Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-614/2024 13.06.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi və onun vəkili Vəkil iştirakları ilə Ərizəçi “doğum faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, onun, yəni Ərizəçi xx xxxxxx 1958-ci ildə Qutqaşen (indiki Qəbələ) rayonu, Sileyli kəndində X1 və anası X3 olmaqla doğulması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1958-ci ildə Qutqaşen (indikiQəbələ) rayonu, Sileyli kəndində anadan olmuşdur. X1 və anası X3 olmuş, onlar vəfat etmişlər. O, ev şəraitində doğulmuş və doğuş ixtisaslı həkim tərəfindən keçirilmədiyindən bu barədə həkim arayışı alınmamışdır. Hazırda onun doğumundan çox müddət keçmişdir. Onun adına doğum haqqında şəhadətnamənin mövcud olması barədə Maraqlı şəxsnə müraciət etmişdir. Müraciətinə cavab olaraq Maraqlı şəxs 09 yanvar 2024cü il tarixli, 3-16-5/8-15-A-01/2024 saylı məktubunda qeyd olunmuşdur ki, Maraqlı şəxs arxivindəki doğum haqqında akt qeydləri və “Vətəndaşlıq vəziyyətiaktlar”nın avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi yoxlanılmış, lakin onun doğum haqqında akt qeydi aşkar olunmamışdır. Həmçinin, Maraqlı şəxsndən ona məhkəmənin qərarı olmadan doğumunun qeydə alınması mümkun olmadığını bildirmişlər. Bildirmək istəyir ki, ona doğum haqqında şəhadətnamə anası öldükdən sonra ondan miras qalmış əmlakın notariat ofisində vərəsə kimi rəsmiləşdirilməsidir. Hazırda doğum haqqında şəhadətnamə olmadığından, müvafiq sənədləşmə işlərinin aparılması mümkün deyildir. Onun doğum faktı məhkəməyə təqdim olunmuş şəxsiyyət vəsiqəsində, təsərrüfatbaşına kitablardan çıxarışda və digər sənədlərdə özəksini tapır. Həmçinin, ərizədə qeyd olunan fakt məhkəmə iclasına dəvət ediləcək şahidlər vasitəsi ilə də təsdiq oluna bilər. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında Ərizəçi və onun vəkili Vəkil qeyd olunanlara uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında X5 şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi onun bacısıdır. Bacısından yaşca balacadır və evin böyük uşağı bacısı Reyhandır. Bacısı Reyhan qeyri-rəsmi nikah qurmuşdur və bu səbəbdən nikah şəhadətnaməsi yoxdur. Bacısına məxsus şəxsiyyət vəsiqəsi də vardır və həmin vəsiqədə doğum tarixi düzgün olaraq xx xxxxxx 1958-ci il kimi göstərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, Ərizəçi onun bibisi qızıdır. Reyhanın qeyri-rəsmi nikahı olmuş, lakin uşağı olmamışdır. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəməyə gəlməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini və şahidləri dinləyib hesab edir ki, ərizə təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşdə olan Qəbələ RPŞ tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli, AZE seriyalı, 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1958-ci il tarixdə Qəbələ rayonu Sileyli kəndində doğulmuş, Qəbələ rayonu Sileyli kəndində qeydiyyatdadır. İşdə olan Ərizəçi məxsus АЭ-İ № 099107 nömrəli “Səkkizlik təhsil haqqında” şəhadətnamənin surətindən görünür ki, Ərizəçi doğulduğu il 1958-ci il kimi göstərilmişdir. İşdə olan Ərizəçi məxsus АЭ № 920585 nömrəli “Orta təhsil haqqında” şəhadətnamənin surətindən görünür ki, Ərizəçi doğulduğu il 1958-ci il kimi göstərilmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2013-cu il tarixli, AZ-İ seriyalı, 594006 №-li «Ölüm haqqında şəhadətnamə»nin surətindən görünür ki, X3 xx.xx.2002-ci il tarixdə Qəbələ rayonunda vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2002-ci ildə 180 № ilə qeyd edilmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 09 yanvar 2024-cü il tarixli, 3-16-5/8-15- A-01/2024 nömrəli məktubdan görünür ki, “vətəndaşlıq vəziyyəti aktları”nın avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və arxiv məlumatlarında Ərizəçi doğum akt qeydi aşkar olunmadağı üçün doğum haqqında şəhadətnamə verilməsindən imtina olunaraq, məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Eyni zamanda həmin məktubda qeyd olaraq Ərizəçi ata adı “X4”, ana adı “X3” kimi göstərilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllənin) 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2, 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyəti təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyətli olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Beləliklə, məhkəmədə ərizəçinin ifadəsindən və işdə olan sənədlərlə müəyyən olundu ki, Ərizəçi xx xxxxxx 1958-ci ildə Qutqaşen (indiki Qəbələ) rayonu Sileyli kəndində doğulmuşdur. X1, anası X2r. Lakin Ərizəçi ev şəraitində doğulması barədə müvafiq qeyd aparılmamış və doğum haqqında şəhadətnamə alınmamışdır. Ona görə də məhkəmə hesab edir ki, ərizə əsaslı hesab edilərək, təmin olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-220; 233.1; 305- 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Ərizəçi xx xxxxxx 1958-ci ildə Qutqaşen (indiki Qəbələ) rayonu Sileyli kəndində doğulması, atasının X4, anasının X3 olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №e-2(025)-614/2024
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-614/2024
13.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver