Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-607/2025 23.05.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsinə” dair mülki iş üzrə (Açar sözlər: doğumun qeyd edilmə faktı) Qəbələ Rayon Məhkəməsi, Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən edilməsi tələbi barədə ərizə verərək xx xxx 1962-ci ildə Qəbələ rayonunun Böyük Əmili kəndində anadan olub X16 və X5 törəməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahatında göstərmişdir ki, o, xx xxx 1962-ci ildə Qutqaşen (indiki Qəbələ) rayonunun Böyük Əmili kəndində anadan olub X16 və X5 törəmişdir. Barəsində doğum akt qeydi aparılmadığından doğum haqqında şəhadətnamə ala bilməmiş və valideynləri ilə qohumluq faktını təsdiq edən sənəd olmadığından vərəsəlik işi ilə əlaqədar məsələni həll edə bilməmişdir. Ona görə də, doğumunun qeyd edilmə faktının müəyyən edilməsi tələbi barədə ərizə vermişdir. İş üzrə şahid X19 göstərmişdir ki, o, 03 iyul 1970-ci il tarixdə Qəbələ rayonu Böyük Əmili kəndində anadan olub X16 və X6 törəmişdir. xx xxx 1962-ci ildə anadan olmuş Ərizəçi onun doğma bacısıdır. İşdə olan АЗ ******* nömrəli “doğum haqqında şəhadətnamə”nin surətinə əsasən 03 iyul 1970-ci il tarixdə Qəbələ rayonu Böyük Əmili kəndində anadan olmuş X7 İdris Vəzir oğlu və Ərizəçi törəmişdir. İşdə olan Qəbələ RİHB-nin Böyük Əmili kənd İƏD üzrə İN tərəfindən təsdiq olunmuş Akta əsasən Böyük Əmili kənd sakinləri, X2, X3, X13, X14 və X15 bildirmişdir ki, xx.xx.1962-ci ildə Qəbələ rayon Böyük Əmili kəndində anadan olmuş Ərizəçi həqiqətən X16 və X5 törəmişdir. İşdə olan JN-0016 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının surətinə əsasən, Qəbələ rayon AİK-nin 07 noyabr 1997-ci il tarixli 19 nömrəli qərarı ilə Qəbələ rayonunun Böyük Əmili kəndində yerləşən planda sərhədləri göstərilmiş 1.58 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi X24, X20 və Ərizəçi İdirs qızının ümumi mülkiyyətlərinə verilmişdir. İşdə olan АЗ-İ 582781 nömrəli “səkkizillik təhsil haqqında şəhadatnamə”nin surətinə əsasən Ərizəçi 1977-ci ildə Qutqaşen (indiki Qəbələ) rayonu, Böyük Əmili kənd orta məktəbinin səkkizinci sinfini bitirmişdir. . İşdə olan ИТ 023910 nömrəli “diplom”un surətinə əsasən Ərizəçi, 1983-1986-cı illərdə Məhsəti Gəncəvi adına Kirovabad (indiki Gəncə) Pedaqoji Məktəbində məktəbə qədər müəssisələrdə tərbiyəçi ixtisası üzrə orta ixtisas təhsili almışdır. İşdə olan AZE ******** nömrəli Şəxsiyyət Vəsiqəsinin surətinə əsasən Ərizəçi xx.xx.1962-ci ildə Qəbələ rayonu Böyük Əmili kəndində anadan olmuşdur. İşdə olan Qəbələ RİHB-nin Böyük Əmili kənd İƏD üzrə İN tərəfindən verilmiş 1 mart 2025-ci il tarixli, 5-59-18/xx-xx-2025 nömrəli arayışın surətinə əsasən Ərizəçi Qəbələ rayon Böyük Əmili kəndində qeydiyyatdadır və hazırda həmin kənddə yaşayır. İşdə olan AR ƏN Maraqlı şəxs tərəfindən verilmiş 10 yanvar 2025-ci il tarixli 3-16-5/8-xxxx/2025 saylı məlumata əsasən “vətəndaşlıq vəziyyəti aktlar”ının avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və arxiv məlumatlarında Ərizəçi doğum haqqında akt qeydi aşkar edilməmişdir. AR MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Ərizəçi 01 dekabr 1972-ci ildə Qəbələ rayonunun Nohurqışlaq kəndində anadan olub X4 və X1 törəmişdir. AR MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərbası mümkün olmasın. Məhkəmə hesab edir ki, xx xxx 1962-ci ildə Qəbələ rayonunun Böyük Əmili kəndində (Qutqaşen rayonu, Böyük Əmili kəndində) anadan olub X16 və X5 törəmiş Ərizəçi doğumunun qeyd edilmə faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. Ərizəçi doğumunun qeyd edilmə faktı müəyyən edilsin. Doğum akt qeydi aparılarkən doğulduğu yer – Qutqaşen (indiki Qəbələ) rayonu, Böyük Əmili kəndi; doğum tarixi – xx.xx.1962-ci il; anası X11; atası X16 qeyd olunsun. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №e-2(025)-607/2025
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-607/2025
23.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver