyərək yaşamaq üçün ərazidə dam tikmiş və talvar quraraq çayxana kimi istifadə etmişdir. Ərazidəki süni göl axıntı sularının qarşısına bənd vurulması yolu ilə əmələ gəlmiş, torpaq qatı qazılmamış və korlanmamışdır. 15 saylı X3 Mərkəzi tərəfindən verilmiş xəbərdarlıqdan sonra ərazidə istirahət rekreasiya obyekti yaratmaq məqsədilə torpaq sahəsini icarəyə götürməkdən ötrü müraciət etmişdir. Ona görə də, ərazidə tikdiyi damın və talvarın sökülməsinin dayandırılmasını xahiş edir. İşdə olan AR ETSN 15 saylı X3 Mərkəzi üzrə tərtib edilmiş xx.xx.2024-cü il tarixli Aktda göstərilmişdir ki, meşə fondu ərazisində yerləşən istirahət rekreasiya obyektləri və aqrobağlar ilə bağlanmış müqavilələr üzrə icarə haqqlarının ödənilməsi, zəbtlər olub olmadığı aşkar edilməsi, müqavilə şərtlərinə əməl edilib edilmədiyi, müqavilədə qeyd edilən fiziki və hüquqi şəxslərin məlumatlarının düzgünlüyünün yoxlanılması və vergi orqanında qeydiyyatda olub olmadığı, o cümlədən icarə müqaviləsi olmadan fəaliyyət göstərən istirahət rekreasiya obyektləri və aqrobağların müəyyən edilməsi məqsədilə 04 mart 2024-cü il tarixdə 15 saylı RMTM-nin Yenikənd meşəbəyliyinin 06 saylı meşə dolayının 24-cü kvadratına əməkdaşlar tərəfindən baxış keçirilərkən Qəbələ rayonu Tüntül kənd sakini Cavabdeh məxsus olan icarə müqaviləsi olmayan iaşə obyekti ( Qazi kafe) aşkar edilmiş, 1,0 ha torpaq sahəsindən qanunsuz istifadə edildiyi , ərazidə 6x8x2,2 m ölçüdə dəmir dirəklər üzərində kənarları plyonka ilə örtülü 1 ədəd sökülməkdə olan söhbətgah, 6x8x2,2 m ölçüdə dəmir dirəklər üzərində 4 ədəd söhbətgah, 3x4x2,2 m ölçüdə 1 ədəd qutabxana, 6x4x3m ölçüdə mişar daşı üzərində 1 ədəd daşınan dəmir kotec, 1,20x1,20x2m ölçüdə dəmir quyu üzərində 1 ədəd ayaqyolu, 15x3x0,5m ölçüdə balıq saxlamaq üçün nəzərdə tutulan süni göl aşkar edilmiş və zibil yığılması üçün dəmir qablardan istifadə edildiyi müəyyən edilmişdir. GPS əl aləti vasitəsi ilə ərazinin koordinatları götürülmüşdür. İşdə olan AR ETSN 15 saylı X3 Mərkəzi üzrə tərtib edilmiş xx.xx.2024-cü il tarixli Aktda göstərilmişdir ki, AR ETSN Meşələrin İnkişafı Xidmətinin xx.xx.2024-cü il tarixli 27/885/d nömrəli məktubuna əsasən 30 iyul 2024-cü il tarixdə 15 saylı RMTM-nin Yenikənd meşəbəyliyinin 06 saylı meşə dolayının 24-cü kvadratına əməkdaşlar tərəfindən baxış keçirilərkən Qəbələ rayonu Tüntül kənd sakini Cavabdeh məxsus olan icarə müqaviləsi olmayan iaşə obyekti (Qazi kafe) aşkar edilmiş, 1,0 ha torpaq sahəsindən qanunsuz istifadə edildiyi, ərazidə 6x8x2,2 m ölçüdə dəmir dirəklər üzərində kənarları plyonka ilə örtülü 1 ədəd sökülməkdə olan söhbətgah, 6x8x2,2 m ölçüdə dəmir dirəklər üzərində 4 ədəd söhbətgah, 3x4x2,2 m ölçüdə 1 ədəd qutabxana, 6x4x3m ölçüdə mişar daşı üzərində 1 ədəd daşınan dəmir kotec, 1,20x1,20x2m ölçüdə dəmir quyu üzərində 1 ədəd ayaqyolu, aşkar edilmiş və zibil yığılması üçün dəmir qablardan istifadə edildiyi müəyyən edilmişdir. İşdə olan 15 saylı RMTM-nin Yenikənd meşəbəyliyinin 06 saylı meşə dolayının 24-cü kvadratında Məkan göstəricilərini (əraziniun döngə nöqtələrinin koordinatlarını və ölçülərini) özündə əks etdirən ortofoto plana (Gooqle Earth vaistəsilə əldə edilmişdir) Cavabdeh tərəfindən qanunsuz şəkildə istifadə olunan 1,0 ha meşə fonduna aid torpaq sahəsi 741***-*******; 741***-*******; 741***-*******; 741***-******* koordinatlarda yerləşir. AR MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki,15 saylı RMTM-nin Yenikənd meşəbəyliyinin 06 saylı meşə dolayının 24-cü kvadratında 741***-*******; 741***-*******; 741***- *******; 741***-******* koordinatlarda yerləşən 1,0 ha meşə fondu torpağı Cavabdeh istifadəsində olmaqla həndəvəri metal torla çəpərə alınmış, ərazidə 6x8x2,2 m ölçüdə dəmir dirəklər üzərində kənarları plyonka ilə örtülü 1 ədəd sökülməkdə olan söhbətgah, 6x8x2,2 m ölçüdə dəmir dirəklər üzərində 4 ədəd söhbətgah, 3x4x2,2 m ölçüdə 1 ədəd qutabxana, 6x4x3m ölçüdə mişar daşı üzərində 1 ədəd daşınan dəmir kotec, 1,20x1,20x2m ölçüdə dəmir quyu üzərində 1 ədəd ayaqyolu tikilmiş və zibil yığılması üçün dəmir qablar qoyulmuşdur. AR Mülki Məcəlləsinin 14.1-ci i maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulmuş əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquq və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən əgər qanunla hüquqların yaranması üçün aydı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. AR Torpaq Məcəlləsinin 46-cı maddəsinin 1-ci bəndinin 4-cü abzasına əsasən meşə fondu torpaqları Dövlət mülkiyyətində olan torpaqlara daxildir. Həmin Məcəllənin 46-cı maddəsinin 4-cü bəndinə əsasən Dövlət mülkiyyətində olan torpaqlara istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirir. Həmin Məcəllənin 56-cı maddəsinin 5-ci bəndinə əsasən…., dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar istifadəyə və icarəyə müvafiq olaraq müvafiq icra hakimiyyəti orqanının və bələdiyyənin qərarı (müqavilə) ilə verilir. Həmin Məcəllənin 65-ci maddəsinin 2-ci bəndinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Həmin Məcəllənin 65-ci maddəsinin 6-cı bəndinə əsasən torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. Həmin Məcəllənin 66-cı maddəsinin 3-cü bəndinə əsasən torpaqdan (o cümlədən icarə şərtləri ilə verilmiş torpaqdan) müvəqqəti istifadə hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən şəhadətnamə və tərəflər arasında bağlanılan icarə müqaviləsi ilə rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq sahələri üzərində hüquqlar, o cümlədən hüquqi və fiziki şəxslərin, habelə dövlət orqanlarının və bələdiyyələrin hüquqları, onları yaradan əsaslar müdafiə olunmaq məqsədilə dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində qeydiyyatdan keçməlidir. Həmin Məcəllənin 67-ci maddəsinin 2-ci bəndinə əsasən dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində torpaq sahələri üzərində mülkiyyətçilərin, istifadəçilərin və icarəçilərin hüquqları və vəzifələri barədə qeydlər əsas təsdiqedici və hüquq müəyyənedici sənəddir. Həmin Məcəllənin 67-ci maddəsinin 4-cü bəndinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Məhkəmədə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, 15 saylı RMTM-nin Yenikənd meşəbəyliyinin 06 saylı meşə dolayının 24-cü kvadratında 741***-*******; 741***-*******; 741***- *******; 741***-******* koordinatlarda yerləşən Dövlət mülkiyyətində olan 1,0 ha meşə fondu torpağı heç bir əsas (müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən qərar) olmadan Cavabdeh tərəfindən metal torla çəpərə alınaraq qanunsuz yolla zəbt edilmiş, ərazidə özbaşınalıqla 6x8x2,2 m ölçüdə dəmir dirəklər üzərində kənarları plyonka ilə örtülü 1 ədəd sökülməkdə olan söhbətgah, 6x8x2,2 m ölçüdə dəmir dirəklər üzərində 4 ədəd söhbətgah, 3x4x2,2 m ölçüdə 1 ədəd qutabxana, 6x4x3m ölçüdə mişar daşı üzərində 1 ədəd daşınan dəmir kotec, 1,20x1,20x2m ölçüdə dəmir quyu üzərində 1 ədəd ayaqyolu tikilmiş və zibil yığılması üçün dəmir qablar qoyulmuşdur. AR Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. AR Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi..... əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. AR Torpaq Məcəlləsinin 111-ci maddəsinin 2-ci bəndinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Həmin Məcəllənin 111-cı maddəsinin 3-cü bəndinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binalar, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş fiziki və hüquqi şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə hesab edir ki, 15 saylı RMTM-nin Yenikənd meşəbəyliyinin 06 saylı meşə dolayının 24cü kvadratında 741***-*******; 741***-*******; 741***-*******; 741***-******* koordinatlarda yerləşən 1,0 ha meşə fondu torpağının həndəvərinə çəkilmiş metal tor çəpər, ərazidə inşa edilmiş 6x8x2,2 m ölçüdə dəmir dirəklər üzərində kənarları plyonka ilə örtülü 1 ədəd sökülməkdə olan söhbətgah, 6x8x2,2 m ölçüdə dəmir dirəklər üzərində 4 ədəd söhbətgah, 3x4x2,2 m ölçüdə 1 ədəd qutabxana, 6x4x3m ölçüdə mişar daşı üzərində 1 ədəd daşınan dəmir kotec və 1,20x1,20x2m ölçüdə dəmir quyu üzərində 1 ədəd ayaqyolu Cavabdeh öz hesabına sökülməli, qoyulan dəmir zibil qabları götürülüb ərazi əvvəlki vəziyyətdə 15 saylı RMTM-nə təhvil verilərək torpaq sahəsindən Cavabdeh istifadəsinə son qoyulmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia tələbi təmin olunsun. İddiaçı 15 saylı RMTM-nin Yenikənd meşəbəyliyinin 06 saylı meşə dolayının 24-cü kvadratında 741***-*******; 741***-*******; 741***-*******; 741***-******* koordinatlarda yerləşən 1,0 ha meşə fondu torpağının həndəvərinə çəkilmiş metal tor çəpər, ərazidə inşa edilmiş 6x8x2,2 m ölçüdə dəmir dirəklər üzərində kənarları plyonka ilə örtülü 1 ədəd sökülməkdə olan söhbətgah, 6x8x2,2 m ölçüdə dəmir dirəklər üzərində 4 ədəd söhbətgah, 3x4x2,2 m ölçüdə 1 ədəd qutabxana, 6x4x3m ölçüdə mişar daşı üzərində 1 ədəd daşınan dəmir kotec və 1,20x1,20x2m ölçüdə dəmir quyu üzərində 1 ədəd ayaqyolu Cavabdeh öz hesabına sökülsün və qoyulan dəmir zibil qabları götürülüb ərazi əvvəlki vəziyyətdə 15 saylı RMTM-nə təhvil verilərək torpaq sahəsindən Cavabdeh istifadəsinə qadağa qoyulsun. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №e-2(025)-493/2025
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-493/2025
20.05.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver