Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-644/2025 20.06.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qəbələ regional "Asan Xidmət" mərkəzində Notariat Ofisinə qarşı "miras qalmış əmlakdan vərəsəlik üzrə payların müəyyən edilməsi" tələbinə dair mülki iş üzrə (Açar sözlər: miras qalmış əmlakdan vərəsəlik üzrə payların müəyyən edilməsi) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsiNümayəndə1, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qəbələ regional "Asan Xidmət" mərkəzində Notariat Ofisinə qarşı "miras qalmış əmlakdan vərəsəlik üzrə payların müəyyən edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qəbələ regional "Asan Xidmət" mərkəzindəNotariat Ofisinə qarşı "miras qalmış əmlakdan vərəsəlik üzrə payların müəyyən edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum valideynləri, atası X13 və anası X1 miras qalmış Qəbələ şəhəri, X15 küçəsi, giriş 136 ünvanındakı 0.17 ha, ünvan 1a və ünvan 2 ha yaşayış məntəqələri təyinatlı torpaq sahələrində hər birinin 1/5 hissə payında ona çatacaq pay müəyyən edilərək qanun üzrə vərəsəlik hüququnun tanınması barədəqətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Rizvanova (Ədilova) Sevinc Əli qızı xx.xx.1981-ci ildə Qutqaşen (indiki Qəbələ) rayonunda anadan olmuşdur. Ailə qurduqdan sonra soyadını “Rizvanova” kimi qeyd etdirmişdir. Valideynləri, atası X13 xx.xx.2015-ci il tarixində qan dövranı çatmamazlığından və anası X6 xx.xx.2019-cu il tarixində beyin infarktından vəfat etmişlər. Atası və anasının birgə evliliklərindən 5 uşaqları olmuşdur. O, yəni Rizvanova (Ədilova) Sevinc Əli qızı və digər övladları aşağıdakılardır: 1. xx.xx.1973-cü il təvəllüdlü Cavabdeh4 2. xx.xx.1974-cü il təvəllüdlü Cavabdeh1 3. xx.xx.1976-cı il təvəllüdlü Cavabdeh3 4. xx.xx.1977-ci il təvəllüdlü Cabbarova (Ədilova) Yeganə Əli qızı. Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 fevral 2001-ci il tarixli, 03 saylı qərarları ilə ona, X9, X4, Cavabdeh1 və Cavabdeh3 Qəbələ şəhəri ərazisindən 0.27 ha, 0.26 ha və 0.17 ha həyətyanı torpaq sahələrinə görə JN-342G nömrəli, kod 40601004, JN-342H nömrəli, kod 40601004 və JN-342F nömrəli, kod 40601004 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələr verilmişdir. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(025)-350/2024 nömrəli qətnaməsi əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmazəmlakın dövlət reyestrindən Qəbələ rayonu, Qəbələ şəhəri, X15 küçəsi, giriş 136 ünvanındakı 0.17 ha yaşayış məntəqələri torpaq sahəsinə görə hüquq sahiblərinin adları X13 1/5 hissə, X6 1/5 hissə, o, yəni İddiaçı 1/5 hissə, Cavabdeh1 1/5 hissə və Cavabdeh3 1/5 hissə olmaqla, qeydiyyat tarixi xx.xx.2024-cü il, reyestr nömrəsi **********37, qeydiyyat nömrəsi ********** olan, Qəbələ rayonu, ünvan 1a yaşayış məntəqələri torpaq sahəsinə görə hüquq sahiblərinin adları X13 1/4 hissə, X6 1/5 hissə, o, yəni İddiaçı 1/5 hissə, Cavabdeh1 1/5 hissə və Cavabdeh3 1/5 hissə olmaqla, qeydiyyat tarixi xx.xx.2024-cü il, reyestr nömrəsi **********39, qeydiyyat nömrəsi ********** olan, Qəbələ rayonu, ünvan 2 ha yaşayış məntəqələri torpaq sahəsinə görə hüquq sahiblərinin adları X13 1/5 hissə, X6 1/5 hissə, o, yəni İddiaçı 1/5 hissə, Cavabdeh1 1/5 hissə və Cavabdeh3 1/5 hissə olmaqla, qeydiyyat tarixi xx.xx.2024-cü il, reyestr nömrəsi **********38, qeydiyyat nömrəsi ********** olan Çıxarışlar alınmışdır. Bildirir ki, atası vəfat etdikdən sonra o, iyul 2015-ci il tarixində həyat yoldaşının işi ilə əlaqədar ailəlikcə Bakı şəhərinə köçərək orada yaşamışlar və hal-hazırda da Bakı şəhərində ailəsi ilə birlikdə kirayə mənzildə yaşayırlar. Valideynləri sağ ikən o, həmişə onların yaşadığı evə gədiş-gəliş etmiş, həmişə də valideynləri onun da torpaq sahəsində payının olduğunu ona bildirmişlər. Həmçinin, valideynləri xəstə ikən müalicəsinin aparılmasında, vəfat etdikdən sonra isə yas mərasimlərinin təşkilində yaxından iştirak etmişdir. Bütün bunları qeyd etməkdə məqsədi odur ki, o, valideynlərinə qarşı ləyaqətsiz vərəsə kimi davranmamışdır. 2015-ci il tarixdən vəfat edən günə kimi anası xəstə olan zaman müalicəsinin aparılması üçün yaşadığı Bakı şəhərinə aparmış, müalicəsinin aparılması, dərmanlarının alınmasını və s. digər övladları ilə birlikdə onların və onun vəsaiti hesabına qarşılamışlar. Lakin sonuncu dəfə anasının yas mərasimi verildikdən sonra qardaşları ilə aralarında narazılıq, mübahisə olduğundan söz-söhbət yaranmasın deyə onun da mülkiyyətçisi olduğu əmlaka gediş-gəliş etməmişdir. Bir neçə dəfə öz aralarında mübahisəni həll etmək istəsələr də, bu baş tutmamışdır. Ana və atasına sovxozdan əmlak payı olaraq verilən fermada olan tövlə, ev, malqara qardaşı Zaur tərəfindən mənimsənilməsinə baxmayaraq valideynlərinin müalicəsində və yas mərasimlərinin verilməsində elə bir maddi dəstəyi olmamışdır. O, mərhum atası və anasının vərəsəsi kimi qanuni miras payının müəyyənləşdirilərək verilməsini istəyir. Notariat orqanında mirasın açılmasında mübahisə olduğundan məhkəməyə müraciət etməkləri tövsiyyə olunmuş, ona görə məcbur olaraq məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə1iddia ərizəsində qeyd olunanlara uyğun izahat verib iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək göstərdi ki, iddiaçının ərizədə göstərdiyi hallarla razılaşmır. Atası və anası sağlığında 3 qardaş arasında bölmüşdür. 3 qardaş olaraq hərəsi bir torpaq sahəsində yaşayır. O, 0,27 ha torpaq sahəsində yaşamaqdadır. İdddiaçı atası və anasının ölmündən istifadə edərək belə bir tələblə məhkəməyə müraciət etmişdir. Valideynləri ona həmin torpaq sahəsindən saglıqlarında yalnız üç sot torpaq vermişlər. Lakin bununla bağlı hər hansı bir sənəd yoxdur. Torpaq sahələrində iddiaçının öz payı olmuş və həmin payı məhkəmə qərarı əsasında almışdır. Lakin onun vərəsə kimi payı olmamalıdır. Çünki heç bir vergi ödəməmiş, torpaq sahəsi ilə maraqlanmamışdır. Məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh3 iddia tələbini qəbul etməyərək digər Cavabdeh1la oxşar izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh4 iddia tələbini qəbul etməyərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 və üçüncü şəxs Qəbələ Regional "Asan Xidmət" Mərkəzinin Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh2 və üçüncü şəxs Qəbələ Regional "Asan Xidmət" Mərkəzinin Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, bu barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh2 və üçüncü şəxsQəbələ regional "Asan xidmət" Mərkəzində Notariat ofisinin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və işdə olan hüquqi sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Mülki işdə olan sənədlər: İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********37 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” çıxarışa əsasən Yeni qaydalarla: AZ 3601, Qəbələ rayonu, Qəbələ şəhəri, X15 küçəsi, giriş 136 ünvanında yerləşən 0,17 ha yaşayış məntəqələri torpaqlarından X8, Cavabdeh3, Cavabdeh1, X3 və İddiaçı hər birinin 1/5 hissədə payları müəyyən olunmuşdur. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********39 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” çıxarışa əsasən Yeni qaydalarla: AZ 3601, ünvan 5 ünvanında yerləşən 0,26 ha yaşayış məntəqələri torpaqlarından X8, Cavabdeh3, Cavabdeh1, X3 və İddiaçı hər birinin 1/5 hissədə payları müəyyən olunmuşdur. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********38 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” çıxarışa əsasən Yeni qaydalarla: AZ 3601, Qəbələ rayonu, Qəbələ şəhəri, İsmayıl bəy Qutqaşınlı küçəsi, giriş 77 ünvanında yerləşən 0,27 ha yaşayış məntəqələri torpaqlarından X8, Cavabdeh3, Cavabdeh1, X3 və İddiaçı hər birinin 1/5 hissədə payları müəyyən olunmuşdur. İş materiallarında olan Qəbələ regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş 08 avqust 2023-cü il tarixli, 3-16-5/7-Ə-5xx-xx/2023 nömrəli “Ölüm haqqında” arayışdan görünür ki, X1329aprel 2015-ci ildə ölmüşdür və ölüm haqqında 29aprel 2015-ci ildə 41 №-li akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan Qəbələ regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş 08 avqust 2023-cü il tarixli, 3-16-5/7-Ə-5xx-xx/2023 nömrəli “Ölüm haqqında” arayışdan görünür ki, X6 10 may 2019-cu ildə ölmüşdür və ölüm haqqında 22 may 2019-cu ildə 18 №-li akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan Qəbələ Regional «Asan Xidmət» mərkəzində notariat ofisinin notariusu Tamerlan Qurbanın 05 yanvar 2023-cü il tarixdə Cavabdeh1 ünvanladığı 12 saylı, 05 yanvar 2023-cü il tarixli məktubunda göstərilmişdir ki, xx.xx.2015-ci il tarixdə vəfat etmiş X7 və xx.xx.2019-cu il tarixdə vəfat etmiş X1 miras qalmış Qəbələ rayonu, Qəbələ şəhərində yerləşən torpaq sahələrinə dair miras şərikləri arasında ixtilaflar mövcud olduğundan məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İş materiallarında olan Qəbələ Regional «Asan Xidmət» mərkəzində notariat ofisinin notariusu Tamerlan Qurbanın 22 may 2025-ci il tarixdə məhkəməyə ünvanladığı 1696 saylı məktubunda göstərilmişdir ki, vətəndaş Cavabdeh1, mirasın açıldığı yer və vaxt barədə təqdim edilmiş sənədlər əsasında, ölümü xx.xx.2019-cu il tarixdə qeydə alınmış, xx.xx.1954-cü il təvəllüdlü X3 və ölümü xx.xx.2015-ci il tarixdə qeydə alınmış, xx.xx.1946-cı il təvəllüdlü X8 adına vərəsəlik işinin açılması və ondan qalmış miras əmlaklara vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə Qəbələ regional "ASAN xidmət" mərkəzində notariat ofisinə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Mirasın bölüşdürülməsi barədə miras şərikləri arasında ixtilaflar olması səbəbindən miras qoyan- X3 adına vərəsəlik işi açılmamış və vərəsəlik hüququnun rəsmiləşdirilməsindən imtina barədə xx.xx.2023-ci il tarixli, 12 nömrəli məktubla vətəndaşın müraciəti cavablandırılmışdır. Qəbələ regional "ASAN xidmət" mərkəzində notariat ofisinin arxivində saxlanılan sənədlərə baxış keçirilərkən, xx.xx.2015-cü il tarixdə vəfat etmiş X8 adına Qəbələ rayon notariat ofisində 243 reyestr nömrəli açılmış vərəsəlik işi üzrə mirası qəbul etmiş vərəsəsi X4 nəqliyyat vasitəsindən ibarət miras əmlaka xx.xx.2015-ci il tarixli 2V-300 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verildiyi müəyyən edilmişdir. İş materiallarında olan Qəbələ Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 20 dekabr 2022-ci il tarixli, 05-Q-1525/12 nömrəli məktubda göstərilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktları”nın avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi və arxiv məlumatlarına əsasən xx.xx.2015-ci il tarixdə vəfat etmiş X8 Ədilova (Səfərova) Mayə Abduləziz qızı ilə nikahı var və övladları haqqında məlumat aşağıdakı kimidir. 1. Cavabdeh4 (xx.xx.1973). 2. Cavabdeh1 (xx.xx.1974). 3. Cavabdeh3 (xx.xx.1976). 4. X10 (xx.xx.1977). 5. X11 (xx.xx.1981) İş materiallarında olan Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının Qəbələ Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 03 oktyabr 2022-ci il tarixli, 223 nömrəli Qəbələ şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin təsərrüfat kitabından çıxarışdan görünür ki, X3 xx.xx.2019-cu il tarixində vəfatından sonra miras qoyana məxsus olan fərdi yaşayış evində Qəbələ şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin əhalinin qeydiyyatı təsərrüfatbaşına kitabında vətəndaşın ailə üzvləri aşağıdakılardır. Oğlu Cavabdeh1, oğlu Cavabdeh4, oğlu Cavabdeh3, qızı X10 və qızı X11. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1159.1.1-ci maddəsinə əsasən, ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsə sayılırlar. 1170.1-ci maddəsinə görə, vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında bərabər bölüşdürülür. 1170-ci maddəsinə əsasən, əgər vəsiyyətnamə ilə bir neçə vərəsə təyin edilmişdirsə, lakin vəsiyyətnamədə yalnız bir vərəsənin payı müəyyənləşdirilmişdirsə, digər vərəsələr qalan əmlakı bərabər alır. 1171-ci maddəsinə əsasən, əgər vəsiyyətnamə ilə bir neçə vərəsə təyin edilmişdirsə və vərəsələrdən birinə təyin edilmiş pay mirasın hamısından ibarətdirsə, vəsiyyət üzrə bütün vərəsələr bərabər paylar almalıdırlar. 1193-ci maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1262-ci maddəsinə əsasən, əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. 1273-cü maddəsinə əsasən Mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. 1274-cü maddəsinə əsasən, miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. 1282.1-ci maddəsinə əsasən, əgər kəndli təsərrüfatının yerləşdiyi kənd təsərrüfatı təyinatlı torpağın mülkiyyətçisi vəsiyyətnamə ilə onu bir neçə vərəsəyə qoymuşdursa və ya vəsiyyətnamə qoyulmamışdırsa və qanun üzrə bir neçə vərəsə vardırsa, kənd təsərrüfatı təyinatlı torpaq orada yerləşən kəndli təsərrüfatı ilə birlikdə vərəsələr arasında bölüşdürülə bilər, bu şərtlə ki, bölgü nəticəsində vərəsələrdən hər birinə keçən torpaq sahəsi həyat qabiliyyətli təsərrüfatın mövcudluğunu təmin etsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı, işin halları, təqdim olunmuş sübutlarla və tərəflərin izahatları ilə müəyyən olunmuşdur ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********37 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” çıxarışa əsasən Yeni qaydalarla: AZ 3601, Qəbələ rayonu, Qəbələ şəhəri, X15 küçəsi, giriş 136 ünvanında yerləşən 0,17 ha yaşayış məntəqələri torpaqlarından X8, Cavabdeh3, Cavabdeh1, X3 və İddiaçı hər birinin 1/5 hissədə payları müəyyən olunmuşdur. Həmçinin Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********39 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” çıxarışa əsasən Yeni qaydalarla: AZ 3601, ünvan 5 ünvanında yerləşən 0,26 ha yaşayış məntəqələri torpaqlarından X8, Cavabdeh3, Cavabdeh1, X3 və İddiaçı hər birinin 1/5 hissədə payları müəyyən olunmuşdur. Bundan əlavə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********38 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” çıxarışa əsasən Yeni qaydalarla: AZ 3601, Qəbələ rayonu, Qəbələ şəhəri, İsmayıl bəy Qutqaşınlı küçəsi, giriş 77 ünvanında yerləşən 0,27 ha yaşayış məntəqələri torpaqlarından X8, Cavabdeh3, Cavabdeh1, X3 və İddiaçı hər birinin 1/5 hissədə payları müəyyən olunmuşdur. İddiaçı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsininxx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli (reyestr nömrəsi **********37 olan); xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli (reyestr nömrəsi **********38 olan) və xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli (reyestr nömrəsi **********39 olan) «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»larla mərhumlar X7 və X1 miras qalmış 0,17 ha, 0,26 ha və 0,27 ha torpaq sahələrindən vərəsə kimi payını tələb edir. Cavadehlər isə iddia tələbini qəbul etmir və iddia tələbi ilə razılaşmırlar. Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, iddiaçının və cavabdehlərin valideynləri, ataları X13 xx.xx.2025-ci ildə «qan dövranı çatmamazlığı»ndan, anaları X6 isə 10may 2019-cu il tarixdə «beyin infarktı»ndan vəfat etmişdir. X5 və mərhum X6 miras əmlaklara dair heç bir vəsiyyətnamə qoymamışlar. Miras qalmış torpaq sahəsinə vərəsəlik şəhadətnaməsinin verilməsi üçün vərəsələrdən Ədilov X14 Regional «Asan Xidmət» mərkəzindəki notariat kontoruna müraciət etmiş, miras şərikləri arasında ixtilaflar mövcud olduğundan məhkəməyə müraciət etməsi ona tövsiyyə edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı X5nun və mərhum X3 miras payından digər vərəsələrin paylarına mütənasib surətdə onun payına düşən hissədən vərəsə kimi payı müəyyən edilməlidir Belə ki, məhkəmə qeyd edir ki, X5nun xx.xx.2025-ci ildə, mərhum X3 isə 10 may 2019cu il tarixdə vəfat etməsi ilə mübahisəli hüquq münasibətləri həmin vaxtdan yarandığından, mübahisəyə 2000-ci il tarixdən qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Hazırkı iş üzrə tərəflər mərhumun qanun üzrə birinci növbə vərəsələridir. Miras əmlak barədə vəsiyyətnamə qoyulmamış və qanunla müəyyən edilmiş müddətə mirasdan imtina barədə notariat orqanına ərizə verilməmişdir İddiaçı tərəfindən mirasın faktiki olaraq qəbul edilmiş olması sübutlarla təsdiqini tapmışdır. Miras əmlaklar üzərində onun paylarının müəyyən olunmasını istisna edən hallar mövcud deyildir. İddiaçı miras qoyanın birinci növbədə vərəsəsi olduğu üçün, onun qeyd edilən əmlaklardan pay tələb etməsinin hüquqi əsasları vardır. Əlavə olaraq məhkəmə qeyd edir ki, iş üzrə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, nə iddiaçı tərəfindən, nə də cavabdehlər tərəfindən nə qanunla müəyyən müddət ərzində notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verilməsi, nə əmlaka sahiblik etmələri, nə də əmlakı idarə etməyə faktiki başlamaları hərəkətlərinin edilməsi müəyyən olunmuşdur. Əksinə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, vərəsələrdən Cavabdeh1 tərəfindən xx.xx.2023-cü il tarixdə Qəbələ regional “ASAN xidmət” mərkəzində notariat ofisinə müraciət edilmiş, həmin vaxt isə notarius tərəfindən digər vərəsələrə məlumat verilmiş və digər vərəsələr arasında ixtilaf olduğundan məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Göründüyü kimi vərəslər 2023-cü ildən öz paylarını tələb etmişlər. Hazırkı iş üzrə cavabdehlər isə məhkəmə zamanı miras əmlaklara sahiblik etmələrini, əmlakları idarə etməklərini bildirsələr də, hansı miras əmlakın dəqiq olaraq hansı cavabdeh tərəfindən sahiblik edilməsi və idarə edilməsi barədə sübutlar təqdim etməmişlər. Məhkəmə qeyd edir ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli (reyestr nömrəsi **********37 olan); xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli (reyestr nömrəsi **********38 olan) və xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli (reyestr nömrəsi **********39 olan) «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»larla mərhumlar X7 və X1 miras qalmış 0,17 ha, 0,26 ha və 0,27 ha torpaq sahələrindən X8 və X3 hər birinin 1/5 payı müəyyən olunmuşdur. Bu səbəbdən 0,17 ha, 0,26 ha və 0,27 ha torpaq sahələrindən İddiaçı qanun üzrə vərəsə kimi payı (0,17 ha : 5 =0,034:5 = 0,0068 ha; 0,26 ha : 5 = 0,052:5 = 0,0104 ha və 0,27 ha : 5 = 0,054:5 = 0,0108 ha) mirasdan payı 0,0068 ha, 0,0104 ha və 0,0108 ha müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi, qanunvericilik məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, X2, mərhum X4 və onlar ailə üzvlərinə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli (reyestr nömrəsi **********37 olan) «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»la verilmiş yeni qaydalarla: AZ 3601, Qəbələ rayonu, Qəbələ şəhəri, X15 küçəsi, giriş 136 ünvanında yerləşən 0,17 ha torpaq sahəsinin X2 aid 1/5 (0,034 ha) hissəsindən İddiaçı mirasdan qanun üzrə vərəsəlik qaydasında payı 1/5 (0,0068 ha) və mərhum X4 aid 1/5 (0,034 ha) hissəsindən İddiaçı mirasdan qanun üzrə vərəsəlik qaydasında payı 1/5 (0,0068 ha); X2, mərhum X4 və onlar ailə üzvlərinə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli (reyestr nömrəsi **********38 olan) «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»la verilmiş yeni qaydalarla: AZ 3601, Qəbələ rayonu, Qəbələ şəhəri, İsmayıl bəy Qutqaşınlı küçəsi, giriş 77 ünvanında yerləşən 0,27 ha torpaq sahəsinin X2 aid 1/5 (0,054 ha) hissəsindən İddiaçı mirasdan qanun üzrə vərəsəlik qaydasında payı 1/5 (0,0108 ha) və mərhum X4 aid 1/5 (0,054 ha) hissəsindən İddiaçı mirasdan qanun üzrə vərəsəlik qaydasında payı 1/5 (0,0108 ha) və X2, mərhum X4 və onlar ailə üzvlərinə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli (reyestr nömrəsi **********39 olan) «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»la verilmiş yeni qaydalarla: AZ 3601, Qəbələ rayonu, Qəbələ şəhəri, İsmayıl bəy Qutqaşınlı küçəsi, giriş 77 ünvanında yerləşən 0,26 ha torpaq sahəsinin X2 aid 1/5 (0,052 ha) hissəsindən İddiaçı mirasdan qanun üzrə vərəsəlik qaydasında payı 1/5 (0,0104 ha) və mərhum X4 aid 1/5 (0,052 ha) hissəsindən İddiaçı mirasdan qanun üzrə vərəsəlik qaydasında payı 1/5 (0,0104 ha) müəyyən olunmalıvə qanun üzrə vərəsəlik hüququ tanınmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. X2, mərhum X4 və onlar ailə üzvlərinə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli (reyestr nömrəsi **********37 olan) «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»la verilmiş yeni qaydalarla: AZ 3601, Qəbələ rayonu, Qəbələ şəhəri, X15 küçəsi, giriş 136 ünvanında yerləşən 0,17 ha torpaq sahəsinin X2 aid 1/5 (0,034 ha)hissəsindən İddiaçı mirasdan qanun üzrə vərəsəlik qaydasında payı 1/5 (0,0068 ha) və mərhum X4 aid 1/5 (0,034 ha) hissəsindən İddiaçı mirasdan qanun üzrə vərəsəlik qaydasında payı 1/5 (0,0068 ha); X2, mərhum X4 və onlar ailə üzvlərinə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli (reyestr nömrəsi **********38 olan) «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»la verilmiş yeni qaydalarla: AZ 3601, Qəbələ rayonu, Qəbələ şəhəri, İsmayıl bəy Qutqaşınlı küçəsi, giriş 77 ünvanında yerləşən 0,27 ha torpaq sahəsinin X2 aid 1/5 (0,054 ha) hissəsindən İddiaçı mirasdan qanun üzrə vərəsəlik qaydasında payı 1/5 (0,0108 ha) və mərhum X4 aid 1/5 (0,054 ha) hissəsindən İddiaçı mirasdan qanun üzrə vərəsəlik qaydasında payı 1/5 (0,0108 ha; X2, mərhum X4 və onlar ailə üzvlərinə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli (reyestr nömrəsi **********39 olan) «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»la verilmiş yeni qaydalarla: AZ 3601, Qəbələ rayonu, Qəbələ şəhəri, İsmayıl bəy Qutqaşınlı küçəsi, giriş 77 ünvanında yerləşən 0,26 ha torpaq sahəsinin X2 aid 1/5 (0,052 ha) hissəsindən İddiaçı mirasdan qanun üzrə vərəsəlik qaydasında payı 1/5 (0,0104 ha) və mərhum X4 aid 1/5 (0,052 ha) hissəsindən İddiaçı mirasdan qanun üzrə vərəsəlik qaydasında payı 1/5 (0,0104 ha) müəyyən olunsun və qanun üzrə vərəsəlik hüququ tanınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Qəbələ Rayon Məhkəməsi vasitəsiilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №e-2(025)-644/2025
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-644/2025
20.06.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver