Məhkəmə qərarları › İş №e-2(025)-597/2024

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-597/2024

27.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-597/2024 27.06.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi (oğlu) Nümayəndə iştirakı ilə Ərizəçi “doğum faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, mərhum qardaşı X4 xx.xx.1928-ci ildə Qutqaşen (indiki Qəbələ) rayonu, Muçux (indiki Yenikənd) kəndində doğulması, atasının X6, anasının X5 olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, xx.xx.1935-ci ildə 15 iyul 1957-ci il tarixdə Qutqaşen (indiki Qəbələ) rayonunun Yenikənd kəndində anadan olmuşdur. Onun böyük qardaşı X7 isə xx.xx.1928-ci ildə Qutqaşen (indiki Qəbələ) rayonunun Muçux (indiki Yenikənd) kəndində anadan olmuşdur. Onların hər ikisinin doğum tarixləri müharibədən əvvəlki illərə təsadüf edir və ona məlum olmayan hansısa səbəbdən valideynləri mərhum qardaşına doğum şəhadətnaməsi almamışlar. Valideynləri köçəri həyat tərzi keçiriblər. Qardaşının və onun məktəbə 1-ci sinifə getdikləri illərdə məktəbə gedərkən məktəbdə uşaqların doğum şəhadətnaməsi tələb edilməmişdir. Sadəcə olaraq onlar uşaq olanda valideynləri demişlər ki, qardaşı 1928-ci ilin yanvar ayının 01-də anadan olmuşdur. Beləliklə, valideynlərinin sözlərinə görə mərhum qardaşı X7 01 yanvar 1928-ci ildə anadan olmuşdur. X1, anaları X5 olmuşdur. Qardaşı 30 oktyabr 2005-ci ildə "Ürək çatmamazlığı" səbəbindən vəfat etmiş və Qəbələ rayonu, Yenikənd qəbirstanlığında dəfn edilmişdir. Bu yaxınlarda ona məlum olmuşdur ki, mərhum qardaşının doğum şəhadətnaməsi yoxdur. Belə ki, doğum şəhadətnaməsi olmadan vərəsəliklə bağlı bəzi məsələləri edə bilmir. Belə olub mərhum qardaşına Doğum şəhadətnaməsi almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir. Qeydiyyat şöbəsinin 19 oktyabr 2023-cü il tarixli, 3-16-5/8-15-Ş-2016/2023 saylı məktubu ilə ona cavab verilmişdir ki, mərhum qardaşı barəsində doğum akt qeydi aşkar edilməmişdir və tövsiyyə olunmuşdur ki, məhkəməyə müraciət etsin. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında Ərizəçi etibarnamə üzrə nümayəndəsi (oğlu) Nümayəndə ərizədə qeyd olunanlara uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında X9 şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi onun əridir. Mərhum qardaşı X7 isə onun qaynı olmuşdur. X8rla bir həyətdə yaşamışdır. Hər il yanvar ayının 1-də Şahnazara ad günü keçirmişlər. 11 iyun 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında Ərizəçi oğlu şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, ərizəçinin mərhum qardaşı onun əmisidir. O, Şahnazarov Ağahüseynin oğludur. Onun bir əmisi 1941-1945-ci illərdə olan müharibə zamanı vəfat edib. Şahnazar, Həsən, Paşa, bir də onun atası olmuşdur. Əmiləri və atası ölmüşdür. Bir Paşa əmisi sağdır. Şahnazar əmisinun qızı olub, o ölüb. Ancaq əmisinin qızının əri və 3 övladı var. Onların bu vərəsəlik işindən xəbəri var. Həmin əmisi ilə atasıgil bir həyətdə yaşamışlar. Əmisinin oğlu olmamışdır deyə, o vaxt torpaq sahəsini ona vermişdir. İndi onlara Şahnazar əmisinin doğum haqqında şəhadətnaməsi lazımdır. Mərhum əmisi 1928ci il təvəllüdlü olmuşdur. Əmisi 2003-2004-cü illərdə ölmüşdür. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəməyə gəlməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini və şahidləri dinləyib hesab edir ki, ərizə təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşdə olan Maraqlı şəxs 02 oktyabr 2012-ci il tarixdə verdiyi AZ-İ seriyalı, 573018 nömrəli «Ölüm haqqında şəhadətnamə»nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 30 oktyabr 2005-ci il tarixdə «ürək çatmamazlığı»ndan vəfat etmişdir. İşdə olan xx.xx.1977-ci il tarixli, İ-ЖГ seriyalı, 355330 №-li nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 doğum tarixi 1928ci il olaraq göstərilmişdir. İşdə olan НЗ seriyalı, ******* №-li “Hərbi Bilet”in notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 doğum tarixi 1928-ci il olaraq göstərilmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 19 oktyabr 2023-cü il tarixli, 3-16-5/8-15-Ş- 2016/2023 nömrəli məktubdan görünür ki, “vətəndaşlıq vəziyyəti aktları”nın avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və arxiv məlumatlarında X4 doğum akt qeydi aşkar olunmadağı üçün doğum haqqında şəhadətnamə verilməsindən imtina olunaraq, məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Eyni zamanda həmin məktubda qeyd olaraq X4 ata adı “X6”, ana adı “X5” kimi göstərilmişdir. İşdə olan Qəbələ Rayonu İcra Hakimiyyəti başçısının Yenikənd kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 5-59-29/2-391-2023 nömrəli arayışda göstərilmişdir ki, mərhum X7 xx.xx.1928-ci il tarixdə Qəbələ rayonu, Muçux kəndində anadan olmuşdur. xx.xx.2005-ci il tarixdə Qəbələ rayonu Yenikənd kəndində vəfat etmişdir və Yenikənd kənd qəbirstanlığında dəfn edilmişdir. İşdə olan Qəbələ Rayonu İcra Hakimiyyəti başçısının Yenikənd kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 5-59-29/2-390-2023 nömrəli arayışda göstərilmişdir ki, Ərizəçi Qəbələ rayonu Yenikənd kəndində yaşayır və həmin ünvanda qeydiyyatdadır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllənin) 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2, 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyəti təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyətli olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Beləliklə, məhkəmədə ərizəçinin ifadəsindən və işdə olan sənədlərlə müəyyən olundu ki, Ərizəçi mərhum qardaşı X7 01 yanvar 1928-ci ildə Qutqaşen (indiki Qəbələ) rayonu Muçux (indiki Yenikənd) kəndində doğulmuşdur. X2, anası X3r. Lakin mərhum X4 ev şəraitində doğulması barədə müvafiq qeyd aparılmamış və doğum haqqında şəhadətnamə alınmamışdır. Ona görə də məhkəmə hesab edir ki, ərizə əsaslı hesab edilərək, təmin olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-220; 233.1; 305-311ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Ərizəçi mərhum qardaşı X4 01 yanvar 1928-ci ildə Qutqaşen (indiki Qəbələ) rayonu Muçux (indiki Yenikənd) kəndində doğulması, atasının X6, anasının X5 olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar