Məhkəmə qərarları › İş №e-2(025)-59/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-59/2025

30.06.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-59/2025 30.06.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər, Cavabdeh2 Hümbət oğlu və X5 qarşı “torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən azad edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq mübahisələri, torpaq sahəsinin boşaldılması) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, İddiaçı, onun nümayəndəsi Vəkil və Cavabdeh2 Hümbət oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 Hümbət oğlu və Cavabdeh1 qarşı “torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən azad edilməsi” tələbi barədə iddia ərizəsinə dair işə açıq məhkəmə iclasında baxaraq МÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər, Cavabdeh2 Hümbət oğlu, Cavabdeh1 qarşı “torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən azad edilməsi” tələbi barədə iddia qaldıraraq ona ümumi birgə mülkiyyət hüququ ilə məxsus olan JN 190 F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilmiş Qəbələ rayonu, Mirzəbəyli İƏD Corlu kəndi ərazisində yerləşən 0.63 ha həyətyanı torpaq sahəsinin (reyestr nömrəsi: **********68-06301) zəbt edilmiş 0,10 ha hissəsinin cavabdehlər Cavabdeh2 Hümbət oğlu və Cavabdeh1 qanunsuz sahibliyindən geri alınması və 300,0 manat məbləğində hüquqi xidmət haqqı tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı izahatında göstərmişdir ki, islahat nəticəsində iki nəfərdən ibarət ailə üzvlərinin (İddiaçı və X7) ümumi mülkiyyətinə Qəbələ rayonu Corlu kəndi ərizəsində 0.69 ha həyətyanı torpaq sahəsi verilmiş və JN 190 F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə qeyd olunan plan əsasında təhkim edilmişdir. Cavabdeh2 Hümbət oğlu həmin torpaq sahəsinə bitişik ərazidə yerləşən bələdiyyə fondunda olan 0,12 ha torpaq sahəsini alqı-satqı yolu ilə əldə etmiş və ona məxsus olan torpaq sahəsinin 0.16 ha hissəsini zəbt edərək üzərində fərdi yaşayış evi tikmişdir. xx.xx.2024-cü il tarixdə üzərində yerləşən qeyri-yaşayış binası ilə birlikdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınarkən zəbt edilmiş 0,06 ha torpaq sahəsi onun razılığı ilə vahid daşınmaz əmlak obyektinin tərkibinə daxil edilməmişdir. Cavabdeh2 Hümbət oğlu ona məxsus olan qalan 0,10 ha torpaq sahəsini qaytarmaqdan imtina etmiş, Cavabdeh1 isə həmin ərazidə qanunsuz tikili inşa etmişdir. Ona görə də, ona ümumi birgə mülkiyyət hüququ ilə məxsus olan JN 190 F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilmiş Qəbələ rayonu, Mirzəbəyli İƏD Corlu kəndi ərazisində yerləşən 0.63 ha həyətyanı torpaq sahəsinin (reyestr nömrəsi: **********68-06301) zəbt edilmiş 0,10 ha hissəsinin cavabdehlər Cavabdeh2 Hümbət oğlu və Cavabdeh1 qanunsuz sahibliyindən geri alınması haqqında iddia qaldırmışdır. İddiaçı nümayəndəsi Vəkil təmsil etdiyi şəxsin izahatında göstərilən xüsusatları eyni ilə təsdiq etmişdir. Cavabdeh2 Hümbət oğlu izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Qəbələ rayonu Mirzəbəyli kəndində yaşayır. Qəbələ rayonu Corlu kəndində mübahisəli ərazidə yerləşən bələdiyyə fondunda olan 0.31 ha torpaq sahəsini 1999-cu ildə icarəyə götürüb istifadə etmiş və 2006-cı ildə həmin ərazinin 0,12 ha hissəsini alqı-satqı yolu ilə əldə edərək üzərində fərdi yaşayış evi tikmişdir. İddiaçı məxsus olan JN 190 F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilən Qəbələ rayonu Corlu kəndi ərizəsində yerləşən 0.63 ha həyətyanı torpaq sahəsi (reyestr nömrəsi: **********68-06301) onun tərəfindən zəbt edilməmişdir. Ona görə də, iddia tələbi əsassız hesab edilməlidir. İşdə olan JN 190 F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətinə əsasən planda sərhədləri göstərilən Qəbələ rayonu Corlu kəndi ərizəsində yerləşən 0,69 ha həyətyanı torpaq sahəsi İddiaçı və X1 ümumi mülkiyyətindədir. İşdə olan «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın surətinə əsasən Qəbələ rayonu Mirzəbəyli kəndində yerləşən 0.63 ha yaşayış məntəqələri torpaq sahəsi üzərindəki 414,70 kv/m qeyri-yaşayış binası (reyestr nömrəsi: **********68-06301) xx.xx.2024-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı və X6;n ad;na ümumi birgə mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır. İşdə olan «Torpaqların alqı-satqısına dair» Aktın surətinə əsasən Qəbələ rayonu Mirzəbəyli bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 01 saylı qərarına əsasən bələdiyyə mülkiyyətində olan 0,12 ha torpaq sahəsi Qəbələ rayonu Mirzəbəyli bələdiyyəsi tərəfindən Cavabdeh2 Hümbət oğluna satılmış və Cavabdeh2 Hümbət oğlu bələdiyyəsinin hesabına 2160000,0 manat ödəmişdir. İşdə olan AR DT və XK Qəbələ rayon şöbəsi tərəfindən verilmiş rəydə göstərilmişdir ki, Qəbələ rayonu Mirzəbəyli bələdiyyəsi tərəfindən Cavabdeh2 Hümbət oğluna satılması nəzərdə tutulan 0,12 ha torpaq sahəsi Qəbələ rayonu Mirzəbəyli bələdiyyəsinin mülkiyyətinə aid olmaqla alqı-satqı predmetini təşkil edir və “Xanlar” adına təsərrüfatın baş sxeminin 92 nömrəli konturunda yerləşir. Rəyə əlavə edilmiş Qəbələ rayonu Mirzəbəyli bələdiyyəsi və AR DT və XK Qəbələ rayon şöbəsi tərəfindən təsdiq edilmiş Plana (M-1:2000) əsasən Qəbələ rayonu Mirzəbəyli bələdiyyəsi tərəfindən Cavabdeh2 Hümbət oğluna satılmış 0,12 ha həyətyanı torpaq sahəsinin Qəbələ rayonu Corlu kəndi ərazisində yeri və ölçüləri şərti olaraq təyin edilmişdir. İşdə olan AR İN ƏMDX DƏDKR PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-21-3-42/2-831/2025 saylı Mütəxəssis Rəyində göstərilmişdir ki, İddiaçı və X3 ümumi birgə mülkiyyət hüququ ilə məxsus olan Qəbələ rayonu Mirzəbəyli kəndində yerləşən 0,63 hektar yaşayış məntəqələri torpaq sahəsinin (reyestr nömrəsi: **********68-06301) Teniki pasportda göstərilən plan və ölçülər əsasında (M- 1:1000) koordinatları və yerləşmə mövqeyi yerquruluşu planında göstərilmişdir. İddiaçı və X1 adına tərtib edilmiş JN-190F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə barədə Qəbələ rayonu Corlu kənd ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu xəritəsində (DWG) məlumat olmadığına görə döngə nöqtələrinin koordinatlarını təyin etmək mümkün deyil. Cavabdeh2 Hümbət oğlunun istifadəsində olan faktiki naturada ölçülmüş 0,22 hektar torpaq sahəsi, Qəbələ rayonu Corlu kəndi ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə (DWG) əsasən Qəbələ rayonu Corlu kənd inzibati ərazi dairəsinin sərhədləri daxilində yaşayış məntəqələri təyinatlı torpaqlarına aid, uqodiyası ictimai tikililər olan Mirzəbəyli bələdiyyəsinin mülkiyyətində olan ərazi kimi göstərilmişdir. X2 X4 (TEKUİS) əsasən sözügedən torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələri torpaqları, uqodiyası tikintialtı, bələdiyyə mülkiyyətdə olan ərazi kimi göstərilmişdir. Qəbələ rayonu Mirzəbəyli bələdiyyəsi tərəfindən Cavabdeh2 Hümbət oğluna ayrılmış Qəbələ rayonu, Corlu kəndi ərazisində yerləşən 0,12 hektar torpaq sahəsinə dair üzərində məkan göstəriciləri qeyd edilmiş sənəd (plan ölçü) olmadığına görə döngə nöqtələrinin koordinatlarını təyin etmək mümkün deyil. İddiaçı mülkiyyətinə verilmiş 0,63 hektar yaşayış məntəqələri torpaq sahəsi, Cavabdeh2 Hümbət oğlunun istifadəsində olan faktiki naturada ölçülmüş 0,22 hektar torpaq sahəsinin 0,0421 hektar hissəsi (əlavə edilmiş 4 №-li planda yeri və döngə nöqtələri göstərilmişdir.) ilə üst-üstə düşür. İddiaçı və X1 adına tərtib edilmiş JN-190F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə barədə Qəbələ rayonu Corlu kənd ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu xəritəsində (DWG) məlumat olmadığına görə İddiaçı adına tərtib edilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış” əsasən mülkiyyətinə verilmiş 0,63 hektar yaşayış məntəqələri torpaq sahəsinə aid olub olmadığını müəyyən etmək mümkün deyil; İddiaçı və X3 ümumi birgə mülkiyyət hüququ ilə məxsus olan Qəbələ rayonu Mirzəbəyli kəndində yerləşən 0,63 hektar yaşayış məntəqələri torpaq sahəsinin (reyestr nömrəsi: **********68- 06301) 4 №-li planda yeri və döngə nöqtələri göstərilən 0.0421 ha hissəsi Cavabdeh2 Hümbət oğlunun və 5 №-li planda yeri və döngə nöqtələri göstərilən 0,0507 ha hissəsi Cavabdeh1 istifadəsindədir. İşdə olan AR ƏN MEM tərəfindən verilmiş 21 may 2025-ci il tarixli, 10/1675 nömrəli ekspert rəyində göstərilmişdir ki, İddiaçı və X3 ümumi birgə mülkiyyət hüququ ilə məxsus olan Qəbələ rayonu Mirzəbəyli kəndində yerləşən 0,63 hektar yaşayış məntəqələri torpaq sahəsinin (reyestr nömrəsi: **********68-06301) Teniki pasportda göstərilən plan və ölçülər əsasında (M- 1:1000) koordinatları və yerləşmə mövqeyi yerquruluşu planında göstərilmişdir. İddiaçı və X1 adına tərtib edilmiş JN-190F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə barədə Qəbələ rayonu Corlu kənd ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu xəritəsində (DWG) məlumat olmadığına görə döngə nöqtələrinin koordinatlarını təyin etmək mümkün deyil. Cavabdeh2 Hümbət oğlunun istifadəsində olan faktiki naturada ölçülmüş 0,22 hektar torpaq sahəsi, Qəbələ rayonu Corlu kəndi ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə (DWG) əsasən Qəbələ rayonu Corlu kənd inzibati ərazi dairəsinin sərhədləri daxilində yaşayış məntəqələri təyinatlı torpaqlarına aid, uqodiyası ictimai tikililər olan Mirzəbəyli bələdiyyəsinin mülkiyyətində olan ərazi kimi göstərilmişdir. X2 X4 (TEKUİS) əsasən sözügedən torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələri torpaqları, uqodiyası tikintialtı, bələdiyyə mülkiyyətdə olan ərazi kimi göstərilmişdir. Qəbələ rayonu Mirzəbəyli bələdiyyəsi tərəfindən Cavabdeh2 Hümbət oğluna ayrılmış Qəbələ rayonu, Corlu kəndi ərazisində yerləşən 0,12 hektar torpaq sahəsinə dair üzərində məkan göstəriciləri qeyd edilmiş sənəd (plan ölçü) olmadığına görə döngə nöqtələrinin koordinatlarını təyin etmək mümkün deyil. İddiaçı mülkiyyətinə verilmiş 0,63 hektar yaşayış məntəqələri torpaq sahəsi, Cavabdeh2 Hümbət oğlunun istifadəsində olan faktiki naturada ölçülmüş 0,22 hektar torpaq sahəsinin 0,0421 hektar hissəsi ( əlavə edilmiş 4 №-li planda yeri və döngə nöqtələri göstərilmişdir.) ilə üst-üstə düşür. İddiaçı və X1 adına tərtib edilmiş JN-190F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə barədə Qəbələ rayonu Corlu kənd ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu xəritəsində (DWG) məlumat olmadığına görə İddiaçı adına tərtib edilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış” əsasən mülkiyyətinə verilmiş 0,63 hektar yaşayış məntəqələri torpaq sahəsinə aid olub olmadığını müəyyən etmək mümkün deyil. AR MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, İddiaçı və X1 ümumi birgə mülkiyyətində olan Qəbələ rayonu, Mirzəbəyli kəndində yerləşən (**********68-06301 reyestr nömrəli) 0.63 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin AR İN ƏMDX DƏDKR PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-21-3-42/2-831/2025 saylı Mütəxəssis Rəyinə əlavə edilmiş 4 №-li planda yeri və döngə nöqtələri göstərilən 0.0421 ha hissəsi Cavabdeh2 Hümbət oğlunun və 5 №-li planda yeri və döngə nöqtələri göstərilən 0.507 ha hissəsi Cavabdeh1 istifadəsindədir. AR Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. AR Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərancam vermək hüquqlarından ibarətdir. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi..... əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 213.6-cı madəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. AR Torpaq Məcəlləsinin 111-ci maddəsinin 2-ci bəndinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, İddiaçı və X1 ümumi birgə mülkiyyətində olan Qəbələ rayonu, Mirzəbəyli kəndində yerləşən (**********68-06301 reyestr nömrəli) 0.63 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin AR İN ƏMDX DƏDKR PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-21-3-42/2-831/2025 saylı Mütəxəssis Rəyinə əlavə edilmiş 4 №-li planda yeri və döngə nöqtələri göstərilən 0,0421 ha ərazisi Cavabdeh2 Hümbət oğlunun və 5 №-li planda yeri və döngə nöqtələri göstərilən 0,0507 ha ərazisi Cavabdeh1 qanunsuz sahibliyindən geri alınıb onun özünə qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. İddiaçı və X3 ümumi birgə mülkiyyət hüququ ilə məxsus olan Qəbələ rayonu, Mirzəbəyli kəndində yerləşən (**********68-06301 reyestr nömrəli) 0.63 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin AR İN ƏMDX DƏDKR PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-21-3-42/2-831/2025 saylı Mütəxəssis Rəyinə əlavə edilmiş 4 №-li planda yeri və döngə nöqtələri göstərilən 0,0421 ha ərazisi Cavabdeh2 Hümbət oğlunun və 5 №-li planda yeri və döngə nöqtələri göstərilən 0,0507 ha ərazisi Cavabdeh1 qanunsuz sahibliyindən geri alınıb onun özünə qaytarılsın. Cavabdehlər Cavabdeh2 Hümbət oğlu və Cavabdeh1 müştərək qaydada 100 (bir yüz) manat ekspertiza xərci tutulub dövlət büdcəsinə və 300 (üç yüz) manat hüquqi xidmət haqqı tutulub İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar