Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-5/2025 28.01.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən azad edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq mübahisələri) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi iştirakı ilə, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən azad edilməsi tələbi barədə iddia ərizəsinə dair işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən azad edilməsi, tikililərin sökülməsi və mülkiyyətə qəsd edən qanunazidd hərəkətlərə son qoyulması” tələbi barədə iddia qaldıraraq JN-197F nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən planda sərhədləri göstərilən Qəbələ rayonu, Hacallı kəndində verilmiş 0,16 ha həyətyanı torpaq sahəsinin qarşı tərəfin qanunsuz sahibliyindən azad edilməsi, həmin torpaq sahəsində inşa edilmiş tikililərin cavabdehin hesabına sökülməsi və torpaq sahəsindən istifadəyə törədilən maneçiliyin aradan qaldırılması, 100,0 manat dövlət rüsumu və 95,0 manat mütəxəssis-xidmət haqqı tutularaq ona verilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Qəbələ rayonu, Hacallı kəndində yaşayır. Qəbələ rayon AİK-in 19 yanvar 1998-ci il tarixli 13 nömrəli qərarı ilə islahat nəticəsində onun və ailə üzvlərinin ümumi mülkiyyətinə Qəbələ rayonu, Hacallı kəndində verilmiş 0,16 ha həyətyanı torpaq sahəsi verilmiş və JN-197F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən plan əsasında ayrılıb təhkim edilmişdir. Həmin torpaq sahəsində tikilən fərdi yaşayış evinin torpaqla birlikdə vahid daşınmaz əmlak obyekti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından ötrü AR İN ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən ölçmə işləri aparılarkən ərazinin bir hisssəinin həmsərhədd torpaq sahəsinin mülkiyyətçisi Cavabdeh çəpəri daxilində olduğu müəyyən edilmiş və müvafiq qeydiyyatın aparılmasından imtina edilmişdir. Cavabdeh zəbt etdiyi ərazidən çıxması tələb olunmuş, lakin torpaq sahəsinin qaytarılmasından imtina edilmişdir. Ona görə də, JN-197F nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən planda sərhədləri göstərilən Qəbələ rayonu, Hacallı kəndində verilmiş 0,16 ha həyətyanı torpaq sahəsinin Cavabdeh qanunsuz sahibliyindən azad edilməsi, həmin torpaq sahəsində inşa edilmiş tikililərin cavabdehin hesabına sökülməsi və torpaq sahəsindən istifadəyə törədilən maneçiliyin aradan qaldırılması, 100,0 manat dövlət rüsumu və 95,0 manat mütəxəssis-xidmət haqqı tutularaq ona verilməsi haqqında iddia qaldırmışdır. Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, o,, ailə üzvləri ilə birlikdə Qəbələ rayonu, Hacallı kəndində yaşayır. Qəbələ rayon AİK-in 19 yanvar 1998-ci il tarixli 13 nömrəli qərarı ilə islahat nəticəsində onun və ailə üzvlərinin istifadəsində olan Qəbələ rayonu, Hacallı kəndində verilmiş 0,14 ha həyətyanı torpaq sahəsi mülkiyyətə verilmiş və JN-337F nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən plan əsasında ayrılıb təhkim edilmişdir. Torpaq sahəsi qırx ildən artıq müddətdə onun çəpəri daxilində olmuş və sərhədləri indiyədək dəyişilməmişdir. İddiaçı mülkiyyətinə olan JN-197F nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən planda sərhədləri göstərilən 0,16 ha həyətyanı torpaq sahəsinin hər hansı bir hissəsi onun çəpəri daxilində yerləşmir. Ona görə də, iddia tələbi əsassızdır. İşdə olan JN-197F saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə” əsasən 19 yanvar 1998-ci il tarixdə Qəbələ rayonu Hacalı kəndində yerləşən 0.16 ha torpaq sahəsi İddiaçı, X4, X8, X7 və X1 ümumi birgə mülkiyyətinə verilmişdir. İşdə olan JN-337F saylı 40604018 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə” əsasən 19 yanvar 1998-ci il tarixdə Qəbələ rayonu Hacalı kəndində yerləşən 0.14 ha torpaq sahəsi X2, Cavabdeh, X5, X6 və X3 ümumi birgə mülkiyyətinə verilmişdir. İşdə olan AR ƏN MEM tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/6034 saylı ekspert rəyində göstərilmişdir ki, JN-197F saylı 40604018 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadatnaməyə” əsasən planda sərhədləri göstərilən Qəbələ rayonu Hacalı kəndinə yerləşən 0.16 ha torpaq sahəsinin AR ƏM DK DƏKÜRX tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-21-3- 42/2-2894/2024 saylı mütəxəssis rəyinə əlavə edilmiş 5 nömrəli Planda ardıcıl olaraq 1;2;3;4 rəqəmləri ilə işarələnmiş 0.0020 ha hissəsi Cavabdeh istifadəsindədir. AR MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, Qəbələ rayonu Hacalı kəndində yerləşən JN-197 F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilən 0,16 ha həyətyanı torpaq sahəsinin ancaq 0,0020 ha ərazisi Cavabdeh istifadəsindədir və həmin ərazidə heç bir tikili yoxdur. AR Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. AR Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərancam vermək hüquqlarından ibarətdir. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi..... əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 213.6-cı madəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, İddiaçı mülkiyyətində olan Qəbələ rayonunun Hacalı kəndində yerləşən “Torpağın mülkiyyətə verilməsinə dair” JN 197F saylı planda sərhədləri göstərilən 0,16 ha həyətyanı torpaq sahəsinin AR ƏM DK DƏKÜRX tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-21-3-42/2-2894/2024 saylı mütəxəssis rəyinə əlavə edilmiş 5 nömrəli Planda ardıcıl olaraq 1;2;3;4 rəqəmləri ilə işarələnmiş 0,0020 ha ərazisi Cavabdeh qanunsuz sahibliyindən azad edilib onun özünə qaytarılmalı və istifadəsinə törədilən maneçilik aradan qaldırılmalıdır. AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilən tələb irəli sürülən tələbin çox kiçik (cüzi) bir hissəsini təşkil etdiyindən iş üzrə ödənilmiş 100,0 manat dövlət rüsumu və 95,0 manat mütəxəssis-xidmət haqqı İddiaçı aid edilməli, ekspertiza xərcini təşkil edən 50,0 (əlli) manat Cavabdeh tutularaq Dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı məxsus olan Qəbələ rayonunun Hacalı kəndində yerləşən “Torpağın mülkiyyətə verilməsinə dair” JN 197F saylı planda sərhədləri göstərilən 0,16 həyətyanı torpaq sahəsinin AR ƏM DK DƏKÜRX tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-21-3-42/2-2894/2024 saylı mütəxəssis rəyinə əlavə edilmiş 5 nömrəli Planda ardıcıl olaraq 1;2;3;4 rəqəmləri ilə işarələnmiş 0,0020 ha ərazisi Cavabdeh qanunsuz sahibliyindən azad edilib onun özünə qaytarılsın və istifadəsinə törədilən maneçilik aradan qaldırılsın. İş üzrə keçirilmiş ekspertiza xərcini təşkil edən 50,0 (əlli) manat Cavabdeh tutularaq Dövlət büdcəsinə keçirilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №e-2(025)-5/2025
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-5/2025
28.01.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver