Məhkəmə qərarları › İş №e-2(025)-591/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-591/2025

01.08.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-591/2025 01.08.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər, Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən azad edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq mübahisələri, torpaq sahəsinin boşaldılması) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Rəhimli Arzu İsmət oğlunun katibliyi, İddiaçı, cavabdehlər, Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər, Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən azad edilməsi” tələbi barədə iddia ərizəsinə dair işə açıq məhkəmə iclasında baxaraq МÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər, Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən azad edilməsi” tələbi barədə iddia qaldıraraq xüsusi mülkiyyətində olan Qəbələ rayonunun Vəndam kəndində yerləşən A 739202 saylı planda yeri göstərilən 0.0927 ha yaşayış məntəqəli torpaq sahəsi (reyestr nömrəsi: **********96) və A 777283 saylı planda yeri göstərilən 0.15 ha (reyestr nömrəsi: **********95) yaşayış məntəqəli torpaq sahəsinin cavabdehlərin qanunsuz sahibliyindən azad edilərək ona qaytarılması və üzərində çəkilmiş metal torparın sökülərək ərazinin əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı izahatında göstərmişdir ki, Qəbələ rayonu Vəndam kəndi ərizəsində yerləşən 0.0927 ha həyətyanı torpaq sahəsi (reyestr nömrəsi: **********96) və Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0.15 ha həyətyanı torpaq sahəsini (reyestr nömrəsi: **********95) vərəsəlik yolu ilə əldə etmiş və üzərində mülkiyyət hüququ tanınmışdır. Lakin həmin torpaq sahələrinin bir hissəsi uzun müddətdir ki, eyni massivdə yaşayan Cavabdeh1 və Cavabdeh2 tərəfindən metal torla çəpərlənərək müəyən ölçülərdə zəbt edilmişdir. Ona görə də, xüsusi mülkiyyətində olan Qəbələ rayonunun Vəndam kəndində yerləşən A 739202 saylı planda yeri göstərilən 0.0927 ha yaşayış məntəqəli torpaq sahəsi (reyestr nömrəsi: **********96) və A 777283 saylı planda yeri göstərilən 0.15 ha (reyestr nömrəsi: **********95) yaşayış məntəqəli torpaq sahəsinin cavabdehlərin qanunsuz sahibliyindən azad edilərək ona qaytarılması və üzərində çəkilmiş metal torparın sökülərək ərazinin əvvəlki vəziyyətə qaytarılması barədə iddia qaldırmışdır. Cavabdeh2 izahatında göstərmişdir ki, Qəbələ rayonunun Vəndam kəndində yerləşən 0.15 ha (reyestr nömrəsi: **********95) yaşayış məntəqəli torpaq sahəsi X1 miras qalmış 0,20 ha torpaq sahəsinə daxil olmuş və vərəsələr arasında bölündükdən sonra 0,10 ha X2 düşmüşdür. Ona görə də, Qəbələ rayonunun Vəndam kəndində yerləşən 0.15 ha torpaq sahəsinin İddiaçı adına mülkiyyət hüququ əsasında qeydiyyata alınması qanunsuzdur. İşdə olan ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətinə əsasən (reyestr nömrəsi: **********96) A 739202 saylı planda yeri göstərilən Qəbələ rayonu, Vəndam kəndi ərazisində yerləşən 0,0927 ha yaşayış məntəqləri təyinatlı torpaq sahəsi xx.xx.2014-cü il tarixdə X4 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətinə əsasən (reyestr nömrəsi: **********95) A 777283 saylı planda yeri göstərilən Qəbələ rayonu, Vəndam qəsəbəsi ərazisində yerləşən 0,15 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi xx.xx.2022-ci il tarixdə X4 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan AR İN ƏMDX DƏDKR PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-21-3-42/2-3451/2025 saylı Mütəxəssis Rəyində göstərilmişdir ki, İddiaçı mülkiyyətində olan Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən A 777283 saylı planda yeri göstərilən 0,15 ha (reyestr nömrəsi: **********95) yaşayış məntəqəli torpaq sahəsinin Rəyə əlavə edilmiş 4 nömrəli yerquruluşu plandında qeyd olunmuş koordinatları əhatə edən 0,0169 ha hissəsi və A 739202 saylı planda yeri göstərilən 0,0927 ha yaşayış məntəqəli torpaq sahəsinin (reyestr nömrəsi: **********96) Rəyə əlavə edilmiş 5 nömrəli yerquruluşu plandında qeyd olunmuş koordinatları əhatə edən 0,0138 ha hissəsi cavabdehlər, Cavabdeh1 və Cavabdeh2 istifadəsindədir. AR MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, İddiaçı mülkiyyətində olan Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0,15 hektar torpaq sahəsinin 0,0169 hektar hissəsinə və 0,0927 hektar torpaq sahəsinin 0,0138 hektar hissəsinə Cavabdeh1 və X5 heç bir əsası olmadan yiyələnərək ərazidən faktiki surətdə istifadə edir. AR Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. AR Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərancam vermək hüquqlarından ibarətdir. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi..... əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. AR Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci bəndinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Həmin Məcəllənin 111-ci maddəsinin 3-cü bəndinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, İddiaçı mülkiyyətində olan Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən A 777283 saylı planda yeri göstərilən 0,15 ha (reyestr nömrəsi: **********95) yaşayış məntəqəli torpaq sahəsinin AR İN ƏMDX DƏDKR PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-21-3-42/2-3451/2025 nömrəli Mütəxəssis Rəyinə əlavə edilmiş 4 nömrəli yerquruluşu plandında qeyd olunmuş koordinatları əhatə edən 0,0169 ha hissəsi və A 739202 saylı planda yeri göstərilən 0.0927 ha yaşayış məntəqəli torpaq sahəsinin (reyestr nömrəsi: **********96) Rəyə əlavə edilmiş 5 nömrəli yerquruluşu planında qeyd olunmuş koordinatları əhatə edən 0,0138 ha hissəsi Cavabdeh1 və X3 qanunsuz sahibliyindən geri alınıb onun özünə qaytarılmalı və zəbt olunmuş torpaq sahələri üzərində çəkilmiş metal torlar sökülərək ərazi əvvəlki vəziyyətə qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: İddia tələbi təmin edilsin. İddiaçı mülkiyyətində olan Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən A 777283 saylı planda yeri göstərilən 0,15 ha (reyestr nömrəsi: **********95) yaşayış məntəqəli torpaq sahəsinin AR İN ƏMDX DƏDKR PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3- 21-3-42/2-3451/2025 nömrəli Mütəxəssis Rəyinə əlavə edilmiş 4 nömrəli yerquruluşu plandında qeyd olunmuş koordinatları əhatə edən 0,0169 ha hissəsi və A 739202 saylı planda yeri göstərilən 0.0927 ha yaşayış məntəqəli torpaq sahəsinin (reyestr nömrəsi: **********96) Rəyə əlavə edilmiş 5 nömrəli yerquruluşu planında qeyd olunmuş koordinatları əhatə edən 0,0138 ha hissəsi Cavabdeh1 və X3 qanunsuz sahibliyindən geri alınıb onun özünə qaytarılsın və həmin torpaq sahələri üzərində çəkilmiş metal torlar sökülərək ərazi əvvəlki vəziyyətə qaytarılsın. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar